№-li palata I



Yüklə 452,2 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix26.03.2018
ölçüsü452,2 Kb.
#34621
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

mübadiləsi  ilə  keçirdikdə,  tələdə  olduğunu  hiss  etmirsən.  Ağıl  bu 

mənada əvəzedilməz bir zövqdür.  

      - Tamamilə doğrudur. 

      Andrey  Yefimıç  müsahibinin  gözlərinə  baxmadan  sakitcə  və  ara 

verə-  verə  ağıllı  adamlar  və  onların  söhbəti  haqqında  danışırdı,  Mixail 

Averyanıç  isə  onu  diqqətlə  dinləyir  və  “  tamamilə  doğrudur  ”  deyə 

onunla razılaşırdı. 

      Poçt müdiri birdən:  

      - Siz ruhun ölməz olmasına inanırsınızmı? – deyə soruşdu. 

      -  Xeyr,  möhtərəm  Mixail  Averyanıç,  inanmıram  və  inanmağa  da 

əsasım yoxdur. 

      -  Sözün  düzü,  mən  də  şübhələnirəm.  Hərçənd  məndə  belə  bir  hiss 

vardır ki, guya heç ölməyəcəyəm. Bu yandan da öz- özümə deyirəm: ay 

qoca  kaftar,  vaxtındır,  bu  gün-  sabah  öləcəksən.  Amma  ürəyimdə  bir 

səs mənə deyir: inanma, ölməyəcəksən!.. 

      Mixail Averyanıç saat ona işləyəndə çıxıb getdi. Dəhlizdə kürkünü 

geyinərkən içini çəkərək dedi: 

      -  Amma  tale  bizi  nə  hicra  bir  guşəyə  atıb!  Hər  şeydən  çox  adam 

buna yanır ki, biz elə burada da öləcəyik. Eh!..  

                 

                                                    VII    

 

      Andrey Yefimıç dostunu yola salıb stol başına oturur və yenə kitab 



oxumağa  başlayır.  Axşamın,  sonra  gecənin  sükutu  heç  bir  səslə 

pozulmur,  sanki  vaxt  dayanır  və  doktorla  bərabər  kitabın  üzərində 

donurdu,  adama  elə  gəlirdi  ki,  bu  saat  dünyada  bu  kitabdan  və  yaşıl 

şarlı  lampadan  başqa  heç  bir  şey  yoxdur.  Doktorun  müjiklərə  məxsus 

kobud  sifəti  insan zəkasının  hərəkəti  qarşısında  yavaş-  yavaş  riqqət  və 

vəch təbəssümü ilə parlayırdı. “Ah, nə üçün insan ölməz deyil!- deyə o 

düşünürdü.- Əgər hər şey torpağa gömülməyə məhkum isə və  nəhayət, 

Yer  kürəsinin  qabığı  ilə  bərabər  soyuyacaqsa,  sonra  da  milyonlarla  il 

mənasız  və  məqsədsiz  bir  halda  günəşin  ətrafına  dolanacaqsa-  əcəba, 

beyin  mərkəzləri  və  qırışıqları,  görmə,  danışma  qabiliyyəti,  xüsusi 

hisslər,  düha  nə  üçünmüş?  Soyumaq  və  sonradan  günəş  ətrafında 

mənasızcasına  hərlənmək  üçün,  yoxluqdan  yüksək  və  bəlkə  də  ilahi 

ağla  malik  insan  yaratmaq,  sonra  da  onu  sanki  lağa  qoymaq  üçün 

torpağa çevirmək nəyə lazımmış?”.  

      Maddələr  mübadiləsi! Lakin bu ölməzlik surroqatı ilə özünə təsəlli 

vermək nə böyük bir qorxaqlıqdır! Təbiətdə baş verən şüursuz proseslər 




insan  səfehliyindən  də  alçaqdır,  çünki  səfehlikdə,  necə  olsa,  şüur  və 

iradə  var,  proseslərdə  isə  heç  nə  yoxdur.  Yalnız  ölüm  qarşısında 

qorxaqlığı qürur və ləyaqətindən çox olan bir qorxaq özünə təsəlli verə 

bilər ki, bir zaman onun bədəni otda, daşda, qurbağada yaşayacaqdır... 

Öz  ölməzliyini  maddələr  mübadiləsində  görmək-  qiymətli  və  əziz  bir 

skripka  sındıqdan  sonra,  onun  qabının  parlaq  gələcəyi  olduğunu 

qabaqcadan xəbər vermək kimi çox qəribə bir şeydir. 

      Saat  zəng  vuranda  Andrey  Yefimıç  kresloya  söykənib  bir  az 

düşünmək  üçün  gözlərini  yumur,  sonra  kitabdan  oxuduğu  gözəl 

fikirlərin  təsiri  altında  öz  keçmişinə  və  hal-  hazırına  bir  nəzər  salırdı. 

Keçmiş iyrəncdir, bunu yadına salmasan yaxşıdır. Lakin hazırda da hər 

şey  keçmişdəki  kimidir.  Andrey  Yefimıç  bilirdi  ki,  onun  fikirləri, 

soyumuş  yer  kürəsi  ilə  birlikdə  günün  ətrafında  hərlənməkdə  ikən, 

həkimin  mənzili  ilə  yanaşı    olan  böyük  korpusda  adamlar  cürbəcür 

xəstəliklər  və  natəmizliklər  içərisində  əzab  çəkirlər;  bəlkə  bu  saat  bu 

adamlardan biri həşəratla çarpışır, digəri qızıl yel xəstəliyinə tutulur və 

ya  bərk  sarınmış  sarğının  əziyyətindən  inləyir;  bəlkə  xəstələr  xəstə 

baxıcıları  ilə  bir  yerdə  kart  oynayır,  yaxud  da  araq  içirlər.Hesabat  ili 

ərzində min iki yüz adam aldadılmışdır; xəstəxananın bütün işi, iyirmi il 

bundan qabaqkı kimi, oğurluq, qeybət, dava- dalaş, qohumbazlıq,kobud 

şarlatanlıq  üzərində  qurulmuşdur,  ona  görə  xəstəxana  yenə  qabaqkı 

kimi  əhalinin  sağlamlığı  üçün  son  dərəcə  zərərli  bir  müəssisədir.  O 

bilirdi  ki,  6  No-  li  palatada  Nikita  xəstələri  barmaqlıq  arxasında 

kötəkləyir, Moyseyko da hər gün şəhəri dolaşıb sədəqə yığır. 

      Digər  tərəfdən,  ona  gözəlcə  məlum  idi  ki,  son  iyirmi  beş  il 

içərisində  təbabət  elmində  ağlasığmaz  bir  dəyişiklik  əmələ  gəlmişdir. 

Universitetdə oxuyan zaman ona elə gəlirdi ki, təbabət elminin aqibəti 

də  tezliklə  yalançı  kimyanın  və  metafizikanın  aqibətinə  dönəcəkdir; 

indi isə gecələr mütaliə edərkən təbabət elmi ona təsir edir, onda heyrət 

oyadır  və  hətta  onu  vəcdə  gətirərdi.  Doğrudan  da,  nə  gözlənilməz 

inkişaf,  nə  böyük  bir  inqilab!  Antiseptika  sayəsindəelə  operasiyalar 

edilir  ki,  böyük  alim  Piroqov  bunu  hətta  in  sne  qeyri-mümkün  hesab 

edirdi.  Adi  zemstvo  həkimləri  diz  oynağının  kəsilməsi  əməliyyatına 

cəsarətlə  girişirlər,  mədə  operasiyasının  yalnız  yüzdə  biri  ölümlə 

nəticələnir, daş bağlama  xəstəliyi isə, o qədər bekara şey hesab olunur 

ki, hətta bu xüsusda heç yazmırlar. Sifilisi olan xəstə tamamilə sağalır. 

Hələ  irsiyyət  nəzəriyyəsi,  hipnotizm,  Pasterin  və  Koxun  kəşfləri, 

statistika  ilə  gigiyena,  hələ  bizim  rus  zemstvo  təbabəti!  Psixiatriya 

indiki  xəstəliklər  təsnifatı  ilə,  xəstəliyi  tanımaq  və  müalicə  etmək 



metodları ilə bərabər qabaqkına nisbətən tam bir Elbrusdur. İndi ağlını 

itirmiş  adamların  başına  soyuq  su  tökmür  və  əyinlərinə  dəli  köynəyi 

geyindirmirlər,  başına  hava  gəlmiş  adamların  indi  insan  kimi  saxlayır 

və qəzetlərdə yazıldığı kimi, hətta onlar üçün teatr tamaşaları və ballar 

da  düzəldirlər.  Andrey  Yefimıç  bilirdi  ki,  indiki  baxışları  və  zövqləri 

nəzərə aldıqda, 6 №-li palata kimi bir biabırçılıq yalnız dəmir yolundan 

iki yüz verst uzaq olan bir yerdə mümkündür, bu, yalnız bələdiyyə rəisi 

və bütün qlasnıları yarımsavadlı meşşan olan şəhərdə ola bilər; çünki bu 

yarımsavadlı  meşşanların  nəzərində  elə  bir  kahindir  ki,  o,  xəstənin 

boğazına  qalay  töksə  belə,  ona  tənqidsiz-zadsız  inanması  lazımdır! 

Başqa  yerdə  olsaydı,  camaat  və  qəzetlər  bu  balaca  Bastiliyanı  çoxdan 

darmadağın etmişdilər. 

      Andrey Yefimıç gözlərini açıb öz-özündən soruşdu: “Yaxşı, bəs nə 

olsun?  Bundan  nə  çıxsın?  Antiseptika  da  var,  Kox  və  Paster  də  var, 

amma  mahiyyət  etibarilə,  işlər  heç  dəyişməmişdir.  Xəstəlik  və  ölüm 

hadisələri eyni dərəcədədir. Dəlilər üçün ballar və tamaşalar düzəldirlər, 

amma  onları  azadlığa  buraxmırlar.  Demək,  bütün  bunlar  boş-boş 

şeylərdir,  əbəs  yerə  əlləşib-vuruşmaqdır  və  gözəl  Vyana  klinikası  ilə 

mənim xəstəxanamın arasında, mahiyyət etibarilə, heç bir fərq yoxdur”. 

      Lakin  kədər  və  paxıllığa  oxşayan  bir  hiss  onun  laqeyd  qalmasına 

mane olurdu. Bu yəqin yorğunluqdan idi. Ağırlaşmış başı kitabın üstünə 

düşür, yumşaq olsun deyə əllərini üzünün altına qoyub düşünürdü: 

      “Mən  zərərli  bir  işə  xidmət  edirəm,  aldatdığım  adamlardan  maaş 

alıram, mən namuslu adam deyiləm. Ancaq öz-özlüyümdə mən axı bir 

heçəm,  yalnız  zəruri  ictimai  bəlanın  bir  zərrəsiyəm:  bütün  qəza 

məmurları pisdirlər, ziyalı adamdırlar və müftə maaş alırlar... İki yüz il 

bundan sonra dünyaya gəlsəydim, başqa adam olardım”. 

      Saat üçü vuranda Andrey Yefimıç lampanı söndürüb yataq otağına 

getdi. Lakin o yatmaq istəmirdi. 

 

                                                    VIII 



 

      İki  il  bundan  əvvəl  zemstvo  səxavətə  gəlib,  zemstvo  xəstəxanası 

açılanadək  şəhər  xəstəxanasında  işləyən  tibbi  heyətin  gücləndirilməsi 

üçün ildə üç yüz manat buraxmağı qərara almışdı, qəza həkimi Yevgeni 

Fyodorıç  Xobotov  Andrey  Yefimıça  köməkçi  sifəti  ilə  göndərilmişdi. 

Bu, hələ otuz yaşına dolmamış, qarayanız bir gənc idi, onun boyu uca, 

almacıq  sümükləri  enli,  gözləri  xırda  idi;  yəqin  ki,  ata-babası  başqa 

millətdənmiş. Şəhərə qəpiksiz gəlmişdi, yanında balaca bir çamadan və 




Yüklə 452,2 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə