“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “


“ ALTI SƏHİH KITABIN MEYDANA GƏLMƏ TARİXİ “



Yüklə 1,57 Mb.
səhifə9/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

“ ALTI SƏHİH KITABIN MEYDANA GƏLMƏ TARİXİ “


Hicri-qəməri tarixi ilə ikinci əsrin ikinci yarısında hədisçilər keçmiş səhvlərini başa düşərək hədis yazmağa başladılar. Bununla hədis elmi birdən birə inkişaf etməyə başladı. Hədis elminin inkişafdan qalma səbəbi isə guya ictimai vəziyyətin qorxulu olması idi. Qısa bir müddət ərzində təqribən bir əsr hicri-qəməri tarixi ilə 150 –ci ildən 250-ci ilə kimi “sihah”, “məsanid” və “mustəxrəc” və s.. kimi kitablar meydana gəldi.1

Bu zamanda muəlliflərin hədəfi və sə`yi hədis toplamaq idi. Hələ hədis səhihə, həsənə, zəifə və mə`mul-a ayrılmamışdır.2 Kitabların məzmunu və onun sənədləri müxtəlif hədislərlərdən ibarət olan, səhihdən və qeyri səhihdən təşkil olunurdu. Hicrətin 256-cı ilində Buxariyə və başqa sihah sahiblərinə bu hədislərin məzmunu və sənədləri gəlib çatdı.

İbn Həcər deyir:- Buxari eləki bu kitabları və məsanid kitabını gördü, bir müddət onları araşdırdıqdan sonra bu nəticəyə gəldi ki, doğru və yalnış hədislər bir birilərinə qarışmışlar və bir birilərinin kənarında yerləşmilər. Onların doğrusunu yalnışından seçmək hər kəsə müyəssər olmadığı üçün, doğru hədisləri minlərlə qarışıq hədislərin arasından çıxararaq bir kitabda cəm etdi ki heç kimə şəkk və tərdid yeri qalmasın”.3

Buxaridən sonra onun şagirdi Müslüm ibn Həccac Quşeyri Nişapuri (hicri-qəməri tarixi ilə 261-ci il) öz “Səhih” adlı kitabını “Əl-Cameus-Səhih” adı ilə tə`lif etdi. Onun ardınca Müslüm Muhəmməd ibn Yəzid ibn Macə Qəzvini (hicri-qəməri tarixi ilə 273-cü il) öz “Sünən” adlı kitabını yazaraq tamamladı.

Əbu Davud Səcistani Suleyman ibn Davud (hicri-qəməri tarixi ilə 275-ci il) və onun ardınca Termizi Muhəmməd ibn İsa ibn Surə (hicri-qəməri tarixi ilə 279-cu il) öz “Came” adlı kitabını Came`i Termizi adı ilə tanıtdı. Termizidən sonra Əhməd ibn Şueyb Nəsai (hicri-qəməri tarixi ilə 303-cü il) öz mə`ruf “Sunəni Nəsai” adlı kitabını1 tə`lif etdi.

Bu altı kitab, sünni məzhəbinin birinci “Came`”-kitablarını təşkil edir. Bu kitablar onların əqaiddə, firuiddində, təfsirdə və İslam tarixi kimi mövzularda e`timad etdikləri kitablar sayılır. Bu altı kitab, “Sihahi sittə” yə`ni altı səhih kitab adı ilə tanınmış və bə`zən səhihi Buxari və səhihi Müslümdən “Səhiheyn” yə`ni iki səhih kitab, başqa dörd kitablar isə “Sunən” adı ilə tanındı.2

Bu kitablardan sonra yüzlərlə musnəd, mustədrək, mustəxrəc və s.. adlı kitablar yazıldı. Lakin bunların heç biri sihah kitablarının səviyyəsinə çatmamışdır.

“ SİHAH VƏ MƏSANİD KİTABLARI ARASINDA OLAN FƏRQLƏR “


Hədisçilərin istilahı dilində, “səhih” o hədisə deyilir ki, onun sənədi adil və təqvalı şəxslər vasitəsilə, Peyğəmbər (s)-ə ya da mə`sum imam (ə) – lardan birinə çatsın.3

Bu altı kitab, öz məzmunu və bütün hədisləri, sənəd və ravi, həmçinin mətn cəhətindən səhih sayıldığına görə onu “sihah” yə`ni “səhihlər” adlandırmışlar. Mümkündür bir hədis səhih sahiblərinin birinin nəzərində düzgün, lakin başqalarının nəzərində isə düzgün sayılmasın. Amma, sihah müəlliflərinin nəzərində, bu kitablarda yazılanlar və nəql olunanlar hamısı düzgün və mö`təbər şəxslər tərəfindən nəql olunmuşdur. Lakin məsanid və başqa kitabların məzmunları belə deyildir. Onların müəllifləri bu hədislərin hamısının səhih və düzgün olmasına inanmırlar. Bu hədisləri yazanların əsas və ümdə hədəfləri doğru və yalnışlığına baxmayaraq onları toplamaq olmuşdur. Hətta Əhməd ibn Həmbəl öz musnəd adlı kitabında 4000-ə yaxın hədis qeyd etmışdir ki onların hamısının doğru və düzgün sayır.


“ BU KİTABI YAZMAQDA MƏQSƏDİMİZ “


Biz, hədisin meydana gəlməsi və onun xüsusiyyətlərini xülasə şəkildə açıqladıq. Peyğəmbər (s)-in vəfatından sonra hədislərin Ömər ibn Əbdul Əzizin xilafətinə kimi necə nəql olunub yazılması barədə möhkəm dəlillərə əsaslanaraq, əziz oxucunun nəzərinə qısa şəkildə çatdırdıq. Bəhs olunan mövzularda iki əsas və mühüm nöqtə diqqəti cəlb edir :

1. Allah peyğəmbərinin (s) vəfatından bir əsr keçdikdən sonra sünni məzhəbində hədis yazılışının başlanması.

Hədis qadağası dövründən yüz illik bir müddət keçdiyinə görə, əllərdə heç bir yazılı əsər və ya sənəd qalmamışdı. Ona görə də bu dövrdə hədis yazmaq istəyənlər, müəlliflər və yazıçılar hədis əzbərləyənlərin yaddaşına və sinədən –sinəyə gəlib o zamana kimi çatmış hədislərə əsaslanmışlar.

2. Hədis söyləməyin qadağan olunması və Ömər ibn Əbdul Əzizin xilafəti dövrünə qədər uzun müddətin davam etməsi, saxta və uydurma hədis söyləyənlərin çoxalmasına səbəb oldu. Peyğəmbər (s)-dən nəql olunmuş hədislər arasında çoxlu uydurma hədislər vardı.

Bu iki nöqtəni nəzərə alaraq sünni məzhəbi sihahi sittəyə, xüsusən “səhiheyn”-ə (Səhihi Buxari və Səhihi Müslümə) çox əhəmiyyət verir və bu kitabları Qur`ani Kərimdən sonra yer üzündə ən düzgün və səhih kitab kimi hesab edirlər. Bəlkə də, bu hədisləri Qur`ani Kərimin ayələri kimi müqəddəs sayçışlar və bə`zən də bir hədisə görə Qur`anın ayəsinin zahiri mə`nasını dəyişərək hədisə uyğunlaşdırmaq üçün mə`na etmişlər.1

Bu iki kitab, əhli sünnə məzhəbinin əqidələrini və əsaslarını təşkil edir. Bu iki kitabın yazılarını hədislərinə diqqət edib araşdıraraq belə qərara gəldik ki, onun içindəki həqiqətləri hamıya bildirək və görəcəimiz bu işlə hədislərin həqiqi mahiyyəti aşkar olunsun.

Bəlkə, bu yolla əsrlərdən bəri təəssübkeşlik və korkoranə təqlidlərin ücbatından qaranlıq və zülmətdə qalmış həqiqətlərin çoxu zahir və aşkar olsun.

وَمَا أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَى مَا أَنْهَاكُمْ عَنْهُ إِنْ أُرِيدُ إِلاَّ الإِصْلاَحَ مَا اسْتَطَعْتُ وَمَا تَوْفِيقِي إِلاَّ بِاللّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ

Mən sizə qadağan etdiyim şeyin əksinə gedərək ona özüm əməl etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm! “2

Bizim bu kitablarda apardığımız təhqiqat neçə mövzudan ibarətdir:


  1. Buxari vəMüslümün tərcümeyi halı;

  2. Səhihi Buxari və Səhihi Müslüm sünni məzhəbinin nəzərində;

  3. Elm və təhqiq baxımından Səhihi Buxari və Səhihi Müslüm kitablarına bir baxış;

  4. Səhiheyn (Səhihi Buxari və Səhihi Müslümün) kitablarının sənədləri;

  5. Səhiheyn kitablarının mətni;

  6. – Tohid, səhiheyn kitabları baxımından;

  7. – Nubuvvət səhiheyn kitabları baxımından;

  8. – Xilafət səhiheyn kitabları baxımında;

  9. – Səhiheyn kitablarında müxtəlif bəhslər və hədislər;

Bunlar, nəzərdə tutulmuş mövzulardır ki, Allahın köməyi ilə tədricən əziz oxucularımıza təqdim olunacaq.1


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə