-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə2/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   2   3   4   5   6   7   8   9   ...   34

1
Bu bölümün sonunda siz:
• İnformasiya mədəniyyətini formalaşdıran amillərlə  tanış olacaq;
• Kompyuter savadlılığını müəyyən edən meyarları biləcək;
• Təhsilin idarə olunmasında yeni texnologiyaların tətbiqinin zəruriliyinin sə bəb -
lə rini biləcək;
• Biliyin qiymətləndirilməsində kompyuterlərdən istifadə texnologiyasını izah
edə cək;
• Elmi və texnoloji innovasiyaların həyatımıza necə təsir etməsini biləcək;
• Süni intellekt və onun tətbiq sahələri ilə tanış olacaqsınız.
T
EXNOLOGİYALAR VƏ 
C
ƏMİYYƏT
M
Ə
Q
S
Ə
D
L
Ə
R
İNFORMASİYA MƏDƏNİYYƏTİ 
..................................................................................................
6
TEXNOLOGİYALAR VƏ TƏHSİL 
.................................................................................................
8
ELMİ VƏ TEXNOLOJİ İNNOVASİYALAR
..................................................................................
13
1.3.
1.2.
1.1.


6
İNFORMASİYA MƏDƏNİYYƏTİ
İnformasiya mədəniyyəti anlayışı ilə ümumiyyətlə mədəniyyət anlayışı bir-
birindən ayrılmazdır. Şəxsi mədəniyyət dedikdə, adətən, konkret insanın malik
olduğu sosial əhəmiyyətli bilik və vərdişlər toplusu nəzərdə tutulur. 
İnsanın mədəniyyətini müəyyən edən amillər bunlardır:
1. Biliklər, bacarıqlar, peşə vərdişləri.
2. İntellektual, estetik və əxlaqi inkişaf səviyyəsi.
3. Başqa insanlarla qarşılıqlı ünsiyyət üsulları və formaları.
Bu o deməkdir ki, insan öz əqli qabiliyyətini nə qədər çox inkişaf etdirirsə, nə
qədər düşünürsə, onun fərdi mədəniyyəti də bir o qədər yüksəlir. Ona görə də
incəsənət və ya elmlə məşğul olan insan ilə fiziki əməklə məşğul olan insanın
mədəniyyət səviyyəsinə qoyulan tələblər eyni olmur. 
İnformasiya cəmiyyətinə keçidlə əlaqədar olaraq insanın ümumi mədəniyyə -
tinə daha bir kateqoriya – informasiya mədəniyyəti də əlavə olunur.
İnformasiya mədəniyyəti, informasiya ilə məqsədyönlü işləmək və onun əldə
olunması, emalı və ötürülməsi üçün kompyuter texnologiyasından, çağdaş texni-
ki vasitə və metodlardan istifadə olunması bacarığının olmasını nəzərdə tutur.
Başqa sözlə, insanın informasiya mədəniyyətinin əsas göstəriciləri bunlardır:
• Telefondan tutmuş fərdi kompyuterlərə və kompyuter şəbəkələrinədək müx-
təlif texniki qurğulardan istifadə etmək vərdişləri.
• İnformasiya texnologiyalarını mənimsəmək bacarığı (məsələn, ofis proq ram -
larını, qrafik redaktorları və s. bilmək).
• İstər dövri mətbuatdan, istərsə də elektron vasitələrin köməyi ilə informa si -
ya almaq bacarığı (məsələn, hər hansı qəzet, yaxud jurnalın saytını açıb,
onları oxumaq).
• İnformasiyanı anlaşıqlı şəkildə təqdim et mək və ondan səmərəli istifadə et -
mək ba carığı.
• İnformasiyanın emalının müxtəlif üsullarını bilmək.
• Müxtəlif növ informasiya ilə işləmək bacarığı.
Ölkəmizdə informasiya mədəniyyətinin ən vacıb göstəricilərindən biri də
insanların ingilis dilini necə bilmələridir. Bu gün informasiya texnologiyalarını
müəyyən edən proqram məhsullarının, demək
olar ki, hamısı ingilis dilində təqdim olunur.
Qlobal informasiya resurslarından istifadə inter-
feysləri bu dildə yaradılır. Elmin, texnogiyaların
və biznesin əksər sahə lərində də ingilis dili hakim
mövqe tutur.
1.1.


7
Qeyd olunduğu kimi, informasiya cəmiy -
yətinin hər bir üzvü kompyuter vərdişlərinə,
onun köməyi ilə müxtəlif sənədlər yaratmaq
bacarığına, proqramların əsas sinifləri haqqın-
da təsəvvürlərə və çalışdığı sahədə dərin bilik-
lərə malik olmalıdır. Belə bilik və vərdişlərə
bəzən kompyuter savadlılığı [computer litera-
cy] deyilir. Başqa insanlarla əlaqə qurmaq
üçün kommunikasiya vasitələrindən lazımi sə -
viy 
yədə istifadə edə bilmək vacib keyfiyyət
hesab olunur. Bura elektron yazışma vasitə 
-
lərindən istifadə, informasiya sistemlərində
lazım olan məlumatları əldə etmək, hüquqi və
etik normaları (qaydaları) bilmək və onlara
əməl etmək aiddir. 
Dünyada kompyuter savadlılığını təsdiq
edən standartlar mövcuddur ki, onların içə ri -
sində ECDL sertifikatı (European Computer
Driving Licence – Avropa kompyuter hüququ)
daha geniş yayılmışdır. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL ser-
tifikatı, onu alan şəxsin informasiya texnolo giya larının əsas konsepsiyaları ilə
tanış olduğunu, fərdi kompyuterdən və əsas tətbiqi proqramlardan istifadə edə
bildiyini təsdiq edir. ECDL sertifikatlaşması istifa də olunan proqram təminatının
növündən asılı deyil.  Başqa sözlə, bu sertifikatlaşma zamanı testlərə cavab ver-
mək üçün istər Microsoft proqram məhsul larından (Widows 98, 2000, XP, Vista;
Office 2000, 2002, 2003, 2007), istərsə də “açıq mətnli” – “open source” tətbiqi
proq ram larından (Linux, Open/Star Office) istifadə etmək olar. ECDL Tədris
planı aşağıdakı modullardan ibarətdir:  
1. İnformasiya texnologiyalarının əsasları
2. Kompyuterdə iş. Fayl sisteminin idarə olunma sı nın
əsas əməliyyatları
3. Mətnlərin emalı
4. Elektron cədvəllər
5. Verilənlər bazaları
6. Təqdimatlar
7. İnformasiya və kommunikasiya  
ECDL sertifikatlaşması test mərkəzlərində aparılır.  Bu mərkəzlər orta və ali
məktəblərdə, tədris mərkəz lərində, kadr hazırlığı və digər müəssisələrdə yaradıla
1. 
TEXNOLOGİYALAR 
VƏ CƏMİYYƏT
İnformasiya mədəniyyətini forma laş -
dıran və onu inkişaf etdirən üç başlı-
ca amil vardır:
• insanların intellektual inkişafını tə 
-
min edən təhsil sistemi;
• insanlara informasiya almaq, ötürmək,
saxlamaq və ondan istifadə etmək
imkanları verən uyğun infrastruktur;
• informasiya vasitələrindən (komp 
-
yu  terdən,  televizordan,  elektron
kom   munikasiya  vasitələrindən  və  s.)
istifadə edə bilmələri üçün insan-
ların mad di imkanının olması.


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə