■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■ d ö V l ə t I d a r ə Ç İ L i y I elçİN ƏHMƏdov azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının



Yüklə 194,22 Kb.

tarix08.09.2018
ölçüsü194,22 Kb.


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

D Ö V L Ə T   İ D A R Ə Ç İ L İ Y İ

ELÇİN ƏHMƏDOV

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 

professoru,  siyasi elmlər doktoru

MÜASİR DÖVRDƏ AZƏRBAYCANIN DÖVLƏT SİYASƏTİNİN 

PRİORİTET İSTİQAMƏTLƏRİ (2003-2017-ci illər)

"Bu  gun  biz  Heydər  Əliyev siyasətinə  sadiq  qalaraq  bu 

siyasəti  davam  etdiririk.  Bu  illərdə  biz  Heydər  Əliyev 

siyasətinin  təntənəsini görürük,  onun fiziki yoxluğu şəraitində 

bu siyasət  yaşayır və yaşayacaqdır".

İlham  Əliyev

Azərbaycan Respublikasının  Prezidenti

Giriş

Azərbaycan  Respublikası  1991-ci  il  ok­

tyabrın  18-də  dövlət  müstəqilliyini  bərpa 

etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək 

möhkəmləndirmək  üçün  tarixi  fürsət  əldə 

etmiş  oldu.  Belə  bir  şəraitdə  milli  dövlətçilik 

prinsiplərinə  uyğun  olaraq  yeni  siyasi  kursun 

formalaşdırılması  və  həyata  keçirilməsi  ən 

vacib  məsələ  kimi  qarşıda  dururdu.  Ermənis­

tanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, 

eləcə  də  hərbi  təcavüzün  genişlənməsi  ölkə­

mizi ciddi siyasi və sosial-iqtisadi problemlərlə 

üz-üzə  qoymaqla  yanaşı,  dövlətimizin  xarici 

siyasət  fəaliyyətində  də  mühüm  vəzifələrin 

yerinə  yetirilməsini  ön  plana  çəkdi.  Ermənis­

tanın ölkəmizə qarşı hərbi  təcavüzünün qarşı­

sını  almaq,  onun  ağır  nəticələrini  aradan 

qaldırmaq,  ölkəmizin  ərazi  bütövlüyünü  və 

təhlükəsizliyini  təmin  etmək,  dünyaya  siyasi 

və  iqtisadi  inteqrasiya  olmaq  zərurəti  düşü­

nülmüş, ardıcıl və fəal  siyasət tələb edirdi.

1993-cü  ilin  ikinci  yarısında  ümummilli 

lider  Heydər  Əliyevin  yenidən  hakimiyyətə 

qayıdışından  sonra Azərbaycanın  siyasi  kur­

sunda mövcud reallıqları  nəzərə  alan və ölkə­

mizin milli  mənafelərinin qorunmasına yönəlmiş 

əməli  dəyişikliklər edildi.  Bu  dövrdən  başla­

yaraq  həyata  keçirilən  siyasət  məhz  ümum­

milli liderin adı və onun fəaliyyəti  ilə bağlıdır. 

Özünün  zəngin  dövlətçilik  təcrübəsinə  əsas­

landıraraq  dövlətimizin  yeni  siyasi  kursunun 

əsas istiqamətlərini müəyyənləşdirən Prezident 

Heydər Əliyevin bu siyasi xəttində ilk növbədə 

bir  sıra  ən  mühüm  və  təxirəsalınmaz  vəzi 

fələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu. 

Həmin  vəzifələrdən  biri  və  ən  əsası  A zər­

baycam  beynəlxalq  aləmdəki  təcrid vəziyyə­

tindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış 

mənfi  ictimai  rəyi  dağıtmaq  və  xalqımızın 

haqq  işini  dünya  ictimaiyyətinə  olduğu  kimi 

çatdıraraq  respublikam ız  ətrafındakı  infor­

masiya blokadasını yarmaqdan ibarət idi.  Ona 

görə  də  yeni  siyasi  kursunun  həyata  keçiril­

məsi  üçün  hər  şeydən  əvvəl  müharibəni  da­

yandırmaq və dinc şərait təmin edilməli idi. Bu 

məqsədlə  1994-cü ilin mayından Ermənistanla 

atəşkəsə nail olunması və ölkə daxilində sabit­

lik  yaratmaq  yolunda  atılan  addımlar  sayə­

sində  yeni  xarici  siyasət  xəttini  ardıcıllıqla 

həyata  keçirilməsi  üçün  lazım  olan  əlverişli 

dinc şərait yarandı.

Demokratik dövlət quruculuğu yoluna qə­

dəm  qoymuş Azərbaycan  Respublikası  m üs­

təqillik  əldə  etdikdən  sonra  üzləşdiyi  sosial 

iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə 

həll olunması  ölkəmizin beynəlxalq aləmdəki 

mövqeyi  və  ayrı-ayrı  ölkələrlə  milli  dövlət 

maraqlarına  cavab  verən  qarşılıqlı  faydalı 

əlaqələri və dünya birliyinə  inteqrasiyası  pro­

sesinin intensivliyi ilə sıx bağlı idi.  Bu mənada



■ 

4

 (

60

2017


  ■

■ 

187


  ■


■  E.Əhmədov  ■

Azərbaycanın  beynəlxalq  münasibətlər  siste­

mində  layiqli  yer tutması  üçün  dünya  siyasə­

tinin  formalaşmasında  aparıcı  rol  oynayan 

dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı 

münasibətlərin  tənzimlənməsi və  inkişaf etdi­

rilməsi  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Məhz 

buna  görə  də  dünya  birliyinə  bərabərhüquqlu 

üzv  kimi  daxil  olmağa  çalışan  və  m üstəqil­

liyinin  ilk  addımlarını  atan,  eləcə  də  Erm ə­

nistanın  hərbi  təcavüzü  nəticəsində  ərazi 

bütövlüyü  pozulmuş Azərbaycan  Respublika­

sının  xarici  siyasətində  dünya  birliyinə  inteq­

rasiyası,  ikitərəfli  və  çoxtərəfli  münasibətlər, 

o  cümlədən  beynəlxalq  və  regional  təşkilat­

larla əlaqələrin  yaradılması  və  inkişaf etdiril­

məsi  ümummilli  lider  Heydər  Əliyevin 

fəaliyyətinin  başlıca  istiqamətlərindən  birini 

təşkil  etmişdir.

Ümummilli  lider çox bacarıqlı, son dərəcə 

təcrübəli dövlət başçısı və yetkin siyasi xadim 

kimi  bu  çətin  və  mürəkkəb  vəzifələrin  öhdə­

sindən  müvəffəqiyyətlə  və  böyük  ustalıqla 

gəlmək  bacarığı  nümayiş  etdirdi.  Ölkəmizin 

sistemli  şəkildə  dünya  birliyinə  inteqrasiya 

olunmasında ikitərəfli  və çoxtərəfli siyasi  mü­

nasibətlərin genişlənməsi  istiqamətində  atılan 

addımlar mühüm əhəmiyyət kəsb edir.  Bu ba­

xımdan  Xəzər  dənizinin  Azərbaycan  sekto­

rundakı  neft  yataqlarının  istismarına  dair 

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin 

müqaviləsi”  ölkəmizin  dünya  dövlətləri  ilə 

qarşılıqlı  əlaqələrinin  dərinləşməsi və beynəl­

xalq  mövqelərinin  möhkəmləndirilməsinə 

güclü  təkan  verdi.  “Əsrin  m üqaviləsi”  və 

sonrakı  illərdə  imzalanmış  çoxsaylı  neft 

müqavilələrin  Azərbaycanın  dünya  birliyinə 

inteqrasiyasını  sürətləndirdi.

1993-2003-cü  illər ölkəmiz üçün həlledici 

illər  olmuş,  məhz  həmin  illərdə  dövlətçili­

yimizin möhkəm təməli qoyulmuşdur.  O illər­

də Azərbaycanın  istər  daxili,  istərsə  də  xarici 

siyasətlə  bağlı  strateji  xətti  müəyyən  edilmiş, 

Azərbaycan  dünya  birliyinə  qovuşmuşdur. 

Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaq­

la yanaşı, onların işlərində müntəzəm, eləcə də 

fəal surətdə  iştirak etməklə səmərəli əməkdaşlıq 

ölkəmizin  problemlərini dünya ictimaiyyətinə 

çatdırmaq  üçün  mühüm  əhəmiyyət  kəsb

etmişdir.  Həmin  illərdə  çox  ciddi  islahatlar 

aparılmış,  bazar  iqtisadiyyatı  prinsipləri  üs­

tünlük təşkil etmiş, Azərbaycana böyük həcm­

də  investisiyaların  cəlb  olunması  geniş  vüsət 

almışdır.  Müstəqil Azərbaycanın  Respublika­

sının  ilk  Konstitusiyası  qəbul  edilmiş,  siyasi 

sistem möhkəmləndirilmiş və ölkəmizin uğur­

lu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. 

Bu  illər  ərzində  görülmüş  işlər  hazırda  ölkə­

mizin uğurlu inkişafını şərtləndirmiş, o dövrdə 

başlanmış  layihələr bu  gün  çox uğurla  davam 

etdirilir.

Azərbaycanın dinamik inkişafının

mühüm  mərhələsi

2003-cü  ildən keçən on dörd  il  ərzində isə, 

Azərbaycan  xalqı  və  dövləti  sözün  əsl  məna­

sında  sürətli 

inkişaf  dövrünü  yaşamış, 

problemlərin  böyük  hissəsi  öz  həllini  tapmış, 

istənilən  istiqamət  üzrə  konkret  proqramlar 

icra edilmişdir. Ötən illərdə dünyada baş verən 

qlobal  böhran  fonunda  Azərbaycan  iqtisa­

diyyatının davamlı inkişafı, bütün sosial proq­

ramların  vaxtında  yerinə  yetirilməsinin  əsası 

ümummilli  lider  Heydər  Əliyev  tərəfindən 

qoyulmuş  milli  iqtisadi  inkişaf  modelinin 

möhkəm təməllər üzərində qurulmasının əyani 

göstəricisidir.  Dünya  iqtisadi  sisteminə  fəal 

inteqrasiya yolu seçən Azərbaycanın qazandığı 

nailiyyətləri  şərtləndirən  mühüm  faktorlardan 

biri  də  enerji,  ərzaq və  ekoloji  təhlükəsizliyin 

təmin  edilməsi,  iqtisadiyyatın  diversifıkasi- 

yası, bütün sahələrdə davamlı  inkişaf strategi­

yası  uğurla həyata keçirilməkdədir (1).

Ölkəmizin qeyri-neft sektorunda müşahidə 

olunan  dinamizm  də  iqtisadiyyatın  diversifı- 

kasiyası  ilə  bağlı  həyata  keçirilən  siyasətin 

mühüm nəticəsi hesab etmək olar. İqtisadiyya­

tımızın əsas göstəriciləri qeyri-neft sektomnun, 

qeyri-neft  sənayesinin  və  kənd  təsərrüfatının 

inkişafıdır.  Bütün  bu  istiqamətlər  üzrə  yaxşı 

nəticələr var.  İqtisadiyyatın qeyri-neft sektoru

2.4  faiz  artmış,  qeyri-neft  sənayesinin  artımı 

2  faiz  səviyyəsində  olmuş,  kənd  təsərrüfatı

3.5  faiz artmışdır (4).

Xüsusilə  Azərbaycan  zəngin  neft  resurs­

larından daxil  olan valyuta ehtiyatlarını səmə­

rəli  şəkildə  xərcləməklə,  iqtisadiyyatın  bütün 

sektorlarının  dinamik  inkişafı  üçün  əlverişli



■ 

188


  ■

■  Oktyabr - Noyabr -  Dekabr  ■


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

baza yaratmağa nail olub və hazırda qeyri-neft 

sektoru valyuta gətirə biləcək strateji bölməyə 

çevrilmişdir.  Hazırda  valyuta  ehtiyatlarımız

38,5  milyard  dollardır.  Dünyanın  aparıcı  iqti­

sadi  və  maliyyə  qurumları  hazırda A zərbay­

canın uğurlarını qeyd edir, bütün hesabatlarda 

biz öncül mövqelərdə duduruq. Dünya İqtisadi 

Forumunun  “Qlobal  Rəqabətlilik  Hesa- 

batı”nda  ölkəmiz  artıq  dünyada  37-ci,  MDB 

məkanında isə  1-ci yerdədir (4). Gənc müstəqil 

dövlət  üçün  bu,  çox  böyük  nailiyyətdir  və 

Azərbaycan iqtisadiyyatının çoxşaxəli şəkildə 

inkişaf etdiyini  göstərir.

2008-ci  ildə  Azərbaycan  peykinin  orbitə 

çıxarılması haqqında qərar verilmiş və 2013-cü 

il  fevralın  8-də  Azərbaycanın  ilk  süni  tele­

kommunikasiya  peykinin  orbitə  çıxarılması 

ölkəmizin  həyatında  çox  əlamətdar,  tarixi  bir 

gün,  böyük  n ailiy y ət  olm aqla  y an aşı  və 

A zərbaycan  kosmik  ölkələr  sırasına  daxil 

olmuşdur.  2014-cü  ildə  Azərbaycan  ikinci 

peykinə sahib olmuş, bu peyk ölkəmizə təhvil 

verilmişdir  (8).  Artıq Azərbaycanın  iki  peyki 

m övcuddur:  “A zərsp ace”  və  “A zərsk y ” . 

“Azərsky” peykinin xüsusiyyəti ondan ibarətdir 

ki,  bu  peyk  yer  səthini  yüksək  dəqiqliklə 

müşahidə  edir və  dünyada cəmi  20  ölkə belə 

peyklərə  malikdir  ki,  bu  da  çox  böyük  uğur 

olmaqla  yanaşı,  ölkəmizin  sürətli  inkişafının 

göstəricisidir.  Beləliklə,  Azərbaycanın  milli 

maraqları,  təhlükəsizliklə bağlı maraqları  tam 

şəkildə  təmin  olunur,  eyni  zamanda,  kosmik 

sənayemiz də inkişaf edir.

Bu  illər  ərzində  ölkəmizin  təhlükəsizlik 

strategiyası  uğurla həyata keçirilmiş,  ilk növ­

bədə,  Azərbaycanın  enerji  təhlükəsizliyi  tam 

təmin  olunmuş,  xarici  enerji  m ənbələrindən 

asılılıq  aradan  qaldırılmışdır.  Azərbaycan  bu 

gün  iqtisadi  potensial  baxımından  regionun 

lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında 

onun  payı  80  faizdən  artıqdır.  “Əsrin  m üqa­

viləsiyim  imzalanması ilə dünyada neft ölkəsi 

kimi tanınan Azərbaycanın təchizatçısı olduğu 

Bakı-Tbilisi-Ceyhan  layihəsi  ilə  ölkəmiz 

qlobal  enerji  bazarında  mühüm  iştirakçıya 

çevrilmişdir.  Hazırda Azərbaycandan  neft  və 

neft məhsulları dünyanın 3 0-dək ölkəsinə ixrac 

edilir (8).

Eyni  zamanda,  ölkəmiz  son  illərdə  təbii 

qaz ehtiyatlarına görə  də diqqəti  cəlb  edir.  Bu 

gün Azərbaycan həm regionun,  həm də Avro­

panın  enerji  təhlükəsizliyinin  təmin  edilm ə­

sində,  dünyanın  qlobal  enerji  bazarında  ciddi 

rol  oynayan  ölkədir.  Bir  sıra Avropa  ölkələri­

nin qaz bazarında Azərbaycanın payı 40 faizə­

dək  artmışdır.  2012-ci  ildə  Türkiyə  və 

Azərbaycan  siyasi  rəhbərliyinin  fəaliyyəti 

nəticəsində Trans-Anadolu kəmərinin tikintisi 

ilə  bağlı  razılıq  əldə  edildi.  Azərbaycanın 

müəllifi olduğu və Türkiyə ilə birlikdə reallaş­

dırılan  TANAP  layihəsi  həyata  keçirildikdən, 

yəni  2017-ci  ildən  sonra Avropanın  təbii  qaz 

bazarında ölkənin rolu daha da yüksələcəkdir. 

Bu  layihə  bizim  uzunmüddətli  inkişafımızı, 

onilliklər  ərzində  Azərbaycanın  iqtisadi  və 

digər  maraqlarını  təmin  etmək  üçün  ciddi 

vasitə  olacaqdır.  Azərbaycanın  mövcud  qaz 

ehtiyatları  bundan  sonrakı  100  il  ərzində 

respublikanın  və  tərəfdaş  dövlətlərin  mavi 

yanacağa  olan  tələbatının  ödənməsinə  imkan 

verəcək.  Bununla  yanaşı,  2013-cü  ildə  TAP 

layihəsi - Trans-Adriatik kəmərinin əsas  ixrac 

marşrutu  kimi  seçilməsi  də  tarixi  hadisə  ol­

muşdur.

Hazırda beynəlxalq  əməkdaşlıq məkanına 



çevrilmiş  Xəzər hövzəsi malik olduğu zəngin 

karbohidrogen  ehtiyatları  hesabına  bir  sıra 

qlobal  enerji  layihələrinin  reallaşdırıldığı 

mərkəz kimi diqqət çəkir.  Bu baxımdan Xəzər 

dənizinin  Azərbaycan  sektorunda  yerləşən 

“Şahdəniz” yatağı xüsusi əhəmiyyət kəsb edir. 

2013-cü il  dekabr ayının  17-də  Bakıda  layihə 

üzrə  yekun  investisiya  qərarının  imzalanması 

ilə  “ Şahdəniz”  yatağının  tammiqyaslı  işlən­

məsi  həlledici  mərhələyə  qədəm  qoydu. 

Azərbaycan  Prezident  İlham  Əliyevin  bəyan 

etdiyi  kimi  "Şahdəniz-2"  enerji  layihəsi 

dünyanın ən iri enerji layihələrindən biridir. Bu 

layihə  enerji  təhlükəsizliyi  və  enerjinin  şaxə- 

ləndirilməsi layihəsidir. Azərbaycan 20 il əvvəl 

“Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər dəni­

zini xarici  sərmayələrə açmışdır və ölkəmizin 

uğurlu iqtisadi inkişafını təmin etmişdir.  “Hə­

min  müqavilə  XX  əsrin  müqaviləsi  adlan­

dırılmışdırsa,  "Şahdəniz-  2"  XXI  əsrin  ən  iri 

enerji  layihəsidir (30).

■ 

4

(

60)2017

  ■

■ 

189


  ■


■  E.Əhmədov  ■

2014-cü il  sentyabrın 20-də  “Əsrin müqa- 

viləsi”nin  20-ci  ildönümünü  qeyd  edildi. 

Simvolik  haldır ki,  məhz həmin  gün  “Cənub” 

qaz  dəhlizinin  təməli  qoyulmuşdur  (28). 

“Cənub”  qaz  dəhlizi  Avropanın  ən  böyük 

infrastruktur  layihəsidir  və  bu  nəhəng  trans­

milli  layihənin  icrasında  ölkəmiz  öz  liderlik 

keyfiyyətlərini  bir  daha  nümayiş  etdirmişdir. 

Məhz Azərbaycanın uzun illər ərzində apardığı 

enerji  siyasəti  nəticəsində,  qətiyyətli  siyasət 

nəticəsində  bu  böyük  layihə  artıq  reallaşır. 

“Şahdəniz-2”,  TANAP  və  TAP  Azərbaycan 

üçün  nadir  və  əvəzolunmaz  layihələrdir  və 

uzun  illər,  onilliklər bundan  sonra bizim milli 

maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı 

təmin  edəcək  (29).  Azərbaycan  beynəlxalq 

əməkdaşlıq  məsələlərində  olduğu  kimi,  bu 

layihələrdə  də  liderliyi  öz  üzərinə  götürmüş­

dür.


Dövlət  başçısı  İlham  Əliyev Azərbaycanı 

qonşu  ölkələr  vasitəsilə Avropa  bazarları  ilə 

birləşdirən  üç  boru  kəmərinin  tikintisindən 

ibarət  olduğunu  bildirmişdir:  “Birinci  boru 

kəməri Azərbaycan və Gürcüstan arasında olan 

Cənubi  Qafqaz  boru  kəməridir.  İkinci  boru 

kəməri  Trans-Anadolu  kəməri  -  TANAP-dır. 

Bu  boru  kəməri  Gürcüstan-Türkiyə  sərhə­

dindən  Türkiyə-Yunanıstan  sərhədinə  qədər 

uzanaraq  bütün  Türkiyə  ərazisindən  keçir. 

Üçüncü  boru  kəməri  isə  Trans-Adriatik  boru 

kəməri  -  TAP-dır.  O  da  Yunanıstan-Türkiyə 

sərhədindən  Albaniyaya,  sonra  isə  Adriatik 

dənizinin dibi ilə İtaliyaya gedir.  Beləliklə, bu, 

ayrı-ayrı  hissələrə  bölünmüş  vahid  boru  kə­

məri  layihəsidir” (6).

Azərbaycan Prezidenti  İlham Əliyev Azər­

baycanı  nəhəng  enerji  layihələrinin  təşəbbüs­

karı  olduğunu bildirərək demişdir:  “Onlardan 

biri hazırda icra olunan və Avropanın ən böyük 

infrastruktur  layihəsi  olan  “Cənub  Qaz 

Dəhlizi” layihəsidir. Layihəyə yatırılan sərma­

yə  40  milyard  dollara  bərabərdir  və  o,  ilk 

mərhələdə  7  ölkəni  birləşdirərək,  regionumu­

zun,  Mərkəzi  və  Cənubi  Avropanın  bir  çox 

ölkəsinin  enerji  şaxələndirilməsini  və  enerji 

təhlükəsizliyini  təmin  edəcək”  (3).  Bundan 

əlavə,  Azərbaycanın  təşəbbüsü  ilə  reallaşan 

Bakı-Tbilisi-Ceyhan,  Bakı-Tbilisi-Ərzurum,

■ 

190


  ■  ---------------------------------------------------------

Bakı-Tbilisi-Qars,  TANAP,  TAP  və  digər 

layihələr Azərbaycanın  qlobal  iqtisadiyyatda 

özünəməxsus iqtisadi  modelə malik ölkə kimi 

səciyyələndirir.

Xarici siyasət, mədəni-humanitar və

idman sahələrində qazandan  uğurlar

Ölkəmiz Avropa  təhlükəsizlik  arxitektu­

rasının  etibarlı  tərəfdaşı  kimi  qitənin  enerji 

təhlükəsizliyinin  təmin  olunmasında  əhə­

miyyətli  rol oynayır. Azərbaycan 2004-cü ildə 

əsas  məqsədi  Cənubi  Qafqaz  dövlətlərinin 

siyasi,  iqtisadi  cəhətdən  Avropa  dəyərlərinə 

yaxınlaşmasını  sürətləndirməkdən  ibarət  olan 

“Avropa  Qonşuluq  Siyasətinə”  qoşulmuş, 

2006-cı  ildə  Azərbaycan  Respublikası  ilə 

Avropa İttifaqı arasında  enerji məsələləri üzrə 

strateji  tərəfdaşlığa  dair  anlaşma  m em oran­

dumunu  imzalamış,  2008-ci  ildə  isə  İttifaqın 

“Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla  bu 

siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş 

və  keyfiyyətcə 

yeni  mərhələyə  qədəm 

qoymuşdur (45-47).

Bununla yanaşı, 2011-ci il oktyabrın 24-də 

Azərbaycan  2012-2013-cü  illər  üzrə  BMT 

Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 

keçirilən  seçkilərdə  BMT-yə  üzv  olan  193 

dövlətdən  155  dövlətinin  dəstəyini  qazanaraq 

inamlı  qələbə  qazanmışdır  (24).  BMT  Təhlü­

kəsizlik  Şurasına qeyri-daimi  üzv qəbul  olun­

ması  Azərbaycanın diplomatiya tarixində əldə 

edilmiş ən  böyük nailiyyətlərdən  biri  olmaqla 

ölkəmizin  son  illər  dünya  miqyasında  artan 

siyasi  nüfuzunun  bariz  sübutu  olaraq  qəbul 

edilməlidir.  Belə  ki,  Azərbaycan,  son  illər 

ərzində  stabil  inkişaf  edən,  yüksək  iqtisadi 

göstəricilərə  nail  olan  və  beynəlxalq  siyasət- 

dəki  fəaliyyəti  ilə  dünya  ictimaiyyətinin 

rəğbətini  qazanan  dövlət  olaraq  bütün  bu 

m üvəffəqiyyətlərin  nəticəsində  beynəlxalq 

səviyyədə  ən  mötəbər  qurumun  üzvlüyünə 

seçilmişdir.

Azərbaycan BMT Təhlükəsizlik Şurasında 

təmsil  olunmaqla  yanaşı,  2011-ci  ilin  may 

ayında  120 dövlətin daxil  olduğu Qoşulmama 

Hərəkatına  üzvü  qəbul  edildi  (25).  2015-ci  il 

noyabrın  15-16-da  Türkiyənin  Antalya  şə­

hərində  “G-20”  sammitində  Azərbaycanın 

“Böyük  iyirmilik”  tədbirlərində  iştirakı  m ü­



■  Oktyabr - Noyabr - Dekabr  ■


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

hüm əhəmiyyət kəsb edir kəsb edir və Sammit 

həm regional, həm də beynəlxalq problemlərin 

həlli  üçün  zəruri  tədbir  kimi  yadda  qalmışdır 

(34).  Böyük  İyirmiliyin  hər  il  keçirilən  Zirvə 

Toplantısı  ilin  əsas  iqtisadi  hadisəsi  hesab 

olunur  və  dünyanın  aparıcı  iqtisadi,  hərbi, 

siyasi  gücə  malik  dövlətləri  bu  toplantıda 

təmsil  olunurlar.  Belə bir Sammitdə Azərbay­

canın da təmsil olunması dövlətimizin beynəl­

xalq  imici,  siyasi-iqtisadi  qüdrətinin  son 

dövrlər  artmasının  göstəricisidir.  Türkiyənin 

xüsusi  dəvəti  əsasında  Azərbaycanın  iştirak 

etdiyi Sammit ölkəmizin gələcək inkişafı üçün 

də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın 

dövlət  başçısının  G-20  Liderlər  Sammitində 

iştirakı  və  diqqəti  cəlb  edən  çıxışı  artıq  ölkə­

mizin  regionda,  eləcə  də  dünyada  əsas  aktor- 

lardan birinə çevrildiyini göstərir. Azərbaycan 

“G -20”  çərçivəsində  tədbirlərdə  iştirak  et­

məklə  bu  ölkələrin  təcrübəsini  öyrənir.  Eyni 

zamanda, bu platformaya üzv ölkələr də Azər­

baycanın əldə etdiyi  nailiyyətlərdən yararlana 

bilər.


Bu  gün  ölkəmiz  dostluq,  sülh,  tərəfdaşlıq 

və mədəni müxtəliflik məsələlərinə töhfələrini 

verməyə  çalışır.  Azərbaycan  sivilizasiyaların, 

mədəniyyətlərin  və  dinlərin  kəsişməsində, 

eləcə də, ölkəmiz coğrafi baxımdan  Avropa və 

Asiya  arasında yerləşir.  Əlbəttə ki,  bu coğrafi 

yerləşmə  Azərbaycanın mədəni müxtəlifliyin­

də  öz  rolunu  oynamışdır.  Əsrlər  boyu  bütün 

mədəniyyətlər, dinlər və etnik qrupların nüma­

yəndələri  Azərbaycanda  sülh  və  təhlükəsizlik 

şəraitində bir ailə kimi yaşamışlar.  Son vaxtlar 

təcridolunma, 

ayrı-seçkilik, 

ksenofobiya, 

islamofobiya,  antisemitizm  kimi  təhlükəli 

amillər baş qaldırmışdır ki, onlar artıq bəşəriy­

yət  tarixində  sivilizasiyaların  və  xalqların 

fəlakətinə səbəb olmuşdur. Təəssüflər olsun ki, 

müasir dövrdə  biz  daha  çox  bu  barədə  danış­

malı  olur  və  bu  gün  dünyanın  m üxtəlif 

yerlərində etnik, dini, məzhəb zəminində ayrı- 

seçkiliyin  şahidi  olur  və  bunu  xalqların  dinc 

şəraitdə  bu  cür  təhlükələrlə  qarşılaşdığını 

görürük.


Azərbaycanda  dinlərarası,  mədəniyyətlər- 

arası  münasibətlərin  nə  qədər  düzgün  tənzim 

olunması  bu gün dünya üçün artıq bəllidir.  Bu

baxımdan Azərbaycanın  nümunələri  öyrənil­

məklə  bir sıra  addımlar  atılır.  Məhz,  2008-ci 

ildə də “Bakı prosesi” ölkəmizin  təşəbbüsü ilə 

başlamış  və  bu  gün  mədəniyyətlərarası  və 

sivilizasiyalararası  dialoq,  multikulturalizmə 

aid məsələlər “Bakı prosesi”nə daxildir. Azər­

baycan bu  istiqamətdə  səylərini  davam etdirir 

və  100-dən  artıq  dövlətdən  olan  nüm ayən­

dələrin  Bakıya  səfər  edərək  bu  mühüm 

məsələləri  müzakirə  etməsi  bizdə  m əqsədlə­

rimizə  nail  olmaqla  bağlı  ruh  yüksəkliyi 

yaratmış və ölkəmiz dostluq, sülh, tərəfdaşlıq, 

eləcə  də  mədəni  müxtəliflik  məsələlərinə 

töhfələrini verməkdə davam edir.

Regionun  siyasi,  iqtisadi  və  humanitar 

mərkəzinə  çevrilmiş  Azərbaycan  həm  də 

beynəlxalq münasibətlər sistemində öz layiqli 

yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş 

imici  qazanmışdır.  Bakı  şəhəri  artıq  qlobal 

məsələlərin müzakirə olunduğu, qitə və dünya 

miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar 

məkan kimi tanınır. Azərbaycan artıq siviliza- 

siyalararası dialoqun, multikulturalizmin, siya­

si, iqtisadi, humanitar və digər sahələrdə qlobal 

məsələlərin  müzakirə  olunduğu mərkəzə  çev­

rilmişdir.  2011-ci,  2013-cü,  2015,  eləcə  də 

2017-ci  ildə 4 dəfə Ümumdünya Mədəniyyət- 

lərarası  Dialoq  Forumları  yüksək  səviyyədə 

təşkil olunmuş və bu sahədə Azərbaycan tərə­

findən reallaşdırılan təşəbbüslər regional müs­

təvidən  çıxararaq  qlobal  səviyyəyə  qaldırıl­

mışdır (3;  23).

Ölkəmiz  III  Qlobal Açıq Cəmiyyətlər Fo- 

rumununda, Asiya İnkişaf Bankı  Rəhbərlər Şu­

rasının  illik  toplantısında,  ümumilikdə  200-ə 

yaxın  ölkədən  yüzlərlə  fəaliyyətdə  olan  və 

keçmiş dövlət və hökumət başçısı, nüfuzlu icti­

mai-siyasi  xadimlər,  məşhur  iqtisadçılar,  elm 

adamları,  dünya  mədəniyyətinin  tanınmış  si­

maları  və  digər  şəxslər  iştirak  etmişlər.  Bu, 

Azərbaycanın  qlobal  məsələlərin  müzakirəsi 

və  həllində  artan rolunun,  dünyada gündəmin 

formalaşmasında  yaxından  iştirakının  əyani 

təsdiqidir (5).

Dövlət  və  hökumət  başçılarının,  Nobel 

mükafatı  laureatlarının,  dünyada  tanınmış 

ictimai-siyasi  xadimlərin  iştirakı  ilə  Bakı



■ 

4

(

60)2017

  ■

■ 

191


  ■


■  E.Əhmədov  ■

Beynəlxalq  Humanitar  Forumu  artıq  ənənə 

halını almışdır.  Bakıda və bölgələrdə keçirilən 

Mədəniyyətlərarası  Dialoq,  Dünya  Bankının 

Azərbaycan  üzrə  II  İqtisadi  Siyasət,  “Rusiya- 

Azərbaycan  dialoqu-2012”,  III  Rusiya-Azər­

baycan  Regionlararası  Forumlarına,  Asiya 

Siyasi  Partiyaları  Beynəlxalq  Konfransının 

VII  Baş Assamleyasına,  Qəbələdə beynəlxalq 

musiqi  festivallarına,  “Eurovision”  musiqi 

yarışmasına,  Dini  Liderlərin  Ümumdünya 

Sammitinə  və  digər  nüfuzlu  tədbirlərə  ev 

sahibliyi  edən  Bakı  artıq  dünyanın  qlobal 

səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən 

biri  kimi  qəbul olunur (25).

Bununla  yanaşı,  son  illərdə  “Cənubi 

Qafqazın  və  Mərkəzi  Asiyanın  gələcəyi  ilə 

bağlı  strateji dialoq” mövzusunda Dünya İqti­

sadi Forumuna, Madrid Klubunun toplantısına, 

Birinci  Cənubi  Qafqaz  Forumuna,  Avronest 

Parlament Assambleyasının Avropadan kənar­

da ilk iclasına,  BMT-nin VII  İnternet İdarəçilik 

Forumuna  və  digər  möhtəşəm  beynəlxalq 

tədbirlərə  ev  sahibliyi  edən  Azərbaycan  bir 

daha  göstərdi  ki,  ölkəmiz  Cənubi  Qafqazda 

bütün  sahələr  üzrə  müasir  dövrün  aktual 

məsələlərinin  müzakirə  olunduğu  geosiyasi 

əhəmiyyətli məkandır (19).

Bundan  əlavə,  2015-ci  ildə  ilk  Avropa 

Olimpiya  Oyunlarının  paytaxtımızda  keçiril­

məsi  ilə  bağlı  qərarın  qəbul  edilməsi  də 

təsadüfi  olmamışdır.  Belə ki,  “Bakı-2015”  ilk 

Olimpiya  Oyunları  idman  tarixində  yeni 

maraqlı  səhifə  açm ışdır  (32).  Bu,  həmçinin 

dörd  ildən sonra keçiriləcək növbəti Oyunlara 

bələdçi  hadisə  olmuş  və Avropa  Oyunlarının 

standartları  məhz  Bakıda  m üəyyənləşdiril­

mişdir.  Çox  qısa  müddətdə  yüksək  səviyyədə 

görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa 

Oyunlarının  Bakıda  keçirilməsi  ölkəmizdə 

yaşanan  Olimpiya  hərəkatına  verilən  dəyərin 

təzahürü  olmuşdur.  Bu  hadisə  həm  də  A zər­

baycanda  idman  sahəsində  yaşanan  inkişaf 

proseslərinə  beynəlxalq  miqyasda  göstərilən 

marağın  nümunəsidir.  Eyni  zamanda,  bu 

Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin 

multikulturalizm  ənənələrinin,  turizm  imkan­

larının,  həmçinin  Azərbaycan  brendi  olan 

məhsulların təbliği baxımından da çox faydalı

olmuşdur. Tarixdə ilk dəfə Azərbaycanda keçi­

rilmiş  birinci  Avropa  Oyunları  uğurlu  olmuş 

və  ölkəmizin  idman  tarixində  şanlı  səhifə 

olmaqla  yanaşı,  bu  mühüm  tədbir Avropanın 

idman  tarixində  də  layiqli  yer  tutaraq  öz 

möhtəşəmliyi  ilə  yaddaşlarda  qalmış,  xalqlar 

arasında  mühüm  dostluq  və  tərəfdaşlıq  təd­

birinə çevrilmişdir.

Bununla yanaşı, Azərbaycan artıq istənilən 

səviyyədə  idman  yarışlarını  qəbul  etmək  və 

layiqli  şəkildə keçirmək imkanı  əldə etmişdir. 

2017-ci  ilin  may  ayında  Bakı  şəhəri  İslam 

Həmrəyliyi  Oyunlarına  da  ev  sahibliyi  etmiş­

dir.  İki  il  ərzində hər iki  mühüm  idman  tədbi­

rinin  Azərbaycanda  keçirilməsi  rəmzi  məna 

daşıyan  nadir  tarixi  hadisə  olmaqla  yanaşı, 

həm də Asiya ilə Avropa arasında körpü rolunu 

oynayan ölkəmizin sivilizasiyalararası və mə- 

dəniyyətlərarası  dialoqun  inkişafına  verdiyi 

böyük töhfədir.

Ümumiyyətlə,  Birinci  Avropa  Oyunları 

zamanı Azərbaycan56 medal qazanaraq ikinci 

olmuşdur.  Bundan  sonra,  2016-cı  il  Rio  Yay 

Olimpiya Oyunlarında  18 medal qazanılmışdır 

ki, Azərbaycan  medalların  sayma  görə  dünya 

miqyasında  14-cü,  Avropada  7-ci,  postsovet 

məkanında Rusiyadan sonra ikinci, müsəlman 

aləmində  isə birinci  yerdə  olmuşdir.  Nəhayət, 

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 

idmançıları  yarışları  birinci  pillədə  başa 

vuraraq hamıdan çox -  162 medal (75  qızıl, 50 

gümüş və  37 bürünc) qazandılar (53).

Bundan əlavə, IV İslam Həmrəyliyi Oyun­

larının  2017-ci  ildə Azərbaycanda  keçirilmə­

sinə dair rəsmi qərarın qəbul edilməsi də məhz 

bütün  bu  nailiyyətlərin  təcəssümüdür.  Dövlət 

başçısı  İlham  Əliyevin  İslam  Əməkdaşlıq 

Təşkilatının “OİC Journal” nəşrində dərc olun­

muş “İslam həmrəyliyinin gücləndirilməsi za­

manın  çağırışıdır”  sərlövhəli  məqaləsində 

etnik və dini tolerantlığı “irəliyə doğru inamla 

getməyin ən optimal yolu” adlandıraraq vurğu- 

lamışdır:  “Bu  gün  müsəlman  dünyasının  əv­

vəlki  dövrlərdə  heç  zaman  olmadığı  qədər 

daha  çox  birliyə  və  həmrəyliyə  ehtiyacı  var. 

Buna  görə  də  2017-ci  ilin  ölkəmizdə  “İslam 

Həmrəyliyi İli” elan olunması bütün müsəlman 

aləminə  və  dünyaya  xoşməramlı  mesajdır.

■ 

192


  ■

■  Oktyabr - Noyabr -  Dekabr  ■


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

“İslam  Həmrəyliyi  İli”nin  əsas  məqsədləri 

müsəlman aləmində birliyi möhkəmləndirmək, 

İslamın  sülh  və  mədəniyyət  dini  olduğunu 

bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, 

bu  ilin  mayında  Bakıda  keçiriləcək  İslam 

Həmrəyliyi Oyunları təkcə idman yarışı olma­

yacaq,  eyni  zamanda,  bütün  İslam dünyasının 

birlik, həmrəylik günləri olacaqdır” (53).

Nəticədə,  2015-ci  ildə  Bakı  ilk  Avropa 

Oyunlarına,  bundan  iki  il  sonra  isə  IV  İslam 

Həmrəyliyi  Oyunlarına  uğurla  və  inamla  ev 

sahibliyi  etdi.  İstər Avropa,  istərsə  də  İslam 

Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təş­

kil  olunması  Azərbaycanın  Birinci  vitse-pre­

zidenti Mehriban xanım Əliyevanın yorulmaz 

fəaliyyətinin  nəticəsidir.  Hər  iki  mötəbər  id­

man  tədbirinin  təşkilat  komitələrinə  sədrlik 

edən  M ehriban  xanımın  qüvvələri  çox  qısa 

müddətdə  səfərbər  etmək  məharətinin  nəticə­

sində  Azərbaycan  tarixinə  uğurlu  səhifələr 

yazıldı.


Ümumiyyətlə, əsası  ümummilli  lider tərə­

findən  qoyulmuş  və  bu  gün  Prezident  İlham 

Əliyev tərəfindən uğurlu  həyata keçirilən xa­

rici siyasət strategiyası dövlətlərarası  regional 

və  beynəlxalq  əlaqələrə  daha  yaxından  qatı­

laraq,  Şərq  və  Qərb  dəyərlərinin  sintezindən 

yaranmış  cəhətləri  özündə  də  əxz  edərək, 

dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini 

seçmişdir.  Bu seçimi reallaşdırmaq üçün Azər­

baycan  dövləti  bir tərəfdən  dünya  təcrübəsini 

öyrənərək,  özünün  iqtisadi  və  siyasi  inkişaf 

modelini  müəyyənləşdirir,  digər  tərəfdən  isə 

beynəlxalq  aləmdə  qəbul  edilmiş  prinsiplərə 

uyğun  olaraq  öz  milli  maraqlarını  qoruyaraq 

dövlətlərarası  əlaqələrə  girir.  Bütün  yuxarıda 

göstərilənlər onu deməyə əsas verir ki, həyata 

keçirilən  qlobal  miqyaslı  tədbirlər  bu  gün 

Azərbaycanın  dünya  miqyasında  nüfuzunu 

xeyli  artırmış,  ölkəmizin  Cənubi  Qafqaz 

regionunda  lider dövlətə çevrilməsini  şərtlən­

dirmişdir. Nəticədə, Azərbaycan yalnız beynəl­

xalq  regionda  gedən  proseslərdə  deyil,  eyni 

zamanda beynəlxalq aləmdə cərəyan edən pro­

seslərə də təsir  göstərmək imkanı qazanmışdır.

Azərbaycan  artıq  Cənubi  Qafqaz  regio­

nunda  əsas  söz  sahibi  olan  dövlət  kimi  çətin 

geosiyasi  şəraitdə  müstəqil  xarici  siyasət

■ 

4

(

60)2017

  «  --------------------------------------------------

həyata keçirir.  Hazırda mühüm geosiyasi mə­

kan  kimi  Azərbaycan  regionda  sülhün  və 

təhlükəsizliyin  təmin  olunması  üçün  dayaq 

nöqtəsi,  ən perspektivli  tərəfdaş hesab  edilir. 

Artıq ölkəmiz bütün regional məsələlərdə əsas 

iştirakçıdır  və  dövlət  başçısı  İlham  Əliyev 

qeyd  etdiyi  kimi  “Regiondakı  strateji  əhə­

miyyətli  heç  bir  layihə Azərbaycanın  razılığı 

olmadan reallaşa bilməz”.

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsini,  ərazilərimizin  işğalı  faktını 

nəzərə  alaraq  ordu  quruculuğu  prioritet 

vəzifələrdən  biri  kimi  müəyyənləşdirilmiş  və 

bu  gün  Azərbaycan  ordusu  maddi-texniki, 

silah-sursat təchizatı,  döyüş qabiliyyəti  göstə­

ricilərinə  görə  Cənubi  Qafqazın  ən  güclü 

ordusudur. 2003-cü ildə bizim hərbi büdcəmiz 

163  milyon dollar idisə, 2012-ci ildə bu rəqəm 

3,6  milyarda,  2013-cü  ildə  il  isə  3,7  milyard 

dollara çatmışdır (9). Yəni, bu, onu göstərir ki, 

ordu  quruculuğu  Azərbaycan  dövlətinin 

prioritet məsələsidir. 2005-ci ildə Azərbaycan­

da  Müdafiə  Sənayesi  Nazirliyi  təsis  olunmuş, 

hərbi  təyinatlı  müəssisələr  işə  salınmış  və 

həmin  müəssisələrdə  artıq  m üxtəlif  çeşiddə 

məhsul  istehsal  edilir.  Hazırda  1 O-dan  çox 

ölkənin  müvafiq  qurumlarına  Azərbaycanın 

istehsalı  olan  hərbi  məhsulların  ixracı  həyata 

keçirilir (4).

Azərbaycan  Prezidenti  İlham  Əliyev 

dövlətimizin  xarici  siyasətinin  əsas  prioritet­

lərindən  biri  olan  Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəl­

xalq  hüququn  norma  və  prinsipləri  çərçivə­

sində Azərbaycanın ərazi bütövlüyünün təmin 

edilməsi  şərti  ilə  nizama  salınmasının  vacib­

liyini  bildirmiş  və  beynəlxalq  təşkilatların  bu 

sahədə səylərini  gücləndirməsinin zəruriliyini 

bəyan  etmişdir.  Ölkəmizin  artan  bu  siyasi 

fəallığının  nəticəsi  kimi,  2004-cü  il  oktyabrın 

29-da  BMT  Baş  M əclisinin  sessiyasında 

Azərbaycan  nümayəndə  heyətinin  təşəbbüsü 

ilə  “Azərbaycanın  işğal  edilmiş  ərazilərində 

vəziyyət”  adlı  məsələ  iclasın  gündəliyinə 

salınmışdır.  Daha  sonra  BMT  Baş  Məclisinin 

2006-cı  il  sentyabrın  7-də  keçirilən  60-cı 

sessiyasının  98-ci  və  2008-ci  il  martın  14-də 

keçirilən  62-ci  sessiyanın 86-cı plenar iclasla­

■ 

193


  ■


■  E.Əhmədov  ■

rında “Azərbaycanın işğal edilmiş ərazilərində 

vəziyyət” adlı qətnamələr qəbul edilmişdir (18, 

s.788-791).  Həmin  sənədlərdə Azərbaycanın 

işğal  olunmuş  ərazilərində  ermənilərin  məs­

kunlaşdırılması,  həmin  ərazilərdə  yanğınların 

törədilməsi pislənilir, Təhlükə- sizlik Şurasının 

məlum  4  qətnaməsinə  istinad  edilməklə  er­

məni  silahlı qüvvələrinin  işğal  olunmuş Azər­

baycan  ərazilərindən  dərhal,  tamamilə  və 

qeyd-şərtsiz  çıxarılması  tələb  olunurdu.  Bu­

nunla  yanaşı,  qətnamələrdə  Azərbaycanın 

suverenliyi,  ərazi  bütövlüyünə  hörmət  ifadə 

olunur,  eləcə  də  öz  torpaqlarından  qovulmuş 

azərbaycanlıların  doğma yurdlarına qayıtmaq 

hüququ bir daha təsdiqləndi (18,  s.406).

M ünaqişənin  dinc  vasitələrlə  nizam a  sa­

lınması istiqamətində bütün beynəlxalq təşki­

latların  qəbul  etdiyi  sənədlər Azərbaycanın 

m övqeyinin  bir  daha  gücləndirilm əsi  və 

məsələnin  beynəlxalq  hüquq  prinsipləri  əsa­

sında həllinin təsdiqlənməsi deməkdir.  Ermə­

nistanın  A zərbaycana  qarşı  təcavüzünün 

genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik 

Şurasının  822,  853,  874  və  884  saylı 

qətnam ələri,  eləcə  də  Təhlükəsizlik  Şurası 

sədrinin qəbul etdiyi 7 bəyanatda A zərbayca­

nın  ərazi  bütövlüyü,  suverenliyi  və  sərhəd­

lərinin toxunulmazlığının zəruriliyi bildirilir. 

BMT  Təhlükəsizlik  Şurasının  sənədlərində 

işğalçı  qüvvələrin  işğal  etdikləri Azərbaycan 

ərazilərindən  dərhal  və  qeyd-şərtsiz  çıxması 

bildirilir.  Bu  baxım dan  BMT  Təhlükəsizlik 

Şurasının  qəbul  etdiyi  4  qətnamə  ilə  yanaşı, 

ATƏT,  Avropa  Şurası  və  İslam  Ə m əkdaşlıq 

Təşkilatının  qərarları  da  əhəm iyyətlidir  və 

ölkəm izin  ədalətli  m övqeyinin  beynəlxalq 

səviyyədə  m üdafiəsi  üçün  hüquqi  əsasdır. 

Son  zam anlar  isə,  NATO-nun  Zirvə  top­

lantılarında qəbul olunan qərarlarda birmənalı 

şəkildə  A zərbaycanın  ərazi  bütövlüyü  dəs­

təklənir və  işğala  son qoyulması  bildirilir.

Bu baxımdan, Azərbaycan Prezidenti İlham 

Əliyev  2016-cı  ildə  bizim  beynəlxalq  möv­

qelərimizin möhkəmləndiyini, bir sıra beynəl­

xalq təşkilatlarda Azərbaycana bir daha dəstək 

nümayiş  etdirildiyini  demişdir:  “ ...Bu  təşki­

latlar arasında iki təşkilatı xüsusilə qeyd etmək

istərdim.  Biri  İslam  Əməkdaşlıq  Təşkilatıdır 

ki,  builki  Zirvə  görüşündə  Dağlıq  Qarabağ 

münaqişəsi  ilə bağlı kontakt qrupu yaratmışdır. 

Kontakt  qrupu  artıq  öz  işinə  başlayır.  Zirvə 

görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir 

daha  dəstək  ifadə  olundu.  Bu  yaxınlarda 

Qoşulmama  Hərəkatının — BMT-dən  sonra  ən 

çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də 

növbəti  dəfə  Ermənistan-Azərbaycan,  Dağlıq 

Qarabağ  münaqişəsinin  Azərbaycanın  suve­

renliyi, ərazi bütövlüyü çərçivəsində həll edil­

məsi  haqqında  qərar  qəbul  edildi.  Bu,  bizim 

böyük diplomatik və siyasi uğurumuzdur” (2).

Dövlət başçısı  İlham  Əliyev  Ermənistanın 

sülh  istəmədiyini,  status-kvonu  nə  qədər  çox 

mümkündürsə  saxlamaq  istədyini,  işğal  olun­

muş  torpaqlardan  çəkilmək  istəmədiyini  vur- 

ğulayaraq,  təcavüzkar  dövlətin  yalnız  vaxt 

uzatmaqla  məşğul  olduğunu  və  danışıqları 

sonsuz  bir  proses  kimi  gələcəkdə  də  görmək 

istədiyini bildirmişdir. Ermənistan-Azərbaycan, 

Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  heç  bir 

irəliləyiş  olmamasının  əsas  səbəbinin  təkcə 

təcavüzkar  Ermənistan  deyil,  eləcə  də  onun 

himayədarlarının  da rolunun böyük  olduğunu 

bildirmişdir:  “ ...Azərbaycan  ictimaiyyəti  də 

yaxşı  bilir ki,  bu  məsələnin  həll  olunmaması 

təkcə  Ermənistana  görə  deyil.  Ermənistanın 

böyük himayədarları var, biri ona pul, biri silah 

verir,  biri  lobbi  yaradır,  biri  təbliğ  edir.  Bax, 

budur məsələnin həll olunmamasının səbəbi... 

Ermənistan öz çirkin taktikasını  işə salaraq və 

erməni  lobbisinin  dəstəyinə  arxalanaraq  yenə 

də  istəyir  ki,  bu  məsələ  dünya  gündəliyindən 

çıxsın.  Biz  buna  imkan  verm əm əliyik  və 

məsələ tezliklə həllini  tapmalıdır” (7).

Lakin Azərbaycan Prezidenti İlham Əliyevin 

dəfələrlə  və  birmənalı  olaraq  “Azərbaycan 

ərazi  bütövlüyü  danışıqların  mövzusu  ola 

bilm əz”  fikrini  irəli  sürməsi  ölkəmizin  ərazi 

bütövlüyü  təmin olunmaqla münaqişənin əda­

lətli  şəkildə  həll  olunacağı  ilə  bağlı  ümidləri 

daha  artırmışdır:  “Biz  isə  öz  siyasətimizi 

davam etdirəcəyik.  Danışıqlarda bizim prinsi­

pial  mövqeyimiz tam  əsaslıdır və biz bu  siya­

sətdən  bir  millimetr  də  geri  çəkilən  deyilik” 

(2). Eyni zamanda, dövlət başçısı bəyan  etmiş­

■ 

194


  ■

■  Oktyabr - Noyabr -  Dekabr  ■


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

dir  ki,  Dağlıq  Qarabağa  heç  vaxt  müstəqillik 

verilməyəcək,  dünya  birliyi  heç  vaxt  Dağlıq 

Qarabağın  müstəqilliyini  tanımayacaqdır: 

“...Ancaq  həm  Qərb  mediasında,  həm  qeyri- 

hökumət  təşkilatları  tərəfindən  bizə  qarşı 

aparılan qarayaxma, şər-böhtan, təhqir kampa­

niyasının,  həm  də  burada  “beşinci  kolon”a 

göstəriş  verərək  bunlardan  istifadə  etməyin 

əsas  səbəbi  bizi  məcbur  etməkdir  ki,  Dağlıq 

Qarabağın  müstəqilliyinə  razılığımızı  verək. 

Bu,  heç vaxt,  olmayacaq” (10).

Bununla yanaşı,  2016-cı  ilin  aprel  döyüş­

lərini  tariximizin  şanlı  səhifəsi  adlandıraraq 

demişdir:  “...Azərbaycan  böyük  hərbi  qələbə 

əldə  etmişdir.  Azərbaycan  Ordusu  Ağdərə, 

Füzuli,  Cəbrayıl  rayonlarının  bir  hissəsini 

işğalçılardan  azad  edib,  o  torpaqlarda  A zər­

baycan  bayrağını  ucaldıb.  İki  min  hektardan 

çox torpaq işğalçılardan təmizləndi, ondan bir 

neçə  dəfə  böyük  olan  ərazi  tam  bizim  nəza­

rətimizə  keçdi.  Biz təmas  xəttində  tam  üstün­

lük əldə etmişik və bu gün düşmənin istənilən 

hədəfini  məhv edə bilərik...Əgər aprel  döyüş­

lərinə qədər onlar öz  mifoloji  fəaliyyətlərində 

müəyyən  dərəcədə  uğurlar  qazana  biliblərsə, 

aprel  döyüşləri  onların təbliğatına  ciddi  zərbə 

vurub,  erməni  cəmiyyətini  sarsıdıb.  O  sarsın­

tının fəsadları bu günə qədər orada hiss olunur. 

Aprel  hadisələri  orada  dərin  hərbi  və  siyasi 

böhrana gətirib çıxarıb.  Bu, hələ qısamüddətli 

döyüşlər  idi.  Ona  görə  onlar  düzgün  nəticə 

çıxarmalıdırlar  və  bilməlidirlər  ki,  biz  bu 

vəziyyətlə  heç  vaxt  barışmayacağıq.  Nəyin 

bahasına  olursa-olsun  ərazi  bütövlüyümüzü 

bərpa edəcəyik” (11).



Ədəbiyyat:

1.  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  28 

May  -   Respublika  Günü  münasibətilə 

rəsmi  qəbulda  nitqi.  -  “Azərbaycan”,  27 

may 2013-cü il.

2.  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  28 

May  -   Respublika  Günü  münasibətilə 

rəsmi  qəbulda  nitqi.  -  “A zərbaycan”,  27 

may 2017-ci  il.

3.  Azərbaycan  Prezidenti  İlham  Əliyevin 

Bakıda  IV  Ümumdünya  M ədəniyyətlər-

Münaqişənin  nizama  salınmasında A zər­

baycanın  tutduğu  mövqe  birmənalıdır.  Prob­

lem yalnız Azərbaycanın  ərazi  bütövlüyü  və 

ölkəm izin  beynəlxalq  səviyyədə  tanınm ış 

sərhədləri çərçivəsində həllini tapmalıdır.  Bu 

mövqe  beynəlxalq  hüquq  normaları  və  prin­

sipləri,  BMT  Nizamnaməsi,  Helsinki  Yekun 

Aktı və münaqişənin nizamlanması istiqamə­

tində  qəbul  edilm iş  çoxsaylı 

beynəlxalq 

sənədlərə  əsaslanır.  Eyni  zamanda,  m ünaqi­

şənin  dinc  vasitələrlə  nizam a  salınması 

istiqamətində  bütün  beynəlxalq  təşkilatların 

qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyi­

nin  bir  daha  gücləndirilm əsi  və  m əsələnin 

beynəlxalq  hüquq  prinsipləri  əsasında  həlli­

nin  təsdiqlənm əsi  deməkdir.  Bu  baxımdan 

BMT  Təhlükəsizlik  Şurasının  qəbul  etdiyi 

4  qətnam ə,  ATƏT,  Avropa  Şurası  və  İslam 

Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiy­

yətlidir  və  ölkəm izin  ədalətli  m övqeyinin 

beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi 

əsasdır.


Ümummilli lider Heydər Əliyev tərəfindən 

əsası qoyulmuş siyasi kursun hazırda Prezident 

İlham  Əliyev  tərəfindən  dinamik  şəkildə  və 

novatorcasına  inkişaf etdirilməsi  nəticəsində 

Azərbaycanın çox böyük uğurlara imza atması 

ölkəmizin dünya birliyində mövqelərinin yük- 

sələməsini  təmin  etmiş,  bu gün  dövlətimiz və 

xalqımız üçün çox vacib olan problem -  işğal 

olunmuş torpaqlarımızın tezliklə azad ediləcə­

yinə və ərazi bütövlüyünün bərpa olunacağına 

olan  ümidləri  daha  da  artıraraq  perspektivdə 

Azərbaycanın  ən  qüdrətli  dövlətlər  sırasında 

duracağını  şərtləndirmişdir.

arası  Dialoq  Forumunun  rəsmi  açılışında 

çıxışı -  “Azərbaycan” qəzeti,  6  may 2017- 

ci  il.


4.  Azərbaycan  Prezidenti  İlham  Əliyevin 

sədrliyi  ilə  N azirlər  Kabinetinin  2017-ci 

ilin  birinci  rübünün  yekunlarına  sosial- 

iqtisadi  inkişafının yekunlarına  və  qarşıda 

duran  vəzifələrə  həsr  olunmuş  iclasında 

ntqi.  -  “A zərbaycan”  qəzeti,  11  aprel 

2017-ci  il.

■ 

4

 (

60

2017


  ■

■ 

195


  ■


■  E.Əhmədov  ■

5.  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  V 

Qlobal Bakı Forumunun  açılışında çıxışı  - 

“Azərbaycan” qəzeti,  17 mart 2017-ci il.

6.  Azərbaycan Prezidenti İlham Əliyevin Əl- 

Cəzirə 


televiziyasına 

müsahibəsi 

“Azərbaycan” qəzeti,  18  fevral 2017-ci il.

7.  Azərbaycan  Prezidenti  İlham  Əliyevin 

sədrliyi  ilə  N azirlər  Kabinetinin  2016-cü 

ilin  doqquz  ayının  sosial-iqtisadi  inkişa­

fının yekunlarına və  qarşıda  duran vəzifə­

lərə  həsr  olunan  iclası  iclasında  ntqi.  - 

“Azərbaycan” qəzeti,  8 oktyabr 2016-cı il.

8.  Azərbaycan  Prezidenti  İlham  Əliyevin 

Böyük Britaniyanın nüfuzlu “The Business 

Year”  jurnalına  müsahibəsi.  -  “Azərbay­

can”, 4 aprel 2013-cü il.

9.  Azərbaycan Prezidenti,  Silahlı Qüvvələrin 

Ali  Baş  Komandanı  İlham Əliyevin Azər­

baycan  Respublikası  Silahlı  Qüvvələrinin 

95  illiyi  münasibətilə  Bakının  Azadlıq 

meydanında  keçirilmiş  təntənəli  hərbi 

paradda  nitqi.  -  “Azərbaycan”  qəzeti,  28 

iyun 2013-cü il.

10. Azərbaycan Prezidenti İlham Əliyevin, Ali 

Baş  Komandan  İlham  Əliyev  Müdafiə 

Nazirliyinin  “N ”  hərbi  hissəsinin  yeni 

hərbi 


şəhərciyinin 

açılışında  çıxışı. - 

“Azərbaycan” qəzeti, 24 yanvar 2017-ci il.

11. Azərbaycan  Prezidenti  İlham  Əliyev 

Novruz  bayramı  münasibətilə  ümumxalq 

şənliyində çıxışı.- “Azərbaycan” qəzeti,  19 

mart 2017-ci il.

12. Mehdiyev  R.Ə.  Azərbaycan:  qloballaşma 

dövrünün  tələbləri:  keçmişin  dərsləri,  bu 

günün  reallıqları  və  gələcəyin  perspektiv­

ləri.  Bakı:  XXI-YNE, 2005, 464  s.

13. Mehdiyev  R.Ə.  “Gələcəyin  strategiyasını 

müəyyənləşdirərkən: modernləşdirmə xətti. 

Bakı:  Şərq-Qərb, 2008, 216  s.

14. Mehdiyev  R.Ə.  Azərbaycan  -  2003-2008: 

Zaman  haqqında  düşünərkən.  Bakı:  Şərq- 

Qərb,  2009,  240  s.

15. Həsənov  Ə.M. Azərbaycanın milli  inkişaf 

və  təhlükəsizlik  siyasətinin  əsasları.  Bakı: 

Zərdabi, 2016, 700  s.

16. Həsənov  Ə.M.  Azərbaycanın  geosiyasəti. 

Bakı:  “Zərdabi LTD”,  2015,  1048  s.

17. Həsənov Ə.M. Müasir beynəlxalq münasi­

bətlər və Azərbaycanın xarici siyasəti.  Ba­

kı: Azərbaycan, 2005, 752  s.

18. Əhmədov  E.İ.  Ermənistanın Azərbaycana 

təcavüzü:  təhlili 

xronika  (1987-2011). 

Ensiklopedik  nəşr.  Bakı:  2012,  912  s.

19. Əhmədov  E.İ. 

Heydər  Əliyevin  xarici 

siyasət kursu yeni və dinamik inkişaf mər­

hələsində.  -  “Dövlət  İdarəçiliyi” :  nəzə­

riyyə  və  təcrübə.  Elmi-nəzəri  və  praktiki 

jurnal.  2013, №2  (4),  səh.121-130.

20. Comission o f the European  Communities. 

"European Neigbourhood Policy", Country 

Report Azerbaijan.  Brussels, 2005, p.2-3.

21. European  Neighbourd  Policy  EU  / 

Azerbaijan Action  Plan  14  november 

2006.  - http://ec.europa.eu/environment/ 

enlarg/pdf'enpactionplanazerbaijan.pdf.

22. Eastern partnership:  Communication from 

the European Commission to the European 

Parliament  and  the  Council,  №  COM 

(2008)  823  from 3  December 2008.

23.  “Azərbaycan”qəz.,  2011-ci  il,  8-9 aprel.

24. “Azərbaycan” qəz., 2011-ci il, 25  oktyabr.

25. “Azərbaycan” qəz., 2013,  16 iy u l.

26.  “Azərbaycan” qəz.,  2013,  25  iyul.

27. “Azərbaycan”qəz., 2014,  11  may.

28. “Azərbaycan” qəz.,  2014,  21  sentyabr.

29. “Azərbaycan” qəz.,  2014,  30 sentyabr.

30. “Azərbaycan” qəz., 2014,  3  oktyabr.

31. “Azərbaycan” qəz.,  2014,  9 oktyabr.

32.  “Azərbaycan” qəz.,  2015,  21  avqust.

33. “Azərbaycan” qəz.,  2015,  16  sentyabr.

34. “Azərbaycan” qəz., 2015,  19 noyabr.

35. “Azərbaycan” qəz.,  2016, 27  aprel.

36. “Azərbaycan”  qəz., 2016, 29  aprel.

37. “Xalq qəzeti”, 2014,  17 yanvar.

38. “Xalq qəzeti”, 2014, 29 iyun.

39.  “Xalq qəzeti”, 2014,  7 iyul.

40. “Xalq qəzeti”, 2014,  14  iyul.

41.  “Xalq qəzeti”, 2015, 20 noyabr.

42. “Xalq qəzeti”, 2015,  6 dekabr.

43. “Xalq qəzeti”, 2015,  10 dekabr.

44.  “Xalq qəzeti”, 2016, 28  aprel.

45. Comission o f the  European Communities. 

"European Neigbourhood Policy", Country 

Report Azerbaijan.  Brussels, 2005, p.2-3.

■ 

196


  ■

■  Oktyabr - Noyabr - Dekabr  ■


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

46. European  Neighbourd 

Policy  EU  /

Azerbaijan 

Action 

Plan 


14

november2006.

http://ec.europa.eu/environment/enlarg/pdf 

/enp_ action_plan_azerbaijan.pdf.

47. Eastern partnership:  Communication from 

the European Commission to the European 

Parliament  and  the  Council,  №  COM 

(2008)  823  from 3  December 2008.

48. http://www.heydar-aliyev.org

49. http://www.president.az

50. http://www.mehriban-aliyeva.org/ru/

51. http://www.heydar-aliyev-foundation.org

52. http://www.aliyev-heritage.org

53. h ttp ://a z e r ta g .a z /x e b e r /B a k i_ 2 0 1  7 

dunyaya  idman  dili  ile  oturulcn  sulh  to 

lerantliq_ve_hemreylik_mesajlari- 

1064195

Açar sözlər: Azərbaycan  Respublikası,  dövlət siyasəti,  enerji təhlükəsizliyi,  dinamik  inkişaf, 

xarici siyasət

Elchin Ahmadov

The Academy o f Public Administration under 

the President o f the Republic o f Azerbaijan 

Professor o f the Department o f International Relations and Foreign Policy

PhD in Political Sciences

PRIORITY DIRECTIONS OF STATE  POLICY OF AZERBAIJAN 

AT THE CURRENT STAGE (2003-2017)

SUMMARY

The  article  says  that  1993-2003  were  crucial  for our  country,  since  during  that period  a  solid 

foundation o f statehood was established,  internal and foreign policy-oriented strategy was defined 

and Azerbaijan began to  integrate into the world community.  Priority directions o f the state policy 

o f Azerbaijan  in  2003-2017  and  the  key  indicators  o f dynamic  development  in  all  spheres  are 

analysed in the article. In adittion, the article analyze the sustainable development o f the Azerbaijan 

economy during the global  crisis,  as well as  implementation o f all  social programs  in the country.

The  article justifies  the  successful  implementation  o f national  security  strategy  and  ensuring 

the energy security o f Azerbaijan.  Particularly, it is justified that Azerbaijan is a leading country in 

terms o f economic potential in the South Caucasus. The author descrobes the Baku-Tbilisi-Ceyhan, 

Baku-Tbilisi-Erzurum,  Baku-Tbilisi-Kars,  TANAP,  TAP  and  other projects  implemented  on  the 

initiative o f Azerbaijan.

At  the  same  time,  the  article  analyzes  the  achievements  in  cultural  and  humanitarian  field, 

foreign policy, and sport, as well as explores the cultural diversity, multicultural and tolerant values 

in internal and foreign policy o f Azerbaijan, and examines the territorial integrity o f Azerbaijan as 

a key priority in the  foreign policy.



Key  words:  The Republic o f Azerbaijan,  state policy,  energy security,  dynamic development, 

foreign policy

■ 

4

(

60)2017

  ■

■ 

197


  ■


■  Е.ЭЬтэйОУ  ■

Эльчин Ахмедов

Профессор кафедры Международных отношений и внешней политики 

Академии Государственного  Управления при Президенте  Азербайджанской

Республики,  доктор политических наук

ПРИОРИТЕТНЫЕ НАПРАВЛЕНИЯ 

ГОСУДАРСТВЕННОЙ ПОЛИТИКИ АЗЕРБАЙДЖАНА 

НА СОВРЕМЕННОМ ЭТАПЕ (2003-2017 ГОДЫ)

РЕЗЮМЕ

В статье указывается, что  1993-2003 годы для Азербайджана были решающими. Именно 

в  эти  годы  была  заложена прочная  основа независимой  государственности,  был  определен 

стратегический  курс  Азербайджанского  государства,  связанный  как  с  внутренней,  так  и  с 

внешней  политикой,  началась  интеграция  страны  в  мировое  сообщество.  Здесь  широко 

исследуются  приоритетные  направления  государственной  политики Азербайджана в  2003- 

2017  годах  и  важные  показатели  динамичного  развития  страны  во  всех  сферах.  На 

конкретных  фактах  анализируются  устойчивое  развитие  экономики  Азербайджана, 

своевременное  выполнение  всех  социальных программ  на фоне  происходившего  в  те годы 

в мире глобального кризиса.

В  статье  обосновывается  успешное  осуществление  стратегии  национальной  безопас­

ности  страны,  в  первую  очередь,  полное  обеспечение  энергетической  безопасности  Азер­

байджана,  в  частности  то,  что  в  регионе  Южного  Кавказа  Азербайджан  является 

лидирующей страной с точки зрения экономического потенциала.  Исследуются реализация 

по  инициативе  Азербайджана  проектов  Баку-Тбилиси-Джейхан,  Баку-Тбилиси-Эрзурум, 

Баку-Тбилиси-Карс, ТАМАР ТАР и других глобальных проектов, а также их геополитическое 

и геоэкономическое значение.

Наряду  с  этим,  на  фактах  широко  анализируются  успехи,  достигнутые  во  внешнепо­

литической,  культурно-гуманитарной  и  спортивной  сферах.  Исследуются  культурное 

разнообразие,  мультикультуральные  и  толерантные  ценности  во  внутренней  и  внешней 

политике Азербайджана.  Обеспечение территориальной целостности страны изучается как 

основное приоритетное направление во  внешней политике Азербайджанского государства.



Ключевые слова: Азербайджанская Республика,  государственная  политика,  энергети­

ческая безопасность,  динамичное развитие,  внешняя политика

я 

198


  ■

■  ОШуаЬг - ГЧоуаЬг -  БекаЬг  ■



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə