№-li palata I



Yüklə 452,2 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix26.03.2018
ölçüsü452,2 Kb.
#34621
1   2   3   4   5   6   7   8   9   ...   18

xəstələr aclıqdan və ya kobud xəstə baxıcılarından ona şikayət etdikdə, 

o utanır və taqsırlı bir adam kimi mızıldayırdı: 

   -  Yaxşı,  yaxşı,  bu  işə  baxaram...  Yəqin  burada  bir  anlaşılmazlıq 

var... 


      Andrey Yefimıç ilk zamanlar çox səylə işləyirdi. Hər gün səhərdən 

nahar vaxtınadək xəstələri qəbul edir, operasiya edir və hətta mamalıq 

təcrübəsi ilə də məşğul olurdu. Qadınlar onun barəsində danışırdılar ki, 

guya çox diqqətlidir və xəstəlikləri, xüsusən uşaq və qadın xəstəliklərini 

çox gözəl bilir. Lakin zaman keçdikcə iş öz yeknəsəqliyi və açıq-aydın 

görünən  faydasızlığı  iılə  onu  darıxdırmağa  başladı.  Bu  gün  otuz  xəstə 

qəbul  etdiyin  halda,  sabah  görürsən  otuz  beş  nəfər  oldu,  birisigün  isə 

bunların  sayı  qırxa  çatırdı,  beləliklə  gündən-günə,  ildən-ilə  xəstələrin 

sayı  şiddətlə  artır,  ölüm  hadisələri  də  şəhərdə  heç  azalmırdı. 

Xəstəxanaya  gələn  qırx  xəstəyə  səhərdən  naharadək  ciddi  yardım 

göstərməyə  imkan  yoxdur,  demək,  gündə  qırx  xəstəni  aldatmalı  olur. 

Hesabat ili ərzində xəstəxanaya gələn min iki yüz xəstə qəbul edilmişdi, 

demək, sadəcə olaraq min iki yüz adam aldadılmışdır. Ciddi xəstələri də 

palatalara  qoymaq  və  onlarla  elmi  qaydada  məşğul  olmaq  mümkün 

deyil,  çünki  qayda  varsa  da,  elm  yoxdur.  Fəlsəfəni  buraxıb,  başqa 

həkimlər kimi qaydalara xırdaçılıqla riayət etdikdə isə, bundan ötrü çirk 

deyil, hər şeydən əvvəl təmizlik və ventilyasiya, iylənmiş turş kələmdən 

bişirilən  borş  deyil,  keyfiyyətli  xörək  lazımdır  və  oğrular  deyil,  yaxşı 

köməkçilər lazımdır. 

      Bir  də  ölüm  hər  kəsin  normal  və  qanuni  aqibətidirsə,  adamların 

ölümünə  mane  olmağın  nə  mənası?  Bir  alverçinin  və  ya  bir  məmurun 

beş-on  il  artıq  yaşamasından  nə  çıxar?  Təbabət  elminin  məqsədini 

dərmanların insan əzablarını azaltmasında gördükdə isə, ortaya belə bir 

sual  çıxır  ki,  bu  əzabı  nə  üçün  azaltmalı?  Əvvələn,  deyirlər  ki,  əzab 

insanı kamala çatdırır, ikincisi, bəşəriyyət, doğrudan da, öz iztirablarını 

cürbəcür həb və damcı dərmanları ilə yüngülləşdirməyi öyrənsə, dini və 

fəlsəfəni  bilmərrə  atmış  olar.  Halbuki  insanlar  bu  vaxta  qədər  din  və 

fəlsəfə  vasitəsilə  nəinki  özlərini  hər  cür  fəlakətdən    qorumuş,  hətta 

onlarda özlərinə xoşbəxtlik də tapmışlar. Puşkin ölərkən müdhiş əzablar 

çəkmiş,  zavallı  Heyne  bir  neçə  il  iflic  olub  yorğan-döşəyə  düşmüşdür, 

nə  üçün  həyatları  mənasız  keçən  və  iztirab  olmasaydı,  amyöb  kimi 

büsbütün  boş  ömür  sürən  Andrey  Yefimıç  və  ya  Matryona  savvişna 

kimiləri xəstələnməsin? 

      Andrey Yefimıç bu cür mühakimələrə qərq olaraq ruhdan düşdü və 

xəstəxanaya gəlməyə başladı. 



  

                                                    VI 

 

      Onun həyatı belə keçirdi. Adətən səhər saat səkkizə yaxın yuxudan 



durub geyinir və çay içirdi. Sonra kabinetində oturub mütaliə ilə məşğul 

olur  və  ya  xəstəxanaya  gedirdi.  Xəstəxanada  qaranlıq,  dar  dəhlizdə 

ambulatoriya xəstələri oturub həkimin qəbulunu gözləyirdilər. Bunların 

yanı  ilə  çəkmələrini  kərpic  döşəməyə  döyəcləyən  mujiklər  və  xəstə 

baxıcıları, xalat geymiş arıq xəstələr keçir, çirkab qabları və s. aparırlar, 

uşaqlar  ağlayır,  dəhlizdə  aralıq  küləyi  əsir.  Andrey  Yefimıç  bilirdi  ki, 

titrətməli,  vərəmli  və  ümumiyyətlə  həssas  xəstələrə  belə  şərait  əziyyət 

verir,  lakin  nə  etməli?  Qəbul  otağında  feldşer  Sergey  Sergeiç  ona  rast 

gəldi,  bu,  alçaq  boylu,  dolu  bir  adam  idi,  kök,  qırxıq  üzü  təmizcə 

yuyulmuşdu,  təzə  gen-  bol  kostyumundan  feldşerə  deyil,  əyana 

oxşayırdı.  Şəhərdə  geniş  praktika  ilə  məşğul  idi,  ağ  qalstuk  taxır  və 

özünü  praktika  ilə  heç  məşğul  olmayan  həkimlərdən  məlumatlı  hesab 

edirdi.  Qəbul  otağının  küncündə  ağır  qəndilli  böyük  bir  ikona  vardı; 

divarlardan  arxiereylərin  şəkli,  Svyatoqorsk  monastırının  görünüşü  və 

peyğəmbər çiçəyindən əklillər asılmışdı. Sergey Sergeiç dindar adamdı 

və  təmtərağı  sevirdi.  İkona  onun  xərci  ilə  qoyulmuşdu;  bazr  günləri 

qəbul  otağında  xəstələrdən  biri,  onun  əmrinə  görə,  minacat  oxuyardı, 

minacatdan  sonra  isə  Sergey  Sergeiç  buxurdanla  bütün  palataları  gəzir 

və onlara kündür tüstüsü verərdi. 

      Xəstə  çox,  vaxt  isə  az  idi,  ona  görə  iş  sual-  cavabla  və  xəstələrə 

ötəri  bir  sürtmə  yağı  və  ya  işlətmə  dərmanı  verməklə  bitirdi.  Andrey 

Yefimıç  yumruğunu  yanağına  dayamış  halda  oturub,  xəstələrə  dalğın- 

dalğın  və  qeyri-  ixtiyari  suallar  verirdi.  Sergey  Sergeiç    də  oturub 

əllərini ovuşdurur və hərdənbir işə qarışırdı:   

      -  Rəhmli  Allaha  yaxşı  ibadət  etmədiyimiz  üzündən  xəstələnir  və 

min cür məşəqqətlərə düçar oluruq, - deyirdi. 

      Andrey  Yefimıç  xəstələri  qəbul  edərkən  heç  bir  operasiya  etmirdi; 

operasiyaları  çoxdan  yadırğamışdı,  qan  görəndə  pis  hala  düşür, 

həyəcana  gəlirdi.  Boğazına  baxmaq  üçün  uşağın  ağzını  açmaq  lazım 

gələndə, uşaq isə ağlayaraq xırda əlləri ilə öz- özünü qoruyanda, uşağın 

çığırtısından  başı  gicəllənir,  gözləri  yaşarırdı.  O,  dərman  yazmağa 

tələsir  və  əllərini  havada  yellədərək,  qadına  işarə  edirdi  ki,  uşağı  tez 

aparsın.      

      Qəbul  zamanı  xəstələrin  qorxaqlığı  və  kütlüyü,  qəşəng  Sergey 

Sergeiçin  yaxınlığı,  divarlardakı  şəkillər  və  iyirmi  ildən  artıq  arası 



Yüklə 452,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə