-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   2   3   4   5   6   7   8   9   ...   34

məsələlərdən tutmuş, şahmat oynamaq, riyazi teoremlər isbat etmək,  bədii əsər-
lər yazmaq və xəstəliklərin diaqnostikası kimi xüsusi məsələlər daxildir. 
Süni sistemlərin “intellektuallığını” müəy yən etmək üçün ingilis riyaziyyat -
çısı  Alan Türinq [Alan Turing] maraqlı bir
sınaq təklif  etmişdir. Türinq sınağı, yaxud Tü -
rinq testi adlanan bu sınaq xəyali kompyuterin
“intellektinin” insan intellektindən nə qədər
fərqləndiyini müəyyən edir. 
Eksperimentdə bir neçə nəfər və sınaqdan ke -
çirilən intellektual sistem iştirak edir. İşti rakçılar
ayrı-ayrı otaqlarda kompyuter qarşı sında otuzdu-
rulur. Hər bir kompyuterin monitorunda o biri
iştirak çıların adları göstərilir. Lakin bu adlardan
hansının kompyuterə məxsus oldu 
ğunu işti-
rakçılardan heç kim bilmir. İştirakçılar kla viatura
vasitəsilə bir-birlərinə istənilən sualı verə bilər,
sonra isə cava bın düzgünlüyünü və məntiqiliyini
qiymətləndirə bilər. Məsələn, “Sizin fikrinizcə,
sabah hava necə olacaq?” sualına həmsöhbə-
tinizdən belə bir cavab almaq qəribə olardı:
“Saniyədə 3 metr sürətlə qərb küləyi əsəcək, bəzi
yerlərdə qısamüddətli yağış yağacaq, tufan ehti-
malı var, temperatur +10...+12º C olacaq”. İnsan,
yəqin ki, belə bir cavab verərdi: “Məncə, yağış
yağacaq və təxminən 10º istilik olacaq”. Verilən
cavab lara görə hər bir insan-iştirakçı onun həm-
söhbətlərindən hansının insan olma dığını sezmə-
lidir. Əgər insan-iştirakçılar uzun sürən söhbət
nəticəsində kompyuteri aşkar edə bilməsələr,
deməli, intellektual sistem insana yaxın intellek-
tə malikdir. 
Robototexnika. Kompyuter inqilabının “baş -
çısı” Bill Geytsin proqnozlarına görə elm və tex -
nikanın yaxın gələcəkdə əsas inkişaf isti qaməti
robototexnika  [robotics] olacaqdır.    
Robotlar hərəkət etməklə verilmiş tapşırıqları
yerinə yetirən fiziki qurğulardır. Bu məqsədlə
robotlar ayaqlar, təkərlər, kabellər, tutacaqlar
14
Şəkil 1.5. Türinq testinin sxematik
izahı
“Robototexnika” [“robotics”] ter-
mini ilk dəfə olaraq Ayzek Əzi -
mo vun 1941-ci ildə çap olunmuş
“Yalançı” elmi-fantastik heka 
-
yəsində istifadə olunmuşdur. Bu
terminin əsası olan “robot” sözü
isə 1920-ci ildə çex ya 
zıçısı,
Nobel  müka fat çısı  Karel Çape 
-
kin “R.U.R.” pyesin 
işlədilib
(çex dilində “robota” sözü “ağır
iş” anlamını verir). Sənaye robot-
ları mey dana çıxanadək belə he -
sab edilirdi ki, robotlar görü nüşcə
insanlara bənzəməlidir. 
Çapekin pyesindəki robotlar yal-
nız mexaniki deyil, həmçinin
bioloji varlıqlar idi. Onlarda, sa -
dəcə, in sana xas bəzi xüsusiy yət -
lər, mə sələn, “sevgi” hissi yox idi.
Adı çəkilən pye 
sin so 
nunda ro 
-
bot lar bu çatışmazlığı aradan qal -
dırır və insanlardan fərq lən mirlər.


kimi icraçı mexanizmlərlə təchiz edilirlər. Bundan başqa, robotlarda ətraf mühit-
dən verilənləri qəbul etmək üçün sensorlar  da quraşdırılır. Müasir robotlarda
ətraf mühitin və robotun öz xarakteristikalarını müəyyən etmək üçün  müxtəlif
sensorlar tətbiq olunur. 
Bugünkü robotları üç kateqoriyaya ayırmaq olar: robot manipulyatorlar,
mobil robotlar və humanoid robotlar. Robot manipulyatorlar fiziki olaraq öz iş
yerinə, məsələn, zavodda quraşdırma konveyerinə və ya
kosmik stansiyanın bortuna bağlı olur. Əksər avtomobil
zavodlarının istehsal prosesini robot manipulyatorlar
olmadan təsəvvür etmək mümkün deyil. Mobil robotlar
təkərlər, ayaqlar, yaxud analoji mexanizmlərdən istifadə
etməklə hərəkət edirlər. Onlardan xəstəxanalarda yemək
daşımaq, yük doklarında konteynerlərin yerini də 
yiş 
-
dirmək və digər işlərin yerinə yetirilməsi üçün istifadə
olunur. Humanoid robotlar fiziki quruluş baxımından
insanı xatırladır. 
1970-ci illərdə fərdi kompyuterlərin tətbiq sahələri
haqqında müxtəlif fərziyyələr olsa da, konkret proqnozlar
vermək çətin idi. İndi də buna oxşar olaraq, gələcəkdə
robotlardan hansı sahələrdə istifadənin daha zəruri olması
haqqında dəqiq fikir söyləmək mümkün deyil. Çox
güman ki, onlar yaşlı və əlil insanların yar 
dımçısı ola
biləcək, eləcə də əsgər, inşaatçı və həkimlərlə əməkdaşlıq
edəcək, sənaye avadanlıqlarına xidmət göstərəcək, təh-
lükəli kimyəvi maddələrlə işləyəcək, insan üçün əlçatmaz
olan yerlərdə neft kəmərlərinə nəzarət edəcəklər. Robotlar
həkimlərə minlərlə kilometr uzaqlıqda olan xəstələrə
diaqnoz qoymağa və onları müa 
li 
cə etməyə imkan
verəcək, mühafizə sistemlərinin əsası olacaq və axtarış-
xilasetmə işlərinin aparılmasında əsas yardımçılar ola-
caqdır.  
Ekspert sistemləri [expert systemsmüəyyən biliklər
və tətbiq olunduğu sahənin (məsələn, maliyyə və ya tibb)
ekspertləri tərəfindən qoyulmuş qaydalar əsasında həmin
sahədə müəyyən problemləri həll edən, tövsiyələr verən
və hətta qərarlar qəbul edən tətbiqi proqramların bir
növüdür. Ekspert-insanlar problemləri həll et mək üçün öz
bilikləri əsasında mühakimə yü rüdür və uyğun nəticələr
A
B
C
15
1. 
TEXNOLOGİYALAR 
VƏ CƏMİYYƏT
Şəkil 1.6. Robotlar: robot
manipulyator (A), 
mobil robot (B), 
humanoid robot (C)


çıxarırlar. Ekspert sistemində bu iki əsas prinsip bir-biri ilə əlaqəli olan iki ayrı-
ca komponent kimi gerçəkləşdirilib: biliklər bazası və  məntiqi  nəticəçı xar ma
mexanizmi. Biliklər bazası veril miş möv zuya aid olan fakt və qaydalara aid infor-
masiyaları tapıb məntiqi nəticəçıxarma mexa nizminə təqdim edir. Ekspert siste-
mi bu informasiyalar əsasında məntiqi nəticəçıxarma mexanizmi vasitəsilə
müvafiq nəticələr çıxarır.
Ekspert sistemləri özündə istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırıl-
ması kimi əlavə vasitələri də  birləşdirir. İstifadəçi interfeysləri, başqa tətbiqi pro-
qramlarda olduğu kimi, sorğuları formalaşdırmağa, informasiyanı təq dim etməyə
və sistemlə özgə yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistem-
lərinin ən maraqlı komponentlərindən biri olan əsaslandırma vasitələri sistemə
çıxardığı nəti cələri izah etməyə imkan verir; bu vasitələr sistemi hazırlayanlara
həmin sistemlərin işini yoxlamağa imkan verir. 
İlk ekspert sistemləri 1960-cı illərdə meydana çıxmışdır; onlar kimya, geologiya,
tibb, bank işi və investisiya, sığorta sistemi kimi sahələrdə tətbiq olunur.
B u   d ə r s d ə   ö y r ə n d i n i z :
Bu gün insan həyatının, demək olar ki, bütün sahələrində kompyuterlər, “səh-
nəarxası” olsa da, iştirak edir.
İngilis riyaziyyatçısı Alan Türinq süni sistemlərin “intellektini” yoxlamaq üçün
sınaq təklif  et mişdir.
Bugünkü robotları üç kateqoriyaya ayırmaq olar: robot manipulyatorlar, mobil
robotlar və hu ma noid robotlar.
Robot manipulyatorlar öz iş yerinə fiziki olaraq bağlı olur.
Mobil robotlar təkərlər, ayaqlar, yaxud analoji mexanizmlərdən istifadə etməklə
hərəkət edirlər.
Humanoid robotlar xarici görünüş baxımından insanı xatırladır.
1. Elmi və texnoloji yeniliklər həyatımıza necə təsir göstərir? Nümunələr göstərin.
2. Süni intellektin əsas tədqiqat istiqamətləri hansılardır?
3. Türinq testinin mahiyyətini izah edin.  
4. Robotları hansı kateqoriyalara ayırmaq olar?
5. Ekspert sistemləri nədir və onlardan hansı sahələrdə istifadə olunur?
16


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə