■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■ m u L t I k u L t u r a L i z m yusif ağayev azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 436,44 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü436,44 Kb.
#80964


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

M U L T İ K U L T U R A L İ Z M

YUSİF AĞAYEV

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru

MƏDƏNİYYƏTLƏRARASI DİALOQ PROSESİNİN 

TƏMİN OLUNMASI PROBLEMİ 

(ŞƏRQ VƏ QƏRB İNTİBAH MƏDƏNİYYƏTLƏRİ ƏSASINDA)

Azərbaycan  tarix  boyu  m üxtəlif siviliza­

siyaların qovuşduğu bir məkan olmuşdur.  Möv­

cud  şəraitin  formalaşmasında  Azərbaycanın 

tarixi  inkişafı,  coğrafi  mövqeyi,  əhalisinin 

etnik tərkibi  və  digər amillər böyük rol  oyna­

mışdır.  Min  illərlə mövcud olmuş  tarixi  şərait 

m üxtəlif dinlərin birgə mövcudluğuna hər cür 

imkan yaratmışdır. Tarixin ayrı-ayrı dönəm-lə- 

rində Azərbaycan ərazisində bütpərəstlik, zər­

düştilik, xristianlıq, islam və bir çox başqa dini 

inanclar  bu  və  ya  digər  səviyyədə  yayılmış, 

bir-birinə  qarşılıqlı  təsir  göstərmiş  və  bütöv­

lükdə mənəvi həyatın özəlliyini səciyyələndir­

mişdir.

Belə  bir  şəraitdə  bəşər  sivilizasiyanın 



m üxtəlif mədəniyyətlərinin  qorunması  üçün 

dinlər  və  mədəniyyətlər  arasında  dialoqun 

yaranması böyük əhəmiyyət kəsb edir.

Müasir  dövrün  yeni  çağırışlarının  həyatı­

mıza  və  təfəkkürümüzə  gətirdiyi  yeniliklər 

həyatın  m üxtəlif sahələrini  əhatə  etdiyi  kimi, 

düşüncə tərzini, yeni  ideologiyaların yaranma­

sını  gündəmə  gətirməyə,  onları  yeni  dövrün 

dəyərləri baxımından müzakirə etməyə zəmin 

yaradır [4,  s. 10].

Azərbaycan  xalqının  Ümummilli  lideri 

Heydər  Əliyev  Azərbaycanda  başlanan  yeni 

tarixi  dövrdə  milli-mənəvi  inkişafın  bütün 

istiqamətlərini əhatə edən strateji kursu həyata 

keçirməklə,  bu  sahəni  dövlətçiliyin  mənəvi 

dayaqlarından birinə çevirdi  [1,  s.217].  “Tole­

rantlıq,  dözümlülük  çox  geniş  anlayışdır.  O 

həm  insani  münasibətlərin,  həm  insan  cəmiy­

yətində  gedən  proseslərin,  həm  də  dövlət-

lərarası,  millətlərarası,  dinlərarası  m ünasi­

bətlərin bir çox cəhətlərinə aiddir... O,  dinlərin 

bir-birinə  dözümlülüyü  ilə  yanaşı  həm  də 

bir-birlərinin adətlərinə, mədəniyyətlərinə dö­

zümlülük deməkdir” [13].  Şərq və Qərb mədə­

niyyətləri  arasında  əlaqənin  əsasında  intibah 

mədəniyyəti  dayanır.  Bu  tarixi  prosesi  dialoq 

mədəniyyətinin  inkişaf  etdirilməsi  effektiv 

olmaz.


İntibah  dövrü  haqqında  m üxtəlif  elmi 

mülahizələrin  olmasına  baxmayaraq,  mövzu 

istər Şərq, istərsə də Qərb üçün öz aktuallığını 

itirməmişdir. Avropa ölkələrinin tarixində baş 

vermiş  qlobal  hadisə  kimi  tədqiqat  obyektinə 

çevrilmiş intibah dövrü Şərq xalqlarının tarixi 

keçmişində  də  təzahür etmişdir.  Ümumdünya 

fikir  tarixində  ən  parlaq  mərhələlərdən  birini 

təşkil  edən  intibah  dövrü  bütün  xalqların 

tarixində  və  mədəniyyətində  öz  təsirini  qoy­

muşdur.  Dünya  tarixində  mədəni  inkişafın  ən 

parlaq dövrlərindən birini  intibah dövrü təşkil 

edir. Bir müddət bu anlayış yalnız Qərbi Avro­

pa xalqlarının mədəni tərəqqisinə  aid edilmiş, 

Şərq xalqlarının elmi, ədəbi və s. sahələrdə heç də 

Qərbi Avropa xalqlarının mədəni tərəqqisindən 

geri  qalmamasının  düzgün  izahı  verilməmiş, 

Şərq ölkələrinin yaşadıqları intibah dövrü sanki 

kölgədə qalmışdır.  İngilis  alimi V.K.Ferquson 

Qərbi Avropada baş verən mədəni hərəkatların 

əsasını  Şərqdən gələn bəşəri dəyərlərdə axtar­

mağı lazım bilir [8, s.28].  Son zamanlar intibah 

mədəniyyətinin  və  ədəbiyyatının  öyrənilmə­

sinə diqqətin artdığının və bu sahədə müəyyən 

irəliləyişin şahidi oluruq. Lakin tədqiqatçıların

---------------------------------------------------------   ■ 

249


  ■

■ 

4

(

60

2017


  ■


■  Y.Ağayev  ■

intibah  mədəniyyətinə və ədəbiyyatına müna­

sibəti  heç  də birmənalı  olmamışdır.  Tədqiqat­

çıların  səciyyələndirdiyi  cəhətlər əsasən  antik 

dövrə  qayıdış,  humanizimin  təsdiqi,  ilkin 

burjua  mədəniyyətinin  təşəkkülü  dövrü  və 

XIV-XVI  əsrlərdə  Qərbi  Avropa  mədəniyyə­

tinin çiçəklənməsi kimi məsələlərə şamil edilir. 

Zaman  keçdikcə,  mürəkkəb  və  çoxşaxəli  ha­

disə olduğu bilinən  intibah və onun mahiyyəti 

haqqında  təsəvvürlər  daha  da  dəqiqləşərək 

məkan və zaman baxımından  düzgün qiymət­

ləndirilir.  İntibah və onun mahiyyəti  haqqında 

araşdırmaların xülasəsi onu deməyə əsas verir 

ki,  intibah sənət və ədəbiyyat hadisəsi olmaqla 

yanaşı eyni zamanda ictimai və mədəni həyatı, 

insan təfəkkürünü əhatə edərək  ictimai-siyasi, 

fəlsəfi,  ədəbi  və  sair  sahələrə  ciddi  təsir edib. 

İntibah  ümumi  inkişafa  söykənir.  Professor 

Yaşar Qarayevin fikri Avropa intibahının daha 

dərindən  dərk  edilməsinə  və  onun  Şərq  inti­

bahı  ilə  ümumi  və  fərqli  cəhətlərinin  anlaşıl­

masına aydınlıq gətirir. Alim Avropa intibahını 

mərhələlərə  ayıraraq  yazır:  «Avropa  intibahı 

üç  müxtəlif və müstəqil  tarixi  mərhələnin bir- 

biri  ilə  üçtərəfli  qarşılıqlı  əlaqəsi  zəminində 

meydana  çıxır;  keçmişin,  antik  dövrün  əsa­

sında,  indinin  («tutqun»  orta  əsrlərin)  inkişafı 

prosesində  və  nəhayət  gələcəyin  (orta  əsrləri 

əvəz  edən  «Yeni  zamanın»)  yaranm ası  şək­

lində,  Şərqdə  intibah  səciyyəli  mədəniyyətcə 

eyni  bir  sürəkli  və  mürəkkəb  epoxa  daxilin­

də  -   orta  əsrlərdə  cərəyan  edir.  Şərq  intibahı 

Şərqdə orta əsrlərin və feodalizmin ictimai ba­

zisinin  sərhədləri  ilə  çərçivələnir  və  tipoloji 

ədəbi-bədii  məzmun  baxımından  Şərq  Orta 

əsrləri Avropanın  Orta  əsrləri  ilə  yox,  intibah 

dövrü ilə qarşılıqlı analoq təşkil edir» [6, s.35].

İntibahı  tarixi-regional  sərhədlərlə  məh- 

dudlaşdıranlar əsasən Qərbi Avropa intibahına 

istinad etməklə kifayətlənmişlər.  Bu fikirlərdə 

bəlkə də zaman və məkan baxımından qanuna­

uyğunluq  görmək  mümkündür.  Çünki  Qərb 

tədqiqatçılarının çoxu Şərq xalqlarının mədəni 

və ədəbi  irsi haqqında kifayət qədər elmi təsəv­

vürlərə malik olmamışlar.  Bu da nəticə etibarı 

ilə  intibahın  Şərq  zəminini  kölgədə  qoymuş­

dur.  Lakin  son  əsrdə  intibahla  bağlı  olan  təd­

qiqatlar  sübut  etdi  ki,  intibah  öz  mahiyyəti 

etibarı  ilə hər bir xalqın taleyində  mövcud  ol­

muş,  həmçinin  Şərq xalqlarının tarixində  inti­

bah meylləri parlaq şəkildə öz əksini tapmışdır. 

Şərq intibahı, onun mahiyyəti və dövürləşməsi 

barədə dünya elminə bəxş olunan fundamental 

əsərlərin  əksəriyyətini  Avropa  və  Rusiya 

alimlərinin  araşdırmaları təşkil  edir.

Bu alimlərin gəldikləri nəticə bir daha Şərq 

intibahının  dərin  kökləri  olduğunu  sübut  edir. 

Qərb  intibahında əsas  ideya qaynaqları huma­

nizm,  real  insan  həyatı,  ağlın,  düşüncənin 

qələbəsi,  x o f  və  vahimənin  rədd  edilməsi 

olmuşdursa,  Şərq  intibah  ədəbiyyatı  bu  kimi 

insani  dəyərlərə bir neçə  əsr əvvəl  yer vermiş 

və  bunlar  ədəbiyyatda  öz  təsdiqini  tapmışdır. 

Avropa  intibahında  olduğu  kimi  Şərq  inti­

bahında  da  humanizm  prinsipi  əsas  mənəvi 

qaynaq  olaraq,  orta  əsr  ədiblərinin  yaradıcı­

lığında  tərənnüm  edilərək,  Şərq  intibahının 

mənəvi  sərvətinə  çevrilmişdir.  Bu  sərvətin 

daşıyıcılarından  İbn-Sina,  Məərri,  Biruni, 

Firdovsi,  Nizami,  Füzuli,  Rumi,  Nəsimi,  Ha­

fiz,  Tusi,  Ömər  Xəyyam  və  başqalarını  misal 

çəkmək  olar.  Son  zam anlar  bir  çox  alimlər 

Avropa intibahının yaranmasında antik mədəni 

irsə qayıdışla bərabər orta əsr Şərqinin mədəni 

irsinin də mühüm rol oynadığını etiraf etmək­

dədirlər.  Bəzi  alimlər  belə  hesab  edirlər  ki, 

Qərb  intibahından  bəhs  edərkən,  onun  köklə­

rini Şərq-Qərb mədəni sintezində görmək daha 

elmi  yanaşma  olar.  Bu  isə  müəyyən  müsbət 

nəticələr  əldə  etməyə  imkan  verir.  «İntibah 

özünün  klassik  formasında  Qərbi  Avropada, 

hər  şeydən  əvvəl  isə  İtaliyada  meydana  gəl­

mişdir.  Lakin analoji proseslər Şərqi Avropada 

və Asiyada  da  özünü  göstərmişdir»  [5,  s. 11 ]. 

Eyni  fikir daha dəqiq və əsaslandırılmış şəkil­

də Y.Qarayevin tədqiqatında da öz əksini tapır: 

«Vahid  dünya  ədəbi  prosesinin  orbitini,  onun 

vüsət və yüksəklik ölçülərini  Şərqin  müəyyən 

etdiyi  əsrlər  -   Şərqdə  məhz  «orta  əsrlər» 

olmuşdur.  Dünya  ədəbi  prosesinin  inkişafı 

tarixində Antik mədəniyyətlə intibah Avropası 

arasında  ara  zirvə  kimi  orta  əsrlərin  Şərq

■ 

250


  ■

■  Oktyabr - Noyabr -  Dekabr  ■


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

humanizmi  durur».  Şərq  intibahı  əsasən  orta 

əsrləri,  Ərəb  və  İran  mədəniyyətlərinin tərəq­

qisi ilə səciyyəvidir.  Bu coğrafi ərazilərin ədə­

bi-tarixi  irsi  intibah  mə-dəniyyəti  üçün  antik 

dövr  hesab  edilə  bilər.  İntibahın  əsas  ideya 

qaynaqlarını istiqamətləndirən cəhət isə  Şərq­

də islam dininin  insana,  elmə, zəkaya,  əxlaqa, 

azadlığa,  humanistliyə  yaxın  olması  və  bu 

ideyaları  özünün  təməli  hesab  etməsidir.  Son 

araşdırmalarda Avropa  Renessansının  bir  çox 

cəhətdən Şərq-Qərb mədəni sintezinin nəticəsi 

kimi  meydana  çıxması  faktı  daha  əhatəli 

şəkildə öyrənilir və Avropada mədəni  inkişafa 

Şərqin birbaşa təsiri  tarixi dəlillərlə öz şərhini 

tapır.  Misal  olaraq,  bu  fikrə  diqqət  yetirək 

«Şübhəsiz ki, Yaxın Şərq və Orta Asiya Avropa 

üçün  istinad mənbəyi  hesab  edilmiş və  ondan 

bəhrələnmişdir...  Demək olar ki, Avropa ölkə­

lərində  mədəniyyətin  hər bir yüksəlişi  Şərqdə 

baş  verən  ixtiraların  əlaməti  idi»  [7,  s. 19]. 

Yaxın və Orta  Şərqdə öz təfəkkürü,  kamilliyi, 

və  yaradıcılığı  ilə  insanların  mədəni  və  elmi 

oyanışlarına  təkan  verən,  mədəni  inqilablar 

yaradan  dahilər  intibah  dövrünün  səciyyəvi 

xüsusiyyətlərini  Şərqə  aid  etməyə  əsas  verir. 

Şərqin  yaşamış  olduğu  bu  dövr  intibah  adı 

altında  izah  olunmasa  da,  Qərbi Avropa ölkə­

lərinə şamil edilən İtaliyada incəsənətin misil­

siz  dərəcədə  tərəqqisi,  Fransa və Almaniyada 

müasir ədəbiyyatın yaranması, bu ölkələrin hər 

üçündə, eləcə də  İspaniyada klassik ədəbiyya­

tın yaranması və bu amillərin intibah ideyaları­

na  söykənməsi  kimi  mədəni  dəyərlər  Şərq 

mədəniyyətinə  də  aid  edilə  bilər.  «Avropada 

intibah  dövründə  ədəbiyyat  və  mədəniyyət 

irəli  getmək  üçün əvvəlcə «geriyə»  dönür.  Bu 

zaman antik heykəllər və abidələr bir-bir torpa­

ğın  dərin  və  qara  qatlarından  təmizlənib  üzə 

çıxdığı kimi, real-dünyəvi və təbii-insani duy­

ğular  da  dini  qadağan  və  vahimələrin,  mistik 

örtük və pərdələrin qara çatlarından təmizlənib 

açıq havaya, dünya işığına çıxarılır.  Şərqdə bu 

mənada  intibaha  keçid  üçün  nə  arxeoloji 

obyektlərdə, nə də düşüncə və fikirlərdə ayrıca 

bir «qazıntı» işinə ehtiyac olmamışdır.  İntibah 

əlamətləri  sənətdə  və  poeziyada  m üxtəlif

ictimai  və  bədii  səviyyələrin  enişli-yoxuşlu 

əyriləri  şəklində,  lakin  fasiləsiz  davam  etmiş­

dir»  [9,  s.29].  İntibaha baxış bəzən məsələnin 

mahiyyətinə  görə  deyil,  zahiri  və  regional 

xüsusiyyətlərinə  görə  müəyyənləşdirir  ki,  bu 

da  nəticə  etibarilə  Şərq  intibahını  kölgədə 

qoyur.  Bunun  nəticəsidir  ki,  intibah  anlayışı 

Şərq və Qərb müstəvisində bəzən təcrid olun­

muş  şəkildə  tədqiqat  obyektinə  çevrilmişdir. 

Dini,  siyasi və əxlaqi  cəhətlərdən bir-birindən 

fərqlənən  Şərq  və  Qərb  intibahları  bəzən  də 

tarixi-siyasi  mübari-zələrə  qurban  verilərək, 

hətta  eyni  dəyərlər  ətrafında  formalaşan 

cəhətlər  də  bir-birindən  ayrılmışdır.  İntibahın 

ən  vacib  elem entlərindən  biri  insan  fikrinin 

azadlığı,  ağlın,  təfəkkürün  inkişafına  inam 

yaradıcı  şərait və dini  ehkamçılığın qarşısının 

alınması  idi.  Orta  əsrlər Avropa ölkələri  üçün 

səciyyəvi  olan  bu  amilin  ləğvi,  məhz Avropa 

intibahı  üçün  əlamətdardır.  Çünki  dini  ehka­

mın buxovları orta əsrlərdə tamamilə real dün­

yəvi  həyatı,  azad  fikri,  insan  təfəkkürünün 

inkişafını ləngidirdi.  «XV əsrin ikinci yarısın­

da  yaşamış  böyük  İtaliya  filosofu,  şairi,  pan- 

teizmin  nümayəndəsi  Cordano  Bruno  beləcə 

ittiham edilərək odda yandırılmışdı»  [11, s.4]. 

Şərq  intibahının  meydana  çıxdığı  dövrdə  ha­

kim olan islam ideologiyası insan şəxsiyyətinə, 

bəşəri hisslərə, humanizm prin-siplərinə uyğun 

olduğundan  dini  ideologiyada  humanizmə, 

realizmə  geniş  imkanlar  açılırdı.  İntibah  me­

yarları islam dininin əxlaq və elmə olan müna­

sibəti  ilə üst-üstə  düşür,  bu  isə  öz növbəsində 

intibah  düşüncəsinin  mədəni  və  içtimai  hə­

yatda  hakim  mövqe  qazanmasına  şərait  yara­

dırdı.  «Başqa  mədəniyyətlərdə  inkişaf etmiş 

elmlərlə müqayisə olunduqda, müsəlman intel­

lektual  səviyyəsinin  islamla  birləşəndən  son­

rakı vəziyyəti belədir.  Kindi, Farabi,  İbn Sina, 

Qəzzali,  Nəsirəddin  Tusi  kimi  ən  böyük  mü­

səlman arif və elm adamlarının -  elmlərin ma­

hiyyəti ilə məşğul olmaları da bizə məlumdur» 

[10,  s. 101].  Avropanın  orta  əsrlərinə  münasib 

olan bir neçə yüzilliklər ərzində Bağdad, Kor­

dova,  Toledo,  İsgəndəriyyə, və  s.  kimi  müsəl­

man paytaxtları -  bütün  dünyanın intellektual

■ 

4

(

60

2017


  ■

■ 

251


  ■


■  Y.Ağayev  ■

mərkəzləri  olmuşlar.  Bu  şəhərlər  müsəlman 

elminin  inkişafı  ilə,  özlərindən  əvvəlki  sivili­

zasiyaların  öyrənilməsi  və  bunların  İslam 

ənənələri  çərçivəsində  yenidən  qavranılması 

ilə  məşğul  olan  çox  böyük  sayda  alimlərin, 

tərcüməçilərin,  mirzələrin  və  kitab  nəşri  ilə 

məşğul olanların mərkəzləri  idilər. Çox möhtə­

şəm intellektual sivilizasiya yaratmağa müyəssər 

olmuş müsəlmanlar, qonşu xalqların heyranlıq 

və qibtələrinə səbəb olurdular. Və bu əlçatmaz 

inkişaf  yüksəlişində  olan  müsəlmanların 

mədəni,  elmi,  intellektual,  mənəvi  və  maddi 

xəzinələrinə toxunmaq arzusu avropalılar ara­

sında  çox  geniş  yayılmışdı.  Qeyd  etmək 

lazımdır ki, əsrlər boyu bəşəriyyət qeyri-adi və 

rəngarəng mədəniyyətlər içərisində iki mədəni 

qütb arasında vurnuxmaqdadır.  Bunlar Şərq və 

Qərb  mədəniyyətləri  qütbləridir.  Əslində 

dünya tarixinin Şərqdən başlanması heç kimdə 

şübhə  doğura  bilməz.  Elə  sivilizasiyaların 

mənbəyi,  ocağı  da  qoca  Şərq  hesab  olunur. 

Ümumiyyətlə, hansı mənada göstərilməsindən 

asılı  olmayaraq,  çox  vaxt  Qərb  və  Şərq  həm 

coğrafi,  həm də geososialmədəni  anlayış kimi 

nəzərdən  keçirilir.  «Bu  gün Avropa  güclü  və 

qüdrətlidir və  avropalılar özlərini  dünyada  ən 

sivilizasiyalı və mədəni  hesab edirdilər. Avro­

palılar Asiyaya  və  onun  xalqlarına  yuxarıdan 

aşağı baxırlar, onlar gəlib Asiya ölkələrində nə 

varsa elə keçirirlər». Ona görə də Şərq və Qərb 

mədəniyyəti və sivilizasiyasının nisbəti məsə­

ləsini  nəzərdən  keçirmək  zəruridir.  Mədəni 

münasibətlərdə  islam  faktorunun  hansı  rol 

oynamasının  öyrənilməsi  də  vacibdir.  Lakin 

Qərbin  exnoloji  üstünlükləri  uzunmüddətli 

davam edə bilməz.  Müasir Azərbaycanın geo- 

politik  vəziyyəti  elədir  ki,  o  Qərb  və  Şərq 

sivilizasiyalarının  qovuşuğunda  yerləşir.  Bu 

fakt  ölkəmizə  hər  iki  sivilizasiyaya  əsas  olan 

müsbət cəhətləri götürərək onlardan faydalan­

maq  imkanı verir.  Bir mədəniyyət sahib  oldu­

ğu  dəyərləri  ilə  yüksəlir  və  müəyyən  bir 

mərhələyə  gəlib  çatır.  Qərb  mədəniyyətini 

buna  nümunə  göstərmək  mümkündür.  Qərb 

mədəniyyəti  bu  mərhələyə  gəlmədən  əvvəl 

çiçəklənmə dövrü yaşamışdır. Ancaq  dəyərlər

baxımından  bu mədəniyyətin də  şahid olduğu 

bir  dövr  olmuşdur.  Bilirsiniz,  mədəniyyətlər 

bir  anda  tənəzzül  etmir.  Əksinə,  bu,  tədricən 

baş  verir.  Qərbdə  də  bir  tənəzzül  dövrünün 

başladığı müşahidə edilir. Ancaq bu tənəzzülün 

hansı  sahədə  olduğuna  diqqət  yetirmək  la­

zımdır [4,  s.14].

Avropalılar  tərəfindən  müsəlman  irsi  ilə 

tanışlıq  və  bu  irsə  yiyələnmə  birinci  növbədə 

Qərb  və  İslam  dünyalarının  qarşılıqlı  təmas 

yerlərində -  sərhəd bölgələrində -  Əndəlusda, 

Cənubi  Fransada  və  İtaliyada,  və  həmçinin 

Səlib  yürüşləri  zamanı  Yaxın  Şərqdə  başladı. 

Müsəlmanlar  və  avropalılar  arasında  olan  bu 

mədəni  və  elmi  mübadilə  prosesi  bir neçə  əsr 

boyunca durmadan artır və inkişaf edirdi.  İnti­

bah dövrünün  başlanğıcında xristian Avropası 

Şərq geyimləri geyinir, ərəb mahnıları  oxuyur 

və  İspaniya müsəlmanlarının fəlsəfi  əsərlərini 

mütaliə  edirdi.  Beləliklə,  deyə bilərik  ki,  mü­

səlman  mütəfəkkirləri,  şairləri və alimləri Av­

ropa  İntibahının  əsasını  qoydular.  Lakin 

bununla  belə  dini  mistik  təlimlərin  bədii  dü­

şüncənin  inkişafına  göstərdiyi  təsiri  qeyd  et­

məmək olmaz.  Orta əsrlərdə hakim olan islam 

ideologiyasının ictimai inkişafının xarakterinə 

təsiri heç də birmənalı qiymətləndirilmir.  İnsa­

nın mənəvi intibahının və yaxud ictimai həyati 

intibahının  real  düşüncədə  oynadığı  rol  orta 

əsrlərin  daxilində  baş  verən  hadisə  idi.  Bu 

prosesin  təmsilçiləri  dini  ideologiyanı  doğru 

qiymətləndirərək,  insanın  özünə  qayıtmasını, 

öz  mahiyyətinə,  öz  düşüncəsinə  yaxınlaşma­

sını  real  həyatın  tələbi  kimi  qəbul  edirdilər. 

Amma orta əsrlər Avropada təkcə inkvizisiya­

ların  tonqalları  ilə  yadda  qalmadı. Antik  döv­

rün işığını özlərində qoruyan onu orta əsrlərdə 

yaşatmaq  istəyənlərin  qarşısı  alınsa  da,  onlar 

gələcək  nəsillərin  fikir  azadlığı  üçün  kilsə 

irticasına, ağlın, azad düşüncənin gücü ilə mü­

qavimət göstərdilər. Avropa intibahından fərqli 

olaraq  Şərq  intibahı  əvvəldən  sona qədər orta 

əsrlərin  öz  hüdudları  daxilində  cərəyan  edən 

hərəkat  kimi  tarixdə  öz  yerini  tapmışdır.  Bu 

oyanış təbii olaraq özünəməxsus sosial-mədəni 

inkişafın  bəhrəsidir».  Şərq  dünyasının  inkişa­

■ 

252


  ■

■  Oktyabr - Noyabr -  Dekabr  ■


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

fını nəzərə alsaq deyə bilərik ki, zaman etibarı 

ilə Qərbdən əvvəl, Şərqdə renessans yaranmışdır» 

[15,  s.2 14].  Avropa  intibahının  ən  qətiyyətli 

addımı  orta  əsrlərdə  hakim  olan  dini-mistik 

təfəkkürdən azad olmaq, insanı xristian dininin 

yanlış  ehkamları  buxovundan  xilas  etmək 

olmuşdur.  Realist  düşüncəyə,  insan  və  sosial 

mühit, mənəvi yüksəlişə verilən qiymət,  insan 

zəkasının  hər  bir  mifoloji  qüvvədən  yüksək 

tutulması  və  digər  ideyaların  geniş  vüsət  tap­

ması  Avropa  intibahının  tərəqqisində  dönüş 

nöqtəsi  olmuşdur.  «İnkivizisiya  m əhkəm ə­

lərini  quraraq öz ehkamlarının yeganə həqiqət 

olması  iddiası  ilə  hər  şeyə  nəzarət  etməyə 

başladı.  Buna  qarşı  çıxan  bir  çox  insan  zülm 

və  işgəncəyə  məruz  qaldı.  Elə  oldu  ki,  kilsə 

elmin, düşüncənin və hər cür inkişafın önündə 

böyük  maneə  oldu...  İnsanlıq  bir  partlama 

nöqtəsinə yetişdi. Nəhayət, yeni dövrdə Renes­

sans  və  humanizmlə  partladı».  Orta  əsrlər 

Avropa  ədəbi  fikrində  dini  mövzularda  olan 

əsərlərin oynadığı rolu Şərq ədəbi fikrində dini 

ehkamçılıq  çərçivəsinə  sığmayan  romantik 

poeziya  oynayırdı.  Bu  romantik  poeziya  hu­

manizmin poetik təsdiqi kimi yaranırdı.  Şərqin 

orta əsrlərdə yaşayıb-yaratmış dühaları ədalətli 

cəmiyyətin, kamil insan əxlaqının formalaşma­

sına,  azad  insan  konsepsiyasını  yaratmağa, 

humanizmin  bəşəri  dəyərlərini  göstərməyə 

çalışaraq, dindən düzgün istifadə etməyə çağır­

mışlar.  Lakin  bu  o  demək  deyildir  ki,  huma­

nizm nəzəriyyəsinə dini amillər əlavə edilirdi. 

Əslində  Şərq  orta  əsrləri  üçün  səciyyəvi  olan 

dini  ideologiya  humanizmə  və  rasionalizmə 

münbit  şərait  yaradaraq,  insan  şəxsiyyətinin 

tərəqqisinə kömək göstərirdi.  İntibahın keçmiş 

dini,  fəlsəfi,  ədəbi  mirasları  dirçəltməsini  önə 

çəkən  və  yalnız  bu  kriteriyanı  əsas  götürən 

İngilis  alimi  V.K.Ferquson  əslində  intibaha 

bəsit  yanaşır.  Bu  kriteriya  özünü  orta  əsrlərin 

ədəbi-bədii nümunələrində də göstərirdi.  Lakin 

bununla  belə  ədəbi-bədii  fikrin  tam  şəkildə 

dini-mifoloji  təlimlərdən  azad  olması  qeyri- 

mümkün  idi.  Orta  əsrlər  Şərqinin bəşər sivili­

zasiyasının  ilkin  dövrlərindən  formalaşmağa 

başlayan  xalqların  mədəniyyəti  ilə  tanışlığı,

Şərq  intibahı  üçün  mənəvi  zəmin  olmuşdur. 

Məhz  bu  əlaqələrin  olması  Şərq  intibahının 

dini-mistik təfəkkürlərin arasında antik mədə­

niyyətlərə  daha çox yaxınlaşdırmışdır.  «Belə­

liklə, Yunan-Roma antik mədəniyyətinin Avropa 

xalqlarının  mədəniyyətlərinin  təşəkkülündə 

oynadığı rolu adı çəkilən Şərq xalqlarının mə­

dəni  təşəkkülündə  qədim  Şərq  sivilizasiyası 

oynamışdır».  Bizans  süqut  edərkən  tapılan 

əlyazmalar və Roma xarabalıqlarından qazılıb 

çıxarılan qədim heykəllər qarşısında Qərb yeni 

bir  aləm  -   qədim  yunan  aləmini  gördü.  Belə 

bir vaxtda Avropa ölkələrində incəsənətə, ədə­

biyyata misilsiz maraq oyandı. Artıq Almaniyada 

kilsənin  insanlar  üzərində  olan  hegemonluğu 

zəifləyərək, insanlarda azad fıkirlilik yaranırdı. 

Bu  mütərəqqi  inqilab,  bəşəriyyət  tarixində  və 

insan təfəkküründə ən böyük  inqilab  idi.

Bütün bunlar intibah dövründə ədəbiyyatın 

və  mədəniyyətin kilsənin  buxovlarından  xilas 

olması  demək  idi.  İtalyan  şerinin  ən  layiqli 

nümayəndəsi  Petrarka  ilk  dəfə  həqiqi  insani 

hissləri  tərənnüm  etmiş,  intibah  mədəniyyəti­

nin  ən  əsas  amili  olan  humanizm  prinsipinin 

formalaşmasında böyük rol oynamışdır. Avro­

pa  intibah  mədəniyyəti  məhz  belə  bir  dövrdə 

insan  şəxsiyyətini  önə  çəkmiş,  mənəvi-əxlaqi 

problemləri gündəmə gətirmiş, insanın düşün­

cəsinin  dini  mistik  qüvvələrdən  üstün  tutul­

ması  ideyalarını  ədəbi-bədii  şəkildə  ifadə 

etmişdir.  Avropa  intibahını  şərtləndirən  bu 

cəhətlər  Şərqdə  geniş  yayıldığından  Şərq 

Avropa  üçün  mənbə  hesab  edilə  bilər.  Əndə- 

lüsdəki  müsəlman  universitetlərində  oxumaq 

surəti  ilə,  bir qismi  də  müsəlmanların yazdıq­

ları kitabları oxumaq və öyrənmək yolu ilə elm 

və  fəlsəfəni  öyrənməyə  başlayırlar.  Renes­

sansdan  əvvəl  və  Renessans  tarixi  boyunca 

Avropa düşüncəsinə çox böyük bir ölçüdə təsir 

göstərmişdilər.  Şərq  intibahı  haqqında fikirlər 

m üxtəlif olsa da, son illərin tədqiqatlarında bu 

problemə köklü bir baxış  formalaşmışdır.

Şərqə  olan  maraq  orta  əsrlərdə  Avropa 

alimlərinin diqqətindən kənarda qalmamışdır. 

Bu maraq ondan  irəli  gəlirdi  ki,  Şərq Avropa­

ya  nisbətən  daha  yüksək  inkişaf səviyyəsinə

■ 

4

(

60

2017


  ■

■ 

253


  ■


■  Y.Ağayev  ■

nail  olmuşdu.  Şərq  mədəni  irsinin Avropaya 

təsirini  inkar etmək mümkünsüzdü.  Bir sözlə, 

Şərq intibahında keçmişə qayıdış, antik dövrə 

müraciət  Qərb  İntibahından  müəyyən  qədər 

fərqlidir.  Şərqin öz bətnində baş verən mədəni 

dirçəlişin  özünəməxsus  çalarları  var.  Qərb 

intibahı  ilə  Şərq  intibahının  zaman  və  məkan 

baxımından  da bir-biri  ilə  fərqlənən  cəhətləri 

inkar olunmazdır.  Lakin  bu  o  demək  deyildir 

ki,  bu  intibahlar  bir-birindən  köklü  surətdə 

fərqlənir. Əksinə hər iki  intibahı birləşdirən və 

onları  eyni  dəyərlər  baxımından  qovuşduran 

çoxsaylı  ortaq  cəhətlər mövcuddur.  Ona  görə 

də intibahı yalnız Avropa xalqlarına aid etmək 

və  onu  Şərq  məkanından  ayırmaq tarixi,  elmi 

cəhətdən  yanlış  sayılmalıdır.  Şərq  mədə­

niyyətinin  öz  intibah  mərhələsi  olmaqla  ya­

naşı,  Şərq  xalqlarının  mədəni,  tarixi,  fəlsəfi, 

iqtisadi,  ideoloji,  ictimai,  dini  dəyərləri  bu 

intibahın  əsas  cəhətləri  hesab  oluna bilər.

Bu  barədə  N.İ.Kopradın  fikri  maraqlıdır: 

«Hər bir regionda baş vermiş hərəkatla yanaşı, 

həm də ümumdünya hərəkatı var. Əgər hər bir 

zonada  intibahın  xronologiyasına  əsaslansaq, 

görərik ki,  bu proses  ilk öncə VII  əsrdə Çində 

öz yerini almış, sonradan  IX əsrdə Orta Asiya­

da,  İranda,  şimal-qərbi  Hindistanda  təşəkkül 

tapmışdır»  [7,  s. 10].  Bu  mənada  Şərqdə  inti­

bah, Avropa  intibahının  bir  neçə  əsr  qabaqla­

mışdır. Avesta kimi tarixi-ədəbi və dini-fəlsəfi 

abidə,  Zərdüşt,  Konfutsi,  Budda  kimi  geniş 

düşüncəyə malik mütəfəkkirlər, əl  Mütənnəbi, 

Əbul  əla  əl  Məərri,  Firdovsi,  Nizami,  Füzuli, 

Nəsimi  kimi  söz ustadları  tarixin və dünyanın 

yaddaş  kitabına  öz  möhürlərini  vuraraq  Şərq­

dən  doğan  günəş  kimi  öz  şölələrini  bütün 

aləmə  yaymışlar.  «...B ütün  mədəniyyətlərin 

beşiyi  Asiyadır.  Avropa  isə  digər  mədəniy­

yətlərin  səviyyəsinə  ancaq  XVI  əsrdə  yetişə 

bilmişdir»  [5,  s.98].  Avropa  ədəbiyyatının 

inkişafını  qədim  Yunan  və  Roma  ədəbiyyat­

larının  təsirindən  kənarda  təsəvvür  etmək 

mümkün  olmadığı  kimi,  orta  əsrlər  və  Şərq 

ədəbiyyatlarının da inkişafını regional əvvəlki 

tarixi dövrlərdə yaratmış olduğu irsdən kənar­

da təsəvvür etmək qeyri-mümkündür.

İntibahı  yalnız  Avropa  ölkələri  ilə  məh- 

dudlaşdıranlar  unudurlar  ki,  bu  mədəni 

dirçəlişin kökü yalnız antik mədəniyyətin bər­

pasında deyil  bu amil  intibah  mədəniyyətinin 

yalnız  bir  elementidir.  Əslində  isə  intibah 

geniş  bir  anlayış  kimi  insan  şəxsiyyətinin 

ahəngdar  inkişafı  və  azadlığını  əhatə  edir. 

İntibahın  əsas  mahiyyəti  humanizm,  insan­

pərvərlik,  daxili  azadlıq  hissinin  güclənməsi 

kimi  kateqoriyalarla  müəyyən  olunur.  Bütün 

bunlar isə təkcə Avropanın deyil, eyni zaman­

da digər xalqların tarixində də mövcud olmuş­

dur.  Elmi, ədəbi, mədəni  sistemlərin meydana 

çıxmasını  konkret  bir  əsrlə  əlaqələndirərək, 

intibahı  o  əsrə  aid  etməyin  yanlış  olduğunu 

tarix bizə sübut etmişdir. Əgər intibah konkret 

bir  sahəni  ehtiva  etsəydi,  onun  izahı  da  bu 

qədər mübahisələr doğurmazdı.  Lakin  unikal 

bir hadisə  olan  intibah  istər ədəbi  və  mədəni, 

istərsə də  dini,  fəlsəfi,  siyasi,  ictimai,  estetik, 

tarixi,  iqtisadi  sahələrdə,  bir  sözlə,  həyatın 

bütün sahələrində, o cümlədən  insan düşüncə­

sində böyük,  önəmli  dönüş nöqtəsi  olmuşdur.

Avropa  ölkələrinin  tarixində  baş  vermiş 

hadisə  kimi  tədqiq  olunan  intibah  öz  ideya 

istiqamətləri və elementləri ilə Şərq xalqlarının 

tarixi  keçmişinə  də şamil  edilməlidir.  İntibahı 

ayrı-ayrı  xalqların  mədəni  dirçəlişi  kimi  qiy­

mətləndirmək  nə  qədər  vacibdirsə,  ümum­

dünya  ədəbi-bədii  fikir  tarixində  ən  parlaq 

mərhələ  kimi  qiymətləndirməkdə  bir  o  qədər 

elmi  yanaşmadır.  Belə  ki,  ümumilikdə  nəzər 

salsaq  antik  dövrdən  başlayaraq  yeni  dövrə 

qədər elə bir tarixi mərhələ tapmaq çətindir ki, 

intibah  dövrünün  unikal  mədəniyyəti  qədər 

aydın olsun.  Lakin bu, onu deməyə əsas vermir 

ki,  intibah  konkret  bir  coğrafi  ərazi  ilə  məh­

dudlaşır.  Bu  intibah  tarixinin  m üxtəlif dövrlə­

rində  m üxtəlif  regionlarda  öz  əhəmiyyətini 

göstərmişdir.

Əslində  Şərq  və  Avropa  intibahları  ara­

sında  olan  fərqlər  siyasi-ictimai  səbəblər 

üzündən  meydana  çıxsa  da,  hər  iki  intibahın 

uyğunluqları  barədə  istinad  olunası  kifayət 

qədər məqamlar var. Antik dövrün ideyalarına 

müraciət  Şərq  intibahını Avropa qədər düşün­

■ 

254


  ■

■  Oktyabr - Noyabr -  Dekabr  ■


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

dürməmişdir. Çünki ümumilikdə Şərq ədibləri 

heç  bir  zaman  antik  m ədəniyyətlərindən  əl 

çəkməmişlər. Əgər intibahı antik mədəniyyətin 

bərpasına  aid etsək,  onda  deməyə  əsas  var ki, 

Şərq xalqları  bu  sahədə Avropanı  bir neçə  əsr 

qabaqlamışdılar.  Digər  tərəfdən  orta  əsrlər 

intibah üçün zəmin hazırlayan tarixi bir dövr­

dür.  «Orta  əsrlərsiz  renessans  ola  bilməzdi, 

lakin  renessans  orta  əsrlərə  son  qoydu,  o  mə­

nada yox ki, insanın orta əsrlərdə yaratdığı hər 

şeyin, o cümlədən, böyük şeylərin də üstündən 

xətt çəkdi,  o  mənada ki,  cəsarətlə  ondan  daha 

irəli  addımlayaraq ona  son qoydu». Avropada 

əsrlərdən 

bəri 


formalaşmış 

mədəniyyət 

intibahın  gəlişi  ilə  öz  yerini  ona  təslim  etdi. 

Belə ki, o dövr üçün səciyyəvi olmayan, insan 

şəxsiyyətinin  azad  olması,  dünyəvi  hiss  və 

düşüncələrin qələbəsi, insani dəyərlərə qiymət 

verilməsi  və  s.  amillər  artıq  bu  epoxanın 

bitdiyini  göstərirdi.

Odur  ki,  intibah  mədəniyyətinin  öyrənil­

məsində  hər  hansı  ehkamçılığa  və  təəssüb­

keşliyə  yol  verilməməli,  Şərq  intibahına 

humanizm  və  onu  şərtləndirən  amillər  tədqiq 

olunmalı,  intibah  anlayışının  dəqiqləşməsinə, 

təsəvvürlərdə  zəruri  təshihlər  edilməli  və 

intibahın  tarixi,  sosial-mədəni  mahiyyəti  və 

əhəmiyyətinin  adekvat  dərki  sahəsində  tədqi­

qatlar  aparılmalı  və  bu  sahə  elmi  dövriyyəyə 

təqdim edilməlidir.

Dövlətimizin  bu  sahədə  apardığı  xətt  onu 

deməyə  əsas  verir  ki, Azərbaycan  xalqı  təkcə 

maddi  sərvətləri  ilə  deyil,  həm  də  mənəvi 

sərvətləri,  o  cümlədən  xalqın  yüksək  mənə­

viyyatı,  onun  tolerantlığı,  multikultural  həyat 

tərzi  və  birgə  yaşayışa,  sülhə  meylli  olmaları 

ilə də dünya ictimaiyyətinə eyni zamanda təhsil 

və  tədrisin  standartlarının  tətbiqi  baxımından 

da model olaraq nümunə göstərilə bilər.

Ölkənin  təbii  ehtiyatlarının,  o  cümlədən 

neft  və  qaz  kimi  sərvətlərin  zənginliyi  insan

inkişafı sahəsində bilik və bacarığın olmasının 

xüsusi  əhəmiyyətindən  xəbər verir.  Prezident 

İlham Əliyevin irəli sürdüyü “Neft, qaz Tanrı­

dan verilən böyük nemətdir, biz bundan uğurla 

və məharətlə istifadə edirik. Amma gec-tez bu 

təbii  sərvətlər  tükənəcək,  bilik və  bacarıq  isə 

ölkəmizin davamlı inkişafını uzun illər bundan 

sonra  da  təmin  edəcəkdir.  İnkişaf  etmiş 

ölkələrin  təcrübəsinə  istinad  etsək  görərik  ki, 

o ölkənin inkişafında aparıcı rol oynayan neft, 

qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni 

texnologiyalardır”  [2,  s. 124]  kimi  konseptual 

müddəaların əsasında da məhz həmin yanaşma 

dayanır.  Bu  fikirləri  bəyan  etməklə  əslində, 

ölkəmizdə biliyin prioritet inkişaf istiqamətini 

müəyyənləşdirmiş,  insan  inkişafının  təmin 

edilməsi  dövlət  siyasətində  prioritet  təşkil 

etməsini müəyyənləşdirmişdir. Mədəniyyətlər- 

arası  dioloq  prosesinin  təmin  edilməsində 

insan  inkişafı  əsas  meyarlardan  biridir.  Bu 

baxımdan  Şərq  və  Qərb  intibah  m ədəniyyə­

tinin davamlılığı təhsilin, biliyin bir sözlə insan 

inkişafı  ilə  bağlıdır.  Bütün  bunlar  çağdaş 

nəsillərin rifahının yaxşılaşdırılmasının təmin 

edilməsini  və  eyni  zamanda  bütün  gələcək 

nəsillərin inkişaf im-kanlarının genişlənməsinə 

xidmət edir. Davamlı  inkişafın əsasını bilik və 

onun daşıyıcısı insan təşkil edir [3].

Davamlı  inkişafımız  və  tərəqqimiz  yalnız 

siyasi,  iqtisadi,  sosial-mədəni  sahələrlə  m əh­

dudlaşmır. Dövlətimiz ölkədə zəngin multikul­

tural  həyat  tərzinin  dünyada  təbliği  istiqa­

mətində  mühüm  tədbirlər  görür.  Qürur  duyu­

lası  haldır ki,  ölkəmizdə  ardıcıl  olaraq uğurla 

həyata keçirilən hüquqi-demokratik islahatlar, 

vətəndaş  cəmiyyəti  quruculuğu,  bilik  iqtisa­

diyyatının formalaşması kimi  gələcəyə yönəl­

miş  baxışların  əsasıımda  insan  potensialının 

inkişafı  və  idarə  edilməsi,  onun  tarixi  və  mə­

nəvi dəyərlərinin qorunması da prioritet təşkil 

etməkdədir.




■  Y.Ağayev  ■

Ədəbiyyat:

1.  H.Əliyev.  Müstəqilliyimiz əbədidir.  Bakı, 

Azəməşr,  1997-2004

2.  İ.Əliyev.  İnkişaf - məqsədimizdir.  21  cild. 

Bakı, Azəməşr, 2015.

3.  U.Ələkbərov.  Biliklərə əsaslanan tərəqqi, 

Azər-Tac, 25  iyul 2013 

(http://azertag.az/xeber/Biliklere_esaslana 

ntereqqi-26816)

4.  S.Xəlilov.  Şərqdə və qərbdə milli-mənəvi 

dəyərlər

(http://psychology.az/salahaddin_halilov.

php)

5.  İbrahimov M.  Renessans və Azərbaycan 



renessansı. Azərbaycan renessansı və 

Nizami  Gəncəvi.  Bakı,  Elm  1984

6.  Qarayev Y.  Renessans və onun 

öyrənilməsi problemləri. Azərbaycan 

Renesansı və Nizami Gəncəvi.  Bakı, 

«Elm»,  1984

7.  Конрад Н.И.  Избранные труды. 

Литература и театр.  М.,Наука,  1978

8.  Ferguson W.K.  The renaissance.  Henry 

Holt and Company, New York,  1940,

9.  Арабская литература. 

http://www.islamua.net/islam_ua/open/ 

culture05.shtml

10. Бартольд В.  Культура мусульманства. 

http://www.krotov.Org/libr_min/b/bartold. 

html


11. Мусульманский  Ренессанс:  быт и 

нравы городов.  http://lichnoe- 

delo.narod.ru/mk/moral/moral.htm

12.  Мец  А.  Мусульманский  Ренессанс.  М., 

Наука,  1973

13. Grunebaum G. Unity and variety in muslin 

civilization.  Chicago-University  press, 

1955.


14. Brockelmann,  C.  History  o f  the  Islamic 

peoples.  London.  Routledge  cc  Kegan, 

1949,508p

15. Gibb H. and Bowen H.  Islamic society and 

the West. A study o f the  impact o f western 

civilization on Moslem  culture  in the  near 

East.  London  -  Oxford  university  press. 

1957, Vol-I



Açar sözlər: mədəniyyətlərarası dialoq, Şərq intibahı,  Qərb intibahı,  tolerantlıq,  insan inkişafı

u 

256


  ■

■  Oktyabr - Noyabr - Dekabr  ■


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

Yusif Aghayev

Academy o f Public Administration 

under the President o f the Republic o f Azerbaijan, 

Associate Professor, PhD in Philology

THE  PROBLEM OF ENSURING THE PROCESS OF INTERCULTURAL DIALOGUE

(ON THE BASIS OF THE  REVIVAL OF EASTERN AND WESTERN CULTURES)

SUMMARY

Azerbaijan throughout its history was a meeting point o f different civilizations. The formation 

o f current  atmosphere  was  greatly  influenced  by  the  historical  developm ent  o f Azerbaijan,  its 

geographical  location,  the  ethnic  composition  o f the  population  and  other  factors.  For thousands 

o f years, the historical realities facilitated the coexistence o f various religions.  In various historical 

stages  o f Azerbaijan's  development,  idolaters,  Zoroastrians,  Christians,  Muslims  and  others 

impacted on each  other and defined the  features o f spiritual  life.

In  these  conditions,  interreligious  and  intercultural  dialogue  is  o f great  importance  for  the 

preservation o f diverse cultures o f world civilization.

New  modern  challenges,  innovations,  the  creation  o f new  ideologies  ensure  the  discussion 

within  the  values  o f a new  historical  stage.  The  national  leader o f the Azerbaijan  Heydar Aliyev 

made this sphere,  indhe context o f the historical period o f Azerbaijan, to be the moral priorities o f 

statehood. The Azerbaijani organizes very important events at the world level to propagate the rich 

multicultural  lifestyle that has  developed in the  country.  Successful  legal  democratic reforms  and 

building  civil  society  oriented  on  human  developm ent  and  management,  aimed  at  the  priority 

development o f historical and moral values in  society.



Key words: intercultural dialogue, East Renaissance,  Western Renaissance,  tolerance,  human 

development

•  

257


  ■

■ 

4

(

60)2017

  ■



Юсиф  Агаев

И. о.  доцента Академии Государственного  Управления 

при Президенте Азербайджанской Республики, 

доктор философии по филологии

ПРОБЛЕМА ОБЕСПЕЧЕНИЯ  ПРОЦЕССА МЕЖКУЛЬТУРНОГО ДИАЛОГА 

(НА ОСНОВЕ  ВОЗРОЖДЕНИЯ  ВОСТОЧНОЙ  И ЗАПАДНОЙ КУЛЬТУР)

РЕЗЮМЕ

Азербайджан  на  протяжении  всей  своей  истории  был  территорией  соприкосновения 

различных  цивилизаций.  В  формировании  существующей  атмосферы  большую  роль 

сыграли историческое развитие Азербайджана, его географическое положение, этнический 

состав  населения и другие факторы.  Тысячелетиями  существовавшие исторические реалии 

создавали возможность для сосуществования различных религий.  В различные исторические 

этапы  развития  Азербайджана  находящиеся  на  этой  территории  последователи  идолопок­

лонства, зороастризма, христианства, ислама и других религий оказывали взаимное влияние 

друг на друга и определяли  особенности духовной жизни.  В  этих условиях для  сохранения 

различных культур  мировой  цивилизации  большое значение  приобретает межрелигиозный 

и межкультурный диалог.

Новые вызовы современности, новшества, привносимые в нашу жизнь и мировоззрение, 

создание  новых  идеологий  обеспечивают  их  обсуждение  в  рамках  ценностей  нового 

исторического  этапа.  Общенациональный  лидер  азербайджанского  народа  Гейдар  Алиев  в 

условиях начавшегося  в Азербайджане исторического периода, параллельно с претворением 

в  жизнь  нового  стратегического  курса  в  различных  сферах  общественной  жизни  и  образе 

мышления,  превратил  эту сферу  в  один  из нравственных приоритетов  государственности.

Азербайджанское  государство  проводит на мировом  уровне  очень  важные  мероприятия 

в области пропаганды сложившегося в стране богатого мультикультурального образа жизни. 

Последовательно  успешно  проводимые  в  стране  правовые  демократические  реформы, 

построение гражданского общества, ориентированные на развитие человеческого потенциа­

ла  и  управление  им,  направлены  на  приоритетное  развитие  исторических  и  моральных 

ценностей в обществе.

■  У.А^ауеу  ■

Ключевые слова: межкультурный  диалог,  Восточный ренессанс,  Западный ренессанс, 

толерантность,  человеческое развитие

я 

258


  ■

■  ОШуаЬг  - 1\оуаЬг - ЦекаЬг  ■

Yüklə 436,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə