-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   2   3   4   5   6   7   8   9   ...   34

T   A   R   İ   X
______________________________
Əl-Cəzari və onun robot musiqiçilər dəstəsi  
“Robototexnikanın atası” kimi qəbul edilən ilk müsəlman elm adamı və mühən-
disi Əl-Cəzari (1136-1206) islamın qızıl çağında Diyarbəkirdə (Türkiyə) yaşamışdır. 
Əbu’l İz İbni İsmail İbni Rəzzaz Əl-Cəzari su nəql edən mexanizmlərin
layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa me 
-
xanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə
yazmış olduğu “Mexaniki sənətin nəzəri və praktiki əsasları” (ərəb. Əl Cəmi
Bein Əl-Elm Val-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir. 
Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika
haqqında vacib bir texniki əsər sayılırdı. Kitabın orijinal əlyazması bu günədək
tapılmasa da, məlum olan 15 nüsxəsindən 10-u Avropanın müxtəlif mu 
-
zeylərində, 5 ədədi isə Türkiyədə Topqapı və Süleymaniyyə kitabxanalarında
saxlanılır. Əl-Cəzari müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın
tarixi üçün dəyərli bir əsər qoymuşdur. Kitabda 50-yə yaxın maşının layi-
hələndirilməsini, hazırlanmasını və yığılmasını təsvir edən texnologiya təsvir
edilmişdir.
Əl-Cəzarinin düzəltdiyi musiqili avtomatda, içərisində dörd musiqiçi olan
qayıq göldə üzür və şahın qonaqlarını əyləndirir. Mütəxəssislərin fikrincə, bu,
çox güman ki, proqramlaşdırılan ilk avtomat idi.    
17
1. TEXNOLOGİYALAR VƏ CƏMİYYƏT


L A Y İ H Ə L Ə R
______________________________
T Ə N Q İ D İ   B A X I Ş
______________________________
1992-ci ildən respublikamızda ali məktəblərə tələbə qəbulu, 2009-cu ildən
isə orta məktəblərdə buraxılış imtahanları kompyuter texnologiyaları tət-
biq edilməklə test üsulu ilə aparılır. Biliyin bu yolla qiymətləndirilməsinin
üstünlükləri haqqında dərsdə məlumat verilib. Bu üsulun mənfi cəhətləri
haqqında fikirlərinizi söyləyin. Sizcə, onları necə aradan qaldırmaq olar?
BİRGƏ LAYİHƏ
Yoldaşınızla birlikdə işləyərək elmi fantastika kimi səslənən bəzi son
texnoloji nailiyyətləri araşdırın. Öncə uçan maşınlar, video-telefonlar kimi
ideyaların siyahısını tərtib edin. Siyahıda göstərdiyiniz ideyaları aranızda
bölüşdürün və bu yeni ideyaların sizin həyatınıza necə təsir göstərə
biləcəyini fərdi qaydada araşdırın. Tədqiqatlarınızın nəticələrini müqayisə
edin və bu onillikdə cəmiyyətdə daha çox dəyi şikliklərə səbəb ola biləcək
iki nailiyyət haqqında qısa təqdimat hazırlayın. 
LAYİHƏ 1-2
Müəlliminizin köməyi ilə məktəbinizdə istifadə olunan TİMS proqramı ilə
tanış olun. Öz haqqınızdakı informasiyanı yoxlayın, yanlışlıq olarsa, mək-
təbdə bu işə cavabdeh şəxslə əlaqə yaradıb, onu düzəltməyə çalışın.  
LAYİHƏ 1-1
Tutaq ki, 2060-cı ildir və siz 2044-cü ildə doğulmusunuz. Sizdən 50 il
qabaq yaşamış kimsəyə məktub  yazın və ona öz həyatınız və cəmiyyətiniz
haqqında danışın.
18


2
KOMPYUTER ŞƏBƏKƏLƏRİ
...................................................................................................
20
KOMMUNİKASİYA VASİTƏLƏRİ
..............................................................................................
22
ŞƏBƏKƏ AVADANLIQLARI  
.....................................................................................................
24
ŞƏBƏKƏNİN NÖVLƏRİ  
...........................................................................................................
27
2.4.
2.3.
2.2.
2.1.
Bu bölümün sonunda siz:
•  Şəbəkəni təsvir edəcək;
• Şəbəkənin faydalarını izah edəcək;
• Şəbəkələrin növlərini sadalayacaq və onları təsvir edəcək;
• Kommunikasiya vasitələrini sadalayacaq və onları təsvir edəcək;
• Kommunikasiya avadanlıqlarını təsvir edəcəksiniz.
M
Ə
Q
S
Ə
D
L
Ə
R
Ş
ƏBƏKƏ
T
EXNOLOGİYALARI


KOMPYUTER ŞƏBƏKƏLƏRİ
Müəssisələr böyüyüb yeni-yeni kompyuterlər aldıqca, bu kompyuter ləri bir
şəbəkədə birləşdirmək zərurəti yaranır. Şəbəkələr printer, skaner kimi qurğuları
və bəzi proqramları istifadəçilər arasında  “bölüşməyə” imkanı verir. Getdikcə şə -
bəkələr və şəbəkə proqramları ayrı-ayrı binalarda, ayrı-ayrı şəhərlərdə, hətta dün  -
yanın müxtəlif ölkələrində olan insanları birləşdirmək üçün istifadə edilir. Buna
görə də, insanlar yerlərindən asılı olmayaraq informasiya texnologiyalarından
istifadə etməklə daha səmərəli fəaliyyət göstərə bilərlər. 
İnsanların əksəriyyəti şəbəkə dedikdə, kifayət qədər qarmaqarışıq bir şey
təsəv vür edir. Ancaq şəbəkələr elə də mürəkkəb deyil. Əslində şəbəkə [network],
sadəcə, bir-birinə bağlanmış iki, yaxud daha çox kompyuterdən ibarət qrupdur.
Şə bəkənin ölçüləri böyüdükcə, ora daha çox qurğular qoşulduqca, onun quraş -
dırılması və idarə olunması texniki bir işə çevrilir. Şəbəkə anlayışı və termi no -
logiyası şəbəkənin ölçülərindən asılı olmayaraq, əsasən eyni qalır.
Kompyuter şəbəkələrini iki əsas qrupa bölmək olar:
• Yerli şəbəkələr [local area networks, LAN]
• Geniş şəbəkələr [wide area networks, WAN]
Bu iki şəbəkə arasında başlıca fərq ondan ibarətdir ki, LAN əsasən məhdud
ərazini (məsələn, bir binanı), WAN isə daha geniş coğrafi ərazini əhatə edir. WAN-
ların çoxusu bir neçə LAN-ın birləşdirilməsindən əmələ gəlir.
Bu gün bir çox təşkilatlar kompyuterlərə və kompyuterdə saxlanılan infor-
masiyaya daha çox etibar edir. İş prosesində tez-tez verilənləri bir yerdən başqa
yerə ötürmək lazım gəlir. Verilənlərin bir yerdən başqa bir yerə verilməsinə veri -
lənlərin ötürülməsi [data communications] deyilir. Verilənlərin ötürülməsini hə -
yata keçirmək üçün aşağıdakı komponentlərin olması zəruridir (şəkil 2.1): 
1. G ö n d ə r ə n   q u r ğ u   s e n d i n g   d e v i c e ] – bu, adətən kompyuterdir.
2.  Kommunikasiya qurğusu [communications device] – məsələn, mo -
dem. Bu qurğu kompyuterdən çıxan siqnalı rabitə kanalının “daşıya bildiyi”
siq nallara  çevirir.
K o m p y u t e r   ş ə b ə k ə s i , öz aralarında hər hansı qayda ilə birləşdirilmiş kompyuterlər
qrupu dur. Daha geniş anlamda bu, radio, yaxud televiziya şəbəkəsinə oxşayır. Ancaq tele -
şəbəkələrdə bir informasiya eyni vaxtda bütün qəbuledicilərə verilir (belə şəbəkə v e r i c i
ş ə b ə k ə adlanır); kompyuter şəbəkələrində isə hər bir məlumat, adətən, ünvanlı, yəni
müəyyən bir kompyuterə yönəldilir. Televiziya şəbəkələrindən fərqli olaraq kompyuter
şəbə kələri həmişə ikiistiqamətlidir: kompyuteri  kompyuterinə məlumat göndərirsə,
kompyuteri də kompyuterinə cavab göndərə bilər.
2.1.
20


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə