ˆ Çoxsaylı araşdırma materiallarına görə, Azərbaycana



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü0,6 Mb.
#76266


 

ˆ

Çoxsaylı araşdırma materiallarına görə, Azərbaycana 



qarşı bütün dövrlərdə bir-birindən fərqli qanlı cinayətlər 

törədilməsində çox sayda günahsız soydaşımızı qətlə yetirən, 

uşaqları və hamilə qadınları diri-diri yandıran “Erməni Milli 

Bürosu” (“Büro”) fəal rol oynayıb. Türk-müsəlman əhalinin 

dədə-baba torpaqlarında “Dənizdən-dənizə Böyük Ermənistan” 

yaratmaq sərsəmliyi ilə ortaya atılan bu təşkilat Qafqazda və 

Türkiyədə, yayıldıqları ərazilərdə, guya, erməniləri müdafiə 

məqsədilə “könüllü dəstələr” yaratmış, fürsət düşdükcə terror və 

kütləvi qırğınlar törətmişdi.

Bu siyasət qondarma “erməni 

məsələsi”ndən həmişə öz məqsədləri 

üçün istifadə edən Qərbin impe-

rialist dairələrinin, eləcə də çar 

və sovet Rusiyasının maraqları-

na cavab verdiyindən onlar əlaltı 

erməni toplumunu daim və hər 

yerdə xəyanətkarlığa, qanlı əməllərə 

şirnikləndirmişlər. Birinci Dünya 

müharibəsi dövründə bu siyasət geniş 

dairəni əhatə etmiş və ən yüksək 

həddə çatmışdır. 

Əldə etdiyimiz məlumata görə, 

“Büro” 1912-ci ildə Bakıda, indi-

ki Amerika səfirliyinin ərazisində 

təsadüfən tapılan bir uşaq qəbrinin 

üstündə yaradılıb. Ermənilər iddia 

edirdilər ki, bu uşaq, guya, erməni olub 

və onu azərbaycanlılar qətlə yetiriblər. 

Ərazi isə o vaxt Bakı neftində 5 

faizlik payı olan erməni milyonçusu 

Gülbekyanın olub. Bu qanlı təşkilat 

yaradılanda heç bir məramnaməsi ol-

mayıb. Proqramsız və nizamnaməsiz, 

qondarma bir uşaq qəbrinin üstündə 

qurulmuş bu erməni təşkilatının qanlı 

izləri 1918-ci il Şamaxı qırğınlarında 

daha qabarıq görünür. 

Əvvəla, “Milli Büro”nun 

üzvlərinə nəzər salaq:

1.Yepiskop Mesrop – Qafqazdakı 

erməni burjuaziyasının başçısı, çar 

Nikolayın Qafqazdakı canişini Vo-

rontsov-Daşkovun arvadının məşuqu, 

təşkilatın rəhbəri idi.

 2. A.Xatisov-“Daşnaksütyun” 

partiyasının liderlərindən və 

1918-1920-ci illərin ən qatı 

cinayətkarlarından biri olmuş, Şamaxı 

qəzasına S.Lalayanın hücum takti-

kasını işləyib hazırlamış, bir müddət 

çarın xəfiyyə idarəsində çalışmış 

polkovnik idi.

3.E.Zavriyev – ixtisasca uşaq 

həkimi olmuş bu qatili “Doktor 

Zavriyev” çağırırdılar. O, “Daşnak-

sütyun” partiyasında xaricdə yaşayan 

ermənilərlə əlaqələndirmə şöbəsinin 

başçısı idi. 

4. S.Arutyunov – “Silahlı 

azadlıqsevərlər” qrupunun, “DRO” 

erməni silahlı birləşməsinin rəhbəri 

idi, ona “Hibanet”, dəstə üzvlərinə isə 

“hibanetçilər” deyirdilər.

5.Andranik – Qafqazda erməni 

silahlı birləşmələrinin komandanı. 

Böyük Britaniyanın “Mİ-6” kəşfiyyat 

mərkəzinin agenti idi.

1915-ci ilin əvvəllərində bütün 

ermənilərin katalikosu V Gevorq 

“Milli Erməni Büro” adından çar 

Nikolaya ünvanladığı məktubda qeyd 

edirdi: “Ermənilər sizin ən inanılmış 

övladlarınızdır”. V Gevorq daha sonra 

qeyd edirdi: “Bizə şərait yaradın ki, 

Türkiyə və Azərbaycanda öz qardaş- 

bacılarımızı onların əsarətindən xilas 

edək. Bizə yardım və köməklik  

edin ki, “könüllü dəstələr” yaradaq.”

Ermənistanda 1965-ci ildə rus 

və erməni dillərində çap olunan 

(Еосиздат Армении) “Daşnaksüt-

yun əvvəl və indi” kitabında tarix-

çi-diplomat Q.Abovyan isə yazırdı: 

“Məktubdan sonra, doktor Zavriyev 

tələsmədən Tiflisə gedir. Çarın canişi-

ni Vorontsov-Daşkovla görüşür. Ona 

çoxsaylı vədlər verərək, regionda “kö-

nüllü erməni dəstələri”nin yaradılma-

sını əks etdirən sənədlərə imza atdırır. 

Bundan sonra yepiskop Mesropla, 

S.Arutyunovla, A.Xatisovla görüşlər 

təşkil edən canişin Vorontsov-Daş-

kov xatırladır ki, onun imza atdığı 

sənədlər 150 il qüvvədə qalacaq. 

Ermənilərə, həmçinin məsləhət 

görülürdü ki, həm Türkiyədə, həm 

də Azərbaycanda yuxarı eşelonlarda 

çalışıb mövqe tutsunlar və ən çox 

kəşfiyyatla məşğul olsunlar”.

1915-ci ilin ortalarında 

“Büro”nun liderlərindən olan doktor 

Zavriyev Rusiyanın xarici işlər 

naziri Neratovun xüsusi məktubu ilə 

İngiltərədə və Fransada olur. Doktor 

Zavriyev İngiltərədəki Rusiya səfiri 

Benqendorfla və Fransadakı Rusiya 

səfiri İzvolski ilə görüşür. Rusiyanın 

xarici işlər naziri Neratov xüsusi 

məktubunda həm Londondakı, həm 

də Parisdəki nümayəndəsinə yazırdı: 

“Zavriyev çox nüfuzlu adamdır. Ru-

siyanın siyasi dairələrində məşhurdur. 

Ona imkan yaradın ki, ermənilərlə 

görüşlər keçirib, məlum siyasi 

məsələləri həll etsin. Ona qəyyumluq 

edin.”


Araşdırma materiallarına 

görə, “Büro”nun London və Pa-

ris görüşlərindən sonra erməni 

millətçilərinin Avropaya yeni 

qapıları açıldı. O zaman Şamaxı və 

Bakı London və Paris üçün də çox 

önəmli strateji ərazi hesab olunurdu. 

Həmin vaxt İngiltərə hərbi sənaye 

kompleksində Qafqaz xalqlarının 

genetik kodları araşdırılırdı. İngilis 

alimləri genetik kodlar arasında 

uzunömürlülüyün və dözümlülü-

yün sirlərilə yanaşı, Naxçıvan və 

Şamaxı ərazisində uran, qızıl və neft 

yataqlarının axtarışında idilər. Digər 

tərəfdən, ingilislərin “Mİ-6”sının 

məlumatına görə, Şamaxıda bir neçə 

yerdə “qızıl və digər qiymətli sərvət 

xəzinələri” mövcud idi.

O dövrdə “Milli Erməni  Bürosu”, 

xüsusən Azərbaycanda ciddi qır-

ğınlara hazırlaşırdı. Əlavə olaraq, 

təlim üçün Parisdən, Londondan və 

ABŞ-dan xüsusi hərbi emissarlar yola 

salınmışdı. Çar ordusundan tərxis 

olunanların 450 nəfəri dərhal “Milli 

Erməni Bürosu”na daxil olmuşdu. 

Ən maraqlısı bu idi ki, ermənilər 

“Büro”ya əllərində silah və hərbi 

geyimdə üzv yazılırdılar. Tərxis olu-

nan ermənilərdən silah geri alınmırdı. 

Məsələn, kəşfiyyat polkovniki  

S. Qolikov iddia edir ki, belə bir 

ənənə ermənilər üçün sovet ordusun-

da da davam edib. Sovet Ordusundan 

tərxis olunmuş erməni əsgər və zabitə 

xəlvəti yolla istədiyi silahı özü ilə 

aparmaq ixtiyarı verilmişdi. 

“Milli Erməni Bürosu” 1916-cı 

ildə Şamaxıda, Qubada, əsasən, şərq 

və qərb istiqamətlərində özəklərini 

yaratmağa müvəffəq oldu. Fransız-

ların və ingilislərin istəyini nəzərə 

alaraq, ermənilər birinci olaraq hər 

iki qəzada milliyyətcə yəhudi olan 

ailələrin siyahısını tərtib etdilər. 

Həmin ildə Şamaxıda 16, Qubada 

isə 9 tüfəng qeydə alınmışdı. Yeli-

zavetpol qəzasının çar xəfiyyəsinin 

məlumatlarının birində yazılırdı: 

“Məlumata görə, Şamaxı və Quba 

qəzalarına gələn tacirlər özlərilə 

birgə silah gətirirlər. Əsasən, Şamaxı 

qəzasında bu məsələ aktiv baş verir”.

Əslində, belə deyildi. Bu saxta 

və uydurma məlumatı qoşanların elə 

özləri Şamaxı qəzasında ardı-arası 

kəsilmədən evlərə soxulur, qeydsiz-

şərtsiz axtarışlar aparırdılar. Şamaxı 

ilə Bakı arasında tədricən əlaqələr 

qırılırdı, gediş-gəliş azalırdı. Qəzada 

əsas vəzifələrə, icraedici orqanlara 

ermənilər irəli çəkilirdi. Şamaxı 

qəzasını faktiki olaraq 1916-cı il 

dekabrın sonlarında ermənilər işğal 

etmişdilər. Şamaxı ziyalılarının bir 

qismi artıq dərk etməyə başlamışdı ki, 

qəzada baş verənlərin sonunda yaxşı 

bir şey dayanmır. 

“Milli Erməni Bürosu”nda 

cəmlənmiş erməni könüllü dəstələrinə 

qarşı nəsə bir tədbir görülməli 

idi. Şamaxı qəzasında baş verən 

hadisələrlə, ərazidəki siyasi-içtimai 

mühitlə bağlı Bakıya ötürülən məktub 

və teleqramlar cavabsız qalırdı. 

1916-cı ilin dekabrında “Milli Erməni 

Bürosu”nun şəxsi məktubuna əsasən, 

rus dilini yaxşı bilən, milliyyətcə 

erməni olan L.Ambartsumov Şamaxı 

qəzasının poçt-teleqraf işləri üzrə 

“cavabdeh şəxs” təyin edildi. Onsuz 

heç bir teleqraf açılmırdı. Məktubu 

isə Tiflisdəki canişin imzalamışdı.

Aşkar edilmiş materiallara görə, 

1917-ci il yanvarın 6-da L. Ambart-

sumov “Milli Erməni Bürosu”nun 

xarici əlaqələr şöbəsinin başçısı, 

bilavasitə çar Nikolayın dəftərxanası 

ilə sıx əlaqəsi olan doktor Zavriyevə 

xüsusi bir teleqram göndərib. 

L.Ambartsumov yazırdı ki, Şama-

xıda bir qrup ziyalı ermənilərə qarşı 

təşkilat yaradıb. Amma bu təşkilatın 

adı yox idi. L.Ambartsumovun 

saxta teleqramından sonra, əsasən 

ermənilərdən ibarət kiçik bir dəstə Şa-

maxıya göndərildi. Doktor Zavriyev 

cavab teleqramında tələb edirdi ki, 

L.Ambartsumov ona təşkilat haqqında 

geniş məlumat versin. 

Nəticədə Şamaxıda məxfi qay-

dada fəaliyyət göstərən “Büro”nun 

S.Lalayanın başçılıq etdiyi silahlı 

birləşməsi Cümə məscidinə hücum 

edib, onu yandırdı. Məsçiddə olan 11 

adamdan 5 nəfəri öldürüldü, 6 nəfəri 

isə ağır bədən yarası aldı. Şamaxı 

qəzasında baş verən bu hadisə yerli 

əhalinin qəzəblənməsinə səbəb oldu. 

Lakin adamlar silahsız və köməksiz 

idilər.


Əldə etdiyimiz materiallar-

dan aydın olur ki, İran ərazisindən 

Azərbaycan istiqamətində ingilislərin 

xeyir-duası ilə hazırlanmış vəhhabi 

dəstələri, daha doğrusu, şiə 

müsəlmanlara qənim kəsilmiş ərəb 

karmatları (vəhşi ərəblər) və yaxud 

“Karmat birlikləri” yola salınmış-

dı. Onların bir qrupu məhz Şamaxı 

ərazisində “Büro”ya – S.Lalayanın 

rəhbərlik etdiyi silahlı dəstələrə 

yardım göstərir, şiə-müsəlmanların 

evlərini qarət edir, din xadimlərini 

öldürür, quran kitablarından tonqallar 

qururdular.

İngilislərin Bəhreyndən qovub 

gətirdikləri bu vəhhabi dəstələri 

Təbrizdə, Tehranda, Ərdəbildə də 

şiə-müsəlmanlara qarşı ermənilərlə 

birgə qanlı cinayətlər törədirdilər. 

Bilavasitə regionda İslamın parçalan-

masına xidmət edən ərəb karmatları 

Azərbaycanda ermənilərin apardıq-

ları etnik təmizləmə siyasətində alət 

olmuşdular.

(ardı var)

Rövşən VƏLİYEV, 

politoloq

 

ˆ

Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) 



təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib.

Tədbirdə 1980-ci ilədək istehsal olun-

muş 150-dən çox klassik avtomobil iştirak 

edib. Bunlar yürüş üçün qeydiyyatdan 

keçən şəxsi avtomobillər, həmçinin Heydər 

Əliyev Mərkəzində nümayiş etdirilən klassik 

avtomobil sərgisinin eksponatlarından ibarət 

nəqliyyat vasitələri olub.

Yürüşdə Heydər Əliyev Mərkəzinin 

direktoru, Azərbaycan Avtomobil Fede-

rasiyasının prezidenti Anar Ələkbərov,  

Azərbaycan Avtomobil Federasiyasının 

vitse-prezidenti, Dövlət Təhlükəsizliyi 

Xidmətinin rəisi Mədət Quliyev, təhsil naziri 

Mikayıl Cabbarov, tanınmış mədəniyyət və 

incəsənət nümayəndələri iştirak ediblər.

Yürüşdə iştirak edən ən qədim avtomo-

bil 1937-ci ildə istehsal edilən “Opel Olimp” 

avtomobili olub. Onun sahibi Azad Kərimov 

AZƏRTAC-a müsahibəsində deyib: “Klassik 

avtomobillərin yürüşü və sərgisi çox gözəl 

tədbirdir. Sanki maşınlara ikinci həyat bağış-

layıblar. Bu, böyük bir bayramdır. Bu tədbirə 

nəvələrimlə gəlmişəm. Bu cür tədbirlər tez-

tez keçirilsə, daha yaxşı olar. Çünki gələcək 

nəsillər bu cür maşınları görməlidir”.

Sərgidə iştirak edən şəhər sakini Fuad 

Məmmədovun avtomobilinin isə, necə 

deyərlər, “42 yaşı” var. Avtomobili  2002-ci 

ildə Rusiyadan gətirən F.Məmmədovun 

sözlərinə görə, bu nəqliyyat vasitəsi həmin 

vaxtdan işləyir, yəni xarab olmayıb. Hətta 

avtomobil 2014-cü ildə Vyanaya uzaq 

səyahət edib. Bakıda təşkil edilən klassik 

avtomobil yürüşündə ilk dəfə iştirak etdi-

yini deyən şəhər sakini tədbirin onda xoş 

təəssürat oyatdığını vurğulayıb.

Müxtəlif illərin istehsalı olan ayrı-ayrı 

markalı avtomobillər Bakı küçələrində nos-

talji hisslər yaradaraq yürüş ediblər.

Klassik avtomobillər Heydər Əliyev 

Mərkəzinin qarşısından start götürüb və 

şəhərin mərkəzi küçələri ilə yürüş etdikdən 

sonra Mərkəzin parkında sərgilənib.

 Klassik avtomobillərin yürüşü və 

sərgisi paytaxtımızın sakinləri ilə yanaşı, 

şəhərimizin qonaqlarında da unudulmaz 

təəssüratlar yaradıb. Rusiyadan gəlmiş 

Natalya Zelnurova deyib: “Bakıya qonaq 

gəlmişəm və gözlənilmədən bu tədbirə 

qatıldım. Yürüş, eləcə də burada iştirak edən 

avtomobillər çox xoşumuza gəldi. Əhvali-

ruhiyyə yüksəkdir. İnsanlar çox mehribandır-

lar. Həm bu tədbirdə, həm də ümumiyyətlə, 

şəhərdə çox səmimi münasibət görürük”. 

Yürüşdən sona Heydər Əliyev 

Mərkəzinin parkında, həmçinin müxtəlif yaş 

qrupları üçün əyləncə proqramları, çərpələng 

festivalı və konsert təşkil olunub.

“Küləyin rəqsi” Beynəlxalq 

Çərpələng Festivalı

“Küləyin rəqsi” Beynəlxalq Çərpələng 

Festivalı Bakıda ilk dəfə təşkil olunub. 

Saat 18:00-da başlayan tədbirdə 7 ölkədən 

10 rəssam iştirak edib: Nərmin Abdul-

layeva (Azərbaycan), Fərəc Rəhmanov 

(Azərbaycan), Sami Maalas (Finlandiya), 

Marius Abramaviçus (Litva), İlona Yanulie-

ne (Litva), Ritums İvanovs (Latviya), Andris 

Vitolins (Latviya), Fedir Aleksandroviç (Uk-

rayna), Yesper Boysen (Danimarka), Dolqor 

Ser-Od (Monqolustan).

Rəssamların üzərinə müxtəlif rəsmlər 

çəkdiyi, fərqli ölçü və formalı 50 çərpələng 

“küləklər şəhəri” Bakının səmasını bəzəyib 

və rəngarəng palitra yaradaraq tamaşaçılara 

unudulmaz təəssürat bəxş edib. 

Festival çərçivəsində həvəskar uşaqlar 

da səmaya 200-dək çərpələng uçurublar.

Binəqədi rayonu 3 nömrəli məktəbin şa-

girdi Günel Hüseynli çərpələng uçurmaqdan 

çox xoşu gəldiyini söyləyib. “Çərpələng çox 

uçururam, amma bu cür böyük məkanda ilk 

dəfədir iştirak edirəm. Həm sevinirəm, həm 

də həyəcanlanıram”, - deyə G.Hüseynli festi-

vala həvəslə qatıldığını bildirib. Hüseynlilər 

ailəsindən Günay xanım belə bir festivalın 

keçirilməsindən çox məmnun qaldıqlarını 

vurğulayaraq deyib: “Bu cür tədbirlərdə 

uşaqlar çox sevinir. Onlar sevinirsə, biz 

də sevinirik. Festivalı təşkil edənlərə çox 

təşəkkür edirik”. 



Əyləncə proqramları

Tədbir çərçivəsində saat 17:00-dan baş-

layaraq Heydər Əliyev Mərkəzinin parkında 

azyaşlılar üçün müxtəlif əyləncə proqramları 

təqdim olunub.

“Sevimli bala” uşaq klubunun dəstəyi ilə 

qurulan oyun zonasında balacalar şar və kö-

pük şouları, batut, sürüşkənlər, böyük ölçüdə 

yumşaq konstruktorlar və plastmas şahmatlar 

ilə çox maraqlı anlar yaşayıblar.

Şəhər sakini Aytən Qasımova bu tədbir 

barədə elanı “Facebook”da gördüyünü qeyd 

edib. “Burada ab-hava çox gözəldir. İnsanın 

zehnini sakitləşdirən bir havadır. Uşaq-

larım da çox sevindilər. Onların müxtəlif 

əyləncələrdə iştirakının şəklini də çəkirəm. 

Uşaqlara nə lazımdır? Sevinc. Bugünkü 

tədbir uşaqlara böyük sevinc bağışladı”.

“The Entertainer” oyuncaq mağazasının 

iştirakı ilə hazırlanan əyləncə zonasında isə 

futbol, basketbol və digər oyun meydança-

ları qurulmuşdu. Burada uşaqlar, həmçinin 

masaüstü oyunlarda iştirak ediblər.

“Bolşoy prazdnik” şirkəti isə balaca-

lar üçün sehrbazın fokus və illüziyalarını, 

müxtəlif şoular təqdim edib.

Uşaqlar mərkəzin parkında, həmçinin 

müxtəlif nağıl personajları ilə şənlənib, 

üzlərini arzu etdikləri rəsmlərlə boyatdırıb, 

karikaturalar çəkdiriblər. Onların sırasın-

da dörd yaşlı Ruslana Şərifzadə buradan 

çox xoşu gəldiyini, burada özünə kəpənək 

rəsmini boyatdıracağını söylədi. Burada ciz-

gi filmi qəhrəmanlarından Maşanı və Ayını 

gördüyünü, hər ikisini çox istədiyini dedi.

Bu əyləncə növləri ilə yanaşı, 

saat 18:00-dan saat 20:00-dək “Azəri 

inciləri” qrupunun və balaca ifaçı Nuray 

Rəhmanovanın konserti olub. Rəqs qru-

punun üzvü Aysel Eminzadə bu konsertdə 

həvəslə və sevinclə iştirak etdiklərini 

söyləyib. “Bura çox əyləncəlidir, hər şey 

çox maraqlıdır. Rəqsə getməyi hər kəsə 

tövsiyə edirəm”, - deyə Aysel Eminzadə 

bildirib.

Əyləncə proqramında Bakının 

müxtəlif evlərində məskunlaşan valideyn 

himayəsindən məhrum və xüsusi qayğıya eh-

tiyacı olan uşaqlar da iştirak ediblər. Heydər 

Əliyev Fondunun daimi qayğısı ilə əhatə 

edilən uşaqlar fərqli əyləncələrdə asudə 

vaxtlarını keçirib, birlikdə rəqs ediblər. 

Nizami rayonundakı 1 saylı uşaq evinin 

sakini Maralın ad günü münasibətilə tortun 

kəsilməsi isə uşaqların bayram əhvalını 

ikiqat artırıb.



Röya və Miri Yusifin konserti

Avqustun 26-da Heydər Əliyev 

Mərkəzinin parkında Əməkdar artist Röya 

Ayxanın və Miri Yusifin konserti olub. Saat 

20:00-da başlanan konsertdə müğənnilər ta-

maşaçılara maraqlı repertuar təqdim ediblər.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi 

həftəsonları müxtəlif əyləncə proqramları 

təşkil edir. Şəhər sakinləri və qonaqların işti-

rak etdiyi budəfəki tədbir klassik avtomobil 

yürüşü və açıq havadakı sərgi, bir-birindən 

rəngarəng əyləncələrlə yadda qalıb.



AZƏRTAC

29 avqust 2017-ci il, çərşənbə axşamı

5

Şamaxı qırğını: yeni araşdırmalar, 

müdhiş faktlar

Soyqırımı faktların dili ilə  

Heydər Əliyev Mərkəzində klassik avtomobillərin 

yürüşü və möhtəşəm əyləncə tədbirləri keçirilib 

Heydər Əliyev Mərkəzində klassik avtomobillərin 

yürüşü və möhtəşəm əyləncə tədbirləri keçirilib 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə