ˆ Azərbaycan tarixində şərəfli ömür yolu ilə bugünkü



Yüklə 89,14 Kb.

tarix14.12.2017
ölçüsü89,14 Kb.


 

ˆ

Azərbaycan tarixində şərəfli ömür yolu ilə bugünkü 



nəslə örnək olan parlaq şəxsiyyətlər çoxdur. Onlar xalq və Vətən 

qarşısında dəyərli işlər görüblər. Avqustun 9-da anadan olmasının 

105 ili tamam olan Bağır Seyidzadə bu cür insanlardan biridir. O, 

qeyri-adi əməksevərliyi, xeyirxahlığı, fitri istedadı, nadir bilik və 

qabiliyyəti sayəsində dərin hörmət və ehtiram qazanıb. Bu nəcib 

keyfiyyətlərin isə nəsildən, ailədən qaynaqlandığına şübhə ola 

bilməz.

Seyidzadələr nəslinin yaxın 

tarixinə qısa ekskurs

Bağır Seyidzadənin babası Seyid 

Məmməd Qərbi Azərbaycanın (çar 

Rusiyası dövründə İrəvan quberniya-

sının) Qəmərli kəndinin varlı maldar-

larından birinin təsərrüfatında muz-

durluq edirdi. Sonradan bu ailənin 

qızı Ümmunisə ilə evlənmişdi. Seyid 

Məmməd həm də müxtəlif müalicəvi 

bitkilər toplayır, kənd camaatı üçün 

cürbəcür dərmanlar hazırlayırdı. 

Kənddə onu ehtiramla Seyid həkim 

çağırırdılar. Seyid Məmməd 1870-ci 

ildə özündən sonra dörd övlad qoya-

raq 40 yaşında dünyadan köçüb.

Bağır Seyidzadənin atası Mir-

qasım kişi və əmisi Mirəli əsasən 

ticarətlə məşğul olurdular. Sonradan 

İrəvana köçən qardaşlar orada böyük 

ticarət şəbəkəsi qururlar. Ailə varlan-

mağa başlayır, lakin xoşbəxtlik uzun 

sürmür.


Həssas qəlbli övlad

Bağır Mirqasım oğlu Seyidzadə 

1912-ci ildə qədim Azərbaycan şəhəri 

İrəvanda dünyaya göz açıb. Onun altı 

yaşı olanda - 1918-ci ildə İrəvanda 

millətlərarası münasibət kəskinləşdiyi 

üçün Mirqasım ailəsini doğma yurdla-

rından köçürməli olur.

Bağır Seyidzadənin qızı Dilarə 

xanımın xatirələrindən: “Onlar 

1918-ci ildə İrəvanda millətlərarası 

münasibətlər kəskinləşdikdən 

sonra şəhəri tərk edirlər. Mirəli 

artıq vəfat etmişdi. O, tacir kimi 

səfərdən qayıdarkən Qarsda dünya-

sını dəyişmiş və elə oradaca dəfn 

olunmuşdu. Yeri gəlmişkən, mən 

Türkiyədə onun məzarını axtarıb 

tapdım. Buna biz Türkiyədə səfərdə 

olanda ulu öndər Heydər Əliyevin 

sayəsində nail oldum. Odur ki, babam 

Mirqasım həm özünün, həm də qarda-

şının ailəsini götürüb Tiflisə gəlir”. 

Ailə Tiflisdə əsasən 

azərbaycanlıların yaşadığı Şeytan-

bazar məhəlləsində məskunlaşır. 

Mirqasım kişi ticarətini davam 

etdirir, qazandığı pullarla uşaqlarına 

mükəmməl təhsil verir. Dilarə xanım 

deyir ki, atası Bağır rus və fransız 

dillərini Tiflisdə öyrənmişdi.

1924-cü ildə Mirqasım kişinin 

ömür-gün yoldaşı vəfat edir və bu 

itki ailənin bütün üzvlərinin, xüsusən 

də Bağırın qəlbində dərin iz buraxır. 

Xədicə xanımı Tiflisdəki müsəlman 

qəbiristanlığında dəfn edirlər. On 

iki yaşlı Bağır tez-tez qəbiristanlığa 

gedirdi. Fikirləşirdi ki, bəlkə möcüzə 

baş verər, anası əbədiyyət yuxusun-

dan ayılar və özünü qəbiristanlıqda 

tək görüb qorxar. Oğlunun iztirab-

larını görən Mirqasım kişi ailəsini 

Tiflisdən uzaq bir məkana köçürməyi 

qərara alır. 

Taleyin ironiyası 

1925-ci ildə ailə Bakıya köçür. 

Bu o dövr idi ki, bolşevik istilasına 

baxmayaraq, Bakıda Azərbaycanı 

müstəqil görmək istəyən Hüseyn 

Cavid, Əhməd Cavad, bir qədər 

sonra onların sırasına qədəm qo-

yan Mikayıl Müşfiq, Almas İldırım 

yazıb-yaradırdılar. Bağır Seyidzadə 

Bakıda Tağıyevin fabrikində işə 

düzəlir və təhsilini fəhlə fakültəsində 

davam etdirir. Şəhərdəki ictimai-si-

yasi ab-havanı tezliklə dərk etsə də, 

nə evdəkilərə, nə də ətrafdakılara 

kimlərə rəğbət bəslədiyini bildirmir. 

Lakin illər ötdükdən sonra Moskvada 

aspiranturada oxuyan sevimli qızı 

Dilarəyə deyəcəkdi: “Qızım, əgər 

sən nə vaxtsa Azərbaycan tarixinin 

ən şərəfli və vacib dövrünə əsər həsr 

etsən, mütləq o dövrün mətbuatına 

diqqət yetir, ələlxüsus da “Füyuzat” 

jurnalına”. Deməli, ürəyindəki rəğbəti 

füyuzatçılara imiş.

Gənc Bağır 1930-cu ildə fəhlə 

fakültəsini bitirdikdən sonra bir neçə 

ay “Kəndli” qəzetinin redaksiya-

sında korrektor işləyir. 1936-cı ildə 

isə Azərbaycan Sənaye İnstitutunun 

məzunu Bağır Seyidzadə “Gənc 

işçi” qəzetinə redaktor təyin olunur. 

Bu o qəzet idi ki, Mikayıl Müşfiq 

1926-cı ildə orada “Bir gün” adlı ilk 

şeirini dərc etdirmişdi. Repressiya 

illərində hər dəfə bu tufanın apardığı 

adamların adlarını eşidəndə Bağır 

Seyidzadənin ürəyi qana dönürdü. 

Axı, çoxusu ilə münasibəti vardı...  

İkinci dünya müharibəsinin başlan-

ması Kremli Bakını türkçülük əhval-

ruhiyyəsi olan azərbaycanlılardan 

təmizləmək siyasətini dayandırma-

ğa məcbur etdi. Beləliklə, Bağır 

Seyidzadənin və onun kimi minlərlə 

vətənpərvər azərbaycanlının canı rep-

ressiyadan qurtardı. Dilarə xanımın 

xatirələrindən: “O vaxt belə bir qayda 

vardı – kim qəzetə rəhbərlik edirdisə, 

sonra respublika komsomolu Mərkəzi 

Komitəsinin ideologiya üzrə katibi 

seçilirdi. Beləliklə, atam respublika 

komsomolu Mərkəzi Komitəsinin ide-

ologiya üzrə katibi seçildi və 1941-ci 

ildə Əziz Əliyevin başçılıq etdiyi 

azərbaycanlılardan ibarət böyük bir 

qrupla İrana getdi”. Bağır Seyidzadə 

İrana yola düşən gün – sentyabrın 

15-də atası Mirqasım kişi infarktdan 

keçinir. Övladın isə bundan xəbəri 

olmur. Qeys xanım qayınatası vəfat 

etdiyi üçün ərini qaytarmaq xahişi ilə 

MK-ya zəng etsə də, bir nəticə hasil 

olmur. MK Mirqasım kişinin dəfnin 

təşkil etməklə vəzifəsini bitmiş hesab 

edir. Vaxtilə hər gün anasının qəbrini 

ziyarət edən Bağır uzun illər atası-

nın məzarına baş çəkə bilmir. Bu da 

taleyin ironiyası.



Qismətinə çətin  

vaxtlar düşmüşdü

 Görkəmli ictimai, siyasi və 

dövlət xadimi Əziz Əliyev İrana 

diplomatlar hazırlamaq üçün kadr 

seçəndə nəzakətli davranışı, hər kəslə 

ünsiyyət qurmaq bacarığı ilə başqala-

rından fərqlənən Bağır Seyidzadənin 

üzərində dayanır və onu Moskvaya 

SSRİ Xarici İşlər Nazirliyindəki Ali 

Diplomatiya Məktəbinin altı aylıq 

kursuna göndərir. Moskvada fars 

dilini mükəmməl öyrənən və təhsilini 

fərqlənmə diplomu ilə bitirən Bağır 

Seyidzadə 1944-cü ildə SSRİ diplo-

matı kimi İrana göndərilir. Dilarə xa-

nımın xatirələrindən: “Oraya gedəndə 

mənim cəmi 5 yaşım vardı, qayıdanda 

isə 10 yaşında idim. Atam müəyyən 

müddət Makuda işlədi, sonra onu 

Təbrizə vitse-konsul göndərdilər, 

daha sonra baş konsul təyin etdilər. 

Təbrizdə konsulluq bağlandıqdan 

sonra atam Bakıya qayıtdı”.

Yazıçı Qılman İlkin Təbriz 

dövrünü belə xatırlayır: “Biz Təbrizdə 

Mirzə İbrahimovun rəhbərliyi altında 

ərəb əlifbası ilə “Vətən yolun-

da” qəzetini nəşr edirdik. Bağır 

Seyidzadə isə oraya diplomatik işə 

göndərilmişdi. Biz tez-tez görüşür-

dük. Ya biz onun yanına gedir, ya da 

o özü Təbrizdə bizə baş çəkirdi. Öz 

işindən maraqla danışırdı. Cənubi 

Azərbaycanda Milli Hökumətin qu-

rulmasında onun böyük xidməti vardı. 

Hətta Milli Hökumət onu “21 Azər” 

medalına da layiq görmüşdü”.

1941-1944-cü illər sovet diplo-

matiyasının İrandakı ən çətin illəri 

idi. Lakin Bağır Seyidzadə heç vaxt 

nə ailəsinə, nə qohum-əqrəbasına, 

nə də dost-tanışlarına İranda baş 

verənlərdən danışmayıb, İran onun 

üçün bağlı mövzu olaraq qalıb. İran-

dan sonra Moskva Bağır Seyidzadəni 

təcrübəli bir diplomat kimi Türkiyəyə 

göndərmək istəyir. Lakin Mircəfər 

Bağırov mərkəzə müraciət edərək 

onun Bakıda qalmasına nail olur 

və 1949-cu ilin fevral ayında Bağır 

Seyidzadəni kinematoqrafiya naziri 

təyin edir.



Həyatın keşməkeşli yollarında

Bağır Seyidzadə kinematoqrafiya-

da olan problemlərin aradan qaldırıl-

ması üçün çox böyük işlər görür. Yeni 

nazirin dövründə Bakı kinostudiya-

sında neftçilərdən bəhs edən “Bakının 

işıqları” bədii, habelə müxtəlif möv-

zularda “Böyük yol”, “Hədiyyə xal-

çası”, “Quba bağlarında”, “Tərtərçay 

vadisində”, “Mingəçevir”, “Sovet 

Naxçıvanı”, “Gədəbəyin sərvəti”, 

“Abşeronun ocaqları”, “Səhər 

nəğməsi”, “Sovet Azərbaycanı”, 

“Azərbaycanın müalicə ocaqları”, 

“Elmlə dostluq şəraitində”, “Arazın 

sahillərində”, “Gözlərinizi qoruyun”, 

“Xəzər neftçiləri haqqında dastan” və 

digər sənədli və elmi-kütləvi filmlər 

yaradılır. 

“Sovet Azərbaycanı” sənədli 

filmi 1951-ci ildə Kann Beynəlxalq 

Kinofestivalında Azərbaycanın kino 

tarixində ilk dəfə olaraq xüsusi mü-

kafata layiq görülür. “Xəzər neftçiləri 

haqqında dastan” və “Dənizi fəth 

edənlər” sənədli-bədii filmlərinə görə 

yaradıcı qrupun bir neçə üzvü sovet 

dövründə ən yüksək mükafatı – Lenin 

mükafatını alır. “Dənizi fəth edənlər” 

filmi həm də I Moskva kinofestivalın-

da gümüş medalla mükafatlandırılır. 

Filmin çəkilişi ilə bağlı maraqlı bir 

faktı xatırlamaq yerinə düşər. Yara-

dıcı qrup Neft Daşlarında çəkilişə 

hazırlaşarkən neftçilər xəbər verirlər 

ki, anbaan fırtına başlaya bilər. Çəkiliş 

aparmaq çox təhlükəlidir. Amma nə 

fırtına, nə də dəniz təlatümü rejissor 

Roman Karmeni işindən çəkindirə 

bilməzdi. O, həmkarlarına müraciətlə: 

“Çəkirik, uşaqlar?” - səsləndiyi an 

arxadan kimsə ucadan dedi: “Əlbəttə, 

çəkirik!”. Hamı arxaya çevriləndə 

qarşılarında mədəniyyət nazirinin 

müavini Bağır Seyidzadəni görür. Bu 

gözlənilməz hadisədən kino işçiləri 

əvvəlcə çaşbaş qalır, eyni zamanda, 

var qüvvə ilə çəkilişə başlayırlar. Hər 

şey yaradıcı qrupun ürəyincə olur.

Bağır Seyidzadənin kinematoq-

rafiya naziri kimi əldə etdiyi uğurlar 

onu Mircəfər Bağırovun gözündə 

ucaldırdı. Lakin naziri gözdən salmaq 

istəyənlər də az deyildi. Onlar gecə-

gündüz Mərkəzi Komitəyə böhtan 

dolu məktublar yazırdılar. Mircəfər 

Bağırov 1951-ci ilin fevralında Bağır 

Seyidzadəni nazir vəzifəsindən azad 

etməyə məcbur olur. İşsiz qalan sabiq 

nazir öz taleyini həll etməli, ailəsini 

dolandırmalı idi. Axı o, ömür-gün yol-

daşı Qeys xanımın, övladları Fuadın, 

Dilarənin, Xoşqədəmin yeganə ümidi 

idi. Bağır Seyidzadə Radioinformasiya 

Komitəsinə gələrək fars redaksiyası-

na işə götürülməsini xahiş edir. Onu 

nəinki işə götürür, hətta farsca birbaşa 

efiri də ona həvalə edirlər. 1953-cü 

ildə isə Bağır Seyidzadə Radioin-

formasiya Baş İdarəsində müavin 

vəzifəsinə irəli çəkilir. Çox keçmir ki, 

Mərkəzi Komitə Bağır Seyidzadəyə 

Poliqrafiya və Nəşriyyat İdarəsini ya-

ratmağı tapşırır. Bu idarə 1958-ci ildə 

Azərbaycan Mədəniyyət Nazirliyinə 

birləşdiriləndən sonra Bağır Seyidzadə 

nazir müavini təyin olunur. 

Halal çörəkpulu  

və ya gülünc əmr

Nazir müavini işləyərkən tərcümə 

ilə də məşğul olan Bağır Seyidzadə 

halal çörəkpulu qazanan bir məmur 

idi. O, “Görkəmli adamların həyatı” 

silsiləsindən Natalya Muravyovanın 

“Viktor Hüqo”, Leopold İnfeldin 

“Evarist Qalua”, İohan Pestalotsinin 

“Seçilmiş pedaqoji əsərləri” kitablarını 

tərcümə etmişdi. Bağır Seyidzadənin 

uğurlarına paxıllıq edənlər yenə də 

dinc durmur, Mərkəzi Komitəyə 

anonim məktublar yazırdılar. Xalq 

yazıçısı Qılman İlkinin xatirələrindən: 

“Hamı bilirdi ki, onun bir dəqiqə də 

olsun boş vaxtı yox idi, yarımçıq 

işlərini bitirmək üçün işdən sonra da 

idarədə qalırdı. Gecələr isə yuxunu 

israfçılıq sayaraq bədii tərcümə ilə 

məşğul olur, ailəsinin heç bir şeydə 

korluq çəkməsinə imkan vermirdi. 

Bu da həmkarlarında paxıllıq hissi 

doğururdu, onlar nəyin bahasına olur-

sa-olsun ona zərbə vurmağa çalışır-

dılar. Nail oldular da. Onu işdən azad 

etdilər. İşdən azad edilməsi haqqında 

əmr çox gülünc səslənirdi...” 

Azərinformun (indiki AZƏRTAC) 

baş redaktoru Azər Ələsgərov bu 

barədə yazırdı: “Bağır Seyidzadə nazir 

müavini işləyə-işləyə iki-üç kitab 

tərcümə edib onları nəşr etdirmiş-

di. Bu səbəbdən də belə bir məsələ 

qaldırılmışdı ki, o, tərcümə edərək 

filan qədər qonorar almışdır”. Sonralar 

Mərkəzi Komitənin birinci katibi 

Vəli Axundov etiraf etmişdi ki, Bağır 

Seyidzadəni işdən əbəs yerə çıxarıb. 

Bu, tarixdə görünməmiş bir əmr idi. 

Amma Bağır Seyidzadə bu haqsızlığı 

da özünə xas dəyanətlə qarşılayır.

Dilarə xanımın xatirələrindən: 

“Onu nazir müavini vəzifəsindən 

azad edəndə, - bunu heç vaxt unut-

mayacağam, - yaman fikir çəkirdi. 

Firavan həyatımızı təmin edən yeganə 

mənbə onun tərcümələri idi. Onu isə 

“xidməti vəzifəsindən istifadə edərək 

tərcümələrlə məşğul olduğu” üçün 

işdən çıxarmışdılar... Atam hətta bütün 

bunların ədalətsiz olduğu barədə 

fikrimə tərəfdar çıxmadı”.



Jurnalistlik onda  

Allah vergisi idi

Bağır Seyidzadə hansı vəzifədə 

çalışırsa-çalışsın, yazıb-yaratmağa 

meyilli olub. Azərbaycan Sənaye 

İnstitutunun məzunu olsa da, jurnalis-

tikanı həmişə həyatının əsas işi say-

mışdı. Dilarə xanımın xatirələrindən 

aydın olur ki, Bağır Seyidzadə hələ 

məktəbdə oxuyarkən, eləcə də tələbə 

olarkən divar qəzeti çıxarmışdı. Bəlkə 

də gənc Bağırın ürəyindən hələ o vaxt 

jurnalist olmaq keçmişdi. 

Vaxtilə “İzvestiya” qəzetinin 

Azərbaycan üzrə müxbiri kimi 

Azərinforma tez-tez gələn jurnalist 

Elmira Əliyeva sonralar “Yaxşı ad qo-

yub gedənlər unudulmur” məqaləsində 

yazır: “Deyilənə görə, jurnalistlik 

onda Allah vergisi idi. Hərçənd 

ki, uzun illər yüksək və məsul 

vəzifələrdə çalışmışdı - kinematoqra-

fiya naziri, Təbrizdə sovet diplomatik 

nümayəndəliyinin rəhbəri. Təbrizə 

SSRİ Xarici İşlər Nazirliyi tərəfindən 

ezam olunmuş, burada tanınmış dövlət 

xadimi Əziz Əliyevlə birlikdə o zaman 

İranda baş verən proseslərdə bilavasitə 

iştirak etmişdi. Jurnalist İbrahim Nov-

ruzov kitabında yazır ki, Azərbaycanın 

o vaxtkı rəhbəri Bağırov hətta soruş-

muşdu: Bu Seyidzadə yazıçıdır?”

Dilarə Seyidzadə deyir: “Atamın 

bütün məktubları, hesabatları təsdiq 

edir ki, o, əla jurnalist olmuşdur. 

Həyatda qarşılaşdığı bütün çətinlikləri 

dəf etməkdə atama daim yazması, 

redaktə və tərcümə işi ilə məşğul 

olması kömək edirdi. Atam azad 

ruhlu insan idi. Çoxşaxəli fəaliyyətinə 

baxmayaraq, qəlbən jurnalist olaraq 

qalmışdı”. 

Canlı ensiklopediya, natiq, 

tərcüməçi – “pulemyotçu” 

Bağır Seyidzadə həm də gözəl na-

tiq idi. Elmira Əliyevanın məqaləsində 

oxuyuruq: “Bir dəfə, 1939-cu ildə, 

respublika rəhbərliyi tərəfindən ona 

tapşırılır ki, filarmoniyada keçirilən 

iclasda XVIII partiya qurultayına 

ictimaiyyətin təbrik məktubunu 

oxusun. Qarşısındakı mətnə baxma-

dan təbriki oxuyan Seyidzadə hamını 

təəccübləndirmiş, elə o vaxt da diqqəti 

cəlb etmişdi…” 

Dilarə xanım atasının müharibə 

illərində Səməd Vurğunun rəhbərlik 

etdiyi bir qrup Azərbaycan ziyalısı 

ilə birlikdə Novorossiysk cəbhəsində 

416-cı, 77-ci və 223-cü diviziyalar-

da olduğunu xatırladaraq deyir ki, 

onlar özləri ilə incəsənət xadimlərini, 

müğənniləri aparır, konsertlər təşkil 

edir, mühazirələr oxuyurdular. Bağır 

Seyidzadə Səməd Vurğunla birlikdə 

Tiflisdə vətənpərvərlik mitinqində 

iştirak etmişdi. Onlar natiqlik məharəti 

və inamları ilə insanları coşdurur, öz 

ardınca aparırdılar. 

Azərbaycan tərcümə məktəbinin 

baniləri arasında Bağır Seyidzadənin 

adı xüsusi ehtiramla çəkilir, çün-

ki onun bu sahədə xidmətləri çox 

böyükdür. Azərinformun baş direktoru 

Yefim Qurviç ona tərcüməçi deyil, 

“pulemyotçu” deyərdi. Çünki Bağır 

Seyidzadə tərcümə zamanı mətni bir-

başa, çox sürətlə və yüksək keyfiyyətlə 

makinaçıya diktə edirdi. Həmin mətn 

sonradan heç bir əhəmiyyətli düzəliş 

olunmadan mətbuata göndərilirdi.

Bağır Seyidzadənin ümdə arzusu 

vardı: ictimai-siyasi ədəbiyyatın 

tərcüməsində doğma Azərbaycan 

dilindən geniş istifadə olunsun

səriştəli mütəxəssislər mürəkkəb 

siyasi terminlərin qarşılığını tapmaqla 

tərcümə problemlərini həll etsinlər. 

Əməkdar Mədəniyyət İşçisi Ənvər 

Quliyevin dediyi kimi, onun leksiko-

nunda “bilmirəm, bacarmaram” sözləri 

yox idi. O, canlı ensiklopediya idi. 

Tanınmış jurnalist Tamilla Nuri-

yeva “O, məşhur Seyidovlar nəslindən 

idi” məqaləsində yazır: “Məsul 

vəzifələrdə işləməsinə baxmaya-

raq, həqiqət naminə etiraf etməliyik 

ki, onun gözəl Azərbaycan dilində 

tərcümə etdiyi kitablar özündən sonra 

qoyub getdiyi ən qiymətli xatirədir”.

Azərinformda yeni nəfəs

Bağır Seyidzadə 1963-cü ildə 

Azərinforma (indiki AZƏRTAC) baş 

direktorun müavini vəzifəsinə təyin 

edilir. Qızı Dilarə Seyidzadə bunu 

belə xatırlayır: “Bu, sadəcə xoşbəxt 

bir təsadüf idi. O vaxtlar qardaşım 

Fuad gənc memarların müsabiqəsinə 

təqdim edəcəyi işin tərtibatı ilə məşğul 

idi. Böyük bir planşetin fotoşəklini 

çəkməliydi, ona görə də böyük ölçüdə 

fotokağız axtarırdı. Atam dedi ki, 

Qurviçin yanına get. Ən yaxşı kağız 

AzərTA-dadır. Amma kimin oğlu 

olduğunu demə. Qurviç çox yaxşı 

insandır, o, sənə kömək edər. Qurviç 

isə Fuadın soyadını eşidən kimi onun 

Bağır Seyidzadənin oğlu olduğunu 

soruşmuşdu. Yəni, atam jurnalistika-

da tanınmış sima idi. Sonra Qurviç 

MK-ya təqdimat yazır və atam onun 

müavini olur”.

Elmira Əliyeva məqaləsində yazır 

ki, “deyilənə görə, direktor Yefim 

Qurviç agentliyin rəhbərliyində öz ya-

nında məhz Bağır Seyidzadəni görmək 

istəmişdi. Yəqin böyük həyat yolu keç-

miş bu insana bələd imiş və layiqincə 

qiymətləndirirmiş. Beləcə, Bağır 

müəllim agentliyimizin həyatında 

mühüm rol oynayan insanlardan biri 

olub”.


Dilarə xanım xatırlayır ki, 

atası AzərTA-dakı işindən, sözün əsl 

mənasında, zövq alırdı: “Səhər saat 

4-5-də evə qayıdanda daxilən işıq 

saçırdı. Gecələr mənasız hesab etdiyim 

məsələlərə görə durmadan ona zəng 

edən, daim nə isə soruşan cavanlar çox 

xoşuna gəlirdi. Mən hiddətlənirdim, o 

isə deyirdi ki, bunlar çox məsuliyyətli 

məsələlərdir. Bütün jurnalistlər – İsrafil 

Nəzərov, Xasay Vəzirov, Nəsir İman-

quliyev “Gənc işçi” qəzetində işləmiş, 

ilk addımlarını bu gənclər qəzetində 

atmışdılar. Cəmil Əlibəyov elə hey 

deyirdi ki, Bağır Seyidzadə mənim 

müəllimimdir. Atam Vətənini, məşğul 

olduğu işi, doğma jurnalistikanı çox 

sevirdi”.

Bağır Seyidzadə Azərinform üçün 

əsl tapıntı idi. Direktor müavini olması 

ilə yanaşı, həmçinin tərcümə şöbəsi 

müdirinin işini görür, bir çox hallarda 

qəzetin nömrəsinə gedən materialları 

özü tərcümə və redaktə edirdi. O, 

həm özünə, həm də əməkdaşlara qarşı 

çox tələbkar idi. Bağır Seyidzadə 

Azərinformda ömrünün son gününə 

qədər – 1968-ci il martın 24-dək işlədi.

Əməyi layiqincə qiymətləndirilən 

Bağır Seyidzadə “Əməkdar 

Mədəniyyət İşçisi” fəxri adına layiq 

görülüb, “Qırmızı Əmək Bayrağı” və 

“Şərəf nişanı” ordenləri ilə təltif edilib.

Sözardı və ya böyük  

insan haqqında 

Bağır Seyidzadə ilə birlikdə 

işləyən insanlar, bir qayda olaraq, 

onun dostlarına, məsləkdaşlarına 

çevrilirdilər. Hələ “Gənc işçi” 

qəzetində redaktor olduğu dövr, yəni 

müharibəqabağı illər, çətin, mürəkkəb, 

insan mənəviyyatını imtahana çəkən 

zəmanə idi. O dövrdə dostluq, yoldaş-

lıq xüsusi cəsarət tələb edirdi. Bağır 

Seyidzadə insan ləyaqətini sınağa 

çəkən bu imtahandan üzüağ çıxdı. 

Jurnalistikamızın korifeylərindən 

olmuş Qulam Məmmədlinin 

xatirələrində yazdığına görə, əgər 

Bağır Seyidzadə olmasaydı, onun işləri 

müşkülə düşə bilərdi. Sən demə, onun 

məqalələrindən birində hansısa məqam 

respublika rəhbərliyinin xoşuna 

gəlməyib və yazılarına sərt qadağa 

qoyulub. O vaxt Bağır Seyidzadə ona 

demişdi: “Ürəyinə salma. Gəl belə 

edək, sən yaz, mən də onları öz adımla 

çap etdirib qonorarını sənə verərəm”. 

Əlbəttə, bu cür hərəkət etmək hər 

adamın işi deyildi. Bunun üçün 

cəsarətdən savayı, başqasının dərdinə 

şərik olmağı bacarmaq da lazım idi. 

Belə keyfiyyət isə yalnız həssas təbiətli 

insanlarda olur. Bağır Seyidzadə də bu 

cür insanlardan idi.

Şərəfli ömür sürən Bağır 

Seyidzadə bu gün də səmimiyyətlə 

anılır, onunla bağlı xatirələr nəsildən-

nəslə ötürülür. Şair İlyas Tapdıq 

“Məmməd Arazın məktubları”nda ya-

zır: “Mən onda Məmmədə məktub ya-

zıb bildirdim ki, məni işdən çıxarıblar. 

Kitabımla bağlı bütün şəhəri bürüyən 

söz-söhbətlə şəxsən maraqlanan MK-

nın o vaxtkı katibi Nazim Hacıyev 

1960-cı ilin payızında məni yanına 

çağırdı. Yığıncaqda mədəniyyət nazi-

rini möhkəm danladı. Çox hörmətli və 

xeyirxah bir insanın – Baş Nəşriyyat 

İdarəsinin rəhbəri Bağır Seyidzadənin 

himayəsi sayəsində üç aydan sonra 

məni vəzifəmə bərpa etdi”.

Dilarə Seyidzadənin 

xatirələrindən: “Atam təbiətən sadə, 

heç vaxt özü haqqında danışma-

yan, özünü tərifləməyən, əldə etdiyi 

nailiyyətləri ilə öyünməyən bir insan, 

çox mehriban ailə başçısı idi”. 

Cəmi 56 il yaşamış Bağır 

Seyidzadənin jurnalist, diplomat, 

nazir, tərcüməçi ömrü, sözün həqiqi 

mənasında, yaşadığı dövrün mühitinə 

sığmayan dəyərli işləri özündə ehtiva 

edir.  


Gözəl AĞAYEVA, 

AZƏRTAC-ın əməkdaşı, 

filologiya üzrə fəlsəfə doktoru

Əsrə sığmayan ömür

 Görkəmli ictimai xadim, diplomat, jurnalist, tərcüməçi  

Bağır Seyidzadənin anadan olmasından 105 il keçir 

Saakaşvili Litvaya gedib

 

ˆ

Polşanı tərk edən 



Gürcüstanın sabiq prezidenti Mixail 

Saakaşvilinin Litvaya getdiyi məlum 

olub.

APA-nın xəbərinə görə, bu barədə o, 

“Facebook”da yazıb.

“Qardaş Litvada, xüsusən dostlar – 

Litvanın müstəqilliyinin əsasını qoyan 

Vitautas Landsbergis, hökumət üzvləri və 

prezidentliyə namizədlərin arasında olmaq 

hər zaman xoşdur. Mən Ukrayna və Gür-

cüstana verdikləri dəstəyə, eləcə də mənim 

vətəndaşlığımla bağlı tutduqları mövqeyə 

görə litvalılara təşəkkür etdim”, - deyə M. 

Saakaşvili qeyd edib. 



Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub

 

ˆ

Ermənistan silahlı qüvvələrinin 



bölmələri cəbhənin müxtəlif istiqamətlərində 

iriçaplı pulemyotlardan da istifadə etməklə sutka 

ərzində atəşkəs rejimini 130 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat 

xidmətindən AZƏRTAC-a 

bildiriblər ki, Ermənistan 

Respublikası Noyemberyan 

rayonunun Şavarşavan kəndində 

və adsız yüksəkliklərdə, İcevan 

rayonunun Paravakar kəndində 

və adsız yüksəkliklərdə yerləşən 

mövqelərdən Ağstafa rayonunun 

Köhnəqışlaq, Qazax rayonunun 

Kəmərli, Qaymaqlı, Fərəhli, 

Bala Cəfərli kəndlərində, Berd 

rayonunun Ayqepar, Moses-

qex, Çinari kəndlərində və 

adsız yüksəkliklərdə yerləşən 

mövqelərdən Tovuz rayo-

nunun Ağdam, Koxanəbi, 

Qaralar kəndlərində və adsız 

yüksəkliklərdə, Krasnoselsk 

rayonu ərazisindəki ad-

sız yüksəkliklərdə yerləşən 

mövqelərdən Gədəbəy rayonu 

ərazisindəki adsız yüksəkliklərdə 

yerləşən mövqelərimiz atəşə 

tutulub.


Tərtər rayonunun işğal altında 

olan Göyarx, Çiləbürt, Yarımca, 

Ağdam rayonunun Tağıbəyli, 

Şıxlar, Baş Qərvənd, Cəvahirli, 

Qaraqaşlı, Sarıcalı, Novruzlu, 

Mərzili, Xocavənd rayonunun 

Kuropatkino, Füzuli rayonunun 

Aşağı Veysəlli, Qobu Dilağar-

da, Qərvənd, Qaraxanbəyli, 

Aşağı Seyidəhmədli, Qorqan, 

Kürdlər, Horadiz, Cəbrayıl 

rayonunun Nüzgar və Mehdili 

kəndləri yaxınlığında, həmçinin 

Goranboy, Tərtər, Ağdam, 

Xocavənd və Füzuli rayonları 

ərazisindəki adsız yüksəkliklərdə 

yerləşən mövqelərdən də Silahlı 

Qüvvələrimizin mövqeləri atəşə 

tutulub.

Avtomobildə 73 min  

340 ədəd siqaret aşkar edildi 

 

ˆ

Bakı Baş gömrük İdarəsinin Gömrük 



hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil 

olan məlumat əsasında, Azərbaycan Respublikasının 

vətəndaşı Həsənov Kazım Bahadır oğluna məxsus 

“Mitsubishi Pajero” markalı, 10HF066 dövlət nömrə 

nişanlı avtomobilə gömrük baxışı keçirilib. 

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, 

üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan, Rusiya, 

Ukrayna, ABŞ və digər ölkələrin istehsalı olan cəmi 73.340 ədəd 

müxtəlif adda siqaret aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 



DGK mətbuat xidməti

Gürcüstan ilin birinci yarısında 

418 Azərbaycan vətəndaşını 

ölkəyə buraxmayıb

 

ˆ

2017-ci ilin ilk altı ayı ərzində 2 922 xarici 



vətəndaşın Gürcüstana girişinə icazə verilməyib.

APA-nın 


yerli bürosunun 

Gürcüstan Daxili 

İşlər Nazirliyinə 

(DİN) istinadən 

verdiyi xəbərə görə, 

həmin şəxslərdən 

418-i Azərbaycan 

vətəndaşıdır.

Qeyd olu-

nan dövr ərzində ən çox Hindistan vətəndaşları (571 nəfər) 

Gürcüstana buraxılmayıb. 492 Türkiyə vətəndaşı, 230 Ru-

siya vətəndaşı, 175 Suriya vətəndaşı və 171 Özbəkistan 

vətəndaşının da Gürcüstana girişinə icazə verilməyib.

DİN-in məlumatında qeyd olunub ki, əcnəbi vətəndaşların 

ölkəyə buraxılmamasının səbəbləri qanun pozuntuları, deporta-

siya, viza və sərhəd rejiminin pozulmasıdır.



5

9 avqust 2017-ci il, çərşənbə

: down -> meqale -> xalqqazeti -> 2017 -> avqust
2017 -> Iyun 2017-ci IL, cümə axşamı Sumqayıt Dövlət Universiteti Birinci tədris korpusunun üzlük tavalarının yenilənməsi işlərinin satınalınması üçün
2017 -> 22 yanvar 2017-ci il, bazar 6
2017 -> Yanvar 2017-ci IL, cümə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi
2017 -> 12 mart 2017-ci il, bazar 7
2017 -> 19 mart 2017-ci il, bazar 7
2017 -> 2 iyul 2017-ci il, bazar 4
2017 -> ˆ Azərbaycan dövləti xalqımızın və bəşəriyyətin tarixindəki bütün unudulmaz hadisələrə daim hörmət və ehtiramla yanaşmaq ənənəsini davam etdirir. Ötən əsrin
2017 -> Mart 2017-ci IL, çərşənbə axşamı
avqust -> 30 avqust 2017-ci il, çərşənbə 6
avqust -> ˆ Çoxsaylı araşdırma materiallarına görə, Azərbaycana


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə