-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   2   3   4   5   6   7   8   9   ...   34

11
Məktəbdə çalışan hər bir müəllim haqqında məlumatlar “Kadrlar” blokuna
daxil edilir. Orada ümumi məlumatlarla yanaşı, müəllimin bitirdiyi ali məktəb və
ixtisas, pedaqoji iş stajı, bildiyi xarici dillər, tədris etdiyi fənlər, həftəlik dərs yükü
və s. məlumatlar da olur. Məktəbdə çalışan texniki heyət haqqında informasiya
da “Kadrlar” blokunda emal olunur.
“Məktəb” blokunda təhsil müəssisəsi haqqında ümumi məlumatlar (adı, tipi,
ünvanı, əlaqə telefonları, tutumu, sinif otaqlarının sayı və s.), məktəbin maddi-
texniki bazasına dair informasiya toplanır.
Göstərilən üç əsas blokla yanaşı, informasiya sisteminə başqa bloklar –
“Axtarış”, “Arxiv”, “Statistika və anali tika” da daxildir.
Bu informasiya sistemindən istifadə etməklə məktəb, təhsil şöbəsi və nazirlik
rəhbərliyi operativ və düzgün qərarlar qəbul etmək imkanı əldə edir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi. Müasir kompyuter texnolo 
gi 
-
yalarının tətbiqi yoxlayıcıların fərdi keyfiyyətlərindən asılı olmadan bilikləri
obyektiv və daha sürətlə qiymətləndirməyə imkan verir. Qiymət ləndirmənin avto -
matlaşdırılması bir sıra hallarda xüsusi əhəmiyyət kəsb edir:
• kütləvi qiymətləndirmə zamanı;
• biliklərin yoxlanılmasında operativlik tələb olunduqda;
• qiymətləndirmə sistematik olaraq aparıldıqda;
• ucqar yerlərdə qiymətləndirmə aparıldıqda;
• yoxlama prosesi obyektivlik və etibarlılıq baxımından şübhə doğurduqda.
Respublikamızda ali məktəblərə qəbul və orta məktəblərin buraxılış imta -
hanlarının keçirilməsi texnologiyası ilə qısaca tanış olaq. İmtahan verənlər üçün
çoxvariantlı testlər (sual kitabçaları) hazırlanır. İmtahan zamanı hər bir şagirdə
sual kitabçası (test kitabçasıvə cavabları qeyd etmək üçün  cavab kartı pay-
lanır. Şagird test suallarının cavabını qeyd etmək üçün uyğun çevrənin içərisini
qələmlə doldurur. Doldurulmuş cavab kartları xüsusi texnologiya ilə emal olunur. 
Cavab kartlarının emal prosesi iki hissədən ibarətdir:
• Kartların oxunması
• Balların hesablanması
Kartlar xüsusi optik oxuyucu qurğu – OMR (op tical  mark recognition, yaxud
optical  mark  rea ding) vasitəsilə oxunur (şəkil 1.3). Bu qurğu kartda (formada)
yerləş dirilmiş cava b ları oxumaq üçün nəzərdə tutulmuşdur. OMR qeyd olunmuş
sahələrdə verilənləri oxuyaraq təx mi nən aşağıdakı şəkildə uyğun fayla yazır:
000001  V  100  6586582297  AEBECDCBBEECBDEACBECAECBBCBAD  ABBB 
000002  E  100  1720302662  EDEEBDCDACBEBDADADCDDCBCADCDCECABD
000003  T  100  9997728519  ACDBABCAEEEDBDDBBBAEBDCEDDBBEEDADA
1. 
TEXNOLOGİYALAR 
VƏ CƏMİYYƏT


Bundan sonra cavab kartlarında
işarələnmiş cavablar düzgün variant-
larla tutuşdurularaq düzgün və səhv
cavablar müəyyən edilir. Hər bir imta-
han verən şəxsin düzgün və səhv ca -
vablarının sayından asılı olaraq müəy -
yən düstur va 
sitəsilə onun top 
ladığı
bal avtomatik olaraq hesablanır.
Göstərilən texnologiyanın tətbiqi
nəticəsində qiymətləndirmənin keyfiyyəti dəyişir, hesabat işləri asanlaşır, imta-
hanların keçirilməsinə çəkilən xərclər azalır, biliyin qiymətlən dirilməsində insan
amili daha az rol oynayır və imtahan qəbul edən kadrların hazırlıq problemi
aradan qalxır.    
Bu texnologiya çoxsaylı əl ilə doldurulmuş formaların sürətlə və yüksək də -
qiqliklə emal edilməsi tələb olunan sahələrdə də (məsələn, sosioloji sorğu, səs -
vermə) faydalı olur. OMR texnologiyasında səhv əmsalı 1%-dən azdır. Bundan
əlavə, göstərilən texnologiya imtahan (yoxlama) prosesini bütövlüklə avtomat-
laşdırmaqla yanaşı, alınan nəticələrin tam statistik analizini aparmağa və nəticədə
təhsilin keyfiyyətini yüksəltməyə yönəlmiş qərarların qəbul olunmasına da imkan
verir.
B u   d ə r s d ə   ö y r ə n d i n i z :
Müasir texnologiyalar getdikcə təhsilə daha çox təsir göstərir.
Məktəb, Təhsil şöbəsi və Təhsil Nazirliyi rəhbərliyinin mövcud vəziyyəti opera -
tiv təhlil edərək düzgün qərarlar qəbul etməsi üçün təhsilin idarəolunmasının
məlumat sisteminə ehtiyac vardır.
İmtahan prosesində avtomatlaşdırma vasitə və metodologiyasının tətbiqi
nəticəsində, qiy 
mət 
ləndirmənin keyfiyyəti dəyişir, hesabat işləri asanlaşır,
yoxlama yazıların və imtahanların keçirilməsinə çəkilən xərclər aşağı düşür,
biliyin qiymətləndirilməsinin insan ami 
lin 
dən asılılığı azalır və imtahan
götürən hazırlıqlı kadrların çatışmazlığı problemi yüngülləşir.
1. İKT-nin təhsildə tətbiq sahələrinə nümunələr göstərin. 
2. TİMS nədir və onun hansı faydası var?
3. OMR nədir?
4. Biliyin qiymətləndirilməsi prosesinin avtomatlaşdırılması təhsildə hansı çatış -
mazlıqları aradan qaldırmağa imkan verir? 
Şəkil 1.3. Optik oxuyucuda sorğu formalarının
(cavab kartlarının) oxunması
12


ELMİ VƏ TEXNOLOJİ İNNOVASİYALAR  
Yaşadığımız dünya böyük sürətlə dəyişir. Bu gün insan həyatının, demək olar
ki, bütün sahələrində kompyuterlər “səhnəarxası” olsa da fəaliyyət göstərir.
Kompyuter proqramları təhlükəli hava şəraitini qabaqcadan xəbər verməyə və
insanlara yaxınlaşan fırtınadan vaxtında xəbər tutub qorunmağa imkan verir.
Elektron qurğular əlillərə başqaları ilə əlaqə yaratmağa və öz fəaliyyət sahələrini
genişləndirməyə kömək edir. Məsələn, TDD (Telecom mu ni ca tions device for the
deaf – karlar üçün telekommunikasiya qurğusu) texnologiyası eşitmə qüsuru olan
insanlara telefondan istifadə etməyə imkan verir, “ağıllı” avtobuslar ayaq yerləri-
ni endirməklə əlillərə avtobusa minməyə kömək edir. 
Radio, televizor, kompyuter, mobil telefonlar və digər elektron qurğulardan
istifadə edən  hər bir şəxsin aldığı informasiya günbəgün çoxalır. Əslində, infor-
masiya bizim qəbul edəcəyi 
mizdən daha sürətlə artır. İnformasiya və kəşf 
lər
insanların həyat şəraitinin yaxşılaşmasına təsir göstərir. Verilən proqnozlara görə
in san lar getdikcə ən ağır xəstəlikləri də müali cə edə cək və ömürlərini daha çox
uzatmağa nail olacaqlar. 
Lakin bütün bu dəyişikliklərin bəşə riyyətə
mənfi təsirlərindən də danışanlar var. Bəziləri
hesab edir ki, texno lo giyalar dünyanı insanların
nəzarətindən çıxararaq öz nəzarətləri altına alır.
Ona görə də insanlar getdikcə mürəkkəbləşən
dünyamızdan daha sadə və daha sakit həyat
tərzinə qayıtmaq istəyir.  
Cəmiyyətin daha sadə həyata  qayıtma
zərurəti çox mübahisəli bir məsələdir. Bu gün
dünyada texnologiyaların təsirindən kənarda
çox az sahələr qalmışdır. Bəzi alimlərin
fikrincə, biz hələ çox böyük dəyişikliklər
astanasındayıq. İndi isə bəzi elmi proqnozlara və texniki tərəqqinin inkişaf per-
spektivlərinə  qısaca nəzər salaq.
Süni intellekt. Min illərdir ki, insan özünün təfəkkür prosesini anlamağa
çalışır. İntellekt sahəsində isə işlər daha mürəkkəbdir: mütəxəssislər intellektin
təbiətini anlamaqla süni intellektual varlıqlar yaratmaq üzərində işləyirlər.  
Süni intellekt [artificial intelligenceelmin ən müasir sahələrindən biridir.
Bu sahədə ilk işlər İkinci dünya müharibəsi dövründən başlamışdır. Yeni yaran-
mış elmin adı isə 1956-cı ildə təklif edilmişdir. Hazırda süni intellektin əhatə
etdiyi elmi istiqamətlərə öyrənmə və qavrama kimi ümumi xarakterli
1.3.
13
1. 
TEXNOLOGİYALAR 
VƏ CƏMİYYƏT
Şəkil 1.4. TDD qurğusu eşitmə qüsu-
ru olan insanlara telefon xətti va 
-
sitəsilə ünsiyyət qurmağa imkan verir. 


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə