  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə100/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   96   97   98   99   100   101   102   103   ...   113

                                                     

 

  



                                                                            

                                                    

379 

Nizaminin  təkləndiyini  görən  ev  sahibinin  qızı  fikir 



bildirmək  üçün  ortaya  girmək  istədi,  lakin  Aleksandr  onu 

qabaqlayaraq səbirsizliklə dedi: 

-  Edik  dayı,  sizin  bu  fikirinizlə  mən  razılaşa  bilmərəm. 

Atamın  danışıqlarından  başa  düşdüm  ki,  azərbaycanlılar 

heç  də  qonşusuna  düşmənçilik  bəsləyən  millət  sayılmır. 

Onlar həddindən artıq ürəyiaçıq, qonaqpərvər xoş məramlı-

dırlar.  Əvvəllər  mən  Bakıya  getməyə  ehtiyat  edirdim, 

amma bundan sonra haçan istəsəm, heç kimdən, heç nədən 

çəkinmədən  həddindən  artıq  təhlükəsiz  sayılan  həmin 

möcüzələr  şəhərinə  gedəcəm.  Eşitdiyimə  görə  Abşeron 

çimərlikləri Krım çimərliklərindən daha isti, daha təmizdir.  

-  Oradakı  türklər  yalan  vədlərlə  və  yalan  görüntülərlə 

kimi istəsən yoldan çıxarda bilərlər. – deyə Eduardın bacısı 

qızı istehza ilə dilləndi və nifrət dolu baxışlarını Nizamiyə 

yönəldərək  hüznlə  sözünə  davam  etdi.  –  Bakıda  o  qədər 

millətçi və dini fanatiklər var ki, heç bir əcnəbi, xüsusən də 

xristian  dininə  sitayiş  edən  insanlar  çox  asanlıqla  fiziki 

təzyiqlərə məruz qala bilərlər.  

-  Raya,  sən  düzgün  danışmırsan,  -  Yelizaveta  əsəblərini 

güclə saxlayan Nizamini qabaqlayıb səbirsizliklə dilləndi. – 

bundan  sonra  mən  deyilənlərə  yox,  məhz  gördüklərimə 

inanacağam.  İçəridəkilər  yaxşı  bilir  ki,  mən  hələ  bir  neçə 

gün  bundan  əvvəl  atamla  birlikdə  “Eurovision”a  baxmaq 



                                                     

 

  



                                                                            

                                                    

380 

üçün Bakıda oldum və deyərdim ki, həmin şəhər dünyanın 



ən tolerant şəhəridir. Orada dinindən, millətindən, irqindən 

asılı  olmayaraq  hər  bir  kəs  azad  gəzir,  rahat  işləyir  və 

bizneslə  məşğul  olur.  Açığını  desəm,  bizim  şəhərdə  Orta 

Asiya  və  Qafqaz  respublikalarından  çıxan  adamlar 

mütəmadi  olaraq,  millətçi  qruplaşmalar  tərəfindən  fiziki 

təzyiqlərə  məruz  qalır,  hətta  öldürülürlər  də,  amma  nə 

Bakıda,  nə  də  ki,  Azərbaycanın  başqa  şəhərlərində  mən 

belə  bir  neqativ  halların  şahidi  olmadım.  Orada  nəinki, 

ləzgi,  talış,  kürd,  türk,  rus,  gürcü,  ukrain,  və  ya  yəhudilər, 

hətta  iranlı,  ərəb,  pakistanlı,  əfqanistanlı,  hindistanlı,  çinli, 

britaniyalı,  alman,  amerikanlı,  başqa  millətlərin  nümayən-

dələri, o cümlədən sizin millətin də nümayəndələri yaşayır 

və özlərini doğma vətənlərindəki kimi sərbəst və azad hiss 

edirlər.  Cəsarətlə  deyə  bilərəm  ki,  Bakı  adi  yox,  dünyavi 

şəhərdir.  Bir  sözlə,  atam  kimi  mən  də  həmin  şəhərə 

vuruldum. 

-  Sən  elə  danışdın  ki,  guya  həmin  şəhər  nəinki  Sankt-

Peterburqdan,  hətta  Parisdən  də  gözəldir.  –  deyə  Karmen 

naz edərək əda ilə dilləndi. – Həm də sən beynəlxalq tədbir 

vaxtı  orada  olmusan.  Belə  bir  gündə  hansı  şəhərə  getsən, 

onda onu yalnız gözəl qiyafədə görəcəksən.  

-  O  ki  qaldı  Bakıya,  bəlkə  də  həmin  şəhər  postsovet 

məkanında ən geridə qalmış şəhərlərdən biridir. – paxıllıq-



                                                     

 

  



                                                                            

                                                    

381 

dan özünə yer tapmayan Raisa təkəbbürlə dilləndi. - Sadəcə 



olaraq  orada  sizin  qulluğunuzda  lazımi  şəkildə  durduqları 

üçün siz hamınız həmin şəhəri tərifləməyə başlamısınız. 

-  Sən  nəyi  nəzərdə  tutursan?  –  deyə  elmlər  namizədi 

narazı halda soruşdu və ara vermədən təmkinlə sözünə əla-

və etdi. – Raya, sən gələcəyin müxbiri kimi hər şeyi olduğu 

kimi qəbul etməlisən. Elə iş ondadır ki, hazırda Bakı post-

sovet  məkanının  ən  gözəl  və  modernləşmiş  şəhərlərindən 

biridir.  

-  Onların  tamtəraqla  süfrə  açmaları  və  dividend  qazan-

maq  üçün  özlərini  yaltaqcasına  aparmaları  çoxdankı  adət-

ləridir. – deyə Raisa heç kimdən çəkinmədən həyasızcasına 

dilləndi. 

Elə  bu  vaxt  Nizami  əlindəki  çəngəli  masanın  üstünə 

qoyub, cavab vermək üçün əsəbi halda ayağa qalxdı. Lakin 

Robert azərbaycanlı tələbənin bu hərəkətinə tab gətirməyib, 

əlindəki çəngəli nimçəsinə vura-vura ikrah hissi ilə dedi: 

-  Ey  türk,  sən  deyəsən,  buranı  öz  evinlə  səhv  salmısan? 

Yerində  oturmasan,  onda  mən  səni  özüm  otuzdurmalı 

olacağam. 

Robert içkili olduğundan öz hərəkətlərini nəzarət altında 

saxlaya bilmirdi və Nizaminin azacıq qeyri-adekvat addımı 

onu hövsələdən çıxara bilərdi. 




                                                     

 

  



                                                                            

                                                    

382 

Əvvəlcədən  vəziyyətin  gərginləşməsini  istəməyən  Ser-



gey  gördü  ki,  evinə  gələn  qonaqlar  haqq-nahaq  Nizamini 

acılayıb  təhqir  edirlər.  Haqsızlıq  isə  birbaşa  onun  evində 

baş  verirdi.  O,  azərbaycanlı  tələbənin  səbrli  olmağa  dəvət 

edib hökmlü şəkildə dedi: 

- Mən heç kimə imkan vermərəm ki, evimə gələn qonağı 

təkləyib təhqir etsin. Hamınız, xüsusən də cavanlar bu evdə 

ifadələrinə  diqqət  yetirməlidirlər.  –  sonra  pedaqoq  üzünü 

təhqir  olunmuş  tələbəsinə  tutub  ərkiyanə  şəkildə  sözünə 

əlavə etdi. – Nizami zəhmət olmasa, Saşa ilə birlikdə o biri 

otağa keçin.  

Böyüklərin sözünə qeyd-şərtsiz halda riayət edən Nizami 

öz  tərbiyəsini  nümayiş  etdirərək,  heç  bir  söz  demədən 

Aleksandrla  birlikdə  otaqdan  çıxdı.  Eduardın,  Raisanın, 

sonra isə Robertin özlərini kobud aparmaları Yelizavetanın 

da  xətrinə  dəymişdi  və  o,  da  heç  nə  bildirmədən  iştirak 

etdiyi  məclisi  tərk  etdi.  Qızın  bu  hərəkəti  hamıdan  çox 

Roberti qıcıqlandırdı. Eduardın fikirincə, Yelizaveta Rober-

tin  sevgilisi  sayılırdı  və  belə  bir  məqamda  azərbaycanlı 

tələbənin  mövqeyini  müdafiə  etmək  və  ya  neytral  mövqe 

tutmaq ona pis təsir göstərdi. Necə olsa da o, dekanın qızını 

artıq  öz  gəlinləri  hesab  edir  və  əmin  idi  ki,  həmin  qız 

mövzudan asılı olmayaraq daim onların tərəfində olmalıdır. 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə