“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “


“ HƏDİS OSMANIN DÖVRÜNDƏ “



Yüklə 1,57 Mb.
səhifə7/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   2   3   4   5   6   7   8   9   10   ...   38

“ HƏDİS OSMANIN DÖVRÜNDƏ “

Osmanın on iki illik xilafət dövrü, İslam tarixinin ən zülmətli və acinacaqlı tarixi hadisələrindən biri kimi sayılır. Çünki, bu müddət ərzində neçə illər dünyapərəstlik, haqsızlıq və zülm yüksək dərəcəyə çatmışdı. Müsəlmanların beytul malı, zəiflərin və fəqirlərin hüququ o şəxslərin əlində idi ki, onların Osmanla qohumluq əlaqəsi var idi. Osmanın sarayında qarnını doldurmaqla məşğul olanlar və təmtəraqlı saray sahibləri keyf və işrət içində olduqları bir halda, başqa müsəlmanlar bu sarayların qapısı ağzında gecələrı səhərə kimi aclıqdan yata bilmirdilər.

Peyğəmbər (s) səhabələrindən ən ləyaqətli şəxsləri hökumət başına və məsuliyyətli vəzifələrə tə`yin etməkdənsə, onların əvəzinə Vəlid, Mərvan, Müaviyə və s.. kimi cinayətkar şəxsləri iş başına və məsuliyyətli vəzifələrə tə`yin etmişdir.

Allah Peyğəmbərinin (s) səhabələri xilafətlə həmkarlıq etməkdikləri, Qur`an oxuduqları və Peyğəmbər (s)-in hədislərini söylədikləri üçün həmişə zəmanənin xəlifəsi Osman tərəfindən əzab və əziyyət olunurdular. Osmanın bu hərəkətləri, səhabələrin və o cümlədən haqq tərəfdarı olan müsəlamanların üsyanına səbəb oldu.

Osmanın xilafəti dövründə nəinki hədisə, hətta Qur`an ayələrinə belə diqqət olunmurdu. Qur`an oxuyanları və hədis söyləyənləri cəmiyyətdən uzaq biyabanlara sürgün etməklə, bə`zilərini isə zindanlara salmaqla, bə`zilərini isə şallaq və taziyanələrlə hədis söyləmələrinin qarşısını alırdılar.

Böyük və zahid səhabələrdən olan Əbazər Qəffarinin sürgün olunması, Əbdullah ibn Məs`ud kimi böyük səhabənin məscid yanında döyülərək dişlərinin və qabirğalarının sındırılması, Əmmar Yasir kimi səhabənin döyülməsi, onun bu əzabın tə`sirindən bihuş olması və s... kimi tarixi faktları buna misal gətirmək olar.

Xülasə, İslamın qabaqcıl və ön cərgəsində duran, Peyğəmbər (s)-in səhabələrindən sayı ona çatan bir çoxunun belə əziyyət çəkməsi (döyülmək, söyülmək, sürgün və həbs olmaları) Osmanın xilafəti dövründə gözə dəyir.1

Osman mənbər üstə özü eşitdiyi hədislərdən başqa hədislərin söylənilməsinə yersiz qadağa qoyaraq belə fərman vermişdir ki;


لايَحِلُّ لاَحَدٍأَنْ يَرْوي حَدِيثاًعَنْ رَسُولُ الله(ص) لَمْ اسْمَعْ بِهِ فِي عَهْدِ أبِي بَكْرٍوَلاعَهْدِعُمَرِ
Əbu Bəkr və Ömərin xilafəti zamanında onlardan eşitdiyim hədislərdən başqa heç kəsin haqqı yoxdur ki, Peyğəmbər (s)-dən hədis söyləsin2.”

Beləliklə, hədis söyləməyi qadağan etdi və bu işi ilə hədis yazmağı qəti surətdə qadağan etdiyi mə`lum olur.




“ HƏDİS MÜAVİYƏNİN ZAMANINDA “

Müaviyə`nin təqribən 40 ilə yaxın çəkən xilafəti və hökuməti dövründə, xüsusilə xilafətinin axırırncı 25 ilində3, uydurma və qondarma hədislər, əvvəlki xəlifələrin dövründən daha çox inkişaf etməyə başladı.

Əmirəl mö`minin Əli (ə)-ın məqam və vəziyyətini nəzərə almaqla, o həzrət- dən nəql olunan səhih və düzgün hədislərin təsəvvür olunmaz dərəcədə çoxluğu, Müaviyə`nin o zamanki siyasi vəziyyətinin təamamilə zərərinə idi. Belə düzgün hədislərin qarşısında uydurulmuş hədisləri müxtəlif yollarla camaatın nəzərinə çatdırmaq lazım gəlirdi. Beləliklə yalan və uydurma hədislərin müxtəlif yollarla yayılması Müaviyə`nin və onun siyasətinin xeyrinə qurtardı.

Müaviyə`nin nəzərdə tutduğu məxsus hiylələri hər iki tərəfdən tə`min edilərək, həyata keçirildi. Çünki, bir tərəfdən mənbərlərdə Əbu Bəkr və Ömərin xilafətindən başqa dövrlərdən nəql olunan hədislərə qadağan qoyulur1, başqa tərəfdən isə camaata Osman və səhabə barəsində hədislər nəql olunurdu. Belə hədislərə diqqət edən, əzbərləyən şəxslərə hədiyyələr və böyük ənamlar verilirdi. Bu yolla bir çox şəxsləri yalan və uydurma hədislərin yazılmasına və çoxalmasına rəğbətləndirirdi.

Biz, Müaviyə`nin əmri ilə uydurma hədislərin yazılmasına və səhih hədislərin isə nəql olunmasına qoyulan qadağanı, Əbul Həsən Mədainin 2 sözlərindən bir qismini tərcümə etməklə bə`zi tarixi sübut və dəlilləri müxtəsər şəkildə təəccüblü nöqtələri ilə birgə əziz oxucuların ixtiyarına qoyuruq.

Mədaini öz qiymətli “Əl-Əhdas” adlı kitabında belə deyir :

- Müaviyə bütün əlaltıları və tə`yin etdiyi əyalət hakimlərinə fərman yazdı. Məktubda belə deyilir: “Mən, özümü ƏbuTurab (Əli (ə)) və onun övladlarının fəziləti barədə hədis nəql edənlərdən öz himayəmi götürdüm və onların qanını halal etdim .

Bu fərmanın nəticəsində, xütbə oxuyanlar və xəbər deyənlər İslamın geniş məmləkətlərinin bütün nöqtələrində, mənbərlərdə belə İmam Əli (ə)-a lə`nət oxumağa başlayaraq ondan uzaqlaşmağı təbliğ etdilər. İmam Əli (ə)-a və onun övladlarına nisbət bir çox böhtanlar atıldı və onun ünvanına yersiz sözlər deyilirdi. Kufə əhli başqa şəhərlərdən fərqli olaraq biçarəlik, bədbəxtlik və müsibət kirdabında çox qalmışdı. Çünki, Kufədə Əli (ə)-ın şi`ələri başqa yerlərə nisbətən çox idi. Şübhəsiz ki, Əbu Süfyan oğlu Müaviyə`nin bu şəhərə zülmü başqa şəhərlərdən daha çox idi. Buna görə də Kufənin hökumət və idarə sistemini Ziyad ibn Suməyyəyə təhvil verdi və Bəsrəni də ona artırdı. Ziyad ibn Suməyyə də, Müaviyə`nin bu məhəbbəti, lütfü qarşısında, duz çörəyi itirmədi və Əbu Süfyan oğlu Müaviyə`nin haqqını taptalamadı. Əli (ə)-ın şi`ələrini daşın və torpağın altından, harada gizlin və aşkar yaşayırdılarsa taparaq onları öldürürdü. Əli (ə)-ın şi`ələrinin ürəklərində qorxu və vəhşət yaratmışdı. Onların əl-ayaqlarını kəsir, gözlərini çıxardaraq kor edirdi. Bu cinayətlərin nəticəsində, Əli (ə)-ın şi`ələri İraqdan qaçaraq, ucqar yerlərə pənah aparır və öz əqidələrini hamıdan məxfi saxlayırdılar. Xülasə, Kufədə tanınmış və iş bilən bir şi`ə qalmadı.”

Mədaini sonra əlavə edərək deyir ki; - “Əbu Süfyan oğlu Müaviyə öz sərkərdələrinə əmr etdi ki, Əli (ə)-in övladlarının və onun şi`ələrinin məhkəmədə verdikləri şahidliyini qə`bul etməsinlər. Həmçinin əmr etdi ki, öz yerlərində Osmanın və onun ailisinin tərafdarları və Osmanın fəzilətləri barədə uydurma hədis söyləyən şəxslər barədə çox diqqətli olsunlar. Onlara məclislərdə hörmət etmək və əzizləməkdə səhlənkarlıq etməsinlər. O cümlədən Osmanın barəsində hədis söyləyən hər bir kəsin şəxsiyyətini və tərcumeyi halını kamil surətdə yazaraq Müaviyə`nin sarayına, Şam şəhərinə göndərsinlər.



Sərkərdələr bu əmrə əsasən, Osmanın fəziləti barədə bir cümlə belə söyləyən hər bir kəsə xüsusi sənəd verərək ona maaş və ənamlar müəyyən edirdilər. Bu da, Osmanın fəzilətləri barədə çoxlu mətləblərin nəql olunmasına səbəb oldu. Çünki, belə hədisləri nəql edənlər Müaviyə`nin məxsus hədiyyə və mükafatlarına layiq görülürdülər”.

Mədaini deyir:

- Müaviyə`nin belə bəxşişləri, hakimlərin uydurma hədis yazmağa həvəsləndirmələri nəticəsində bütün İslam şəhərlərində saxta hədis yazmaq adi bir hala çevrildi. Müaviyə`nin şəhərlərə qoyduğu hakimlərin yanında hər kəs istər yaxşı və ya pis Osmanın barəsində bir fəzilət və ya hədis nəql edərdisə hədis sual cavabsız qə`bul olunur, hədis söyləyə`nin adı isə hədiyyələr dəftərində qeyd olunurdu. O cümlədən Müaviyə yanında hörmətə minirdi. Belə şəxsin istəyi və sözü heç vaxt rədd olunmurdu”.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə