\ 1800 m dərinliyə qədər, mlrd m



Yüklə 94,72 Kb.
tarix14.10.2017
ölçüsü94,72 Kb.
#4895

Neft və qaz yataqlarının qazları təbii yanar qazlara aiddir. Onların əsas tərkibi əksər hallarda karbohidrogenlərdən ibarətdir. Karbohidrogenlər içərisində metan böyük üstünlük (90 %-ə qədər və daha çox) təşkil edir. Yanar qazların tərkibində metanın homoloqları, azot, hidrogen-sulfid, təsirsiz qazlar (arqon, neon), karbon qazı və s.-ə təsadüf olunur.

Neft yataqlarından başqa təbiətdə xalis qaz yataqlarına da təsadüf edilir. Neft yataqlarının qazları öz kimyəvi tərkibinə görə xalis qaz yataqlarının qazlarından fərqlənmir. Bəzi qazların tərkibində azot və karbon qazlarının miqdarı metandan artıq ola bilir. Qazların əsas tərkib hissəsi metan və onun homoloqlar-ından ibarət olduğu üçün bu qazların təsviri üzərində dayanaq.



Metan rəngsiz qaz olub, zəif sarımsaq iyi verir. Havadan xeyli yüngüldür. 1 m3 metanın 150 C temperaturda və normal təzyiqdə l m3 çəkisi 0,677 kq-dır. Metanın istiliktörətmə qabiliyyəti daş kömürdən 2,5 dəfə artıqdır. Metan qazı təbiətdə geniş yayılmışdır. Misal üçün, hesablamalara görə Kuznetsk daş kömür hövzəsində (Kuzbas) metan qazının ehtiyatı 12 trln.m3 təşkil edir. Metan, bataqlıq-larda da yaranır, buna görə də onu həm də bataqlıq qazı adlandırırlar. Metan xalis qaz və neft yataqları qazlarının tərkibində əsas yer tutur .

Karaqanda daş kömür hövzəsinin formalaşması prosesində çox böyük miqdarda karbohidrogen qazları əmələ gəlmişdir ki, bunlar da aşağıdakı kimi paylanmışdır:



\ 1800 m dərinliyə qədər, mlrd.m3 /


Əmələ gəlmiş qazların

O cümlədən mlrd. m3

Suxurlarda və yeraltı sularda

Atmosferə

keçmişdir



Kömür

laylarında



Nazik kömür

laycıqlarında



Səpələnmiş üzvi

maddədə


24340

1099

223

695

4300

18023







Etan rəngsiz qazdır. Sıxlığına görə havadan ağırdır. 1 m3 etanın 150C temperaturda və normal təzyiqdə çəkisi 1,27 kq-dır. Etan 200 C temperaturda və 38

atm. təzyiqdə (və ya 3,8 MP) sıxlığı 0,446 q/sm3 olan mayeyə çevrilir. Etan zəif

alovla yanır. O, neft yataqları qazlarının tərkibində metan ilə birlikdə rast gəlir. Etanın sərbəst yığımlarına təsadüf edilmir.

Propan rəngsiz və ağır qazdır. Onun normal şəraitdə 1 m3- nin çəkisi 1,966 kq-dır. 200 C temperaturda və 8,5 atm-dən yuxarı təzyiqdə mayeyə çevrilir. Propan təbiətdə təmiz halda təsadüf edilmir, o, adətən neft yataqları qazlarının tərkibində olur.

Butan ağır qazdır. 1 m3 butanın normal şəraitdə çəkisi 2,454 kq-dır. 150C temperaturda və 1,8 atm. təzyiqdə butan sıxlığı 0,582 q/sm3 olan mayeyə çevrilir. Butan neft yataqları ilə əlaqədar olan qazların tərkibinə daxildir.

Pentan ən ağır qaz olub, neft yataqlarının qazlarının və benzinlərin tərki-bində rast gəlir.

Aşağıda V.A.Sokolovun neft və xalis qaz yataqları qazlarının kimyəvi tərkiblərinin tədqiqinə dair məlumatlar verilir (cədvəl III.7. və III.8.).

Tərkibində metanın miqdarı 90%-dən çox olan qazlara quru qazlar, 90%-dən az olanlara isə yağlı qazlar deyilir. Benzin buxarlarının miqdarına görə qazlar aşağıdakı növlərə bölünürlər:


  1. Quru qazlar --benzin buxarının miqdarı-----10 q/m3-dən az olanlar;

  2. Az yağlı qazlar ------“”--------“ 100-11 q/m3-dan çox olanlar;

  3. Yarım yağlı qazlar ------“”--------“ 200-101 q/m3 olanlar;

  4. Yağlı qazlar ------“”----------“ 200 q/m3-dan çox olanlar;

Yağlı qazların tərkibində metandan əlavə ağır karbohidrogenlər də (etan, propan, butan, pentan və s.) iştirak edirlər. Bataqlıq qazı, kömür yataqlarının bəzi qazları və xalis qaz yataqlarının qazları quru qazlara misal ola bilər. Neft yataqlarının qazları isə yağlı qazlara aiddir.

Neft və xalis qaz yataqları qazlarının kimyəvi tərkibi

(V.A.SokoIova görə)

Cədvəl III.8

Yataqların adları

CH4

Daha ağır

karbohidrogenlər



CO2

N2

H2S

Yelşanka

Kürdyüm


Daşava

Kaluş


Sed-İlsk

Melnikov (qərb hissəsi)

Melnikov (şərq hissəsi)

Melitopol



93,2

92,2


97,8

95,7


87,9

55,0


88,0

98,0


3,4

1,8


0,8

-

2,4


-

0,2


-

-

-

-

0,05


0,3

0,2


0,1

0,2


3,4

6,0


1,3

4,0


9,4

44,8


11,7

1,8


İzləri
-

-

-

-

-

-





Neft yataqları qazlarında karbon qazının miqdarı orta hesabla 7-8% təşkil edir. Nadir hallarda onun miqdarı 18-20%-ə çata bilər. Abşeron yarımadası yataqlarının qazlarında karbon qazının miqdarı nisbətən yüksək olub, 7-20% arasında dəyişir.

Karbohidrogen qazlarının tərkibində az miqdarda da olsa helium qazının iştirakı səciyyəvidir. Onun miqdarı 0,001-0,005% arasında dəyişir və çox nadir hallarda 0,8 -1,8 %-ə çatır. Heliumun miqdarının artması azotun miqdarının artması ilə əlaqədardır. Azotun miqdarı böyük hüdudda dəyişir və bəzi hallarda 69%-ə çatır.

Təsirsiz qazların ağır nümunələrinin miqdarı (məsələn, arqon, neon, kripton) karbohidrogen qazlarının tərkibində 0,5%)- dən artıq olmur.

Oksigen - karbohidrogen qazlarının tərkibində nadir hallarda rast gəlir. Onun miqdarı 2,5-7% arasında dəyişir. Oksigenin karbohidrogen qazlarının tərkibində iştirak etməsinə baxmayaraq, onun miqdarı o qədər də yüksək olmur. Palçıq vulkanı qazlarının tərkibində hidrogenin miqdarı yüksək olub, 8-15%-ə çatır.

Neft haqqında ümumi məlumat

Neft insanlara qədim zamanlardan məlumdur. Neft, adətən, tünd qəhvəyi və ya qara (bəzən yaşılı və ya yaşılı-sarı) rəngli yağlı maye halında olur. Neft özünə-məxsus iyə malik olmaqla, müxtəlif karbohidrogenlərin mürəkkəb qarışığından ibarətdir. Neftin tərkibi əsasən karbon, hidrogen, oksigen, azot və kükürd element-lərindən ibarətdir.

Neftin kimyəvi tərkibi, molekul çəkisi, sıxlığı, özlülüyü, səthi gərilməsi, istilik tutumu, donma və qaynama temperaturu, istilikvermə, həllolma və həlletmə, istilik və elektrikkeçirmə qabiliyyəti, optik fəallığı və s. onun əsas fıziki-kimyəvi xüsusiyyətlərindəndir .

Neftlər tərkibində bu və ya digər karbohidrogen qrupunun çoxluq təşkil etməsinə görə: metan (və ya parafın) sırası, naften sırası, aromatik sırası və qarışıq növlərə bölünür. Sonuncular təxminən bərabər nisbətdə göstərilən iki və yaxud üç növ neftin qarışığından ibarət olur. Neftlərin çoxunun tərkibində müəyyən qədər həll olmuş qaz vardır. Bu qazların bəziləri (məsələn, butan) nefti qızdırdıqda belə onun tərkibindən çətinliklə ayrılır.

Neftin fiziki xassələri

Neftin sıxlığı. Neftin sıxlığı onun əsas xassələrindən biridir və kimyəvi tərkibi ilə sıx əlaqədardır. Neftin sıxlığı 0,750-1,00 q/sm3 arasında dəyişir. Bəzən sıxlığı 0,750 q/sm3-dən az və vahiddən çox olan neftlərə də təbiətdə təsadüf edilir. Məsələn, Suraxanı yatağında Məhsuldar qatın tavanına yaxın təbəqələrdən çıxarıl-

mış ağ neftin sıxlığı 0,710 q/sm3-dir. Sıxlığı vahiddən çox olan qatı, asfaltlı neftlərə Orta Asiyada, İranda (1,016) və ABŞ-da Kaliforniyada (1,010) təsadüf edilir.

Neftin sıxlığı tərkibindəki qarışıqlardan asılıdır. Asfaltlı-qətranlı birləşmələr və başqa komponentlər neftin sıxlığını xeyli artırır. Metan sırası neftlərin sıxlığı naften sırası neftlərin sıxlığına nisbətən azdır. Qeyd etmək lazımdır ki, neftlərin sıxlığı azaldıqca rəngi də şəffaflaşır. Ağır neftlərin rəngi isə tünd olur.

Neftləri sıxlıqlarına görə yüngül və ağır növlərə ayırırlar. Sıxlığı 0,900 q/sm3-dən az olan neftlər yüngül, çox olanlar isə ağır növlərə aid edilir. Yataqlarda yığılan neftin sıxlığı dəyişkən olur. Eyni yataqda müxtəlif sıxlıqlı neftə rast gələ bilərik.

Abşeron yarımadasında Qırməkialtı lay dəstəsindən çıxarılan neftləri ağır növə misal göstərmək olar. Çox yüngül neftə təbiətdə nadir hallarda rast gəlmək olur. Tağ hissəsi denudasiyaya uğramamış, yəni bağlı tələlərdə neftin sıxlığı tağdan qanadlara doğru artır. Tağ hissəsi pozulmuş (dağılmış-açıq) tələlərdə isə neftin sıxlığı tağdan qanada doğru azalır. Sıxlığın bu cür dəyişməsinə səbəb tağı yuyulmamış qapalı tələnin təbii rezervuarlarında qravitasiya differensiallaşması ilə əlaqədar neftin yüngül fraksiyasının qanaddan tağa doğru artmasıdır. Tağı yuyulmuş və rezervuarları açılmış tələlərin məhsuldar laylarında isə, tağda neftin yüngül fraksiyasının aşınması ilə əlaqədar olaraq, onun sıxlığı tağdan qanadlara doğru azalacaqdır.

Layların stratiqrafık dərinliyindən asılı olaraq, neftin sıxlığının dəyişməsində qanunauyğunluq müşahidə olunur.

Neftin sıxlığı dünya neft yataqlarının əksəriyyətində stratiqrafık dərinlik artdıqca azalır (dünya neft yataqlarının 70%-dən çoxunda). Bəzən yataqlarda həmin qanunauyğunluq əksinə baş verir. Bu hal, xüsusilə, Abşeron yarımadasının neft yataqlarına aiddir. Abşeron ərazisində stratiqrafik dərinlikdən asılı olaraq, neftin sıxlığının dəyişməsi bütün neft yataqlarında qanunauyğun deyil. Məsələn, Suraxanı və Qala neft yataqlarında bu asılılıq yuxarı horizontlarda saxlanılır, yəni

dərinlik artdıqca sıxlıq artır, aşağı horizontlara keçdikcə isə bu qanunauyğunluq pozulur və sıxlığın azalması müşahidə olunur.

Qroznı rayonunun neft yataqlarmda isə ayrı-ayrı horizontlarda neftin sıxlığı təxminən bir-birinə yaxın olub 0,840-0,853 q/sm3 arasında dəyişir.



Neftin nisbi sıxlığı onun 1 atm. təzyiqdə və 20° C temperaturdakı sıx-lığının suyun 4° C temperaturdakı sıxlığına olan nisbətinə deyilir.

Neftin molekul çəkisi onun tərkibindəki elementlərinin atom çəkilərinin cəmi ilə təyin olunur.

Neftin özlülüyü mayeni təşkil edən hissəciklərin müxtəlif qüvvələrin təsiri nəticəsində bir-birinə nisbətən yerdəyişməsinə göstərdiyi müqavimətə deyilir. Özlülük üç növ olur: mütləq, kinematik və nisbi.

Maye içərisində sahələri 1 sm2, aralarındakı məsafə 1 sm olan və bir-birinə nisbətən 1 sm/san sürətlə hərəkət edən iki hissəcik arasında əmələ gələn müqavimət qüvvəsinə mütləq özlülük deyilir. Mütləq özlülüyün vahidi puaz və santipuazdır (1 santipuaz = 0,01 puaz). 1 sp=10 Pa ·san=1 MmPa·san, 1 puaz = 0,1 Pa·san.

Neftlərin rəngi və lüminessensiyası. Əvvəl qeyd edildiyi kimi, təbiətdə şəffafdan tutmuş tünd qara-qəhvəyi rəngə qədər neftlər vardır. Neftlərin rəngi, onların tərkibində olan asfalt və qətran maddələrin miqdarından asılıdır. Bu maddələrin miqdarı çoxaldıqca neftin rəngi tündləşir.

Ultra-bənövşəyi şüalar altında neftin soyuq şüalanması xassəsi lüminessensiya adlanır. Şüalanmanın spektri və intensivliyi neftin tərkibindən və onda olan bitumun miqdarından asılıdır. Misal üçün yüngül neftlər intensiv mavi, ağır neftlər - sarıdan mixəyi rəngə, qətranlar isə mixəyidən tünd mixəyi rəngə qədər şüalanırlar. Beləliklə, ultra-bənövşəyi şüalar altında süxur nümunəsinin tərkibindən, onun səthində lüminessensiyanın intensivliyindən və formasından asılı olaraq süxurda bitumun faizlə miqdarını təyin etmək mümkündür (cədvəl III. 10 ).

Flüoressensiya dedikdə maddə həyəcanlandırıldıqda onun şüalanması, yaxud həyəcanlandırılma dayandırıldıqdan sonra 10-7 san ərzində şüalanması nəzərdə tutulur.

Maddənin həyəcanlandırıldıqda 10-7 san-dən də artıq şüalanması hadisəsi fosforosensiya adlanır.

Neftin buxarlanması və qaynaması. Neftlərin tərkibi müxtəlif olduğun-dan onların qaynama temperaturu da müxtəlifdir. Belə ki,əvvəl yüngül karbohidro-

genlər, sonra isə onların ağır homoloqları qaynayır. Ona görə də neft və onun məhsullarının qaynama temperaturu qaynamanın başlanması və sonu ilə göstərilir.

Neft yüngül olduqca onun qaynama temperaturu da aşağı olur. Ən yüngül neftlər 100° C -dən aşağı, ağır neftlər isə 100° C- dən yüksək temperaturda qayna-yırlar.

Neftin alışma və alovlanma temperaturu. Alışma temperaturu elə tempe-raturdur ki, bu temperaturda neftin buxarları ilə hava qarışığına od yaxınlaşdıqda qarışıq alışır. Daha yüksək temperaturda yanma təkcə buxarlarda deyil, bütün mayedə gedir. Bu temperatur isə alovlanma temperaturu adlanır. Deməli, alışma temperaturunda yalnız neftin buxarları, alovlanma temperaturunda isə buxarla yanaşı bütün maye kütləsində yanma baş verir.

Benzinin alışma temperaturu 20-250 C, kerosininki 40-500 C, sürtkü yağları-nın alışma temperaturu isə 2000 C və daha yüksək olur.



Neftin istilik tutumu. 1 q nefti 10C qızdırmaq üçün sərf edilən istiliyin miq-darına deyilir. İstilik tutumu çox kiçik həddə (0,4 - 0,5 kal arasında) dəyişir. Neftin sıxlığı artdıqca onun istilik tutumu azalır.

Neftin istilikvermə qabiliyyəti. Vahid həcmdə və ya çəkidə yanan neftdən ayrılan istiliyə deyilir. İstilikvermənin vahidi (kkal/m3, kkal /kq və ya kkal/q) qəbul edilir. Neftin sıxlığı nə qədər az olursa, istilikvermə qabiliyyəti bir o qədər çox olur. Məsələn, sıxlığı 0,793 q/sm3 olan Suraxanı neftinin istilikvermə qabiliyyəti 10916 kkal/kq, sıxlığı 0,923 q/sm3 olan Binəqədi neftininki isə 10430 kkal/kq -dır.

Ümumiyyətlə, neft və neft məhsullarının istilikvermə qabiliyyəti 10000 - 11250 kkal/kq arasında dəyişir.



Neftin həllolma və həlletmə qabiliyyəti. Neft bəzi həlledicilərdə (benzin, xloroform, benzol, efir və s.) həll olduğu kimi özü də bir sıra maddələr üçün həlle-dici rolunu oynayır. Neft qazları özündə həll edir. Neft suda həll olmur, yodu, kükürdü, kauçuku, qətranı, eləcə də bitki və heyvan yağlarını özündə həll edir.

Neftlərin təsnifatı. Tərkibindəki müxtəlif karbohidrogen qruplarının miqdarına görə neftin siniflərə bölünməsi ən əsas təsnifat hesab edilir. III.13-cü cədvəldə Abşeron yarımadası neftlərinin tərkibi (V.A. Sokolova görə) verilmişdir.

Neftin sənaye təsnifatı onların tərkibində olan kükürdün, parafinin, qətra-nın və benzinin miqdarına görə qruplara ayrılmasına əsaslanır. Tərkiblərindəki kükürdün miqdarına görə çıxarılan neftlər əsasən iki qrupa ayrılır:

  • az kükürdlü neftlər (kükürdün miqdarı 0,5%-dən az olur);

  • kükürdlü neftlər (kükürdün miqdarı 0,5%-dən artıq olur).

Tərkibindəki qətranın miqdarına görə neftlər üç qrupa ayrılır:

  • az qətranlı neftlər (qətranın miqdarı 5%-ə qədər olur);

  • qətranlı neftlər (qətranın miqdarı 5-15% olur);

  • çox qətranlı neftlər (qətranın miqdarı 15%-dən çox olur).

Tərkiblərindəki parafinin miqdarına görə neftlər üç qrupa bölünür:

  • parafinsiz neftlər (parafinin miqdarı 1% -dən az olur);

  • az parafınli neftlər (parafınin miqdarı 1-2% olur);

  • parafınli neftlər (parafınin miqdarı 2%-dən artıq olur).

Benzinin miqdarına və keyfıyyətinə görə neftlər aşağıdakı qruplara ayrılır:

  • yüksək oktanlı (oktan ədədi 72-dən artıq olan) benzinli neftlər;

  • orta oktanlı (oktan ədədi 65-71 arasında dəyişir) benzinli neftlər;

  • aşağı oktanlı (oktan ədədi 65-dən az olan) benzinli neftlər.

Neftlərin müxtəlif növdə olması neftəmələgətirən üzvi maddələrin müxtəlif-liyindən və onların neftə çevrilməsinin fıziki-kimyəvi və geoloji şəraitindən asılıdır.

Lay suları

Neft və qaz yataqlarında neftlə birlikdə su yığımları da mövcuddur. Belə sulara ayrı-ayrı laylarda və yaxud neftli-qazlı layların tərkibində rast gəlinir. Buna görə də hər hansı bir neft yatağının səmərəli işlənilməsini təmin etmək üçün, həmin yatağın ayrı-ayrı laylarındakı suların xüsusiyyətlərini bilmək lazımdır.

Neft yataqlarında sular, tutduqları vəziyyətə görə lay sularına və kənar sulara ayrılır.

Lay sularına neftli horizontlarda neftlə birlikdə rast gəlinir. Onlar kontur və yaxud yan, daban, aralıq və texniki sulara (laya süni olaraq vurulmuş) bölünür.

Kontur və yaxud yan suları layın aşağı hissəsində yerləşir və lay işlənildikcə onun yuxarı hissələrinə tərəf (strukturun tağına doğru) hərəkət edərək nefti quyunun dibinə sıxışdırır.

Neftin (qazın) su ilə birləşmə səthinə su-neft (qaz-su) kontaktı deyilir.

Neftin (qazın) su ilə təmasının daxili hüdudu sululuq konturu adlanır. Layın yatım istiqaməti üzrə həmin konturdan aşağıda neft və su, qalxma istiqaməti üzrə isə ancaq neft yatır.

Neftlə (qazla) suyun xarici hüduduna neftlilik (qazlılıq) konturu deyilir. Həmin konturdan yatım istiqaməti üzrə aşağıda su yatır. Bu iki kontakt arasındakı zolaq su-neft (qaz-su) kontaktı zonası və ya konturətrafı zona adlanır. Bu zonada yerləşən quyular, adətən, su ilə birlikdə neft (qaz) verib, tezliklə sulaşır.

Kontur sulardan fərqli olaraq daban suları layın bütün sahəsi boyu yerləşir. Buna görə də, layın hər yerində neft və ya qazdan aşağıda bu sulara rast gəlinir.

Əsas neftli (qazlı) horizontun kiçik təbəqələrindəki sular aralıq sular adlanır. Bu təbəqələr ya xalis sulu, ya da böyük olmayan neftlilik konturuna malik olur.

Son illər neft, qaz və qaz-kondensat yataqlarında kondensasiya suları adlanan az minerallaşmış suların mövcudluğu da müəyyən edilmişdir. Sular buxar halında bəzən kollektorların məsamələrini doldurur, bəzən isə sıxılmış karbohidrogen qazlarında həll olmuş halda rast gəlinir. İstismar zamanı lay təzyiqi azaldığından, bu sular maye fazasına keçərək qismən kollektorların məsamələrini doldurur, bəzi hallarda isə qaz-kondensat ilə birlikdə hasil edilir. Qaz-kondensat ehtiyatları hesablanarkən belə sular nəzərə alınmalıdır, çünki onlar qaz-kondensat yataqlarında rast gələn flüidin müəyyən hissəsini təşkil edə bilər.

Neftli-qazlı horizontlara görə yad olan sular – kənar sular adlanır. Kənar sular üst, alt və qarışıq sulardan ibarət olur. Neftli laydan yuxarıda yerləşən sular – üst sular, aşağıda yerləşən sular isə alt sular adlanır. Tektonik pozulmalar vasitəsi ilə neftli laya daxil olan sulara tektonik sular deyilir. Bir neçə neftli horizontun suları bir quyuya daxil olarsa, onlara qarışıq sular deyilir. Qarışıq sular çox hallarda boruarxası boşluqda istismar olunan layın suları ilə kənar suların qarışması nəticəsində yaranır.



Suların kimyəvi tərkibi. Suları öyrənmək üçün əsas üsullardan biri onların tərkibinin kimyəvi analizidir. Adətən, lay suları ilə təmas edən süxurların tərkibindəki mineral maddələrə həmin sularda həll olmuş şəkildə rast gəlinir. Sularda həll olmuş mineral maddələrin miqdarı və tərkibi geniş hüdudda dəyişir.

Neft yataqlarının sularının tərkibində ən çox natrium ionları, az miqdarda isə qələvi-torpaq elementləri vardır. Daha sonra xloridlər (Cl ionları), karbonatlar (CO3 ionları), bikarbonatlar (HCO3 ionları), həll olmuş qazlardan isə karbon qazı (CO2), metan (CH4 ), hidrogen-sulfid (H2S) rast gəlinir.



Bəzən neft yataqlarının sularında qiymətli yod, brom və bora təsadüf olunur. Neft yataqlarının sularındakı duzlar, adətən, müsbət və mənfi elektrik yüklü olurlar. Buna görə də suların kimyəvi tərkibinin bir litr və ya 100 q suya görə qramla, yaxud milliqramlarla ion formasında ifadə edilməsi qəbul edilmişdir.
Yüklə 94,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə