“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “


“ İMAM ƏLİ (Ə) VƏ ONUN TUMARI “



Yüklə 1,57 Mb.
səhifə5/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   2   3   4   5   6   7   8   9   ...   38

“ İMAM ƏLİ (Ə) VƏ ONUN TUMARI “


Nəcaşi Muhəmməd ibn Əzafir Seyrəfidən nəql edir ki:- Mən, Həkəm ibn Üyeynə2 ilə Əbu Cəfər imam Baqir (ə)-ın yanında idik. Həkəm İmam Baqir (ə)-dan sual soruşdu . İmam (ə) ona xüsusi ehtiram edirdi3. Ta bir məsələdə ixtilaf etdilər. İmam Baqir (ə) övladına buyurdu:- Qalx, cəddim Əmirəl mö`minin Əli (ə)-ın kitabini gətir. İbn Əzafir deyir:- İmam Baqir (ə)-ın övladı kitabı gətirdi, çox böyük və bir-birinə bükülmüş idi. Bu vaxt İmam Baqir (ə)buyurdu :- Bu kitab Əli (ə)-ın öz xətti və Peyğəmbər (s)-in imlası ilə yazılmışdır. Sonra Həkəmə tərəf üz tutub buyurdu :- Əba Muhəmməd! Sən və Sələmə və Əbul Meqdam hara istəyirsinizsə gedə bilərsiniz. Lakin, and olsun Allaha elmi Cəbrayil (ə)-ın nazil etdiyi kəslərdən başqa heç yerdə tapa bilməzsiniz. 4

“ HƏDİS YAZANLARIN SAYİ VƏ RÜTBƏLƏRİ“

Nəcaşi 1 öz qiymətli kitabında əimmə (ə)-ın2 səhabələrindən və şi`ə məzhəbinin rical3 şəxslərindən 1200 nəfərin adını çəkmiş və onların tərcümeyi halını gətirmişdir. Həmçinin, öz kitabının müqəddiməsində bu nöqtəni qeyd edərək bildirir ki: - Mən, bu kitabda şi`ə ravilərini və əimmə (ə)-ın səhabələrindən təkcə tə`lif edənlərin tərcümeyi halını yazmağa başlayiram. Fəqət, müəlliflərin həyat tərzini qeyd edirəm.4 İmam Sadiq (ə)-ın dövrünə qədər rical elminin alimlərini, müəllif adı ilə şöhrət tapmış şi`ələrin məşhur müəlliflərini və hədis yazanlarla birgə üç qismə bölmüşəm. 5 Lakin, bununla belə əimmə (ə)-ın səhabələrindən tə`lif sahiblərini və hədis yazıçılarının dəqiq sayı əlimizdə deyildir. Çünki, əimmə (ə)-ın səhabələri arasında onlarla söhbət olub, şagirdlik iftixarına nail olan şəxslər, həmçinin kitab və tə`lifi yadigar qalmayanlar çox azdır.



“ İMAM SADİQ (Ə)-IN ZAMANINDA HƏDİSLƏRİN YAZILIŞI “

İmam Sadiq (ə)-ın dövründə (hicri-qəməri tarixi ilə 83-148-ci illər) ona verilən və ələ düşən fürsətdən istifadə edərək hədis söyləmək və yazmaq çox inkişaf etdi. O həzrətin (ə) müxtəlif sahələrdə 4000 – dən yuxarı tələbəsi olmuşdur.1 O elmlərdən fiqh, kəlam, təbiət, fizika, kimya və bialogiya kimi elmləri göstərmək olar. Təkcə Həsən ibn Əli Vəşai bir zaman Kufə məscidində 900 nəfər alimin olduğunu görmüşdür ki, onıların hamısı demişlər :



حَدَّثَنِي جَعْفَر بن مُحَمَّدْ - “Cə`fər ibn Muhəmməd (ə) mənə belə söylədi”.2

Bəli, İmam Sadiq (ə)-ın dövründə, o həzrətin öz tə`kidi ilə hədis nəql etmək və yazmaq barədə olan buyurduqları sözlərə və kəlamlara3 çoxlu kitablar yazılmışdır. O zamanda yazılmış kitabların və müəlliflərin sayının çoxluğuna görə onların dəqiq sayını söyləmək mümkün deyildir. Lakin, bu kitablardan əhkami və başqa məsələlərə aid olan məzhəbi hökümlər barədə yazilmış yazıların sayı 400 cild kitab olmuşdur. Bu da İmam (ə)-ın 400 nəfər tələbələri tərəfindən yazılmışdır. Bu kitaba “ Usule ərbə`ə” deyirdilər. Kitabda olan hədislər qarışıq və pərakəndə şəkildə olduğuna görə bə`zi hədislərin bir qismi bu hədis kitabında yazılmış, bə`zisi isə yazılmamışdır. İmam Əli ibn Musa Ər-Rza (ə)-ın zamanında (hicri-qəməri tarixi ilə 148-203-cü il) onun səhabələrindən bir qrupu, hər biri də öz səliqə və xüsusi tərtibi ilə “Usul” kitabını toplamışlar1. Onlardan hər biri Usule ərbəə kitabını toplamaqla böyük bir kitab düzəldərək adını “Came`” qoydular. Əlbətdə bu came`, əimmə (ə)-ın səhabələrinin qeybət zamanına kimi, müxtəlif mövzularda və xüsusi tə`lif və ünvanlar altında yazdıqları kitablardan başqa qeyd olunan yazılar idi.



KUTUBE ƏRBƏ`Ə – 4 KİTAB


Bu came` kitabı, şi`ə məzhəbinin mərcəi, həzrət imam Rza (ə)-ın dövründən dini və şər`i məsələlərdən ibarət olan hökümlər idi. Mərhum Kuleyni (vəfatı- 329-cu il) sonralar “Kafi” kitabını tə`lif etdi. Yenı və xas bir uslubda xəbərləri came` kitabinda topladı. Onun ardınca mərhum ibn Babaveyh (vəfatı- hicri-qəməri tarixi ilə 381-ci il) “Mən la yəhzuruhul fəqih” və sonralar isə mərhum Şeyx Tusi (vəfatı- hicri-qəməri tarixi ilə 460-cı il) öz tanınmış kitabında “Təhzib və İstibsar”-ını tə`lif edərək müxtəlif hədisləri Usule ərbə`ə miə (400 usuldan) və Came` kitabından, həmçinin əimmə (ə)-ın başqa səhabələrinin kitablarından toplayıb bir yerə yığdı.2 Bu dörd kitab “Ərbə`ə” adı ilə yə`ni mötəbər dördlük kitab adı ilə tanındı. Əlbəttə şi`ə məzhəbinin böyük alimləri bu dörd kitabdan əlavə, mühüm və müxtəlif mövzularda – tarix, təfsir, hədis və s.. kitablar tə`lif edib toplamışlar. Həmin kitablar hal hazırda bizim zamana qədər gəlib çımışdır. Həmçinin, İslam kitabxanalarının çoxunu hal-hazırda bəzəməkdədir.

Lakin, bu dörd kitab, şi`ə məzhəbinin alimlərinin və müctəhidlərin şər`i hökümlərinin isbat olunmasında (dəlillə ələ gətirilməsində) əsas böyük rol oynadığı üçün, alimlər tərəfindən xüsusi diqqətlə nəzarət altında saxlanılır. O cümlədən bu kitabları hifz olunaraq qorunması və ona muraciət olunması başqa kitablara nisbət daha çox əhəmiyyət tapmışdır. Kitablarla tanışlıqdan sonra böyük elm sahibləri, hədis elmi ustaları düyünlü olan və mə`nası başa düşülməyən hədisləri bu kitablar vasitəsi ilə açıqlayır və dörd kitabdan başqa mötəbər usullarla qanunlar düzəltməklə böyük kitablar yazmışlar.

Bu, şi`ə məzhəbində ilk gündən bu günə kimi olan hədis yazılışının çox kiçik tarixçəsi idi. İndi isə sünni məzhəbində olan hədislərin yazılış tarixinə nəzər salaq.

“ SÜNNİ MƏZHƏBİNDƏ HƏDİSLƏRİN YAZILMASI“


Qeyd etdiyimiz kimi Həzrət Muhəmməd (s)-in vəfatından sonra onun səhabələrindən bir qrupu, o cümlədən Əbu Bəkr, Ömər ibn Xəttab hədis yazmaqda müxalifət etmişdir. Nəinki yazılmasında, bəlkə onun şifahi surətdə nəql olunmasının da qarşısını almışlar. Hədis nəql edənlər, Peyğəmbər (s) zamanında o həzrətin mübarək dilindən eşitdiklərini nəinki nəql edə bilir, bəlkə o həzrətin zamanında yazdıqları hədisləri su ilə yumuş və ya oda ataraq yandırmışlar.

Əlbəttə sonralar bu düzgün olmayan əməlin üstünü örtbastır etmək üçün Həzrət (s)-in özünə nisbət verilən uydurma və elmin ziddinə olan hədislər nəql etmişlər. Məs:



لا تَكْتُبُواعَنِّي وَمَنْ كَتَبَ عَنِّي غَيْرالقُرْانَ فَلْيَمْحُه

Məndən bir şey yazmayın. Hər kəs Qur`andan başqa bir şey məndən yazarsa onu aradan aparsın “1




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə