“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “



Yüklə 1,57 Mb.
səhifə14/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

“ MÜSLÜM DƏ ŞÜBHƏLİDİR “


Zohəli nəinki Buxarinin əqidəsini doğru saymır, özünə də hörmət qoymurdu. Bəlkə, onun şagirdi Müslüm ibn Həccacı da onun kimi əqidəsi xarab sayırdı. Buna görə də onu öz məclisindən qovdu və onunla oturub durmağı heç kəsə icazə vermirdi.1

İbn Xəlləkan deyir:- Müslüm bu əqidəsinə görə Hicazın və İraqın da nifrətini qazandı və bu şəhərlərdən də qovuldu.”2

Bu hadisələrdən mə`lum olur ki, Buxari və Müslüm nəinki Nişapur əhalisi tərəfindən bəlkə, özlərinin xas əqidələrinə görə Bağdad alimləri tərəfindən tənqid olunmuş və qınanmışdır. Bununla da, Nişapur şəhərindən qovulmuşlar.



“ SƏHİHEYN ƏBU ZƏR`ƏNİN NƏZƏRİNDƏ “


Əbu Zər`ə hədis elmi, rical və başqa elmlərdə böyük mütəxəssi bir alimdir. Fazil Nəvəvi onu belə təqdim edir:
اِنْتَهَي الْحَفْظِ اِلَي ارْبَعَبَةِ مِنْ اَهلِ خُرَاسَان اَبُوذَرْعَة

Hədis əzbərləmək və bu fəndə məharət dörd nəfərə məxsusdur. Onlardan biri də Əbu Zər`ədir.”3

Əbu Zər`ə belə elmi məqamı ilə Müslümü və onun timsalındə olanları tənqid etmiş və onları zahiri mə`naları tutan bir adam kimi təqdim etmiş və “Səhihi Müslüm”kitabının bir çox hədislərini yalnış olduğunu bildirmişdir.

Xətib Bağdadi , Səid ibn Ömər Bərzəidən nəql edir ki, dedi:- Mən Əbu Zər`ə ilə bir yerdə idim. Söhbət “Səhihi Müslüm” kitabından və ona oxşar kitablar (Səhihi Buxari)- dan düşdü. Əbu Zər`ə dedi:- Bunlar o şəxslərdir ki, vaxtından qabaq istəyirdilər məqam və şöhrətə çatsınlar. Özlərindən bir şey düzəldib kitab yazdılar. Öz kitablarını cilvələndirərək məqama yetişdilər.”1



Xətib Bağdadi yenə Səiddən nəql edərək belə deyir: – “Əbu Zər`ənin yanında idim. “Səhihi Müslüm” kitabını onun yanına gətirdilər. Əbu Zər`ə baxdı. Eləki Müslümün Əsbat ibn Nəsrdən nəql etdiyi hədisə çatdı, belə dedi:- Bu hədis nə qədər də səhv və yalnışdır !

Sonra “Qutn” adına çatdıqda dedi:

-“Bu əvvəlkindən də lap pisdir”.2

Əbu Zər`ənin söhbətini Zəhəbi də nəql etmış və يَشْتِفُونَ بِه (yəştifunə bih) “özlərini nümayiş etdilər” kəlməsinin əvəzinə يَسْتِفُونَ بِه (yəstifunə bih) gətirmişdir. Yə`ni elə bir iş gördülər ki, onun vasitəsilə özlərini məhşurlaşdırdılar. 3



“ SƏHİHEYN KİTABLARI NƏVƏVİNİN NƏZƏRİNDƏ “


Fazil Nəvəvi Buxari və Müslümün səhihlərinə özü şərh yazmışdır. Onun rical elmində mütəxəssis olmasına və bu elm barədə saysız kitablar yazmasına baxmayaraq, bu iki kitabın hədislərinin bir miqdarının düzgün və səhihliyində şübhə etmiş, bəzən isə kamil və açıq şəkildə onun batil olduğunu bildirmişdir.

Səhihi Müslümə yazdığı öz şərhinin müqəddiməsində belə deyir :- Müslüm belə iddia edirdi ki; ”Mən bu kitabda təkcə öz nəzərimdə səhih olan hədisləri toplamışam. Bəlkə də, topladığım hədislərin səhihliyində fikir birliyi vardır.”

Nəvəvi bu cümlələrin nəqlindən sonra belə deyir :- Bu iddianı sübut etmək çətindir. Çünki, elə bir şəxslər tərəfindən nəql olunmuşdur ki, onların düz danışmağı və hədislərinin səhihliyi mübahisəlidir. Biz onların bə`zilərinin adlarını zikr etmişik.”1

Nəvəvi “Səhihi Müslüm” kitabının şərhində yazılmış hədis barədə belə deyir:-“Əba Sələmə “Bədul vəhy mövzusunda” belə nəql edir ki, Peyğəmbər (s)-ə nazil olan ilk surə “ Muddəssir “ surəsidir. Lakin, “Bu hədis zəif, bəlkə də batildir. Çünki, Peyğəmbər (s)-a nazil olan ilk surə “Ələq” surəsi olmuşdur.”2



“ SƏHİHEYN KİTABLARI İBN HƏCƏRİN NƏZƏRİNDƏ “



İbn Həcər deyir:-“Huffaz” (yə`ni hədis əzbərləyənlər) Səhihi Buxarinin 110 hədisində və bu hədislərdən Müslümün 32-dənə nəql etdiyi hədislərə irad etmişlər. Həmçinin, onların düzgün və səhihliyini qə`bul etməmişlər.”3

Yenə də, İbn Həcər “Fəthul bari” kitabının müqəddiməsində Buxarinin ricalından 300 nəfərin adlarını çəkmişdir. Belə ki, keçmiş rical elminin alimləri və hədis yazarları zəif və e`timad olunmaz saymışlar. 4



“ SƏHİHEYN KİTABLARI QAZI ƏBU BƏKR BAQİLANİNİN VƏ BAŞQALARININ NƏZƏRİNDƏ “


Qazi Əbu Bəkr Baqilani “səhiheyn” kitabında nəql olunmuş Peyğəmbər (s)-in Əbdullah ibn Ubəyyə namaz qılması və Ömərin e`tirazını inkar etmişdir. İmamul Hərəmeyn demişdir:- Hədis elminin alimləri bu hədisi yalnış saymış və rədd etmışlər.”

İmam Qəzali “mustəfa” kitabında demişdir:- Zahirən bu hədis səhih deyildir.”

Davudi demişdir:- Bu hədis düzgün hədis deyildir.”1

“ SƏHİHEYN KİTABI İBN HƏMMAMIN NƏZƏRİNDƏ “


İbn Həmmam, “hidayə” kitabınnın şərhində demışdir:- “Ən səhih hədislərin “səhiheyn”-də olduğunu söyləyən hər kəsin sözü düz deyildir. Bu səhv və qə`bul olunmaz bir məsələdir.”2

Bu ümumi surətdə söylənilənlər, keçmış alimlərin və “səhiheyn” kitablarını şərh edənlərin, bu iki kitab və onların müəllifləri barədə olan nəzərləri idi. Əgər bu iki kitabdan meydana gələn bütün şübhəli, düzgün və doğru olmayan məsələləri xırdalığına kimi toplayası olsaq, özü ayrıca böyük bir kitab olar. İndi isə əziz oxucuları əsrimizin böyük əhli sünnə alimlərinin bu iki kitab barədə olan nəzərlərini diqqətinizə çatdırırıq.



“SƏHİHEYN KİTABLARI ŞEYX MUHƏMMƏD ƏBDUHUN NƏZƏRİNDƏ“


Seyyid Muhəmməd Rəşid Rza, Misir alimi və Şeyx Muhəmməd Əbduhun gözəl və seçilmiş şagirdlərindən biridir. O, öz ustadının nəzərlərini “Əlmənar” adlı təfsir kitabında toplamışdır. Əvvəlcə İbn Həcərin sözlərini nəql etmişdir ki o, belə deyir:-“Hafizlər səhiheynin 110 hədisinə irad tutmuşdur ki, Müslüm bu hədislərin 32-ni öz kitabında nəql etmişdir. Başqa 78 hədisi Buxari özü xüsusi surətdə nəql etmışdir. Bundan əlavə hafizlər Buxarinin kitabında gəlmiş hədisçilərindən olan 80 nəfərdən çoxunu və Müslümün kitabında olan hədisçilərindən 160 nəfəri zəif və qeyri mö`təbər saymışlar.” İbn Həcər yenə əlavə edərək bildirir ki:- Səhiheyn kitablarında, hədislər içində mənim səhv tutduğum və qeyri mö`təbər saydığım hədislər 210 hədisdir. Bu sayın 70-dən çoxunu Buxari nəql etmış və yerdə qalanını isə Müslüm nəql etmışdır “.1

Seyyid Muhəmməd Rəşid Rza sonra əlavə edir ki:-“Əgər İbn Həcərin söylədiklərini oxusanız və onun hədislər barədə tutduğu iradlara nəzər etsəniz görəcəksiniz ki, o hədis elmini güclü bildiyi üçün belə iradlar etmişdir. Amma, əgər onun Fəthul Bari adlı şərhini oxusanız görərsiniz ki; O, çox hədislərə irad tutmuşdur. Onun iradları əvvəlcə nəql olunmuş bə`zi hədislərə aid olmamışdır. Başdan ayağa kimi kitabında olan iradlar, bə`zən mə`na cəhətindən, bə`zən hədislərin bir-biri ilə ziddiyyətli olmasından və bə`zən də başqa cəhətlərdən qeyd olunmuşdur. İbn Həcərin adını çəkdiyi irad tutulmuş hədislərin xülasəsi, həddindən artıq çoxdur. Hədislərdə olan iradlra baxmayaraq, onlara bəraət qazandırmaq və ya başqa yerə yozmaq üçün çox çalışmışdır. Onları doğru hədislər kimi qələmə verərək sə`y göstərmişdir ki, bəlkə bu yozumların bir qismi qane edici olsun. Lakin, o hədislərdə elə hissələr var ki, heç vaxt oxucunu qane etmir.” 1

Şeyx Muhəmməd Əbduh, Peyğəmbərin (s) “Əbdullah ibn Ubəyyə namaz qılması dastanı”-nda bu hədisin rədd olunması barədə bir neçə aliminn neçəsinin sözlərini nəql etdikdən sonra belə deyir :- Həqiqətən bu hədis əvvəl söylənilən rəvayətlə ziddiyyət təşkil edir. O kəslər ki məzhəbin üsulu və qəti dəlillərinə (Qur`ani Kərim) şübhəli hədislərdən daha çox diqqət edirlər, bu hədisin cavabında heç bir cavabları yoxdur. Yeganə cavabları bu ola bilər ki, desinlər:-“Bu hədis doğru deyildir.”2


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə