ˆ Lap çoxdan, neçə həftə əvvəl şamaxılı dostlarla



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü3,34 Mb.
#52368
növüYazı


 

ˆ

Lap çoxdan, neçə həftə əvvəl şamaxılı  dostlarla 



söhbət zamanı demişdim ki, bu rayonla bağlı yazılarımdan 

biri mütləq torpağa həsr olunacaq. Çünki Şamaxının tor-

pağı, sözün həqiqi mənasında, hər  cür vəsfə, tərifə layiqdir. 

Dağ kimi dağı, aran kimi aranı olan, Əfzələddin Xaqani, 

İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər 

Sabir kimi söz-sənət zirvələri yetişdirən bu diyarın  keçdiyi 

yol milli tariximizin ən dəyərli səhifələrinə çevrilib.  İş elə 

gətirdi ki, həmin yazını payıza saxlamalı olduq. Qoy olsun. 

Onsuz da, Şamaxının payızının özgə bir növrağı olur. Bir də 

ki, payıza daha sanılı günlər qalıb.

Amma, bu yazını Şamaxının 

torpağı barədə deyil, torpağı qoruyan, 

xalqa üzağlığı gətirən oğulları haqqın-

da sətirlərlə başlamaq istədim. Çünki 

ermənilərin təxribatı nəticəsində 

cəbhənin Tərtər rayonu istiqamətində 

--  qoşunların təmas xəttində baş 

vermiş son hərbi əməliyyatlarda  bu 

rayondan olan 3 əsgərin --Kaçayev 

Samir Ziyəddin oğlu, Zəkərəyev 

Nazim Nadir oğlu və Səmədov Elşən 

Səlim oğlunun şəhid olmağı hər bir 

şamaxılını  sarsıtmışdı. Şəhidlərin 

dəfni günü gördüyümüz həqiqətlər 

sübut edirdi ki,  Azərbaycan xal-

qı torpaqlarımızın işğaldan azad 

edilməsi istiqamətində atılan istənilən 

addımı dəstəkləyir, qəhrəman 

əsgərlərimizlə fəxr edir. Rayo-

nun  iftixar mənbəyinə çevrilən bu 

gənclərin son mənzilə yola salınması 

mərasimlərində  millət vəkillərindən 

Yaqub Mahmudov, Məlahət İbrahim 

qızı, Aqil Abbas, Sevinc Hüseyno-

va, Müdafiə Nazirliyinin, rayon icra 

hakimiyyətinin,  hüquq-mühafizə 

orqanlarının rəhbərliyi, Səfərbərlik 

və Hərbi Xidmətə Çağırış üzrə 

Dövlət Xidmətinin nümayəndələri 

və minlərlə şamaxılının iştirakı sübut 

edirdi ki, bu üç gənc müasir Şamaxı-

nın ən hörmətli simalarına çevriliblər. 

Əlbəttə,  həmin  qürurverici 

döyüşlər   də, şəhidlərin dəfni də aprel 

ayında olmuşdu.  İyul ayının  23-

də isə  rayonda şamaxılı şəhidlərin 

medallarının  valideynlərinə təqdim 

edilməsi mərasimi keçirildi. Müdafiə 

Nazirliyi və rayon icra hakimiyyətinin 

birgə təşkilatçılığı ilə "Milli Ordu-

muz milli qürurumuzdur" devizi 

altında təşkil olunan vətənpərvərlik 

tədbirində Müdafiə Nazirliyinin 

rəsmiləri, rayon rəhbərliyi, vete-

ranlar, şəhid ailələri, ictimaiyyət 

nümayəndələri iştirak edirdilər. 

Rayon icra hakimiyyətinin başçısı 

Asif Ağayev Azərbaycan Silahlı 

Qüvvələrinin yaranması tarixindən, 

ulu öndər Heydər Əliyevin ordu quru-

culuğundakı müstəsna xidmətlərindən 

və həmin  siyasətin  Prezident, Silahlı 

Qüvvələrin Ali Baş Komandanı İlham 

Əliyev tərəfindən uğurla davam 

etdirilməsindən danışdı və qeyd 

etdi  ki,  aprel döyüşləri  Azərbaycan 

Ordusunun gücünü, xalqımızın 

həmrəyliyini, ölkə rəhbərliyinin 

qətiyyətini bir daha  göstərdi. Qeyd 

olundu ki, Azərbaycan əsgəri aprel 

döyüşləri zamanı qazandığı uğur və 

qələbələrlə xalqımıza zəfər sevinci 

yaşadıb.  Həmin döyüşlərdə şəhid 

olmuş şamaxılı gənclər –  rayo-

nun   Çuxuryurd kəndindən olan 

manqa komandiri Kaçayev Samir 

Ziyəddin oğlu "İgidliyə görə" 

medalı ilə, Göylər kəndindən olan 

əsgər Səmədov Elşən Səlim oğlu və 

Şamaxı şəhərindən olan Zəkərəyev 

Nazim Nadir oğlu "Hərbi xidmətdə 

fərqlənməyə görə" 3-cü dərəcəli 

medalla təltif olunublar. Medallar 

tədbir iştirakçılarının alqışları altında 

şəhidlərin valideynlərinə təqdim edil-

di. Kaş ki, həmin valideynlərin ağır 

itkidən yaranmış kədərini üstələyən 

qürurunu hörmətli oxucular da gör-

müş olaydılar.

Yəni yuxarıda qeyd etdiyimiz 

kimi, Şamaxı torpağnın istənilən öv-

ladı bu yurda başucalığı gətirmək iq-

tidarındadır. "Kimin hansı sahədə ça-

lışmasından, xidmət göstərməsindən 

asılı olmayaraq  istənilən şamaxılı 

öz fəaliyyətində  fərqlənə bilir" – 

deyə söhbətə başlayan rayon icra 

hakimiyyətinin başçısı Asif Ağa-

yev öz fikirlərini çoxsaylı faktlarla 

əsaslandırdı: "Söhbət ondan gedir 

ki, burada hamı öz üzərinə düşən 

vəzifənin  məsuliyyətini başa düşür. 

Məhz həmin məsuliyyətin nəticəsidir 

ki, dövlətin bizim qarşımıza qoyduğu 

vəzifələr, həmişə olduğu kimi, bu 

il də uğurla icra edilir. Məsələn, bu 

ilin geridə qalan  aylarında rayonda 

təxminən 60  milyon manat dəyərində 

ümumi məhsul istehsal edilib. Əsas 

kapitala yönəldilən investisiyaların 

həcmi 2,1 milyon , tikinti-quraş-

dırma işlərinin həcmi 2,1 milyon 

manat təşkil edib. Pərakəndə əmtəə 

dövriyyəsi 100,9 milyon, əhaliyə 

göstərilən pullu xidmətlərin həcmi 

24 milyon manat olub. Əhalinin 

məşğulluq səviyyəsinin artırılması, 

yeni iş yerlərinin açılması məqsədilə  

fevral ayının 1-dən başlayaraq rayon 

icra hakimiyyəti və digər dövlət 

qurumları tərəfindən yeni açılmış iş 

yerlərinə 409 nəfər qəbul edilib. İlin 

əvvəlindən bəri minə yaxın,  2003-cü 

ildən sonra isə  13 mindən çox yeni  

iş yeri yaradılıb ki, bunun da 10 min 

420-si daimi iş yeridir.

Təbii ki,  rayon iqtisadiyyatında 

əsas yerlərdən birini kənd təsərrüfatı 

sahəsi tutur. Elə ona görə də təkcə bu 

ilin əvvəlindən rayonda  22 milyon 

600 min manatlıq məhsul istehsal 

edilib ki, bunun  da 15,8 mlyon 

manatı heyvandarlıq, 6,8 milyon 

manatı isə bitkiçilik məhsullarının 

payına düşür. Bu ilin məhsulu üçün 

ötən il əkilmiş   23 min 163  hektar 

sahənin  21 min 165 hektarı strateji 

məhsul olan dənlilərin payına düşür. 

Bu isə dövlətin qarşımıza qoyduğu  bir 

neçə  vəzifənin yerinə yetirilməsini 

təmin edir.  23 min 163 hektar sahənin 

əkilməsi, becərilməsi, məhsulunun 

toplanması işsizliyin aradan qaldırıl-

ması, ərzaq bolluğunun yaradılması 

və mövcud torpaq ehtiyatlarından 

səmərəli istifadə olunması kimi 

mühüm dövlət tapşırıqlarının icrasını 

təmin edir".

Asif müəllim yada saldı ki, 

ötən əsrin 70-80-ci illərində Şamaxı 

Azərbaycanın ən böyük üzümçülük 

rayonlarından birinə çevrilmişdi. 

Hazırda bu sahənin inkişafına xü-

susi diqqət göstərilir. Bu baxımdan 

dövlətimizin başçısının tapşırığı ilə 

hazırlanan və qəbul edilən "2012-

2020-ci illərdə Azərbaycan Respub-

likasında üzümçülüyün inkişafına 

dair Dövlət Proqramı"nın bu sahənin 

yenidən dirçəldilməsində mühüm 

rolu olub. Hazırda rayonda üzüm-

çülük yeni inkişaf dövrünü yaşayır. 

Fermerlər tərəfindən ötən müddət 

ərzində yeni üzümlüklər salınaraq 

bu gəlirli sahə 1632 hektara çatdırı-

lıb. Bundan əlavə Meysəri kəndinin 

ərazisində yerləşən "Şirvan şərabları" 

müəssisəsi tərəfindən  bu il 51 hektar 

yeni üzüm , 20 hektar isə yeni meyvə 

bağı salınıb. 

Özümün də  iştirak etdiyimə 

görə yadımdadır, iyunun əvvəllərində 

rayonda kənd təsərrüfatı məhsulları 

istehsalçılarının, fermerlərin və 

sahibkarların iştirakı ilə müşavirə 

keçirilmişdi. Müşavirədə Azərbaycan 

Respublikası Prezidenti Administra-

siyası rəhbərinin sərəncamı ilə "Kənd 

təsərrüfatı məhsullarının istehsalının 

artırılması" ilə əlaqədar yaradılmış 

işçi qrupun nümayəndələri  iştirak 

edirdilər.  Qonaqlar  bu sahədəki 

mövcud problemlərlə bağlı  tədbir 

iştirakçılarının suallarını cavablan-

dırdılar.  Cəmi on gündən sonra  isə 

rayonun həmin kateqoriyadan olan 

numayəndələri ilə milli iqtisadiyyatın 

və iqtisadiyyatın əsas sektorları üzrə 

strateji yol xəritəsinin işlənilməsi 

çərçivəsində görüş keçirildi və 

tədbirdə iştirak edən işçi qrupunun 

nümayəndələri də verilən sualla-

rı  cavablandırdılar. Yəni ölkənin 

hər yerində olduğu kimi, Şamaxı-

da da kənd təsərrüfartının inkişaf 

etdirilməsi, sözün həqiqi mənasında, 

daim diqqət mərkəzindədir.

Amma, Şamaxıda görülən  

tədbirlər kənd təsərrüfatının və ya 

hansısa konkret sahənin inkişaf 

etdirilməsi ilə yekunlaşmır. Burada 

geniş  tikinti-quruculuq işləri də apa-

rılır. Rayon rəhbərinin də qeyd etdiyi 

kimi, ölkəmizin tarixi şəhərlərindən 

olan Şamaxının abadlaşdırılma-

sı və yenidən qurulması, sosial 

problemlərin həll edilməsi uğurla 

davam etdirilir. Şəhərin mərkəzindəki 

20 Yanvar parkının əsaslı təmir 

etdirilməsi üçün layihə sənədləri 

hazırlanıb. Nəriman Nərimanov 

küçəsində yenidənqurma və abadlıq 

işlərinə artıq start verilib. Küçədə 

yeni layihəyə uyğun olaraq xüsusi 

materiallarla barıların üzlənməsi, 

küçə boyu yeni yaşıllıqların salınma-

sı, piyadalar üçün səkilərin uzlənməsi, 

müəyyən yerlərdə xüsusi işlənmiş 

layihəyə uyğun yeni barıların tikin-

tisi və digər işlər görülür. Rayonun 

Şərədil kəndində 80 şagird yerlik 

tam orta məktəb binasının inşası başa 

çatdırılaraq məktəblilərin istifadəsinə 

verilib. Mədrəsə qəsəbəsində 380 

şagird yerlik tam orta məktəb bi-

nasının tikintisinin son tamamlama 

işləri aparılır, 5 saylı 100 yerlik uşaq 

bağçası-körpələr evinin, 36 mənzilli 

şəhid və əlillər üçün nəzərdə tutul-

muş binanın inşası davam etdirilir. 

Şəhərin Məmməd Əmin Rəsulzadə 

küçəsində yerləşən – Qarabağ uğ-

runda gedən döyüşlərdə əlillər  və 

şəhid  ailələri üçün tikilən  binaların 

fasad hissələrinin və dam örtüklərinin 

təmiri işləri aparılır. 

Bundan başqa, 220 şagird yerlik 

Meysəri kənd orta məktəbinin tikin-

tisi üçün layihə sənədləri hazırla-

nır. Seyid Əzim Şirvani küçəsində 

inşası nəzərdə tutulan yeni 100 yerlik 

uşaq bağçası-körpələr evinin layihə 

sənədləri hazırlanıb. Kərkənc kənd 

məktəbində idman zalının tikinti-

si başa çatmaq üzrədir. Rayonun 

Muğanlı kəndinin ərazisində inşa 

edilən mağistral avtomobil yolunun 

sağ və sol hissəsində inşa edilən 

istinad divarlarındakı xüsusi bəzək 

elementlərində əsaslı təmir işləri 

aparılıb.

Rayonun 55 kilometrlik Şamaxı - 

Göylər- Çöl Padar avtomobil yolunun 

tikintisi davam etdirilir. Artıq yolun 

48 kilometrlik məsafəsi təmir edilərək 

asfalt-beton örtüyü vurulub. Bundan 

əlavə, Pirquludan Dəmirçi kəndinə 

gedən avtomobil yolunda təmir işləri 

aparılır. Kəndin qarşısından keçən 

Pirsaat çayının üzərindən körpü 

tikilməsi məqsədilə layihə sənədləri 

hazırlanır. Hazırda hər iki yolda 

təmir işləri davam etdirilir. Turiz-

min inkişafı məqsədi ilə rayon icra 

hakimiyyətinin sifarişi ilə rayonun 

Dəmirçi kəndindən İsmayıllı rayo-

nunun Lahıc kəndinə  22 kilometrlik 

avtomobil yolunun tikintisinə baş-

lanıb. Hazırda yolun tikintisi sürətlə 

davam etdirilir və bu il layihənin başa 

çatdırılması nəzərdə tutulur. 

Həmsöhbətim qeyd etdi ki, Şama-

xı rayonu istər tarixi keçmişi, istərsə 

də coğrafi şəraiti baxımından turizm 

üçün olduqca əlverişli bir zonadır. 

Məhz buna görə də rayona gələn 

turistlərin və istirahət mərkəzlərinin 

sayı ilbəil artır. Hazırda Pirqulu 

zonasında müasir standartlara cavab 

verəcək yeni turizm obyektlərinin 

tikintisi davam etdirilir.

Əhaliyə göstərilən xidmətlərin 

səviyyəsinin artırılması da daim 

diqqət mərkəzindədir. Məsələn,  rayon 

ərazisində yeni qazlaşma, təmir – 

bərpa  işləri davam etdirilir.  Bu 

ilin geridə qalan aylarında  61 ədəd 

sayğac yenisi ilə əvəz edilib, 151 

ədəd sayğacın yeri dəyişdirilib, aşkar 

olunmuş 14 min 216  qaz sızmasının 

qarşısı alınıb. Rayonda yeni "İtron" 

tipli smartkart qaz sayğaclarının 

quraşdırılmasına da başlanılıb. Şamaxı 

şəhərinin qaz təchizatının yaxşılaş-

dırılması məqsədilə şəhərin 02 a, 01 

b və 10 a saylı yaşayış massivlərinin 

layihə-smeta sənədləri hazırlanıb və 

yaxın vaxtda həmin küçələrə təbii qaz 

xətlərinin çəkilişi nəzərdə tutulur.

"Azərişıq" və Şamaxı elekt-

rik şəbəkəsinin balansında olan 

10/04 kilovoltlluq 18 ədəd müxtəlif  

güjlü yeni transfarmator quraşdı-

rılıb. Həmin transfarmatorlardan 

ayrılan 0,4 kv-luq hava xətləri 

SİP kabellə əvəz edilib. Rayonun 

Sabir qəsəbəsində yeni tipli 630 kva 

gücündə transformator quraşdırılıb.  

715 ədəd əyilmiş dayaq düzəldilib,  

1430 metr yeni SİP kabeli çəkilib. 

Bundan əlavə, 31 ədəd transformator 

məntəqəsi cari təmir olunub.

Rayon əhalisinə göstərilən səhiyyə 

xidmətini yaxşılaşdırmaq məqsədilə 

bir sıra tədbirlər  həyata keçiri-

lir. Rayon mərkəzi xəstəxanasının 

həkimlərindən ibarət səyyar həkim 

briqadaları yaradılaraq il ərzində 

həftədə bir dəfə olmaqla, rayonun 

qəsəbə və kəndlərinə göndərilir. Ölkə 

başçısının tapşırığına uyğun ola-

raq  fevral-may ayları ərzində rayon 

əhalisinin 70 min 824 nəfəri kütləvi 

dispanser müayinəsinə cəlb edilib. 

Bu müddət ərzində aşkara çıxarılan 

xəstələr təyinatı üzrə ambulator və ya  

stasionar müalicəyə cəlb olunub.

Asif Ağayev xatırlatdı ki, son 

zamanlar  xalqımızın minilliklər 

boyu yaratdığı maddi mədəniyyət 

nümunələrinin, qeyri -  maddi mədəni 

irsinin, folklorumuzun təbliği və 

təşviqi sahəsində mühüm işlər görülür. 

Bu çərçivədə "Miras" İctimai Birli-

yinin Ağsu rayonun Gəgəli kəndində 

keçirdiyi II Beynəlxalq tərəkəmə 

çərşənbəsi, folklor festivalı mühüm 

əhəmiyyət kəsb edir. Həmin festival-

da Şamaxı  Mədəniyyət Mərkəzinin 

"Şirvan" folklor kollektivi uğurla çıxış 

edib və  diplomla mükafatlandırılıb.

Rayondan  kənarda qazanılan 

uğurlar barədə danışarkən qeyd 

edək ki, Novruz bayramı ərəfəsində  

İçərişəhərdə və Dənizkənarı Milli 

Parkda xalqımızın  qeyri-maddi 

mədəni irsinin ən parlaq nümunəsi 

olan bayrama  həsr olunmuş 

şənliklərdə qədim Şamaxını təmsil 

edən xalq sənətkarları, kulinarlar, 

mətbəx ustaları, fermerlər, "Şirvan" 

folklor ansamblı layiqli şəkildə çıxış 

ediblər. 

Həmsöhbətim sonda çox maraqlı 

fikir söylədi: "Təbii ki, rayonun  

bütün uğurlarının  təməlində iki 

mühüm amil dayanır. Birinci amil 

zamanın tələbləri səviyyəsində 

qurulmuş idarəetmədirsə, ikinci amil 

insanların ümumi inkişafa, tərəqqiyə 

olan münasibəti, götürülmüş siyasi 

kursa olan sədaqətidir. Məhz ona görə 

də biz  müntəzəm olaraq əhalinin 

müxtəlif təbəqələri, eləcə də kənd 

və qəsəbə sakinləri ilə görüşürük. 

Həmin görüşlər zamanı qaldırılmış 

problemlərin əksər hissəsinin yerində 

həll edilməsi əhali tərəfindən razılıqla 

qarşılanır. Bu ilin əvvəlindən bəri 

rayonun 24 kənd inzibati ərazi dairəsi 

üzrə nümayəndəliyində rayon icra 

hakimiyyətinin başçısı ilə keçirilmiş 

görüş-qəbullarda 2050 nəfərdən artıq 

əhali iştirak edib. Həmin görüşlərdən 

sonra əhalinin müraciətləri nəzərə 

alınaraq müvafiq işlər görülür". 

... Telefonumda tamamilə qeyri-

adi bir fotoşəkil var. Həmkarlarımın 

əksəriyyətinə göstərmişəm. Günəşin 

qürub etdiyi anlarda – Pirquludan 

İsmayıllı tərəfə baxanda hamımızı 

heyran edən bir təbiət mənzərəsi 

yaranmışdı. Həmin lövhəni dərhal 

fotolentə aldım. Mən bir qələm 

sahibi kimi  həmin istiqamətdə şəkil 

çəkdim: Qurub -yaradan insanlar 

isə oradan qonşu rayonun Lahıc 

qəsəbəsinə rahat avtomobil yolu 

çəkirlər. Özü də 22 kilometr uzun-

luğunda.  Amma, yazının sonunda 

başqa bir şəkil çəkən adam da yadıma 

düşdü.  Rayon icra hakimiyyətində 

öyrənmişdim ki,  Meksikanın 

Azərbaycandakı səfirliyinin təşəbbüsü 

ilə Şamaxı şəhərində meksikalı 

rəssam Marqarita Moralesin fərdi 

yaradıcılıq sərgisi təşkil edilib. Sərgi 

Şamaxı sakinlərinin və rayona gələn 

turistlərin böyük marağına səbəb 

olub. Kaş, meksikalı rəssam xanım 

mənim Pirquluda görüb lentə aldığım 

lövhənin də şahidi olaydı. İnanıram 

ki, onun çəkəcəyi lövhənin tayı-

bərabəri  olmazdı. 

...Bəlkə də çəkib,  xəbərimiz 

yoxdur.

İlqar HƏSƏNOV,  

"Xalq qəzeti"nin 

bölgə müxbiri

Yurda bağlı insanların  

yaratdığı yeni növraq

ŞAMAXI:

17 avqust 2016-cı il, çərşənbə

5

Şəmkirdə 2500-ə yaxın yaşı olan saray aşkar edilib 

İlyas BABAYEV:  Maraqlı və vacib məqam  isə 



burada mixi yazıların olması ehtimalıdır

 

ˆ

Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində 



beynəlxalq arxeoloji ekspedisiya uğurla yekunlaşıb. 5 ildən bəri 

davam edən və Azərbaycan,  Almaniya və Gürcüstan arxeoloq-

larının birgə əməkdaşlığı sayəsində aparılan tədqiqatlar uğurla 

nəticələnib.  

AMEA Arxeologiya və Etnoqrafiya 

İnstitutundan verilən məlumata görə 

Beynəlxalq Azərbaycan–Almaniya arxe-

oloji ekspedisiyası 2500 il bundan əvvəl 

mövcud olan şəhər tipli böyük yaşayış 

yerində 2006-cı ildən arxeoloji qazıntı 

aparır. Ekspedisiyanın qənaətinə görə, 

qədim şəhərdə saraylar və digər tikililər 

bir-birindən xeyli aralı olmaqla, parkla-

rın, bağların arasında yerləşməklə divar-

larla əhatələnib. Böyük tikililərdə geniş 

sütunlu zalların, uzun dəhlizlərin olduğu 

qeyd edilir. Bu yaşayış yerindəki abidə 

eramızdan əvvəl 550-ci ildən 330-cu ilə 

qədər, 220 il mövcud olub və Əhəmənilər 

imperiyasına məxsus Pasarqad, Persopol 

tikililəri ilə müqayisə olunur. 

Qaracəmirli kəndi yaxınlığında 

yerləşən yaşayış yerinin Əhəmənilər im-

periyasının bütün Cənubi Qafqazı idarə 

edən inzibati mərkəzi olduğu güman 

edilir. Beynəlxalq ekspedisya Qaracəmirli 

yaxınlığında qədim yaşayış yerində 

hələlik bir neçə yerdə qazıntı apararaq 

böyük inzibati, təsərrüfat, istehsalat 

tikililərinin və dini abidənin qalıqlarını 

aşkarlayıb. Böyük sarayın qalıqları xüsusi 

əhəmiyyət kəsb edir. 

Ekspedisiyanın rəhbəri, AMEA-nın 

müxbir üzvü İlyas Babayev redaksiyamı-

za bildirib ki,  bu vaxta qədər burada 29 

sütun altlığı tapılıb. Burada zallar çoxdur. 

Hər zalda 36 sütun altlığının olması 

gözlənilir. Görünür, burada,  ümumilikdə, 

100-dən çox sütun altlığı var. Sarayın 

8 metr enində 25 metr uzunluğunda 

giriş hissəsi olub. Onun arxasında 

675 kvadratmetrdə audensiya zalı 

yerləşir, ətrafında isə dəhlizlər və 

böyük zallar var. Burada tapılan 

maddi mədəniyyət nümunələri azdır, 

ancaq elitardır. Gil qablar məhdud 

saydadır. Bunun da səbəbi sarayın olma-

sındadı. Əgər saray olmasaydı, əksinə, 

gil qablar bundan dəfələrlə çox olardı. 

Maraqlı və vacib məqam  isə burada mixi 

yazıların olma ehtimalıdır. Adətən, belə 

saraylarda mütləq mixi yazılar olur. Bu 

böyük göstəricidir. Bu, tapıntının çəkisini, 

tədqiqatın əhəmiyyətini artıran amildir. 

Görünür, bu saray qədim Əhəməni impe-

riyasının Cənubi Qafqazda vacib siyasi 

qərargahlarından biri olmuşdur. 

Hazırda ekspedisiya saraya aid edilən 

5-ci sahə adlanan ərazinin qazıntısını aparır. 

Beynəlxalq ekspedisiyanın tərkibində alma-

niyalı arxeoloqla yanaşı, milliyətcə yapon 

olan, Ankara Universitetinin magistrantı 

Masumi Uehara da iştrak edir.Masumi Ue-

hara bildirib ki, 10 gün davam edən qazın-

tılarda kərpic tikililər və onun bərabərində 

zibil çökəklikləri aşkarlanıb, keramika və 

küp parçaları, daş alətlər tapılıb.   

Qeyd edək ki, saray və onun divarla 

əhatələnmiş hissəsinin ərazisi 20 hektar-

dır. Hələlik bu sarayın yalnız giriş zalı və 

özünün bir hissəsi qazılıb. Sarayın e.ə. 

V əsrin birinci yarısında, 2480 il bundan 

əvvəl tikildiyi güman edilir.



Hazırladı:  Anar TURAN,  

 "Xalq qəzeti"

Ötən ay Azərbaycanda fərdi şəxsi hesabı 

olan əcnəbilərin sayı 1464 nəfər artıb

 

ˆ

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 



yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi 

əcnəbilərin sayı artmaqda davam edir. Cari ilin iyul ayında sistemdə daha 1 

464 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb. Beləliklə də fərdi uçot sistemində 

qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı bu il, avqust ayının 1-i tarixinə 

32 531 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz 

çoxdur. Sistemdə qeydiyyatda olan əcnəbilərin 88,4 faizi kişilərdən, qalanları 

qadınlardan ibarətdir.

Fərdi şəxsi hesabı olan əcnəbilər sırasında 

ilk yeri 15 108 nəfərlə Türkiyə, ikinci yeri 3 

191 nəfərlə Gürcüstan, üçüncü yeri isə  

1 859 nəfərlə Rusiya tutur. Həmçinin fərdi 

uçot sistemində Özbəkistan 1750 nəfərlə, Hin-

distan 1 373 vətəndaşı ilə, İran 1 025 nəfərlə 

təmsil olunur. Sonrakı yerlərdə Çin (902), 

Banqladeş (785), Pakistan (683), Birləşmiş 

Böyük Britaniya və Şimali İrlandiya (632), 

Ukrayna (529) gəlir. Sistemdə daha az sayla 

təmsil olunan  yerlərdə isə Türkmənistan 

(312), Filippin (288), ABŞ (281), Almani-

ya (266), Qazaxıstan (249), İtaliya (213) 

və s. ölkələrin vətəndaşları qeydiyyatdadır. 

ƏƏSMN yanında DSMF-dən bildiriblər ki, 

sistemin əhatə etdiyi əcnəbilər ümumilikdə 

120 ölkəni təmsil edirlər. 

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul 

olan, ölkəmizin mənbələrindən əmək ödənişi 

və məcburi dövlət sosial sığorta haqqına cəlb 

olunan digər gəlirləri əldə edən əcnəbilər üçün 

fərdi şəxsi hesab açılması ölkə vətəndaşları 

kimi onların da gələcək sosial təminat və pensi-



ya hüquqlarının formalaşmasına imkan yaradır.

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə