№-li palata I



Yüklə 452,2 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix26.03.2018
ölçüsü452,2 Kb.
#34621
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

gənc,  lakin  kifir  bir  qadın  vardı,  öz  dediyinə  görə,  bu  onun  aşpazı  idi. 

Qadının südəmər bir uşağı vardı. Yevgeni Fyodorıç günlüklü şapka və 

uzunboğaz  çəkmə  geyirdi,  qışda  isə  yarımkürkdə  gəzirdi.  O,  çox 

çəkmədən  feldşer  Sergey  Sergeyeviçlə  və  xəzinədarla  dostlaşdı,  qalan 

məmurları  isə  nədənsə  aristokrat  adlandırır  onlardan  çəkinirdi. 

Mənzilində vur-tut bir kitabı vardı. “Vyana klinikasının 1881-ci il üçün 

ən yeni reseptləri”. O, xəstələrin yanına gələrkən həmişə bu kitabı özü 

ilə  götürərdi.  Axşamlar  klubda  bilyard  oynardı,  kart  oyununu  isə  heç 

sevməzdi.  Danışarkən:  ganitel,  sirkəli  mantifoliya,  indi  isə  basacaq 

gopa və sair bu kimi sözləri həvəslə işlədərdi. 

      Xəstəxanaya  həftədə  iki  dəfə  gələr,  palataları  gəzər  və  xəstələri 

qəbul edərdi. Antiseptikanın yoxluğu və həcəmət bankları onun xoşuna 

gəlməzdi,  lakin  Andrey  Yefimıçı  haramzadə  bir  adam  sayırdı,  onun 

böyük  məbləğ  sahibi  olduğunu  güman  edir  və  ona  həzəd  aparırdı. 

Mümkün olsaydı Andrey Yefimıçın yerini məmnuniyyətlə tutardı. 

 

                                                    IX 



 

      Bahar gecələrindən birində, martın axırlarında, qar tamam əriyərkən, 

doktor öz dostu poçt müdirini qapıyadək ötürmək üçün həyətə çıxmışdı. 

Bu dəmdə sədəqə  yığmaqdan qayıdan cuhud Moyseyko həyətə girirdi. 

Onun başı açıqdı, yalın ayaqlarına dayaz qaloş geymişdi, əlində balaca 

bir sədəqə torbası vardı. 

      O, soyuqdan əsə-əsə təbəssümlə doktora müraciət etdi: 

      - Bir qəpik ver! 

      Rədd  etməyi  bacarmayan  Andrey  Yefimıç  ona  bir  dənə  ikişahılıq 

verdi.  Doktor  onun  qırmızı,  arıq  topuqlu  yalın  ayaqlarına  baxıb 

fikirləşdi: 

      “Belə də iş olar? Bu soyuqda ayaqyalın necə davam gətirir?”. 

      Doktor həm yazığı gəlməyə, həm də iyrənməyə oxşayan bir hisslə, 

gah  yəhudinin  daz  başına,  gah  qırmızı  topuqlarına  baxaraq,  onun 

ardınca  fligelə  getdi.  İçəri  girərkən  Nikita  cır-cındır  üstündən  qalxıb 

gərnəşməyə başladı. 

      Andrey Yefimıç yumşaq bir tərzdə dedi: 

      -Xoş  gördük,  Nikita.  Bu  yəhudiyə  bir  cüt  çəkmə  düzəltsəydik,  pis 

olmazdı, yoxsa soyuqlayacaqdır. 

      - Baş üstə, zati-aliləri! Buyurduğunuzu nəzarətçiyə çatdıraram. 

      - Zəhmət olmasa! Mənim dilimdən xahiş edərsən. De ki, doktor özü 

təvəqqe elədi. 




      Dəhlizin  palataya  olan  qapısı  açıldı.  İvan  Dmitriç  çarpayıda 

uzanmışdı. O, özgə adamın səsini eşidib dirsəkləndi. Dinləməyə başladı 

və  danışan  adamın  doktor  olduğunu  anladı.  Qəzəbindən  bütün  vücudu 

titrədi, acıqlı üzü qızarmış, gözləri hədəqədən çıxmış bir halda yerindən 

sıçrayıb, palatanın ortasına yüyürdü. 

      -  Doktor  gəldi!  –  deyə  bağırdı  və  qəhqəhə  çəkdi.  –  Axır  ki,  gəlib 

çıxdı! Ağalar, təbrik edirəm, doktor sizi yad eləyib! Alçaq hərif! – deyə 

lap özündən çıxmış bir halda çığırdı, palatada bu vaxta qədər onda belə 

hal görməmişdilər, o, qəzəblə ayağını yerə döydü. – Bu əclafı öldürmək 

də azdır! Ayaqyoluna salıb boğulmalıdır! 

      Bu  sözləri  eşidən  Andrey  Yefimıç  dəhlizdən  palataya  baxdı  və 

yumşaq bir əda ilə dedi: 

      - Nə üçün? 

      İvan Dmitriç hədəliyici bir görkəmlə ona yanaşdı və rəşə ilə xalata 

bürünərək: 

      -  Nə  üçün?  Onun  üçün  ki,  oğrusan!  –  dedi  və  tüpürmək  istəyirmiş 

kimi dodaqlarını nifrətlə büzdü. – Şarlatan! Cəllad! 

      Andrey Yefimıç taqsırını duyan bir adam kimi gülümsəyərək dedi: 

      -  Sakit  olun!  İnandırıram  sizi  ki,  mən  ömrümdə  bir  dəfə  də  olsun 

oğurluq eləməmişəm, qalan şeylərə gəldikdə siz çox mübaliğə edirsiniz. 

Mənim əlimdən acıqlı olduğunuzu görürəm. Xahiş edirəm, sakit olun və 

soyuqqanlıqla deyin: niyə mənim əlimdən acıqlısınız? 

      - Məni niyə burada saxlayırsınız? 

      - Xəstə olduğunuz üçün. 

      -  Hə,  xəstəyəm.  Amma  onlarla,  yüzlərlə  dəli  azad  gəzib  dolaşır, 

çünki  siz  nadan  olduğunuz  üçün  onları  sağlam  adamlardan  ayırd  edə 

bilmirsiniz. Nə üçün mən və bu yazıqlar hamının əvəzində bir günahkar 

kimi  burada  qalmalıyıq?  Nə  üçün  siz,  feldşer,  nəzarətçi  və  sizin  kimi 

xəstəxana  rəzilləri,  əxlaqca  bizdən  qat-qat  aşağı  olduğunuz  halda, 

özünüz burda yatmayıb, bizi yatırdırsınız? Bəs məntiq hanı? 

      -  Əxlaqın  və  məntiqin  buraya  dəxli  yoxdur.  Hər  şey  təsadüfdən 

asılıdır. Kimi tutub buraya salıblarsa, o burada qalır, kimi salmayıblarsa, 

özü üçün gəzir, vəssalam. Mənim doktor, sənin isə ruhi xəstə olmağında 

nə bir əxlaq var, nə də bir məntiq, bu yalnız boş bir təsadüfdür. 

      - İvan Dmitriç boğuq bir səslə: 

      -  Mənim  bu  cəfəngiyatdan  başım  çıxmır...  –  deyib  öz  çarpayısına 

əyləşdi. 

      Nikita  doktorun  hüzurunda  Moyseykanın  ciblərini  axtarmaqdan 

utandı;  Moyseyko  yığmış  olduğu  çörək  qırıqlarını,  kağız  və  sür-



sümükləri  yatağı  üzərinə  qoydu.  O,  soyuqdan  hələ  də  titrəyə-titrəyə 

yəhudi dilində nə isə avazla danışmağa başladı.Yəqin təsəvvür edirdi ki, 

özünə bir dükan açıbdır. 

      İvan Dmitriç titrək bir səslə: 

      - Məni buraxın! – dedi. 

      - Buraxa bilmərəm. 

      - Axı nə üçün? Nə səbəbə? 

      -  Ona  görə  ki,  buna  mənim  ixtiyarım  yoxdur.  Özünüz  fikirləşin, 

mən sizi buraxsam, bundan sizə nə fayda? Gedin. Şəhər əhli və ya polis 

sizi tutub yenə buraya salacaq. 

      İvan Dmitriç: 

      - Hə, hə, düzdür... – dedi və alnının tərini sildi. 

      - Bu dəhşətdir. Bəs mən başıma nə kül töküm? Nə çarə qılım? 

      İvan  Dmitriçin  səsi  və  onun  xoş  ifadəli  gənc  siması  Andrey 

Yefimıçın  xoşuna  gəldi.  O,  bu  cavan  oğlanı  oxşamaq  və  sakit  etmək 

istədi. Onun yanında çarpayıya oturdu, bir qədərdüşünüb dedi: 

      -  Siz  soruşursunuz  ki,  başıma  nə  çarə  qılım?  Sizin  indiki 

vəziyyətinizdən  yaxşı  çarə  -  buradan  qaçmaqdır.  Lakin  təəssüf  ki, 

bundan  bir  fayda  çıxmaz.  Sizi  tutacaqlar.  Cəmiyyət  özünü  canilərdən, 

ruhi xəstələrdən və ümumiyyətlə, yaramaz adamlardan qoruduqda, ona 

batmaq  olmaz.  İndi  bircə  çarəniz  var,  siz  bu  qənaətə  gəlməlisiniz  ki, 

burada qalmağınız vacibdir. 

      - Mənim burada qalmağım kimə lazımdır?! 

      -  Madam  ki,  həbsxanalar  və  dəlixanalar  var,  demək,  bunlarda  bir 

adam  yatmalıdır,  eləmi?  Siz  düşməsəniz,  mən  düşəcəyəm,  mən 

düşməsəm,  bir  başqası  düşəcək.  Səbr  eləyin,  bir  vaxt  gələcək  ki, 

həbsxana və dəlixanalar olmayacaq, o zaman nə pəncərələrdə barmqlıq 

olacaq, nə də dəlilərə geyindirilən xalatlar. Əlbəttə, belə bir zaman gec-

tez gəlib çatacaqdır. 

      İvan Dmitriç istehza ilə gülümsədi və gözlərini süzərək dedi: 

      -  Siz  zarafat  edirsiniz.  Siz  və  sizin  köməkçiniz  Nikita  kimi  ağalar 

gələcəyin  fikrini  çəkmirsiniz,  lakin,  möhtərəm  cənab,  əmin  ola 

bilərsiniz ki, gözəl vaxtlar gəlib çatacaqdır. Qoy  mənim  sözlərim sizin 

xoşunuza gəlməsin, bu sözlərə gülün, lakin yeni həyat şəfəqi parlayacaq, 

həqiqət qalib gələcək və bizim küçədə də bayram olacaqdır! Mən bunu 

görə  bilməyəcəm,  ölüb  gedəcəyəm,  ancaq  kimin  isə  nəvəsi,  nəticəsi  o 

günü  öz  gözləri  ilə  görəcək.  Onları  səmimi  qəlbdən  təbrik  edirəm  və 

xoşbəxtliklərinə sevinirəm! Allah köməyiniz olsun, dostlarım! 




Yüklə 452,2 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə