■ Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə ■ t a r I x həCƏr verdiyeva azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü0,59 Mb.
#75240


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

T A R İ X

HƏCƏR VERDİYEVA

Azərbaycan  Respublikası  Prezidentinin İşlər İdarəsinin 

Siyasi  Sənədlər Arxivinin  baş məsləhətçisi, tarix elmləri doktoru

“ERMƏNİ MƏSƏLƏSİ”NƏ TARİXİ BAXIŞ

“Erməni məsələ”si bir neçə onilliklərdir ki, 

m üxtəlif ölkələrin  ayrı-ayrı  tədqiqatçılarının 

araşdırma  obyektinə  çevrilmiş,  bu  problemin 

beynəlxalq  münasibətlər  sisteminə  daxil  ol­

masının daxili və xarici  amilləri  izlənilmişdir. 

Artıq bir çox onilliklərdir ki, müxtəlif ölkələrin 

bir sıra tədqiqatçıları özlərinin tarixşünaslıqla- 

rının konsepsiyasına uyğun olaraq bu problemi 

öyrənməyə çalışmışlar.  Problemin özünəməx­

susluğu ondan  ibarətdir ki, həm  sovet tarixşü- 

naslığı,  həm  Qərb  tarixşünaslığı  məsələni 

araşdırarkən, problemin mahiyyətinə varmadan, 

aysberqin  üst  hissəsini,  “erməni  məsələsi”nin 

ana  xəttini  təşkil  edən  “Böyük  Ermənistan” 

ideyasını  götürmüş,  erməniliyin  mahiyyətini, 

törətdiyi  cinayətləri  “qapalı”  mövzular  təsni­

fatına aid etmişlər. Və əgər sovet tarixşünaslığı 

“Böyük Ermənistan” ideyasına ilham verən və 

Balkan  düyünündə  maraqlı  olan  Avropa 

dövlətlərinin siyasətini tənqid edərək, “erməni 

məsələsi”nin  ilk faciəsi,  XIX  əsrin  sonlarında 

Şərqi  Anadoluda  baş  verən,  erməni  iğtişaşla­

rının  günahını  Osmanlı  imperiyasında və  ona 

dəstək göstərən İngiltərə kabinetində görmüş­

sə,  öz  növbəsində  Qərb  tarixşünaslığı  proble­

min coğrafi məkanının genişlənərək, XX əsrin 

əvvəllərində  Cənubi  Qafqazda  tüğyan  edən 

erməni terrorunun səbəbini çar mütləqiyyətin­

də axtarmışdı. Beləliklə, problemin ideoloqları 

və  icraedici  millətçi  qüvvə  nəzər-diqqətdən 

yayınmış, məkrli erməni siyasəti pərdələnmiş, 

onun tarixi kökləri dumanlı keçmişdə unudul­

muş və tarixi saxtalaşdırmaq mümkün olmuşdu. 

Problemə  olan  bu  qeyri-obyektiv  münasibət 

nəticəsində  “erməni  m əsələsin”dən  doğan 

separatçılığı,  erməni  millətçilərinin  mübarizə 

vasitəsinə çevrilmiş  erməni terroru və  onların 

xülyəvi  arzularının  reallaşması  naminə  türk-

müsəlman  əhalisinə  qarşı  törətdikləri  soyqı­

rımı  kölgədə  qalmış,  “məzlum” erməni  obrazı 

yaradılmışdı. “Məzlum” erməni və “vəhşi” türk 

obrazlarının yaranması sovet tarixşünaslığının 

mövcud  konsepsiyasına  cavab  verdiyi  üçün 

problem  özünəməxsus  aspektdən  ayrı-ayrı 

ermənişünaslar tərəfindən  öyrənilsə  də,  lakin 

tarixi  obyektivlik  mövqeyindən  araşdırılma­

mışdır (3,  7,  11,  18). Nəticədə erməni millətçi 

qüvvələri  müasir  beynəlxalq  münasibətlər 

sisteminə  “genosid”  əfsanəsini  gətirmiş  və 

özlərinin  törətdikləri  bəşəri  cinayətlərini  köl­

gədə  qoymağa nail  olmuşlar.  Belə  ki,  əsrlərlə 

məkrli  siyasət  aparan  ermənilik,  XX  əsrin 

əvvəllərində bölgədə türk-müsəlman əhalisinə 

qarşı  törətdiyi  cinayətlərini  gizlətmək,  öz 

vəhşiliklərini bəşəriyyətə unutdurmaq məqsədi 

ilə,  “genosid”  əfsanəsini  uydurmuşdur.  Hal- 

hazırda erməni lobbisi və ilk növbədə ABŞ-da 

fəaliyyət göstərən ANCA (Armenian National 

Committee o f America —  Amerikanın Erməni 

Milli Komitəsi) və AAN-ın (Armenian Assem- 

bly  o f  Am erica  —   Amerikanın  Erməni 

Assambleyası)  səyi nəticəsində  100  ilə yaxın­

dır ki, bu əfsanə davamlı olaraq təbliğ edilmiş, 

tarixi  gerçəkliklər sözün əsl  mənasında saxta­

laşdırmışdır.  Bununla  belə  ermənilik  Birinci 

Dünya  müharibəsi  illərində  törətdiyi  bəşəri 

cinayətlərlə  sakitləşməmiş,  İkinci  Dünya 

müharibəsi  illərində  “erməni  sindromu”nun 

yeni püskürtüsü baş vermişdir. Belə ki, erməni 

millətçiləri  İkinci  Dünya müharibəsi  illərində 

nəzərlərini  Hitler  Almaniyasına  yönəltmiş, 

Andranikin  silahdaşı  Njdenin  rəhbərliyi  ilə 

yaradılmış  “Seqakron”  zonder komandası  bir 

çox  xalqlara  qarşı  soyqırımı  aparmış  və 

erməniliyin  vəhşi  təbiəti  tarixdə  qanlı  izlər 

qoymuşdur  (16,  22-26).  Daha  sonra,  erməni

■ 3(59)2017  ■

■  141  ■



■  H.Verdiyeva  ■

terrorunun yeni dalğası XX əsrin 70-ci  illərin­

də  özünün  yeni  mərhələsinə  qədəm  qoymuş, 

Fransa,  İngiltərə, ABŞ, Yaxın Şərq ölkələrinin 

erməni  təşkilatları  İkinci  Dünya  m üharibə­

sindən sonrakı dövrdə aparılan siyasi mübarizə 

ilə  razılaşmayaraq  “erməni  məsələsi”nin  həl­

lində  mübarizə  vasitəsi  kimi  terrora  əsaslan­

mağı  məqsədəuyğun  hesab  etmişlər.  Məhz bu 

dövrdə  özünün  qəddar  terror  fəaliyyəti  ilə 

seçilən  ASALA,  1975-ci  ildə  təsis  edilmiş, 

“ Daşnaksutyün”  partiyasının  tərkibində  “Er­

məni  inqilab  ordusu”,  “Ermənilərin  yeni  mü­

qaviməti”, “Erməni  azadlıq təşkilatı” və digər 

terrorçu  təşkilatlar yaranmışdı  ki,  bu  terrorçu 

təşkilatların  əsas  hədəfi  Türkiyə  Respublika­

sının tanınmış nümayəndələri və “erməni məsə- 

ləsi”nin  mahiyyətini  açıqlayan ABŞ  tədqiqat­

çı-ekspertləri  olmuşlar.

XX  əsrin  sonlarında  erməni  terroru A zər­

baycana  qarşı  açıq  şəkildə  yönəlmişdir.  Qon­

darma “Dağlıq  Qarabağ”  probleminin  hazırkı 

fazasında Azərbaycan xalqına qarşı qanlı cina­

yətlər törədərək, dövlət səviyyəsinə yüksəlmiş­

dir. Ermənistan Respublikasının eks-prezidenti 

R.Koçaryan  “Böyük  Ermənistan”  ideyasının 

tərkib  hissəsi  olan  qondarma  “Dağlıq  Qara­

bağ”  problemini  zor  gücü  ilə  həll  etmək 

məqsədi  ilə  Qarabağ  müharibəsi  (1992-1994) 

illərində  Suriyadan,  İrandan,  İordaniyadan, 

Kanada və Fransadan  gələn yaraqlılardan ter­

rorçu -  “Dağlıq Qarabağ özünü müdafiə” adlı 

hərbi  qüvvə  yaratmış,  bu  yaraqlılar Azərbay­

can torpaqlarında qanlı faciələr törətmişlər.  Bu 

vəhşiliklər  əyani  olaraq  sübut  edir  ki,  A zər­

baycan Respublikasına qarşı  ərazi  iddiaları ilə 

çıxış  edən  erməni  separatçıları  dövlət  terror­

izmi səviyyəsinə qalxmış, beynəlxalq terrorçu 

qüvvəyə çevrilmişlər.

Yuxarıda  göstərilənləri  əsas  götürərək, 

“erməni  məsələsi”nin yırtıcı  mahiyyətini  gös­

tərmək, tarixi həqiqətləri  üzə çıxarmaq və tar­

ixi  reallığı  obyektiv  mövqedən  araşdırmaq 

üçün  hazırkı  tədqiqat  işi  tarixilik  prinsipinə 

istinadən,  dəlillər  və  sübutlar  əsasında  tarixi 

gerçəkliyi öyrənməyi qarşıya məqsəd qoyur və 

obyektivlik  prinsipini  əsas  götürərək,  prob­

lemlə  bağlı  mövcud  boşluqları  doldurmaq,



■  142  ■  ---------------------------------------------------------

eyni zamanda “erməni məsələsi”nin tarixi kök­

lərini  göstərmək təşəbbüsü  ilə çıxış edir.

“Erməni məsələsi” XI-XVI əsrlərdə

IV  əsrin  sonlarından  dünyaya  səpələnmiş 

ermənilərin  bir  hissəsi  Qafqaza,  Krıma,  Pol­

şaya,  Völına,  Valaxiyaya,  Macarıstana,  o  biri 

hissəsi  isə Misirə, Suriyaya yönəlmişlər.  Döv­

lətçiliyini  itirən  zamandan  etibarən  erməni 

əhalisini  öz  ətrafında  birləşdirən  erməni- 

qriqoryan kilsəsi xristianlığın monofızit (V əs­

rin  40-cı  illərində  Yevtixiy  tərəfindən  yaran­

mışdır.  İsa  Peyğəmbərin  tək  “təbiətini”  -  

ilahiliyini qəbul edir və bununla da diofızitlər- 

dən fərqlənir.  Buna görə onlar da monofizitlər 

adlanırlar. Yunanca Mono- “bir” , fizio- “təbiət” 

deməkdir)  təlimini  qoruyur,  yunan-pravoslav, 

roma-katolik kilsələrinin təzyiqinə müqavimət 

göstərməyə  çalışır,  pərakəndəlikdən  qurtula 

bilməyən erməni knyazlan isə bölgədə cərəyan 

edən sosial-siyasi proseslər qarşısında müşahi­

dəçi  rolunu  oynayırdılar.  Belə  ki,  Kilikiya 

knyazlığı Misir Sultanlarının yürüşlərinə qarşı 

mübarizə  aparmaqda  aciz  olduğundan  Rube- 

nilər  sülaləsinin  nümayəndələri  “sarı  irq” 

siyasətini yeridən Hülakilərdən və Vatikandan 

kömək  istəyir.  Daha  sonra  Kilikiya  knyazlı- 

ğında  Rubenilərdən  sonra  (1080-1256)  haki­

miyyətə  gələn  Lusinyanlar  (1344-1375)  da 

Roma  papası  V  Klimentə  müraciət  edir,  er- 

məni-qriqorian  kilsəsinin  apardığı  mühafizə­

kar  dini  siyasətlə  hesablaşmayaraq,  papanın 

tələbi  ilə  razılaşaraq  göstərilən  kömək  müqa­

bilində  monofizitlikdən  əl  çəkməyə  hazır 

olduqlarını bildirirlər (4,45).  Lakin xaç yürüş­

lərinin  uğursuz  nəticələri  Vatikana,  M isir 

məmlüklərinə  qarşı  mübarizədə,  Kilikiya 

knyazlığına  kömək  etməyə  imkan  verm ir  və 

M isir  məmlükləri  XIV  əsrin  sonlarında 

Kilikiya  knyazlığının  mövcudluğuna  son  qo­

yur (1375).  Daha sonra isə bu ərazi Əmir Tey­

murun  Şərqə  yürüşü  dövründə  Teymurilər 

dövlətinin tərkibinə qatılır. Yaranmış vəziyyət­

də  səbatsızlıq  dövrünü  yaşayan  erməni- 

qriqorian kilsəsi çıxış yolunu yunan-pravoslav, 

roma-katolik  kilsələrilə  sövdələşməkdə,  kö­

mək  istəməkdə  görür.  Öz  növbəsində  katolik



■  İvul - Avqust - Sentyabr  ■


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

kilsəsinin  nüfuzunu  artırm aq  istiqamətində 

fəaliyyət  göstərən  katolik  missioner ordenləri 

dünyaya  səpələnmiş  ayrı-ayrı  erməni  kolo­

niyalarını  Vatikana  yönəldir,  unitar  icmalar 

yaratmağa  çalışırdılar.  Kilsə  tarixinin  bu 

mərhələsində  erməni-qriqorian  kilsəsi  pəra­

kəndəlik dövrünü yaşasa da  Bizans  imperiya­

sının süqutundan sonra Osmanlı  Sultanlarının 

tolerant əsaslarla apardığı konfessional siyasət 

nəticəsində erməni-qriqorian kilsəsi imtiyazlar 

əldə edir (17,58).  Belə bir vəziyyətdə erməni- 

qriqorian  kilsəsi  bölgədə  baş  verən prosesləri 

izləyir, gözləmə mövqeyinə keçməyə üstünlük 

verir. Çaldıran döyüşündən (1514) sonra Kiçik 

Asiya Osmanlı imperiyasının coğrafi çərçivə­

sinə  daxil  olur  və  bu  zamandan  etibarən 

erməni-qriqorian  kilsəsi  Bizans  imperiyasını 

süquta yetirən Osmanı  imperiyasının daxili və 

xarici  siyasətini  nəzər-diqqətində  saxlayır.  Öz 

növbəsində  bu  dövrdə  bölgədə  Osmanı  am i­

linin  dominant  qüvvəyə  çevrilməsindən  nara­

hatlığını  gizlədə  bilməyən Vatikan  Müqəddəs 

Roma  imperiyası  (962-1806)  ilə  Osmanlı  im­

periyası qarşıdurmasını izləyir, xristian dünya­

sının  qüvvələrini  səfərbər  etməyə  çalışırdı. 

Paralel  olaraq XVI  əsrdə Osmanlı  imperiyası, 

Şərqdə,  Səfəvilərə qarşı da müharibə aparır və 

bu da xristian dünyasının, o cümlədən Qərbdən 

ümidlərini  üzməyən  erməni-qriqorian  kilsə­

sinin diqqət mərkəzində dururdu.  Erməniliyin 

özəyində duran, itirilən qurumlarını yaratmağı 

əsas  götürən,  erməni-qriqorian  kilsəsi,  Sultan 

Süleyman  Qanuninin  Təbrizə  III  yürüşü 

(1548)  ərəfəsi  zamanı,  osmanlı  qüvvələrinin 

Şərqə  yönəldiyi  məqamından  istifadə  edərək, 

1547-ci ildə erməni katolikosu Stepannos Sal- 

mastesinin başçılığı ilə Eçmiədzində müşavirə 

keçirmiş və qəbul olunan qərara əsasən həmin 

ildə  Roma  papası  IV  Piydən  (1559-1565) 

kömək istəmişdir.  Bu müşavirədə Osmanı döv­

lətinə  qarşı  mübarizə  aparmaq  üçün  erməni- 

qriqorian  kilsəsi  təkcə  Vatikandan  deyil,  eyni 

zamanda Müqəddəs  Roma imperiyasına daxil 

olan  bir  sıra  dövlət  başçılarına,  o  cümlədən 

erməni  koloniyası  salınmış  Lvov  şəhərinə  də 

müraciət  etməyə  qərar  verir.  Lakin  1549- 

1550-ci  illərdə  Eçmiədzinin  nümayəndəliyi

göstərilən  məkana xüsusi  missiya ilə getsə  də 

xristian  dövlətləri  bu  müraciəti  cavabsız  qo­

yurlar.  Analoji  missiya  ilə Avropa  ölkələrinə 

katolikos Mikael Sebastasi XVI əsrin 50-60-cı 

illərində  səfər  etmiş,  lakin  heç  bir nəticə  əldə 

edə  bilməmişdi  (8,  37).  Lakin  Eçmiədzin  bu 

uğursuzluqdan  məyus  olmur  və  öz  çoxəsrlik 

xülyəvi  arzularını  həyata keçirmək üçün  Orta 

Şərqdə  gedən  sosial-siyasi  prosesləri  diqqətlə 

izləyir.  XVII  əsrin 60-cı  illərinin  əvvəllərində 

Osmanlı  imperiyasında  başlanmış  saray 

çəkişmələrindən  istifadə  edən  erməni-qriqo- 

ryan  kilsəsi  1562-ci  ildə  Kiçik Asiyanın  Se- 

bastiya şəhərində yeni bir müşavirə keçirir və 

müşavirənin  qərarına  əsasən  Osmanlı  impe­

riyasına  qarşı  mübarizədə  kömək  üçün  Roma 

papası  V  Piyə  (1566-1572)  müraciət  edir (20, 

83).  Erməni-qriqorian  kilsəsindən  alınmış  bu 

müraciətlərə Vatikan öz maraqları çevrəsindən 

baxır  və  Eçmiədzinə  katolikliyi  qəbul  etmək 

şərti  müqabilində  Osmanlı  dövlətinə  qarşı 

Avropanın  xristian  dövlətlərini  yönəldə  bilə­

cəyini bildirir (20,  83).

“Erməni məsələsi” XVII əsrdə

XVII  əsrin  ortalarında qugenotlarla müba­

rizə  aparan  katolik  Fransası  Eçmiədzin  kilsə­

sinə  diqqət  yetirərək,  “erməni  məsələsi”ni  öz 

maraqları istiqamətinə yönəltməyə çalışır. Belə 

ki,  Fransa  kralı  XIV  Lüdovikin  (1638-1715) 

hakimiyyəti illərində katolik ordenləri, iyezuit- 

lər  (XVI  əsrdə  yaranmış  monax  ordenidir. 

Daha çox  missioner fəaliyyətləri  ilə  seçilmiş­

lər) və kapusinlər (XVI əsrdə yaranmış monax 

ordenidir),  erməni-qriqorian kilsəsini  inandır­

mağa  çalışırdılar  ki,  Eçmiadzin  katolikliyi 

qəbul edərsə,  Papalıq Avropanın xristian döv­

lətlərini səfərbər edib, ermənilərin müdafiəsinə 

qalxa bilər (21, XIX). Bu zaman papalığın yer­

itdiyi  bu  xətti  kapusinlər davamlı  olaraq  apa­

rırdılar.  Bu  dövrdə  “erməni  m əsələsi”nə 

Avropanın diqqətini yönəltməyi yalnız erməni- 

qriqorian kilsəsi deyil, eyni zamanda Səfəvi və 

Osmanlı  dövlətlərində  yaşayan,  geniş  ticarət 

şəbəkəsi  açan  varlı  erməni  tacirləri  də  çalı­

şırdılar.  Belə  ki,  XVI  əsrin  sonlarından  etiba­

rən  Fransada  yayılmağa  başlamış kapusinlərin

■ 3 (39) 2017  ■

■  143  ■



■  H.Verdiyeva  ■

təbliğatı və XIV Lüdovikin Səfəvilər dövlətinə 

göstərdiyi maraq  erməniliyi,  xüsusən də varlı 

erməni tacirlərini ruhlandırmış və  1672-ci ildə 

Bitlis  şəhərindən  erməni  taciri  Xoca  M urad 

Parisə  gedərək XIV Lüdovikə yazılı müraciət 

etmiş,  erməni  dövlətinin  yaradılması  üçün 

Fransadan kömək istəmiş,  lakin müsbət cavab 

ala bilməmişdi (10,  162,  163).  Lakin əfsanəvi 

arzularının  reallaşması  üçün  m üxtəlif yollar 

arayan ermənilik, Qərb dövlətlərinin diqqətini 

“erməni  məsələsi”nə  yönəltməyə  davam  edir, 

qarşılaşdığı  uğursuzluqdan  məyus  olmurdu. 

Və  bu  işdə  m xitarçılar  xüsusilə  seçilirdiər. 

Belə  ki,  XVIII  əsrin  əvvəllərində  katolikliyi 

qəbul  edən və Venesiya şəhərinin başçılarının 

razılığı  ilə  Müqəddəs  Lazar adasında  erməni- 

katoliklərdən  ibarət  monax  ordeni  yaradan 

Sebastiyalı  M xitar  (1676-1717)  Avropanın 

tanınmış şəxsiyyətlərini “erməni məsələsi” ilə 

tanış edir, erməniliyin mifik arzularını onların 

beyinlərinə  yeridə  bilir,  Avropadan  ümidini 

üzmürdü. XVII əsrin ikinci yarısından etibarən 

ermənilik Avropa dövlətləri ilə yanaşı, Rusiya 

dövləti  ilə  də  əlaqələr yaradırdı.  Və bu istiqa­

mətdə Culfa (I Şah Abbasın dövründə İsfahan 

şəhəri  ətrafında  salınmış  Yeni  Culfa  adlı 

yaşayış  yeri)  erməni  tacirləri  xüsusi  fəallıq 

göstərirdilər. Artıq  1660-cı ildən etibarən Culfa 

erməni  tacirləri  Romanovlar  sarayına  yol 

açmış,  Zaxar  Saqradov  adlı  erməni  Culfa 

taciri  1660-cı  ildə  çar  Aleksey  Romanova 

24.443  rubl  qiymətində  almaz-kürsü bağışla­

mış  və  Rusiya  çarı  ilə  görüşü  zamanı  ermə­

niliyin məqsədini gizlətməyərək bildirmişdi ki, 

Səfəvilər  dövlətində  onlar  şahın  fərmanına 

əsasən  gömrük  ödəmədən  ticarət  edir,  ’’lakin 

xristian  olduqları  üçün  onlar  (erm ənilər  -  

müəll.)  müsəlman  hökmdara  deyil,  xristian 

hökmdara xidmət etmək istəyirlər” (6, 94, 95). 

Zaxar  Saqradovun  bu  etirafı  erməni  saxtalaş- 

dıncılannm   orta  əsr  müsəlman  dövlətlərində 

ermənilərin  iqtisadi-sosial  parametrlərdə  is­

tismara məruz qaldıqları  iddiasını  təkzib  edə­

rək,  onu  “sabun  körüyünə”  çevirir.  Bu  faktın 

ən  maraqlı  cəhəti  də  ondan  ibarətdir  ki,  bu 

həqiqəti ermənişünaslar öz tədqiqatlarında eti­

raf etmişlər.



■  144  ■  ---------------------------------------------------------

Erm əniliyin  Rusiya  ilə  münasibətlərinin 

inkişafı  bu  dövrdə  yüksələn  xətlə  gedirdi. 

1666-cı  ildə  Stepan  Pamadanski  və  Qriqori 

Lusikov  adlı  Culfa  tacirlərinin  Moskvaya 

gəlişi,  1667-ci  ildə  Rusiya  ilə  ticarət  m üqa­

viləsinin  bağlanması  faktları  buna  sübutdur. 

Bununla belə ermənilik, xüsusilə Culfa erməni 

tacirləri  XVII  əsrin  son rübündə  “erməni  mə- 

sələsi”nin həlli yollarını hələ də Qərbdə görür, 

Avropa dövlətlərinə meylliyi ilə seçilirdilər. Bu 

meyl lilik XVII əsrin  son illərinə qədər davam 

etmişdi.  Ayrı-ayrı  erm ənişünaslar  öz  tədqi­

qatlarında  bu  məsələyə  toxunarkən  belə  bir 

fikir  yürüdürlər  ki,  erməniliyin  və  xüsusilə 

Culfa ermənilərinin Qərbə meylliyi onların dini 

etiqadlarının katolik kilsəsinə mənsub olmaları, 

Vatikana,  Avropanın  katolik  monarxlarına 

bağlılığı ilə izah oluna bilər (6, 95).

XVIII əsrin birinci otuzilliyində

erməniliyin layihələri. İsrail Ori

100  ildən  artıq  davam edən  səfəvi-osmanlı 

müharibələri  xristian  dünyasına  qüvvələrini 

bərpa etmək üçün zaman vermiş, Habsburqlar 

Avstriyası  Osmanlı  imperiyası ilə hərbi  qarşı­

durmaya  hazırlaşa bilmişdi.  Belə  ki,  1683-cü 

ilin mayında Qara Mustafa paşanın komandan­

lığı  ilə  osmanlı  ordusu  Vyananı  mühasirəyə 

alsa  da Avstriya, Alman  krallıqlarının  və  Reç 

Pospolitanın  birləşmiş  qüvvələri  1683-cü  ilin 

sentyabrında Vyana  döyüşündə  osmanlı  hərbi 

qüvvələrinə qalib gəlmişdi. Məhz bu döyüşdən 

sonra  Habsburqlar Avstriyası  öz  qüvvələrinə 

arxalanaraq,  Venetsiya  və  Reç  Pospolita  ilə 

birləşərək,  antiosmanlı  koalisiyanı  təşkil  edə­

rək,  1684-cü  ildə  “M üqəddəs  cəm iyyəti“ni 

yaratmışlar.

Öz növbəsində ’’erməni məsələsi”ni xristian 

dünyasına çatdırmağı qarşıya məqsəd qoymuş 

erməni-qriqorian  kilsəsi  beynəlxalq  m ünasi­

bətlər  sistemində  gedən  proseslərə  diqqət  ye­

tirir  və  bu  dövrdə  öz  çoxəsrlik  arzularını 

həyata  keçirmək  üçün  əlverişli  bir  məqam 

axtarırdı.  Belə ki,  hələ  “Müqəddəs  cəmiyyət“ 

yaranmamışdan  öncə  Avropada  antiosmanlı 

qüvvələrin  birliyini  izləyən  erməni-qriqorian 

kilsəsi,  Osmanlı  imperiyasının  hələ  çox  qüv­

------------------------------------------- ■  İyul  - Avqust - Sentyabr  ■



■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

vətli  olduğunu  anladığı  üçün  səfəvi-osmanlı 

müharibələri dövründə kifayət qədər zəifləmiş 

Səfəvi dövlətinə qarşı mübarizə aparmaq üçün 

yenidən  Qərbə  müraciət  etməyə  qərar  verir. 

1678-ci  ildə  Eçmiadzində  katolikos  Culfalı 

Akopun sədrliyi  ilə gizli müşavirə keçirilir və 

qəbul olunan qərara əsasən Vatikandan və Av­

ropanın xristian dövlətlərindən kömək istəmək 

üçün  katolikos  Akopun  rəhbərliyi  ilə  6  nə­

fərdən ibarət nümayəndəlik Avropaya üz tutur. 

Lakin bu nümayəndəlik öz missiyasını  yerinə 

yetirə  bilmir.  Belə  ki,  istanbulda  katolikos 

Akop  dünyasını  dəyişdiyindən  İsrail  Oridən 

başqa  bu  missiyanın  nümayəndələri  Eçmiəd- 

zinə  dönürlər.  İsrail  Ori  isə  öz  növbəsində 

erməni  tacirləri  ilə  birgə  əvvəlcə  Venesiyaya, 

daha  sonra  isə  Fransaya  yollanır.  12  il  Fran­

sada qaldıqdan sonra o, Almaniya torpaqlarına, 

Reyn  qraflığına  gedir  və  kurfüstr  (almanca, 

kurfürst,  hərfi  mənada —  «seçici  knyaz»;  lat. 

princeps  elector  imperii) —  Müqəddəs  Roma 

imperiyasında XIII  əsrdən  etibarən  imperator 

seçmək hüququna malik olan  ali  silkin nüma­

yəndəsi  İohann-Vilhelmə  erməniliyin  çoxəsr­

lik əfsanəvi arzularım çatdırır, Səfəvi dövlətinə 

qarşı mübarizədə kurfüstrdan kömək istəyir və 

bunun  müqabilində  ermənilərin  katolikliyi 

qəbul  edəcəklərini  də  vəd  edir.  Kurfüstr  İo- 

hann-Vilhelm  “erməni  m əsələsi”nə  yardım 

edəcəyinə  söz  verir,  Eçmiədzin  və  Qanzasar 

(Alban  Apostol  kilsəsi)  patriarxlarına  və  er­

məni rəislərinə -  latınca principes et primores, 

(Fevral  inqilabına  (1917)  qədərki  ermə- 

nişünaslar bu  məfhumu  saxtalaşdırmış, Azər­

baycan  torpaqlarına  olan  əsassız  iddialarının 

izahı  olaraq,  varlı  erməniləri  m əliklər  kimi 

göstərmiş, sovet tarixşünaslığı da bu məfhumu 

qəbul  edərək,  orta  əsrlərdə  Qarabağda  m əs­

kunlaşmış ermənilərin varlı zümrəsini məliklər 

adlandıraraq,  erməniliyin  Qarabağa  olan 

iddialarına  dolayısı  ilə  əsas  vermiş,  beləliklə, 

bilərəkdən Azərbaycan tarixi  tarixin  saxtalaş- 

dırıcıları  tərəfindən  təhrif edilmişdir.  Əslində 

isə məliklər Arsax-Xaçın xristian knyazlığının 

hakim  sülaləsi -  Cəlalilərin  ali  zümrəsinə  aid 

olmuş,  XV  əsrdə  bu  knyazlıq  beş  məlikliyə 

bölünmüş  və  Qaraqoyunlu  hökmdarları  bu

qurumların  hakimlərinə  məlik  titulu  verm iş­

dilər.  Qarabağ  məlikləri  bilavasitə  Arsax- 

Xaçın xristian knyazlığının qırılmayan zənciri 

olmuşdur -   red.)  məktub  yazır  (21,  .XX).  O 

zaman  Eçmiadzində  siyasi  vəziyyət  sabit 

olmadığı  üçün  Ori  kurfüstr  İohann-Vilhelmin 

məktubunu erməni katolikosuna deyil, erməni 

rəislərinə  göstərir  və  onlar  cavab  m əktub­

larında kurfüstrdan kömək istəyərək bildirirlər 

ki,  onların  malı-pulu,  hər  cür  imkanları  var, 

lakin hökmdarları yoxdur” (21, .XX). Bu etiraf 

da belə bir həqiqəti təsdiqləyir ki, orta əsrlərdə 

müsəlman ölkələrində yaşayan erməni varlıları 

o  dərəcədə zənginləşmişdilər ki,  artıq beynəl­

xalq  “teatrda”  müstəqillik  iddiası  ilə  çıxış 

edirdilər.  Bu məktubla Avropaya qayıdan İsrail 

Ori  kurfüstrla  görüşür  və  gətirdiyi  məktubu 

ona  təqdim  edir.  Öz  növbəsində  İohann-Vil- 

helm  Avstriya  hökmdarı  -   sesara,  imperator 

İosifə  (1678-1711)  məktub  yazır  və  onu 

“erməni  məsələsi”nə  cəlb  etməyə  çalışır.  Ori 

bu  məktubla  sesarla  görüşdükdə  o,  bildirir 

ki,  Səfəvilərə  qarşı  mübarizədə  ermənilərə 

kömək  etməyə  hazırdır,  lakin  Rusiya  dövləti 

də  Müqəddəs  Roma  imperiyasına  bu  işdə 

köməklik  göstərməlidir.  Bu  cavabı  alan  İsrail 

Ori  kurfüstr  İohann-Vilhelmin  və  Müqəddəs 

Roma  imperiyası  sesarımn  məktubları  ilə 

Moskvaya  yollanır  (21,  .XXIV).  Qeyd  etmək 

lazımdır ki,  artıq  1699-cu il  idi və “Müqəddəs 

cəmiyyət“ Osmanlı imperiyası ilə Avropa üçün 

çox  əlverişli  Karlovits  sülh  müqaviləsi  (26 

yanvar  1699  imzalamış, Avropa  torpaqlarının 

bir hissəsi  osmanlıların  əlindən  alınmışdı.  Bu 

zaman Avropaya üz tutan Rusiya dövləti  1681- 

ci ildə Osmanlı imperiyası və Krım xanlığı  ilə 

bağlanmış  Bağçasaray  müqaviləsindən  (13 

yanvar  1681) imtina edərək, antiosmanlı koali­

siyasına  qoşulmuşdu.  Habsburqlar Avstriyası 

da  Rusiyanı  “erməni  m əsələsi”nə  qoşmaqla, 

Romanovların antiosmanlı koalisiyası üçün nə 

kimi  dəyər kəsb  edəcəyini yoxlamaq qərarına 

gəlir.  İsrail  Orinin  Moskva  səfəri  erməniliyin 

nəzərlərini Qərbdən, şimal dövlətinə, Rusiyaya 

yönəldir.  Belə ki,  ermənilik beynəlxalq şəraiti 

davamlı  olaraq  izləyir  və  bu  zaman  öz  çox­

əsrlik  arzularını  reallaşdırmağı  Rusiyanın

■ 3(59)2017  ■

■  145  ■



■  H.Verdiyeva  ■

cənub  istiqamətində  apardığı  siyasətlə  bağla­

yırdı. XVIII əsrin əvvəllərindən etibarən “isti” 

dənizlərə  çıxış  axtaran  Rusiyanın  dövlətçilik 

maraqları  ilə  “erməni  məsələsi”nin  konturları 

düz mütənasib təşkil etdiyindən erməni-qriqo- 

ryan kilsəsi ümidlərini artıq Rusiyaya yönəldir. 

İ.Ori  “Erməni  dövləti”nin  yaranması  layihəsi 

ilə I  Pyotra müraciət edir.  Şimal müharibəsini 

(1700-1721)  aparan  I  Pyotr,  artıq  o  dövrdə 

cənub  sərhədlərini  genişləndirmək,  Qafqaza 

çıxmaq planlarını cızır və bu baxımdan Rusiya 

“erməni  m əsələsi”ndən  böyük  siyasətdə 

əlverişli bir siyasi “kart” kimi istifadə etməyin 

mümkünlüyünü başa düşür və bu incə məqam­

ları nəzərə alaraq İsrail Oriyə ümidverici cavab 

verir.  I  Pyotrun  Kaspi  yürüşü  (1722-1723) 

zamanı  İ.Orinin  layihəsi, Azərbaycan  torpaq­

larında,  Qarabağ  və  Şirvan  ərazisində  erməni 

dövlətini  yaratmaq  planı,  reallaşm asa  da 

ermənilik ümidini üzmür. İ.Orinin alqoritminə 

əsaslanan ermənilik yeni  layihələr cızır.



XVIII əsrin ikinci yarısında

erməniliyin  layihələri

XVIII  əsrdə  nəinki  Rusiyada  yaşayan 

ermənilər  özünün  çoxəsrlik  arzularını  Rusiya 

ilə bağlayır və hazırladıqları layihələri  Rusiya 

hakim  dairələrinə  təqdim  edir,  eyni  zamanda 

Hindistan  erməni  koloniyalarının  varlı  nü­

mayəndələri  də  öz  əfsanəvi  arzuları  ilə  bağlı 

layihələr  hazırlayırdılar.  Göstərmək  lazımdır 

ki, XVII əsrin sonu -  XVIII əsrin əvvəllərində 

özünün  tənəzzül  dövrünü  yaşayan  Səfəvi 

dövlətindən,  sonuncu  səfəvi-osmanlı  mühari­

bəsi  (1724-1735)  illərində,  erməni  əhalisinin 

bir  hissəsi  bu  ərazini  tərk  edərək,  ətraf 

ölkələrə,  Amasya  müqaviləsi  (29  may  1555) 

bağlandıqdan  sonra  Hindistanda  salınmış 

erməni koloniyalarına üz tutmuşlar.  Beləliklə, 

XVIII  əsrin  ikinci yarısında erməni  əhalisinin 

bu ölkəyə köçünün ikinci dalğası baş vermişdi. 

Bu  dövrdə  Culfanın  varlı  erməni  tacirlərinin 

bir hissəsi, o cümlədən Osipovlar,  Şaamiryan- 

lar və başqaları Hindistana üz tutur, bu ölkədə 

salınmış  erməni  koloniyalarında  məskun­

laşırlar.  XVIII  əsrin  əvvəllərindən  etibarən 

Mxitarın və onun ardıcıllarının “erməni məsə­

ləsi”nin  Qərbdə  və  Şərqdə  geniş  təbliği  Hin­

distan  erməni  koloniyalarına  öz  təsirini 

göstərmiş  və  bu  koloniyalar  millətçi  əhval- 

ruhiyyələri  ilə  seçilmişdilər.  Xüsusən  Hindis­

tanın Mədrəs və Kəlküt erməni koloniyaları bu 

məsələdə  öz  fəallığı  ilə  seçilmiş  və  mxitarçı- 

ların səpdikləri “toxumlardan” bəhrələnmiş və 

bu zaman erməniliyin ağırlıq mərkəzi Hindis­

tanda  fəaliyyət  göstərən  “Mədrəs  qruplaş- 

ması”na keçmişdir.



İosif Emin

Topladığı var-dövlətilə seçilən İosif Eminin 

(1726-1809)  ailəsi  sonuncu  səfəvi-osmanlı 

müharibəsi  illərində Hindistana köçmüş,  ayrı- 

ayrı  erməni  tədqiqatçılarının  fikrincə,  İosif 

Emin,  “erməni  məsələsi”  ilə  bağlı  prosesləri 

izləyən  və  ona  böyük  maraq  göstərən  erməni 

Kəlküt  koloniyasının  millətçi  mühitində  bö­

yümüş, erməniliyin çoxəsrlik arzuları fonunda 

formalaşmışdı (8,85).  İsrail Orinin intelligibel 

(lat.  Intelligibils  -   uydurulmuş,  qeyri-real) 

ruhlu  layihəsindən  xəbərdar  olan  İosif Emin 

1760-cı ildə Osmanlı imperiyasına yollanaraq, 

Şərqi  Anadoluda  yaşayan  erməni  kəndlilərə 

millətçi ruh aşılamağa çalışmış, erməni-qriqo- 

rian kilsəsinin katolikosu Akop  Şamaxetsi  ilə 

görüşlər  keçirib,  Avropa  dövlətlərindən  daha 

çox Rusiyaya meyl etmiş, imperatriça Yeliza- 

veta 

Petrovnaya 



(1741-1762) 

məktub 


yazaraq,  Kartli-K axetiya-erm əni  dövlətinin 

yaradılm asına  kömək  göstərməsini  xahiş 

etmiş,  II  İrakliyə  (1744-1798)  imkanlı  ermə­

nilər  tərəfindən  maddi  yardım   göstəriləcəyi 

vədini  vermişdi  (8,  86,  89).  Lakin  dünyaya 

səpələnmiş  erməniləri,  qısa bir müddət ərzin­

də  “erməni  m əsələsi”nin  ana  xəttinə,  erməni 

dövləti yaratmaq və bu məqsədə çatmaq üçün 

onları  mübarizəyə  qoşmaq  o  qədər  də  asan 

olmadığını anlayan İosif Emin geriyə, Hindis­

tana dönür (14,  134).

Ermənişünas Q.Qaloyanın fikrincə, erməni 

koloniyalarının  millətçi  nümayəndələri  İosif 

Eminə  külli  miqdarda  pul  tək lif edərək,  onu 

yenidən  Osmanlı  imperiyasında  “erməni  mə- 

sələsi”ni təbliğ etməyə göndərmək istəsələr də 

İosif  Emin  Şərqi  Anadoluda  əmin-amalıq

--------------------------------------------■  İvul - Avqust - Sentyabr  ■

■  146  ■



■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

şəraitində yaşayan emıəni kəndlilərini “erməni 

məsələsi”nə  qoşa bilməyəcəyini  dərk etdiyin­

dən bu təklifdən imtina edir (8,89).



Şaamiryamn layihəsi

İo sif Eminin  uğursuz  missiyası  Hindistan 

erməni  koloniyalarında  erməniliyin  əfsanəvi 

arzularına meylliyini azaltmamış, əksinə onlar 

“erməni  məsələsi”nin  qabardılması  istiqamə­

tində fəaliyyət göstərmişlər. Artıq XVIII əsrin 

70-cı illərindən etibarən bu istiqamətdə fəaliy­

yət göstərən Mədrəs erməni qruplaşması xüsusilə 

seçilirdi.  Mədrəs  qruplaşmasına  varlı  Hindis­

tan taciri  erməni  Ş.Şaamiryan  başçılıq  edirdi. 

Qafqazda,  Orta  Şərqdə  və  Rusiyada  cərəyan 

edən sosial-siyasi prosesləri izləyən Ş.Şaamir­

yan  və  onun  həmfikirləri  Kiçik-Qaynarça (10 

iyul  1774)  sülh  müqaviləsindən  sonra  Rusiya 

imperiyasının  Qafqaza  doğru  irəlilədiyini  gö­

rərək,  erməni  koloniyalarında  “erməni  məsə­

lə s in in   təbliğatını  daha  da  qüvvətləndirmiş, 

erməni dövlətinin yaradılması ilə bağlı layihə­

lər  hazırlamışdılar.  Belə  ki,  Kiçik-Qaynarça 

sülh müqaviləsi bağlandıqdan sonra Ş.Şaamir­

yan,  Eçmiədzinlə  sıx  əlaqə  saxlayır,  “erməni 

m əsələsin in  həlli ilə bağlı katolikos  Simeona 

müraciətnamə  göndərərək,  II  Yekaterinaya 

(1762-1796)  müraciət  yazmağı,  erməni 

əhalisinin siyahıyaalmasmı keçirməyi, erməni 

gənclərinə təlim keçirməyi,  üsyan hazırlamaq 

və  bu  iş  üçün  ianələr  toplamaq,  Kartli-Kax- 

etiya  çarlığı  ilə  ittifaq  yaratmağı  katolikosa 

məsləhət görürdü (9,89). Qeyd etmək lazımdır 

ki,  Ş.Şaamiryamn  bu  müraciətnaməsinin  əsas 

müddəalarından  XIX  əsrin  sonlarında  yaran­

mış  “Daşnaksutyün”  partiyası  yararlanmışdı. 

Belə ki,  erməni  əhalisindən hədələmə yolu ilə 

pulların yığılması, XX əsrin əvvəllərində yara­

dılmış  hərbi  məktəblər,  davamlı  silahlanma 

bilavasitə  Ş.Şaamiryamn  irəli  sürdüyü  müd­

dəalara söykənmiş və beləliklə Daşnaksutyün” 

partiyası  Mədrəs  qruplaşmasının  varisinə 

çevrilmişdi.  I Georgiyevsk (24 iyul  1783) mü­

qaviləsi  nəticəsində  Kartli-Kaxetiya  çarlığının 

Rusiya  imperiyasına  birləşməsindən  sonra 

Ş.Şaamiryan erməniliyin çoxəsrlik arzularının

həqiqətə  çevrilməsinin  zamanının  yetişdiyini 

düşünərək, II İrakliyə qızıl tac və «Kartli-Kax­

etiya  erməni  ittifaqının»  rəmzi  kimi  qəbul  et­

diyi  bahalı  bir  orden  də  göndərmişdi.  Buna 

cavab olaraq, II İrakli Cənubi Qafqazda gedən 

proseslərdə  bu  zəngin  Hindistan  tacirindən 

istifadə etməyin mümkünlüyünü nəzərə alaraq, 

1786-cı  il  martın  22-də  Ş.Şaamiryana  knyaz 

titulu vermişdi  (9,  152,  153). XVIII əsrin son­

larında  erməni  dövlətinin  yaradılması  layihə­

ləri  ilə  çıxış  edən  Ş.Şaamiryan  erməniliyin 

təbiətini  gizlətməyərək,  tarix  səhnəsindən 

çıxmış  Səfəvi  torpaqlarının  ələ  keçirilməsi 

planlarını  da  cızır  və  eyni  zamanda  Osmanlı 

imperiyasına  qarşı  açıq  mübarizə  aparmağın 

mümkün  olmadığını  nəzərə  alaraq,  Şərqi 

Anadoluda “erməni məsələsi”nin təbliğini ge­

nişləndirməyi məsləhət görürdü (9,150).

Paralel  olaraq,  Yekaterina  Rusiyasında, 

əsasən  Culfa  ermənilərindən  olan  erməni  sa­

hibkarlar  İvan  Lazarev,  Movses  Sarafov  və 

başqaları  “erməni  m əsələsi”ni  Romanovlar 

sarayına yaymaq  istiqamətini götürərək,  ciddi 

fəaliyyət  göstərirdiər.  1768-1774-cü  illər rus- 

osmanlı  müharibəsi  gedişində  Rusiyada məs­

kunlaşmış  varlı  ermənilər  yenidən  Cənubi 

Qafqazda  erməni  dövləti  yaratmaq  planını 

cızırdı.  Belə  ki,  Həştərxanda  ipək  fabrikinin 

sahibkarı, Rusiyada sayılıb-seçilən varlı ermə­

nilərdən  olan  Movses  Sarafov  1769-cu  ildə, 

Rusiya  Xarici  işlər  kollegiyasına  hazırladığı 

hesabat  qeydləri  ilə  müraciət  edərək,  Rusiya­

nın  protektoratlığı  altında  erməni  dövlətinin 

yaradılması  təklifi  ilə  çıxış  edir  (9,  19).  Təq­

dim olunan layihədə göstərilirdi ki, rus ordusu 

erməni  hərbi  dəstələri  ilə  birgə  bu  layihəni 

həyata  keçirməli  idi.  Eyni  zamanda  qeyd  ol­

unurdu ki, yürüşdə iştirak edən hərbi qüvvələr 

erməni  sahibkarları  tərəfindən  də  təmin  olu­

nacaq (10,  171).  Bu  layihə  Rusiya hakim dai­

rələri 

tərəfindən 



sükutla  qarşılansa  da 

ermənilik sakitləşmir.



Lazarevin layihəsi

XVIII  əsrin  II yarısında “erməni məsələsi” 

ilə  bağlı  Rusiya  ermənilərinin  hazırladığı

■ 3 (59) 2017  ■

■  147  ■



■  H.Verdiyeva  ■

layihələr  sırasında  İvan  Lazarevin  layihəsi 

diqqəti  daha  çox  çəkir.  Culfa  ermənilərindən 

olan  İvan  Lazarev  XVIII  əsrin  60-cı  illərində 

Peterburqda yerləşmiş,  1764-cü ildən etibarən 

saray  zərgəri  olub,  öz  zənginliyi  ilə  seçilmiş, 

1776-cı ildə zadəganlar silkinə daxil edilmişdi. 

Qatı millətçi olan  İvan Lazarev Rusiya imperi­

yasının  hakim  dairələrinin  diqqətini  “erməni 

məsələsi”nə yönəltmək üçün xüsusi canfəşan­

lıq  göstərir,  1780-ci  ilin  əvvəllərində  Peter­

burqda  erməni-qriqorian  kilsəsini  tikdirir  (9, 

20).  Bu  zaman  ermənilik  XVIII  əsrin  son 

rübündə  Rusiya  imperiyasının  apardığı  xarici 

siyasətin  “erməni  m əsələsi”nin  ana  xətti  ilə 

üst-üstə  düşdüyünü  düşünüb,  yeni  layihənin 

hazırlanmasının  zamanının  yetişdiyinə  qərar 

verir.  I  Pyotrun  Qafqaz siyasətini  davam etdi­

rən II Yekaterina Şimali Qafqazı işğal etdikdən 

sonra  Cənubi  Qafqaz  istiqamətində  hərəkət 

edir  və  Qafqaza  olan  iddiasını  Qərb  dövlət­

lərindən  gizlətmir.  Və  Osmanlı  imperiyası  ilə 

sərhəd ərazidə bufer qurum yaratmaq məqsədi 

ilə  Kartli-Kaxetiya,  Quriya-İmeretiya  torpaq­

larını  Rusiyanın protektoratlığı  altında birləş­

dirmək  və  özünün  sosial  bazasını  bölgədə 

qüvvətləndirmək məqsədi ilə erməniliyin çox­

əsrlik  arzusu  olan  erməni  dövlətini,  tarixən 

ermənilərə aid olmayan torpaqlarda, yaratmağı 

planlaşdırır.  Belə  ki,  Kərim  xan  Zəndin  ölü­

mündən  (1779)  sonra  Cənubi  Qafqaz  istiqa­

mətində irəliləməyə qərar verən  Rusiya İranla 

müharibə  etməyə  hazırlaşır  və  bu  zaman 

“erməni  kartına”  diqqət yetirir.  Beləliklə,  tar­

ixin bu mərhələsində  imperiyanın  xarici  siya­

sətinin əsas istiqamətləri “erməni məsələsi”nin 

ana  xətti  ilə  düz  mütənasiblik  təşkil  edir.  Bu 

siyasəti həyata keçirmək məqsədi ilə Rusiyanın 

hakim  dairələrinin  nümayəndələri,  II  Yeka- 

terinanın favoriti knyaz Q.A Qr.  Potyomkin və 

Krım  xanlığının  son  istinadgahı  olan  İzmayıl 

qalasını  alan  A.V.Suvorov  “erməni  məsələ- 

si”nə maraq  göstərir və  Rusiyada  erməniliyin 

seçilən nümayəndələrindən olan İvan Lazarev 

və  Rusiyada  erməni-qriqorian  kilsəsinin  baş­

çısı, arxiyepiskop İosif Arqutinski (1743-1801) 

ilə  görüşlər  keçirirlər.  Yaranmış  vəziyyətdən

ruhlanan millətçi  İ.  Lazarev arxiyepiskop İosif 

Arqutinski ilə birgə “erməni məsələsi”nin həlli 

istiqamətində  aktiv  fəaliyyətə  keçir və  XVIII 

əsrin  80-ci  illərinin  əvvəllərində  “Cənab  İvan 

Lazarevin  notası”  adlı  layihə  hazırlayaraq, 

Azərbaycanın tarixi torpaqları olan İrəvan əra­

zisində  erməni  dövlətinin  qurulması  planı  ilə 

çıxış edir (9, 22).  Problemi öyrənən ermənişü- 

nasların  araşdırmaları  göstərir  ki,  bu  layihə 

Şaamiryan layihəsindən daha mürtəce idi. Belə 

ki,  əgər Mədrəs qruplaşmasının layihəsi  Şərqi 

Anadoluda  yalnız  “erməni  məsələsi”ni  təbliğ 

etməyi  qarşıya  məqsəd  qoyurdusa,  Lazarevin 

layihəsi Rusiyanın Osmanlı imperiyasına qarşı 

müharibəyə  başladığı  təqdirdə  osmanlılara 

qarşı  ermənilərdən  təşkil  olunmuş  60  minlik 

ordunun çıxarılmasının mümkünlüyünü nəzər­

də saxlayırdı (9,24). Göründüyü kimi bu layihə 

XIX  əsrin  sonlarında  meydana  gələn  erməni 

millətçi partiyalarının  platformalarından uzaq 

olub,  Şərqi  Anadolu  torpaqları  ilə  bağlı  iddi­

alara  söykənmirdi.  Fikrimizcə,  Lazarevin  bu 

mövqeyi  onunla  izah  oluna bilər ki,  XX  əsrin 

əvvəllərində olduğu kimi, özlərinin intelligibel 

arzuları  ilə  yaşayan  ermənilik  üçün  “erməni 

məsələsin”də  konkret  məkan  önəmli  deyildi. 

Bu  layihənin  müəllifi  ermənilərin  “qafqaza- 

qədərki” vətənləri  haqda belə düşünmür, “Bö­

yük  Ermənistan”  torpaqlarını  yada  salmaq 

istəmirdi.  Beləliklə,  bu  layihə  bir  daha  sübut 

edir ki,  ermənilik  öz  mifik  arzularını  reallaş­

dırmaq üçün yaranmış əlverişli tarixi şəraitdən 

istifadə etməyi qarşıya məqsəd qoyaraq onlara 

tarixən  yad  olan  torpaqlarda  öz  çoxəsrlik 

arzularını reallaşdırmağa çalışırdı. Erməniliyin 

bu  “şahmat gedişi” tarixin  sonrakı  mərhələlə­

rində də öz əksini tapmışdı. Lakin XVIII  əsrin 

80-ci  illərində  ermənilik  tərəfindən  hazırlan­

mış  bu  layihələr kağız üzərində qalır.  Belə ki, 

Şimali  Qafqazda  möhkəmlənən,  Krımı  özünə 

tabe  edən  Rusiya bu  illərdə  Cənubi  Qafqazda 

aktiv hərbi əməliyyatlara keçmək istəmirdi.

Hazırkı tədqiqat obyektini araşdırarkən çağ­

daş  dövrün ermənişünaslarının problemə olan 

münasibəti də diqqəti cəlb edir. ’’Erməni məsə­

ləsim in  tarixi  köklərini  öz  tədqiqatlarında

■  148  ■

■  İyul  - Avqust - Sentyabr  ■



■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

göstərməyə  çalışan  ayrı-ayrı  erməni  tədqiqat­

çıları XVII əsrin sonlarında erməniliyin aktiv­

liyini  Avropada  yaranmış  beynəlxalq  şəraitlə 

izah  edərək,  eyni  zamanda  göstərirlər  ki, 

erməni  millətçiləri  XVIII  əsrin  əvvəllərindən 

etibarən öz çoxəsrlik arzularını reallaşdırmağı 

şimal dövləti ilə - Rusiya ilə bağlayır və XVIII 

əsr  boyu  bir-sıra  layihələr  irəli  sürürlər.  Bu 

tədqiqatçılar göstərirlər ki,  “erməni məsələsi” 

məhz  bu  dövrdən  etibarən  Rusiyanın  dövlət 

siyasətinə daxil olur (15,  13). Erməni tədqiqat­

çılarının  problemə  olan  bu  münasibəti  o  mə­

nada  maraq  doğurur  ki,  bu  ermənişünaslar, 

belə bir həqiqəti təsdiqləyirlər ki, məhz XVIII 

əsrdən  etibarən  ermənilik,  daxili  arzularından 

irəli  gələrək,  erməni  dövlətinin  yaradılması 

istiqamətində layihələrlə çıxış edib. Öz növbə­

sində  bu  həqiqətin  erməni  tədqiqatçıları  tərə­

findən  etirafı  belə  bir  reallığı  sübut  edir  ki, 

“erməni  məsələsi”nin  qarşısına qoyulan  məq­

səd və vəzifələr bilavasitə  xarici  amillə  deyil, 

erməniliyin özü ilə bağlı olmuşdur. XVIII əsr- 

boyu, İ.Oridən başlayaraq, Lazarevin, Arqutin- 

skinin  layihələri  də daxil  olmaqla,  bu məqsəd 

bilavasitə erməniliyin arzularından doğmuş, bu 

layihələrin hazırlanmasına onları hər hansı bir 

xarici  amil  vadar etməmişdi.  Doğrudur,  tarixi 

saxtalaşdırmaq  ənənəsindən  uzaqlaşmaq  istə­

məyən  bu  tədqiqatçılar  “erməni  m əsələsi”ni 

şişirdərək,  belə  bir  iddia  ilə  çıxış  edirlər  ki, 

I Pyotrun və II Yekaterinanın hakimiyyəti illə­

rində “erməni məsələsi” Rusiya imperiyasının 

dövlət siyasətinə daxil olmuşdu (15,13). Lakin 

problemi  diqqətlə  izləyəndə  aydın  olur  ki, 

“erməni  məsələsi”  ayrı-ayrı  dövrlərdə  Roma- 

novlar Rusiyasının xarici siyasətinin konturları 

ilə  düz  mütənasiblik  təşkil  etsə  də  Rusiya 

hakim  dairələri  dövlət  siyasətini  ilk növbədə, 

Rusiya maraqları  ilə çərçivələdiklərindən  ”er- 

məni  məsələsi”  imperiya  üçün  daim  “ehtiyat 

kartı” kimi  saxlanılmışdı.

Beləliklə,  yuxarıda göstərilən tarixi  faktlar 

belə  bir tarixi  həqiqəti  üzə  çıxarır ki,  “erməni 

məsələsi” tarixi  saxtalaşdıranların iddia etdiyi 

kimi  xarici  amilin  təsiri  ilə  deyil,  erməniliyin 

arzusu ilə yaranıb və əsrlərlə ermənilik xristian

dünyasını  “erməni  m əsələsi”nə  cəlb  etməyə 

çalışmış,  tarixin  gedişatından  öz  məkrli  siya­

səti  üçün  əlverişli  məqam  gözləmişdir.  XIX 

əsrin  sonu -  XX  əsrin  əvvəllərində  ermənilik 

belə bir münbit şəraiti əldə edə bilir və “erməni 

məsələsi” “erməni sindromuna” keçir. Belə ki, 

sonuncu rus-osmanlı müharibəsi Osmanlı döv­

ləti  üçün  çox  ağır  nəticələr  gətirmiş  və  bu 

məqamdan  istifadə  edən  ermənilik  hələ  San- 

Stefanoda  (19  fevral,  1878)  sülh  danışıqları 

gedərkən Osmanlı imperiyasının təbəəsi olmaq 

istəmədiyini bildirərək, XIX əsrin son rübündə 

Şərqi  Anadoluda  müstəqil  erməni  dövlətinin 

yaranmasının mümkünlüyünə inanır. O illərdə 

bu fikrin əsasını qoyan  Partuqamyan (22) olur 

ki,  bu ifrat ideyaya uyaraq, o, XIX əsrin  80-ci 

illərində “qan tökmədən azadlıq əldə edilmir” 

şüarını əsas götürür. Qarşıya qoyulan məqsədə 

çatmaq  üçün  bu  dövrdə  yaranan  separatçı 

təşkilatlar,  1894-cü  ildən  başlayaraq  Kiçik 

Asiyada iğtişaşlar və qiyamlar törədirlər. Artıq 

həmin  dövrdə  Qərb  dövlətləri  və  o  cümlədən 

ABŞ  erməni millətçilərinin yırtıcı terrorçu bir 

qüvvə  olduğunu  anlamış  və  ABŞ  prezidenti 

Q.Klivlend erməni məkrini ifşa etmək məqsədi 

ilə  1895-ci  ilin  dekabrında  bir  qrup  senatoru 

Osmanlı  imperiyasına  göndərmiş  və  onlar  da 

gerçəkliyi  təsdiqləyərək  bildirmişlər  ki,  “er­

məni  qırğınları  yalandan  başqa  bir  şey  deyil” 

(13,  127).  Bu  reallıqla  Kayzer Almaniyası  da 

razılaşmışdı.  XIX  əsrin  sonlarında  böyük 

dövlətlərin  və  ilk  növbədə  İngiltərənin  dəstə­

yinə  arxalanaraq,  Osmanlı  dövlətində  kütləvi 

iğtişaşlar və terror aktları törədən erməni m il­

lətçiləri  “Böyük  Ermənistan”  xülyasını  Şərqi 

Anadoluda Osmanlı  dövlətinin  hesabına  real­

laşdırmağın  mümkünsüzlüyünü  anlasalar  da, 

“Böyük Ermənistan” ideyasından əl çəkmir və 

türk-müsəlman dünyasına olan nifrətini Birinci 

Dünya  müharibəsi  illərində  tam  çılpaqlığı  ilə 

göstərir.  Bu illərdə “erməni  sindromu”  ilə ya­

şayan  erməni  hərbi  dəstələrinin  əli  ilə  erməni 

millətçiləri  türk-müsəlman  dünyasına  qarşı 

soyqırımı  törətmiş,  milyonlarla  insan  erməni­

liyin  fitvası  ilə  fiziki  cəhətdən  məhv  edilmiş, 

qaçqın düşmüşdü.  1914-1918-ci illərdə erməni 

millətçilərinin törətdikləri cinayətləri  öyrənən



■ 3 (39) 2017  ■

■  149  ■


■  H.Verdiyeva  ■

bir sıra qərb tədqiqatçıları tarixi reallığa istinad 

edərək  sübut  etmişlər  ki,  erməni  separatçıları 

bu illər ərzində Egey dənizi və Aralıq dənizin­

dən,  Qara dəniz və Qafqaza  qədər olan böyük 

bir  coğrafi  m əkanda  2,5  milyon  müsəlmanı 

qətlə  yetirmiş,  850.000-dən  çox  türk-m üsəl­

man  Rusiya  işğal  bölgəsində  erməni  zorakılı­

ğından  qurtulmaq  üçün  qaçqınlıq  həyatını 

yaşamışdır (2,  12,  19).  Birinci  Dünya mühari­

bəsi illərində Cənub və Cənub-Qərbi Qafqazda 

dinc müsəlman əhalisinə qarşı soyqırımı törət­

miş  erməni millətçilərinin  dəhşətli  cinayətləri 

iri  dövlətlərin,  xüsusən  Rusiyanın  nəzər-diq­

qətindən yayınmamış və onlar belə bir həqiqəti 

anlamışlar  ki,  erməniliyin  çoxəsrlik,  əfsanəvi 

arzuları  tarix  üçün  böyük  fəlakətlər  yarada 

bilər. “Erməni sindromu”nun vəhşi təbiəti faktı 

qarşısında  qalan  iri  dövlətlər  1916-cı  ilin 

yayında “erməni  məsələsi”nə ehtiyatla yanaş­

mış,  Böyük  Britaniya hökuməti  bu məsələnin 

müsbət  yönümdə  həll  edilməsi  ilə  bağlı  Ro- 

manovlar  Rusiyasının  XİN-ə  müraciət  etmiş, 

öz  növbəsində  nazirlik  Qafqaz  canişinliyinə 

sorğu  göndərmişdi.  Məsələ  ilə  bağlı  canişin­

liyin  yüksək  rütbəli  məmurlarının  və  Qafqaz 

ordusu  qərargahının  rəhbər  nümayəndələri 

müşavirə keçirərək, belə bir qərar qəbul etmiş­

dilər ki, ’’ermənilər müttəfiq dövlətlər uğrunda 

böyük  itkilər  versələr  də,  onlar  inqilabi 

təşkilatlardan  (daha  doğrusu  terrorçu  -red.) 

başqa bir təşkilatlara malik deyildirlər” (1, 74) 

(kursiv bizimdir  -  red.).  Analoji  cavabı  ermə­

niliyin  nümayəndələri  Fransanın  baş  naziri 

Aristid Briandan (1862-1932) almış və məlum 

olmuşdu ki, “erməni məsələsi” ilə bağlı erməni 

millətçilərinin fəaliyyəti Fransa hökumətini də 

tərəddüd içərisində saxlayır və qarşıya qoyulan 

məsələyə  (“erməni  məsələsi”  -  red.)  müsbət 

cavab verməkdən çəkindirir (1,  74).

Göstərilən  faktlar tarixin belə bir reallığını 

təsdiqləyir  ki,  erməni  zorakılığı  nəticəsində

Birinci Dünya müharibəsi tarixinə türk-müsəl­

man  qaçqınlığı bir reallıq  olaraq  daxil  olmuş, 

lakin  onilliklərlə  dünya  güclülərinin  təsiri  ilə 

formalaşan  bir  çox  ölkələrin  tarixşünaslıqları 

bu  məsələyə  toxunmamış,  problem  tədqiqat 

obyekti  olaraq  araşdırmalar  sahəsinə  daxil 

olmamışdır. XX əsrin ikinci onilliyində erməni 

zorakılığından  doğan  türk-müsəlman  qaçqın­

lığı problemi, bolşevik ideologiyasının xətti ilə 

formalaşan  sovet  tarixşünaslığının  tərkib 

hissəsi  olan, Azərbaycan tarixşünaslığında  da 

demək olar ki, öyrənilməmiş,  “boşluq” olaraq 

qalmış və  “erməni  sindromu” üzündən böyük 

faciələr  yaşamış  saysız  miqdarda  insanın 

yaşantıları  unudulmuşdur.  Lakin  geniş  bir 

coğrafi  məkanda  erməni  zorakılığına  məruz 

qalmış,  qaçqınlığın  acı taleyini yaşayan mily­

onlarla  türk-müsəlman  əhalisinin  taleyinin 

faciəsinin həqiqətlərini üzə çıxarmağın zamanı 

yetişmişdir.  Erməni  məkrinin  ifşası Azərbay­

can,  Qafqaz  və  Orta  Şərq  ölkələrinin  tarixşü- 

naslıqlarının  ümdə  vəzifəsi  olub,  erməniliyin 

dünya  xalqlarına  qarşı  apardığı  məqsədyönlü 

cinayətlərini  göstərmək,  onilliklərlə  vətən 

tarixşünas-  lığında  və  ədəbiyyatşünaslığında 

kök salan “mütləqiyyət millətlərarası qarşıdur­

manın ilhamvericisidir”, “atan kazaklardır” te­

zislərindən imtina edib, “erməni məsələsi”nin 

xarici amilin təsiri ilə deyil, erməniliyin təbiə­

tindən doğduğunu dəlillər və sübutlara söykə­

nərək tarixi reallıqları beynəlxalq ictimaiyyətə 

çatdırmaq,  çağdaş  dövrümüzdə,  tarixçi  tədqi­

qatçıların başlıca vəzifəsidir.

Yuxarıda göstərilənləri əsas götürən hazırkı 

tədqiqat obyekti belə bir reallığı təsdiqləyir ki, 

dəlillərə və sübutlara söykənən tarixi  sənədlər 

tarixi həqiqətlərin başlıca meyarıdır.  Məhz bu 

meyar “erməni  məsələsi”nin bir  sindrom  ola­

raq, zorakı və terrorçu təbiətini beynəlxalq icti­

maiyyətə  çatdırmağa və  ən önəmlisi  isə tarixi 

həqiqətləri üzə çıxarmağa əsas verir.

■  150  ■

■  İyul - Avqust - Sentyabr  ■



■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

Ədəbiyyat:

1.  Azərbaycan  Respublikası  Prezidenti  İşlər 

İdarəsinin  Siyasi  Sənədlər  Arxivi.  F.276, 

Siy.8,  İş.513.

2.  Армянский геноцид.  Миф и реальность. 

(Перевод с  англ.).  Баку,  1992.

3.  Арутюнян А.О. Кавказский фронт.  1914- 

1917.  «Айастан»,  Ереван,  1971.

4.  Ахов  М.  Очерки  истории  армянского 

«государства».  Россия и армяне.Типогра­

фия  Товарищества  «Народная  Польза», 

С.Петербург,1902.

5.  Багиров  М.Б.,  Бердиева Х.Ю.  В  поисках 

истины...Лицо  армянства.  Архив  Поли­

тических  Документов  Управления  Д е­

лами 


Президента 

Азербайджанской 

Республики. 

Документы 

свидетель­

ствуют...  Баку, 2011.

6.  Байбуртян  В.А.  Армянская  колония 

Новой Джульфы в XVII веке. «Издатель­

ство АН Армянской ССР.  Ереван,  1969.

7.  Басилая  Ш.И.  Закавказье  в  годы  Первой 

Мировой  войны.  Сухуми,  «Алашара», 

1968.


8.  Галоян  Г.А.Россия  и  народы  Закавказья. 

Очерки  политической  истории  их  взаи­

моотношений  с  древних  времен  до  по­

беды  Великой  Октябрьской  социалис­

тической 

революции. 

Издательство 

«Мысль»,  Москва,  1976.

9. Иоаннисян А.Р.  Россия и армянское осво­

бодительное  движение  в  80-х  годах 

XVIII столетия.  Издательство Государст­

венного Университета.  Ереван,  1947.

10.  История  армянского  народа.  Под редак­

цией  проф.  М.Г.Нерсисеяна.  Издатель­

ство Ереванского Университета, Ереван, 

1980.


11.  Киракосян,  Дж.,  Западная  Армения  в 

годы Первой Мировой войны.  Издатель­

ство  Ереванского Университета,  Ереван, 

1971.


12. Маккарти Дж., Маккарти К. Тюрки и ар­

мяне.  Руководство  по  армянскому  во­

просу (Перевод с англ.).  Баку,  1992.

13. Мансуров А. Белые пятна истории и пе­

рестройка.  Баку,  1990.

14.  Маркова  О.  Россия,  Закавказье  и  меж­

дународные  отношения  в  XVIII  веке. 

Москва,  «Наука»,  1966.

15.  Мурадян  М.А.Идея  армянской  госу­

дарственности  во  внешней  политики 

России 

(XVIII-XIX 



вв.). 

Вестник 


РАУ. 1/2003,  Ереван.

16.  Мустафаев Ровшан. Марши смерти. Ин­

ститут  «JC  Publik  Relation  Research» 

Иерусалим,  2008.

17.0рманиан Малахиа. Армянская церковь. 

Ея история, учение, управление внутрен­

ний  строй,  литургия,  литература  ея  на­

стоящее.  Москва,  1913.

18.  Саркисян Е.К.  Экспансионистская поли­

тика  османской  империи  в  Закавказье 

накануне  и  в  годы  Первой  Мировой 

войны.  Ереван,  1962.

19.  Файгл  Эрик.  Правда  о  терроре.  Баку, 

2000


.

20.  Шахмалиев  Э.М.  Об  англо-испанских 

противоречиях  на  Переднем  Востоке  в 

80-90-х  годах  XVI  и  первой  четверти 

XVII

bb

. Ученые записки Аз.Гос.Универ­



ситета.  1/1958

21.Эзов  Г.А.  Сношения  Петра  Великого  с 

армянским народом.С.Петербург,  1898.

22.  http://www.anl.az/down/meqale/ 

xalqqazeti/2010/aprel/l 17066.htm

Açar sözlər: 

erm ənilik,«erməni sindromu»,  «Mədrəs Birliyi»,  mxitarçdar,  zinvor

■ 3(59)2017  ■

■  151  ■



Hajar Verdiyeva

Senior Consultant o f  Archive o f  Political Documents, 

Office o f  the President o f  Azerbaijan Republic,  PhD in History

THE “ARMENIAN ISSUE”  FROM A HISTORICAL PERSPECTIVE

SUMMARY

The article analyzes how the Armenians and particularly Armenian Grigorian church looked for 

the patrons in the West for the establishment o f their own statehood.  Their intelligible dream raised 

the  “Armenian  issue”.  During  the  XVIII  century,  the  popular  representatives  o f the Armenians 

came up with the projects on the establishment o f the Armenian statehood neglecting the historical 

realities.  Consequently,  the authors o f these projects grossly distorted the history o f the Armenian 

people,  turning  into  falsifiers  o f the  history,  not  hiding  their essence  as  a  carrier  o f violence  and 

evil.  The  insurrection  o f the  Armenians  in  the  late  XIX  century  in  Eastern  Anatolia  and  their 

criminal activities in the early XX century,  and particularly the genocide o f Muslim -Turks during 

the World War I unambiguously testify to the bloody nature and essence o f the  "Armenian issue".



Key words: 

Armenianism,  Madras  Union, Armenian Syndrome,  Mekhitarists,  zinvor

■  H.Verdiyeva  ■

Хаджар Бердиева

Главный консультант Архива Политических Документов 

Управления Делами Президента Азербайджанской Республики,

доктор исторических наук

«АРМЯНСКИЙ ВОПРОС» В ИСТОРИЧЕСКОМ РАКУРСЕ

РЕЗЮМЕ

В  статье  анализируется  как  армянство,  и  в  частности  армяно-григорианская  церковь,  с 

целью  создания  своей  государственности  искали  покровителей  на  Западе.  Их  интеллиги­

бельная мечта образовала «армянский  вопрос».  Е1а протяжении XVIII  века известные пред­

ставители  армянства  выступали  проектами  по  образованию  армянской  государственности, 

при  этом  не отражая исторические реалии.  Следовательно,  авторы  этих  проектов  грубо ис­

кажали  историю  армянского  народа,  превращаясь  в  фальсификаторов  истории,  не  скрывая 

своей сущности как носителя насилия и зла.  Инсуррекция армянства в конце XIX века в Вос­

точной  Анатолии  и  их  преступные  действия  в  начале  XX  века,  и  в  частности  геноцид тур- 

ков-мусульман  в  годы  Первой  Мировой  войны,  однозначно  свидетельствуют  о  кровавой 



природе и сущности «армянского вопроса».

Ключевые слова: 

армянство,  «Мадрасская группа» «Армянский синдром», Мхитаристы, 

зинвор



  152  ■

■  İyul  - Avqust - Sentyabr  ■

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə