-fesil-1: Info11-(1). qxd



Yüklə 3,71 Kb.
Pdf görüntüsü
səhifə9/34
tarix14.10.2017
ölçüsü3,71 Kb.
#4957
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

27
kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir;
paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat ye -
rinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan
şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud
marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir
hissəsində nasazlıq olarsa, yol polisi kimi, yönləndirici də paketləri alternativ
yollara istiqamətləndirə bilər.  
B u   d ə r s d ə   ö y r ə n d i n i z :
Modem kommunikasiya qurğularının bir növüdür.
“Modem” sözü onun iş prinsipindən yaranmışdır: rəqəmli verilənlərin ana loq
ve rilənlərə  çev ril  mə sinə  modulyasiya, əks prosesə isə demodul ya siya  deyilir.
Şəbəkə kartı yerli şəbəkələrdə verilənlərin kompyuterlər arasında ötürülməsi -
nə imkan verir.
Qovşaq gələn və göndərilən verilənlərə nəzarət edir.
Körpü bir yerli şəbəkəni başqa yerli şəbəkəylə birləşdirir.
Şəbəkə keçidi iki müxtəlif növ şəbəkəni bir-birinə bağlayır.
Yönləndirici İnternetdə, yaxud mürəkkəb şəbəkələrdə trafiki istiqa mət lən -
dirir.
1. Şəbəkə avadanlıqları hansı qruplara bölünür?
2. Kommunikasiya avadanlıqları hansı funksiyanı yerinə yetirir?
3. Modem nədir və onun funksiyası nədən ibarətdir?
4. Transmissiya avadanlıqları hansı funksiyanı yerinə yetirir?
5. Transmissiya avadanlıqlarını sadalayın.
ŞƏBƏKƏNİN NÖVLƏRİ
Şəbəkələrin çoxlu növü mövcuddur, ancaq onların içərisində yerli  (lokal)
şəbəkələr  [local area networks, LAN] və geniş  (qlobalşəbəkələr  [wide area net-
works, WAN] daha geniş yayılmışdır. Adlarından da göründüyü kimi,  LAN əsasən
məhdud,  WAN isə daha geniş coğrafi ərazini əhatə edir.
Yerli şəbəkələrin əksəriy yəti fərdi kompyuterləri, iş stansiyaları və prin ter, skaner
və s. kimi qurğuları bir-birinə bağlayır. Yerli şəbəkələrin müxtəlif növləri olsa da, onlar-
dan ikisindən daha çox istifadə olunur: “müştəri-qulluqçu” və “tay-tuşlar” şəbə kəsi.
• “Müştəri-qulluqçu”yaxud “müştəri-server” şəbəkəsi [client-server network].
Bu  növ  yerli  şə    bəkədə  iş  stansiya larının  və  ser    verin  im kan   la rın dan  maksimum
istifadə etmək məq   sədilə idarəetmə onlar arasında paylanır. 
2.4.
2.
ŞƏBƏKƏ 
TEXNOLOGİYALARI 


Bu arxitekturada tətbiqi proqramın işlənməsi müştəri və ser ver kompyuterləri
arasında bölüş dürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçi sistemlərin “lal”
terminallarından fərq 
li olaraq, “müştəri-server” arxitekturasına əsaslanan şə 
-
bəkədə müştərilər üçün fərdi kompyuterlər olur. Server kimi digər fərdi kompyu-
terdən, minikompyuterdən və ya meynfreymdən istifadə edilə bilər. Server
müştəriyə çoxistifadəçi mühitində işlə məyin ənənəvi üstünlüklərini – verilənlərin
idarə 
edilməsi, informasiya ilə kollektiv işləmək, verilənlərin şəbəkə adminis-
trasiyası və onların qorunma imkanlarını verir. 
Özündən əvvəlki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq
“müştəri-server” arxi tekturasında proqram təminatından server və iş stansiyaları
birgə istifadə edirlər.  
•  “Tay-tuşlar” şəbəkəsi [peer to peer network].  Bu növ arxitekturalı şəbəkədə
bü tün kompyuterlər ey ni dərəcəlidir. Burada heç bir kompyuter server kimi
ayrıl mır. Şəbəkədə olan istifadəçilər komp -
yu terlərində olan fayllardan hansı larını digər
istifadəçilər ilə paylaşmalarını özləri müəy -
yən ləşdirir. Bu növ şəbəkələri quraşdırmaq
və idarə etmək çox asandır. Kiçik ofislərin
ço 
xun 
da “tay-tuşlar” şəbəkəsindən istifadə
olu nur.
Geniş şəbəkələr daha ge 
niş coğrafi ərazi
üçün nəzərdə tutulmuşdur. Bu ərazi bir
bölgə, bir ölkə, hətta bütün dünyanı əhatə edə
bilər. Ən böyük geniş şəbəkə, şübhəsiz, İn -
ter netdir. Geniş şəbəkələrin əksə riy yəti iki və
daha artıq yerli şəbəkədən ibarət olur və
onlar bir-birinə yönləndiricilər vasitəsilə
bağlanır. Belə şəbəkələrdə rabitə kanalı ola -
raq telefon sistemlərindən, rabitə peyk-
lərindən, mikrodalğalardan, yaxud on 
ların
kombinasiyasından istifadə olunur. 
Geniş şəbəkənin iki variantı var: intranet
və ekstranet
İntranet  yalnız bir təşkilatın əmək-
daşlarının istifadəsi üçün nəzərdə tutulur.
Böyük biznes qurumlarının çoxunun müx-
təlif ofisləri arasında daxili sənəd dövriyyəsi
məqsədi ilə belə şəbəkələr qurulur. 
2.10. “Müştəri-qulluqçu” şəbəkəsi
Şəkil 2.11. “Tay-tuşlar” şəbəkəsi
28
Server
İş stansiyası
İş stansiyası
B
С
A


Ekstranet şəbəkəsi intranetə bənzəyir, ancaq bu şəbəkədə təşkilatdan kənar
xüsusi şəxslərə daxili informasiya sistemindən istifadə etməyə icazə verilir.
İnternet kimi, intranet və ekstranet şəbəkələrində də veb texnologiyalarından isti-
fadə olunur.   
Şəbəkə əməliyyat sistemləri. Bildiyiniz kimi, bütün kompyuterlərin əməliy -
yat sisteminə ehtiyacı var. Əməliyyat sistemi başqa funksiyalarla yanaşı,
kompyuterin resurslarını da idarə edir. Windows, Mac OS, UNIX kimi əməliy yat
sistemlərinin adları sizə artıq tanışdır. 
Kompyuter şəbəkələrində iki növ əməliyyat sisteminin olması zəruridir. Bun -
lardan birincisi, Windows, yaxud Mac OS kimi masaüstü əməliyyat sistemidir.
Digəri isə şəbəkə əməliyyat sistemidir
Masaüstü əməliyyat sistemlərinin bəziləri (məsələn, Windows, Mac OS və
UNIX) şəbəkə funksiyalarına da ma likdir. Bu sistemlər avadanlıqların sayı çox
olmadıqda qənaətbəxş işləyir. Şə bəkənin imkanlarından tam istifadə etmək üçün
isə tamfunksiyalı şəbəkə əmə liyyat sistemləri tələb olunur.
Şəbəkə əməliyyat sistemi serverdə işləyir, fərdi kompyuterlərdə administra -
siya, mühafizə, fayl və printerlərin idarə olunması və digər xidmətləri təmin edir.  
B u   d ə r s d ə   ö y r ə n d i n i z :
Şəbəkələrin əksəriyyəti şəbəkə serverindən və müştəri kompyuterindən iba  -
rət dir.
“Müştəri-qulluqçu” şəbəkəsi və “tay-tuşlar” şəbəkəsi yerli şəbə kə nin iki ən
populyar nö vüdür.
“Müştəri-qulluqçu” şəbəkə strukturunda iş stansiyalarının və serverin im -
kan larından maksimum istifadə edilməsi məqsədilə idarəetmə onlar arasın-
da paylanır.
“Tay-tuşlar” şəbəkəsində bütün kompyuterlər eyni dərəcəlidir.
Geniş şəbəkənin iki növü var: intranet və ekstranet.
Şəbəkələrin normal işləməsi üçün şəbəkə əməliyyat sistemləri lazımdır.
1. Yerli şəbəkənin hansı növləri var?
2. “Müştəri-qulluqçu” şəbəkəsinin işləmə prinsipini izah edin.
3. “Tay-tuşlar” şəbəkəsinin “müştəri-qulluqçu” şəbəkəsindən fərqi nədədir?
4. Geniş şəbəkənin hansı növləri var? 
5. Şəbəkə əməliyyat sistemlərinin bir neçəsini sadalayın.
29
2.
ŞƏBƏKƏ 
TEXNOLOGİYALARI 


Yüklə 3,71 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə