ˆ Hansısa fikir sahibi demişdi ki, həyat hadisələrlə



Yüklə 77,24 Kb.

tarix01.02.2018
ölçüsü77,24 Kb.


 

ˆ

Hansısa fikir  sahibi demişdi ki, həyat hadisələrlə 



doludur. Hələ tələbəlik illərində oxuduğum bu ifadə mənə 

qəribə gəlmişdi. Düşünmüşdüm  ki, o boyda mütəfəkkir 

hamıya məlum olan məsələni təkrar edib.  Həmin ifadəni 

ötən həftə Qaxda olarkən rastlaşdığım bir təsadüf yadıma 

saldı. Təsəvvür edin, 30 il qabaq, Estoniyada, Fin körfəzi 

sahillərindəki "Noorus" ("Gənclik") düşərgəsində tanış 

olduğumuz və bir neçə həftə yoldaşlıq etdiyimiz saratov-

lu Viktor İvanovu Qaxda gördüm. Yatsam yuxuma, oyaq 

vaxtı isə ağlıma gəlməzdi. "Həyatı hadisələrlə dolduran" 

məqamlardan biri də o idi ki, mən Viktoru tanıya bilməsəm 

də , o, məni tanıdı. 30 il qabaq gənc jurnalist olsalar da, 

özlərini  peşəkar qələm sahibi kimi görən İvanovla Həsənov 

Moskvada və ya Bakıda deyil, məhz Qaxda görüşür, kövrəlir, 

heç zaman unudulmayacaq gənclik xatirələrini Qax dağları-

na danışırlar... səhnəni özünüz təsəvvür edin.

Xeyli söhbət etdik. Viktor 

danışdı ki, builki Qax səfəri onun 

Azərbaycanın bu dilbər guşəsi ilə 

ikinci görüşüdür: – Ötən il gələndə 

burada beş gün qaldım. Çox 

məmnun oldum. Dağlar, dərələr, 

meşələr, saf sular, təmiz hava ilə 

yaddaqalan zəngin təbiət,  xeyirxah 

insanlar,  sirlərlə dolu tarixi yerlər, 

insan təfəkkürünün məhsulu olan 

mədəniyyət abidələri ... bir-birini 

mükəmməl şəkildə tamamlayan 

bu məqamların bir adı və bir ün-

vanı var -- Azərbaycan. Qax isə bu 

möhtəşəmliyin dəyərli bir parçasıdır. 

Ona görə də bu il kimsə məndən 

soruşanda ki, istirahət etmək üçün 

hara gedəcəksən, düşümnədən cavab 

verdim ki,  Qaxa.

Aradan  xeyli keçsə də, kövrək 

xatirələrin canlandığı həmin görüşü 

unuda bilmirəm. Hətta, o görüşü 

nə zaman unutsam belə, Viktorun 

Azərbaycan həqiqətləri, Qax turizmi 

barədə dedikləri yaddaşımda uzun 

illər qalacaq. O da faktdır ki, bu 

gün Qaxda öz köhnə dost-tanışı ilə 

görüşən tək mən deyiləm.  Bizim 

görüşümüzə bənzər nə qədər görüşün   

şahidi olmuşamsa, bilmirəm. Yəqin 

ki, hörmətli oxucularımızdan kimsə 

Qaxa gəlsə, burada mütləq anoloji 

hadisənin iştirakçısı və ya şahidi 

olacaq.

Qaxdakı "İçəribazar" Turizm 



və Mədəniyyət Mərkəzi  haqqında 

çox yazmışam. Böyük sənətkarımız 

Müslüm Maqomayevin babasının bu 

bazardakı dəmirçi sexini də dəfələrlə 

yada salmışam. Həmin  faktı indi 

ona görə xatırladıram ki, çoxdan bəri 

formalaşmış ənənəmə sadiq olaraq 

bu dəfə də İçəribazara gələndə başa 

düşmədiyim dildə danışan beş-on 

turistin məhz həmin dəmirçi sexinin 

başına toplaşdığını gördüm. Güman 

etdim ki, bu adamlar ən azından 

bizim dünənimizə olan hörmət və 

ehtiramımızı alqışlayırlar.

...Burada hamı mehriban, 

qonaqsevər və ən başlıcası, 

həmsöhbət olmağı bacarandır. 

Sadə bir fakt. Bir neçə dostla 

İçəribazardakı çayxanada əyləşdik. 

Qonaqlara xidmət edən Əzizə 

Məmmədovadan buraya turistlərin, 

yoxsa yerli camaatın daha çox 

gəldiyini soruşdum. – Turistlər daha 

çox gəlirlər, – deyə cavab verdi və 

əlavə etdi ki, bir az əvvəl Fransadan 

bir velosipedçi gəlmişdi. İlisuya ge-

dirdi. Əvvəlcə bizim çayımıza qonaq 

oldu və sonra yoluna davam etdi. Bizi 

başa salmağa çalışırdı ki, belə dağları 

və belə içkisi olan camaat xöşbəxtdir.

Söhbətimizə rayon icra 

hakimiyyəti başçısının müavini Yunus 

Əfəndiyev də qoşuldu: – Maraqlıdır, 

indi təyyarə, qatar və ya avtomobil 

yolu ilə gələn turistlərlə bahəm,  

velosipedlə gələn əcnəbilərin də 

sayı artır. Təxminən 10 gün əvvəl 

Rusiyadan ər-arvad iki  velosipedçi  

gəlmişdi. Fransızlar təbiətimizdən, 

ruslar isə mətbəximizdən məmnunluq 

ifadə edirdilər. Turistlərdən biri 

zarafatla dedi:  – Adama elə gəlir ki, 

əl uzatsan, dağa çatar, amma gedəndə 

çatmaq olmur.  Xüsusən, ərəblər yaşıl 

meşəli dağları görəndə təbiətimizə 

dəlicəsinə vurulur,  sevinclərini 

gizlədə bilmirlər. Əvvəlki illərdə 

qonaqlarımız əsasən keçmiş SSRİ 

ölkələrindən  olurdular. İndi isə 

demək olar ki, dünyanın hər yerindən 

gəlirlər. Əsası odur ki, nə qədər qonaq 

gəlsə, qəbul etməyə imkanımız var. 

 "İtalyanlar isə sülhüllünü daha 

çox sevdilər" – deyə çayxananın 

sahibi Tərlan Əhmədov söhbətimizə 

qarışdı: – Xarici qonaqlara  təqdim 

etdiyimiz  ət kirsini və  dolmanı 

dünyanın heç yerində görmədiklərini 

söyləyirlər. Dağlarımızın şəklini o 

qədər çəkirlər ki, adam başa düşmür, 

bir dağın 15-20 şəkli nəyə lazımdır.  

Hətta elə turist görmüşəm ki, gün 

ərzində dağı, dərəni, meşəni, çayı 

gəzir və ancaq şəkil çəıkmək, yazı 

yazmaqla məşğul olur. Etiraf edirlər 

ki, burada təkcə istirahət etmir, həm 

də nə isə öyrənirlər. 

İçəribazardakı həmin 

söhbətimizdən bir neçə gün sonra 

Qaxda, sözün həqiqi mənasında, ilin 

ən qələbəlik gününün şahidi olduq.  

Belə ki, Heydər Əliyev Fondunun 

təşkil etdiyi VIII Qəbələ Beynəlxalq 

Musiqi Festivalının iştirakçısı, Ukray-

nanın "Kiyev virtuozları" Kamera Or-

kestri  avqustun 10-da Qaxda  konsert 

proqramı ilə çıxış edirdi.  "İçəribazar" 

Turizm və Mədəniyyət Mərkəzinin 

yay səhnəsində keçirilən konsertdə 

yerli musiqisevərlərlə yanaşı,  

şəhərin qonaqları da iştirak edirdilər. 

Konsertdən əvvəl kiçik giriş nitqi ilə 

çıxış edən   rayon icra hakimiyyətinin 

başçısı Musa Şəkiliyev qeyd etdi ki, 

Qəbələ Beynəlxalq Musiqi Festivalı 

çərçivəsində artıq 4 ildir şəhərimizin 

bu tarixi məkanında tanınmış mu-

siqi kollektivlərinin çıxışları olur. 

Məni isə məmnun edən məqam 

o idi ki, konsertdə Avropa və rus 

bəstəkarlarının əsərləri ilə yanaşı,  

görkəmli Azərbaycan bəstəkarları 

Fikrət Əmirovun və Qara Qarayevin 

simfoniya və baletlərindən parçalar da  

səsləndirildi.

Sonra Musa müəllimlə 

görüşümüzdə  rayonun turizm 

potensialı barədə söhbət etdik. 

Həmsöhbətim qeyd etdi ki,  Qaxın 

iqlimi,  mineral bulaqları,  təbiət 

mənzərələri burada turizmin  inki-

şafı üçün  kifayət qədər əlverişlidir.  

Çünki bu diyarın hər bir guşəsi 

turistlər üçün əsl istirahət məkanıdır. 

Rayon rəhbəri qeyd etdi ki, son illər 

Qaxda müasir tələblərə cavab verən 

turizm infrastrukturunun yaradılma-

sı istiqamətində davamlı tədbirlər 

həyata keçirilir. Nəticədə  rayona 

gələn qonaqların sayı nəzərəçarpacaq 

dərəcədə çoxalıb. Təbii ki,  yay 

aylarında öz istirahətlərini Qaxda 

keçirmək arzusunda olanların sayı 

xeyli artır.

Yeri gəlmişkən, rayonda olarkən  

öyrəndik ki, hazırda Qaxda 12 turizm 

obyekti fəaliyyət göstərir. Müxtəlif 

yazılarda onların əksəriyyəti barədə 

söz açsaq da, bəzilərini yenə də 

yada salmağına dəyər. Məsələn, 

2015-ci ildə "Berqs" İstirahət 

Mərkəzinin fəaliyyətə başlaması, 

"El Resort" otelində və "Eden" 

istirahət mərkəzində əlavə korpus-

ların, 2016-cı ilin mayında "Səngər 

qala" ailəvi istirahət mərkəzində 39 

mənzilli 90 yerlik binanın istifadəyə 

verilməsi nəticəsində rayonun 

turizm obyektlərində yerlərin sayı 

artırılaraq 800-ə çatdırılıb. Rəsmi 

statistikaya görə, 2015-ci ildə rayona 

25 minə yaxın turist gəlib. 2014-cü 

ildə isə bu göstərici 20 min olub. 

Statistika göstərir ki, builki göstərici 

daha böyük olacaq.  Evlərdə qalan 

turistlərin sayını da bura əlavə etsək, 

həmin  göstərici daha da artacaq.

Rayon mədəniyyət və tu-

rizm şöbəsindən öyrəndik ki,  yay 

mövsümündə turistlərin asudə 

vaxtlarının səmərəli təşkili məqsədilə 

mədəni-kütləvi tədbirlərin, əyləncəli 

proqramların, gəzintilərin həyata 

keçirilməsi nəzərdə tutulur. Turistlərin 

rayonun tarixi məkanlarına, gəzməli-

görməli yerlərinə ailəvi və kollek-

tiv ekskursiyalarını təşkil etmək 

məqsədilə rayon mədəniyyət və 

turizm şöbəsi tərəfindən 6 istiqamət 

üzrə marşrut müəyyənləşdirilib. Bu 

marşrutlardan istifadə olunması üçün 

turizm obyektlərinin rəhbərlərinə 

proqramlar təqdim edilib, tövsiyələr 

verilib.


İlisuda fəaliyyət göstərən "Ulu-

dağ" Turizm və İstirahət Mərkəzində 

kottec tipli mənzillərdə eyni vaxtda 

120-140 nəfər yerləşə bilir. Tələbatı 

nəzərə alaraq, növbəti ildə yataq 

yerlərinin sayının artırılaraq 180-ə 

çatdırılması, xidmətlərin çeşidinin 

çoxaldılması nəzərdə tutulur. İstirahət 

mərkəzində bir nəfər üçün bir günlük 

qalmaq və xidmət haqqı səhər yeməyi 

də daxil olmaqla 30 manat təşkil edir. 

Bu qiymət turistləri qane edir.

Rayonun ən səfalı guşələrindən 

birində  yerləşən "Səngər qala" ailəvi 

istirahət mərkəzində  (İlisu kəndinə 

gedən yolun kənarındadır) 

7 mərtəbəli 90 yerlik yeni otel binası  

istifadəyə verilib. Milli memarlıq 

üslubunun elementləri ilə inşa olunan 

"Səngər qala" oteli tarixi abidəni 

xatırladır. Otelin adı buradakı Səngər 

bulağının adından götürülüb. Tikinti 

işlərinə 2011-ci ildən başlanılan 

otel 7 mərtəbədən ibarətdir. Bina  

 gözoxşayan xarici və daxili dizaynda, 

fərqli bir üslubda inşa edilib. Birinci 

mərtəbədə qeydiyyat, qəbul otağı və 

digər inzibati kabinetlər yerləşir. Yed-

dinci mərtəbədə hər tərəfi ətraf dağ və 

meşə mənzərəsinə açılan restoran var. 

Qalan 5 mərtəbədə isə nömrələrdir. 

Burada  xidmət çeşidlərinə görə 

fərqlənən  38 nömrə var. Hər  

nömrədə qonaqların rahat istirahəti 

üçün standartlara cavab verən şərait 

yaradılıb. Nömrələr kondisioner sis-

temi, birbaşa çıxışlı telefon şəbəkəsi, 

simsiz internet şəbəkəsi ilə... təmin 

edilib. Restoranda milli və dünya 

mətbəxinin gözəl təamlarını dadmaq 

mümkündür. 

İstirahətini "İlisu" pansionatında 

keçirmək arzusunda olanları da çox 

maraqlı sürprizlər gözləyir. Dağlar 

qoynunda yerləşən, bənzərsiz təbiəti 

olan bu istirahət mərkəzində yeni 

yaradılan müxtəlif əyləncə guşələri, 

o cümlədən uşaqlar və böyüklər üçün 

"macəralar parkı", "möcüzələr adası", 

velosiped meydançası turistlərin 

asudə vaxtlarının olduqca mənalı və 

səmərəli keçməsini təmin edəcək. 

Burada  istirahət edənlər, eləcə də 

alpinistliyə maraq göstərənlər üçün 

ilk dəfə olaraq dağ yolu ilə gəzinti 

marşrutları müəyyənləşdirilib, 5 

istiqamət üzrə cığırlar hazırlanıb. 

Bu məqsədlə Ekologiya və Təbii 

Sərvətlər Nazirliyindən müvafiq 

razılıq alınıb. Əsas məqsəd insanları 

təbiətə daha yaxın etməkdir. Bu marş-

rutların ən kiçiyinin uzunluğu 300 

metr təşkil edir. Uzunluğu 24 kilometr 

olacaq ən uzun dağ cığırı isə xüsusi 

hazırlıq keçənlər və alpinistlər üçün 

nəzərdə tutulub. Bu marşrut Qaşqaçay 

kəndinədək uzanacaq. 

Qaxın əsrarəngiz təbiəti, 

istirahət guşələri haqqında bu 

sətirləri  hazırlayarkən ürəyimdən 

belə bir əminlik keçir ki, gedib orada 

istirahət etsəniz,  həmin  gözəllikləri 

gözlərinizlə görsəniz, peşman ol-

mayacaqsınız. Bir çox Azərbaycan 

filminin çəkildiyi  bu qədim şəhər öz 

gözəlliyi ilə hamını  heyran qoyur. 

Təbii ki, oxucularımızın böyük 

əksəriyyəti Qaxı görüb. Görməyənlər 

də mütləq buraya gələcəklər. Amma 

buna baxmayaraq, mən istərdim 

ki,  daha bir neçə məlumatı verim. 

Məsələn, rayona  daxil olarkən ilk 

qarşılaşdığımız mənzərə coxillik qoz 

agaclarının yollara verdiyi qeyri-adi-

liyi görəcəksiniz. İnsan sanki özünü 

tuneldə hiss edir. Bu diyar əksər şir-

niyyatlarımızın bəzəyinə çevrilən qoz 

- fındıqla məşhur olan bir bölgədir. 

Turistlər üçün maraqlı olacaq 

ünvanlar --Şəhər stadionu, İçəribazar, 

"İçəribazar" qala qapısı, Səngər 

qala ,  Ulu dag, Ulu körpü (tarixi 

abidə), Ləkit kəndində Mamırlı 

şəlaləsi,  "Qorxma, mən səninləyəm" 

bədii filminin bəzi fraqmentlərinin 

çəkildiyi Sumuq qala, Qalaça (Şamil 

qalası), Beşbulaq, Səngər bulaq və 

sair. Onu da unutmayaq ki,  Qa-

xın təbiəti və tarixi abidələri kimi 

özünəməxsus xörəkləri də var.  Qax 

mətbəxi Azərbaycanda çox məhşur 

mətbəxlərdən birirdir. Məsələn, sür-

hüllü, gürzə, bamiyə, göyərti qutabı 

bu diyarın istənilən qonağını özünə 

cəzb etmək iqtidarındadır.

... Qaxın əsas ünvanlarından 

biri İlisudur, İlisunun mühüm 

rəmzlərindən biri isə dövlət tərəfindən 

qorunan Beşbulaq su mənbəyidir.

Beşbulaqdan əlavə  kəndin ərazisində 

daha on bulaq var. Onlardan ikisinin 

adı səngər sözü ilə bağlıdır. Səngər 

bulaq və Səngər məhəllə bulağı. Bilir-

siniz o bulaqların ətrafında nə qədər 

qələbəlik olur? Bilmirsiniz. Bəlkə  

onu da bilmirsiniz ki, kəndin digər 

bulaqlarına nisbətən Səngər bulağı nə 

üçün daim qonaq-qaralıdır. Onda mən 

deyim. Elin ən qeyrətli, ən cəsarətli 

oğulları səngərdə, düşmənlə üz-üzə  

olanda, ən ismətli, ən ləyaqətli, ən 

sədaqətli qızları da Səngər bulağnın 

suyuna üz tutur, evlərinə aydınlıq 

aparırlar ki... Yox, bu lövhələri ancaq 

və ancaq görmək lazımdır. Yazmaq 

olmur.


İlqar HƏSƏNOV,  

"Xalq qəzeti"nin  

bölgə müxbiri

 

ˆ

İnsan üçün sağlamlıq başlıca amildir. Bu sağ-



lamlığın qorunması isə təkcə insanın özündən asılı deyil. 

Bəzən içdiyimiz sudan, qəbul etdiyimiz qidadan başlamış, 

yaşadığımız çevrə, şərait, ətraf mühitdə baş verən bütün 

neqativ dəyişikliklərə qədər bəzi amillər həm uşaqların, 

həm də böyüklərin sağlamlığına zərər vurur. Bu təsirlərdən 

qorunmaq özümüzdən nə qədər asılıdırsa, o qədər də 

məsuliyyət sanitariya-epidemioloji salamatlıqla məşğul olan 

mütəxəssislərin boynuna düşür. Respublika Gigiyena və 

Epidemiologiya Mərkəzinin (GEM) fəaliyyətinə dair təşkil 

edilən "dəyirmi masa"da öncə bu məsələlər – "Sanitariya-

epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası 

Qanunu ilə tənzimlənən istiqamətlər üzrə məlumat verildi. 

GEM-in baş direktor vəzifəsini 

icra edən Vaqif Abdullayev mərkəzin 

əsas fəaliyyətinin ölkə əhalisinin 

sağlamlığını insanı əhatə edən 

mühit amillərinin mənfi təsirlərindən 

qorumaq və möhkəmləndirmək 

məqsədilə onların sanitariya-epi-

demioloji salamatlığının təmin 

edilməsinə yönəldilmiş tədbirlərin 

təşkili və həyata keçirilməsindən 

ibarət olduğunu bildirdi. Qeyd etdi 

ki, GEM tabeliyində olan 74 şəhər 

və rayon gigiyena və epidemio-

logiya mərkəzləri, 6 dezinfeksiya 

stansiyası və 45 profilaktik dezinfek-

siya şöbəsinin fəaliyyətinə təşkilati-

metodik rəhbərliyi təmin etməklə 

geniş miqyaslı tədbirləri həyata 

keçirir. V.Abdullayev xüsusi olaraq 

vurğuladı ki, Azərbaycan Preziden-

tinin uğurla apardığı sosial-iqtisadi 

siyasətin nəticəsi olaraq əldə edilmiş 

güclü tərəqqi səhiyyənin profilaktik 

istiqamətinin aparıcı qüvvəsi olan 

sanitariya-epidemioloji xidmətin 

də fəaliyyətinin səmərəliliyinə öz 

müsbət təsirini göstərir.  Baş direk-

torun epidemiologiya məsələləri 

üzrə müavini Afaq Əliyeva yoluxucu 

xəstəliklərlə mübarizə və profilak-

tika sahəsində aparılan tədbirlər 

nəticəsində vaxtaşırı olaraq qonşu 

ölkələrdə və ümumiyyətlə, region-

da müşahidə edilən epidemioloji 

gərginliyə baxmayaraq, ölkəmizdə 

bu sahədə sabitliyin təmin edildi-

yini diqqətə çatdırdı. Bildirdi ki, 

beynəlxalq təşkilatlarla əməkdaşlıq 

şəraitində aparılmış səmərəli profilak-

tik və əks-epidemik tədbirlərin həyata 

keçirilməsi, ələlxüsus, profilaktik 

peyvənd işlərinin ən müasir tələblər 

səviyyəsində təkmilləşdirilməsi 

nəticəsində idarəolunan xəstəliklərdən 

1995-ci ildən poliomielit, 2008-

ci ildən məxmərək, 2010-cu ildən 

difteriya, 2014-cü ildən qızılca və 

göyöskürək xəstəlikləri müşahidə 

edilməyib, epidemik parotit 

xəstəliyinin səviyyəsi minimuma 

enib. 2009-cu ildən tətbiqinə başla-

nan, beynəlxalq təşkilatlar tərəfindən 

yüksək dəyərləndirilən Yoluxucu 

Xəstəliklərin Elektron Müşahidə Siste-

mi keyfiyyətcə tam təkmilləşdirilərək, 

bütün yoluxucu xəstəliklərin qeydə 

alınması, epidemioloji vəziyyətin təhlil 

edilməsi, hətta rayon səviyyəsində 

yoluxucu xəstəliklərə qarşı mübarizə 

sahəsində aparılan işlərin elektron 

qiymətləndirilməsinə imkan yaradıb. 

A.Əliyeva yoluxucu xəstəliklərin 

profilaktikası, bu xəstəliklərdən ölüm 

və əlilliyin azaldılması və qarşısının 

alınması işində uşaqların peyvənd 

olunmasının əhəmiyyətindən söz açdı. 

Bildirdi ki, yalnız son 5 il ərzində 

profilaktik peyvənd təqviminə B tipli 

hemofil infeksiyaya qarşı, pnevmo-

kok əleyhinə vaksinlərin, 2016-cı ilin 

fevral ayından isə inaktivləşdirilmiş 

poliomielit vaksininin tətbiq edilməsi 

bu gün Azərbaycanda uşaqların, 

qabaqcıl Avropa ölkələrindəki kimi 

11 xəstəliyə qarşı peyvənd olunma-

sını təmin edib. "2016-2020-ci illər 

üçün yoluxucu xəstəliklərin immu-

noprofilaktikasına dair Tədbirlər 

Proqramı"na əsasən 2016-cı ilin 

aprel ayından respublika ərazisində 

üçvalentli OPV vaksinin əvəzinə, 

ikivalentli OPV vaksinin istifadəsinə 

başlanılıb. Tədqirəlayiq haldır ki, 

ÜST tərəfindən qızılca və məxmərək 

xəstəliklərinə qarşı ölkəmizdə aparı-

lan tədbirlər yüksək qiymətləndirilib. 

Qızılca və məxmərəyin ləğvi üzrə 

Avropa regional komissiyasının 26-29 

oktyabr 2015-ci il tarixli iclasında 

Azərbaycanda qızılca və məxmərək 

xəstəliklərinin eliminasiyası elan 

edilib. Malyariya əleyhinə aparılmış 

məqsədyönlü kompleks əks-epidemik 

tədbirlərin nəticəsində 2013-cü 

ildən etibarən yoluxma halları qeydə 

alınmayıb, ölkədə malyariyanın tam 

ləğvinə nail olunub və 2016--2020-ci 

illər üçün "Azərbaycan Respublika-

sında malyariya xəstəliyinin yenidən 

bərpa olunmasının qarşısının alınma-

sı" üzrə Milli Strategiyanın icrasına 

başlanıb. Aşqabadda isə bu ilin iyul 

ayında "Eliminasiyadan sonrakı 

dövrdə xəstəliyin yenidən bərpa olun-

masının qarşısının alınması" üzrə yeni 

bəyannamə qəbul edilib.  Tədbirdə 

bildirildi ki, bu sahədə çalışan kadr-

ların hazırlığının təkmilləşdirilməsi 

işlərinə də geniş yer verilib. Son beş 

il ərzində gigiyena, epidemiologiya 

və laboratoriya ixtisasları üzrə 1110 

həkim və 2000-ə yaxın orta tibb 

işçisi təkmilləşmə və ixtisasartırma 

kurslarını keçməklə, test imtahanları-

nı verərək sertifikat alıb.  Qeyd etmək 

yerinə düşər ki, çoxsaylı yoluxu-

cu xəstəliklərin profilaktikasında 

müstəsna əhəmiyyət kəsb edən su 

təchizatına sistemli dövlət nəzarəti 

Respublika GEM-in qarşısında duran 

ən vacib fəaliyyət istiqamətlərindən 

biridir.  V.Abdullayev çıxışın-

da su-kanalizasiya sistemlərinin 

yenidən qurulması istiqamətində 

aparılan tədbirlərə böyük diqqət 

yetirilməsinə toxundu. Bildirdi ki, 

bu diqqət sanitariya-epidemioloji 

xidmət orqanlarının fəaliyyətinin 

də genişlənməsinə səbəb olub. 

2010-2016-cı illər ərzində 35 rayon 

mərkəzinin su təchizatı və kanali-

zasiya sistemlərinin layihələrinin 

ekspertizası aparılıb, 9 rayon 

mərkəzində isə həmin sistemlərin 

istismara verilməsinə müsbət rəy 

verilib. "Ölkə əhalisinin təsərrüfat-

içməli su təchizatına sistemli 

nəzarətin bilavasitə Respublika 

GEM-in daha təkmil olan labora-

toriyalarında həyata keçirilməsinə 

önəm verilir. Respublikanın bütün 

şəhər və rayon mərkəzlərindən hər 

rübdə içməli su nümunələrinin Res-

publika GEM-in laboratoriyalarında 

müayinələri təşkil olunur. Bun-

dan başqa, Bakı şəhəri əhalisinin 

içməli su təminatı üzərində aparılan 

nəzarət Kür və Ceyranbatan Baş Su 

Təmizləyici qurğularında ayda bir 

dəfə, mərkəzi su anbarları və nasos 

stansiyalarında həftədə bir dəfə su 

nümunələrinin Respublika GEM-də 

laboratoriya müayinələrinin aparıl-

ması ilə həyata keçirilir. 

"2008-2015-ci illərdə Azərbaycan 

Respublikasında yoxsulluğun 

azaldılması və davamlı inkişaf 

Dövlət Proqramı"nın əhalinin 

içməli su təminatının yaxşılaşdırıl-

ması üçün kənd yerlərində içməli 

su mənbələrinin qeydiyyata alın-

ması, onların sanitariya-mühafizə 

zonalarının müəyyən edilməsi 

istiqamətində geniş tədbirlər həyata 

keçirilib, 52 rayonun 2683 kəndində 

3647 su mənbəyindən laboratoriya 

müayinələri təşkil edilib, 2835 su 

mənbəyinin vəziyyəti bilavasitə 

Respublika GEM-in mütəxəssisləri 

tərəfindən yerində araşdırılıb, 39 

rayonda vəziyyət haqqında rayon-

ların icra hakimiyyətlərinə təkliflər 

verilib".

Tədbirdə yaşayış məntəqələri 

ərazisinin sanitariya qaydalarına, gi-

giyena və ekoloji normativlərə uyğun 

olaraq təmizlənməsi, məişət tullantıla-

rının müvəqqəti saxlanması, müntəzəm 

daşınması və zərərsizləşdirilməsi 

məsələlərinə nəzarəti təmin etməklə 

aşkar olunmuş çatışmazlıqlar 

barəsində hər il Bakı Şəhər İcra 

Hakimiyyətinin müvafiq icra qurum-

larına təkliflər verildiyi də diqqətə 

çatdırıldı. Qeyd edildi ki, Bakının 

çimərlik ərazilərində dəniz suyunun 

keyfiyyət göstəricilərinə hər il çimərlik 

mövsümündə laborator tədqiqat üsulla-

rının tətbiqi ilə nəzarət aparılır.  Qida 

zəhərlənmələrinin və qida vasitəsilə 

baş verən infeksion xəstəliklərin 

profilaktikası məqsədilə yeyinti 

məhsullarının normativ sənədlərinin 

razılaşdırılması, məhsulların 

 gigiyenik sertifikatlaşdırılması, qida 

təhlükəsizliyi sahəsində qanunveri-

cilik bazasının beynəlxalq tələblərə 

uyğunlaşdırılması istiqamətində geniş 

və səmərəli fəaliyyət təmin olunub. 

Yeyinti məhsullarının təhlükəsizliyinə 

mikrobioloji və toksikoloji laboratori-

ya nəzarəti müasir beynəlxalq tələblər 

səviyyəsinədək yüksəldilib. Mağa-

zalarda gün düşən yerlərdə saxlanan 

plastik qablaşdırılan su, vitrinlərdəki 

vaxtı keçmiş ərzaq məhsulları sağ-

lamlığımızın birinci düşmənidir. Bu 

sahədə təkcə nəzarətlə iş bitmir, eyni 

zamanda, əhali arasında sağlam qida-

lanma sahəsində bilik səviyyələrinin 

genişləndirilməsinə böyük ehtiyac 

duyulur. Belə ki, əhali arasında hələ 

də kütləvi qida zəhərlənmələrinin və 

hətta ölümlə nəticələnən botulizm 

hadisələrinin baş verməsi bu sahədə 



ciddi işlərin aparılmasını zəruri edir. 

Zərifə BƏŞİRQIZI, 

"Xalq qəzeti" 

Epidemioloji sabitliyə ciddi nəzarət olunur 

26 avqust 2016-cı il, cümə 

6

Yerli turizmin özünəməxsusluğu 

qonaqları heyran edir

Qax:



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə