“ Materiallar müqaviməti “ fənnindən imtahan testləri



Yüklə 170,2 Kb.
səhifə1/3
tarix05.02.2018
ölçüsü170,2 Kb.
#25121
  1   2   3

1. Materiallar müqaviməti konstruksiya elementlərinin, qurğu və maşın hissələrinin ... bəhs edən elimdir.

A) möhkəmliyindən, sərtliyindən və dayanıqlığından

B) sərtliyindən, möhkəmliyindən və iş şəraitindən

C) dayanıqlığından, dözümlyündən və möhkəmliyindən

D) möhkəmliyindən, dayanıqlığından və istismar şəraitindən

E) istismar şəraitindən və ona təsir edən yüklərdən



2. Bərk cismin dağılmadan xarici yüklərə müqavimət göstərmə qabiliyyəti (dağılmaya müqavimət qabiliyyəti) ... adlanır

A) möhkəmlik

B) sərtlik

C) dayanıqlıq

D) dözümlülük

E) möhkəmlik, sərtlik



3. Bərk cismin forma və ölçülərini dəyişərək müqavimət göstərmə qabiliyyəti (deformasiyaya müqavimət qabiliyyəti) ........... adlanır

A) sərtlik

B) dözümlülük

C) dayanıqlıq

D) möhkəmlik

E) dözümlülük, möhkəmlik



4. Bərk cismin (konstruksiyanın) xarici təsirlərə qarşı öz ilkin halını(hərəkət və ya müvazinətini) saxlamaq qabiliyyəti ............ adlanır

A) dayanıqlıq

B) dözümlülük

C) sərtlik

D) möhkəmlik

E) dayanıqlıq, sərtlik



5. Materiallar müqavimətinin əsas məqsədi ............ yaratmaqdan, onların yardımı ilə konstruksiya elementlərinin tələb olunan ölçülərini , materialını seçməkdən və konstruksiya materiallarının xarici təsirlərə müqavimətini qiymətləndirilməkdən ibarətdir

A) konstruksiya elementlərinin möhkəmliyə, sərtliyə və dayanıqlığa hesablanması üsullarını

B) uçan aparatların möhkəmlik, etibarlıq modelini

C) prizmatik qabıqların hesabatının əsas prinsiplərini

D) sənaye qurğularının hesabat üsullarını

E) uçan aparatların möhkəmlik, etibarlıq modelini, sənaye qurğularının hesabat üsullarını



6. Elastiki bir cisimə kiçik sahə vasitəsilə təsir edən yayılmış yükü , həmin sahənin daxilində ona statik ekvivalent olan topa bir yüklə əvəz etdikdə bu sahədən kafi qədər dərin qatlardakı nöqtələrdə gərginlik və deformasiyalar demək olarkı dəyişməz qalır.Bu ... prinsipi adlanır.

A) Sen-Venan

B) Bernuli

C) Dalamber

D) minimum iş

E) qüvvələr təsirinin toplanmasının müstəqilliyi



7. Cismi təşkil edən hissəciklər arasında boşluqlar yoxdur, yəni cisim öz həcmini boşluqsuz doldurur.Bu ... fərziyyəsi adlanır.

A) materialın bütöv olması

B) materialın izotrop olması

C) materialın anizotrop olması

D) Bernuli

E) deformasiyaların kiçik olması



8. Müstəvi kəsiklər fərziyyəsinin məğzi nədən ibarətdir ?

A) deformasiyaya qədər müstəvi olan en kəsik, deformasiyadan sonra da öz müstəviliyində qalır

B) brusun qüvvə tətbiq olunana qədərki müstəvi en kəsiyi qüvvə təsirindən sonra öz müstəvili-yini itirir

C) cismə təsir edən hər hansı qüvvələr sisteminin təsiri bu qüvvələrin ayri- ayriliqdakı təsirlərinin cəminə bərabərdir

D) qurğunun materialının hər bir nöqtəsindəki deformasiya həmin nöqtədəki gərginliklərlə düz mütənasibdir

E) qurğunun materialı izotropdur, yəni onun bütün istiqamətlərdəki xususiyyətləri eynidir



9. Bir ölçüsü (uzunluğu) digər iki ölçüsnə nisbətən çox böyük olan cisimlər ... adlanır.

A) brus

B) tava

C) lövhə

D) massiv

E) qabıq



10. Bir ölçüsü (qalınlığı) digər iki ölçüsünə nisbətən çox kiçik olan və iki müstəvi səthlə hüdüdlanan cisimlər ... adlanır.

A) lövhə

B) brus

C) massiv

D) qabıq

E) tir


11. Yalnız bir daxili qüvvənin iştirakı ilə yaranan deformasiya ... adlanır.

A) sadə deformasiya

B) burulma

C) əyilmə

D) mürəkkəb müqavimət

E) çəp əyilmə



12. Cismin deformasiyası prosesində onun nöktəsinin bir vəziyyətdən, ona sonsuz yaxın olan diğər vəziyyət alması nəticəsində aldığı yerdəyişmə ... adlanır

A) xətti yerdəyişmə

B) bucaq yerdəyişməsi

C) deformasiya

D) deformasiya vəziyyəti

E) sürüşmə



13. sahəsində təsir edən daxili qüvvələrin əvəzləyicisinin sahəsinə olan nisbətinin, ∆A sıfra yaxınlaşdıqdakı limiti ( ) ... vektorunun qiymətini göstərir

A) tam gərginliyin

B) normal gərginliyin

C) toxunan gərginliyin

D) orta gərginliyin

E) yerdəyişmə



14. Verilən sahədə tam gərginliyin vektoru (sahənin normalı və bu sahə müstəvisindəki) toplananlarına ayrılır.Bu toplananlar ... adlanır

A) normal və toxunan gərginlik

B) gərginlik tenzoru

C) nöktədə gərginlikli vəziyyət

D) daxili qüvvə amilləri

E) normal və toxunan qüvvə



15. Cismin araşdırılan kəsiyindəki tam gərginlik vektorunun bu kəsik müstəvisinin normalı üzərindəki proyeksiyası ... adlanır

A) σ normal gərginlik

B) τ toxunan gərginlik

C) gərginlikli hal

D) normal qüvvə

E) toxunan qüvvə



16. Xarici qüvvənin təsirindən ən ümumi halda cismin en kəsiyində neçə daxili qüvvə amili yaranır ?

A) 6


B) 4

C) 5


D) 2

E) 1


17. Cismin baxilan kəsiyində burucu moment və normal qüvvə hansi düsturlarla təyin olunur ?

A) = , =

B) =, =

C) =, =

D) = , =

E) = , =



18. Cismin araşdırılan kəsiyindəki tam gərginlik vektorunun bu kəsik müstəvisi üzərindəki proyeksiyası ... adlanır

A) τ toxunan gərginlik

B) σ normal gərginlik

C) normal qüvvə

D) gərginlikli hal

E) toxunan qüvvə



19. əyici momentləri brusun baxılan kəsiyində hansı düsturlarla təyin olunur ?

A) =- =

B) =, =

C) =- =

D) =-, =

E) =, =



20. Möhkəmliyə hesablama dedikdə nə başa düşülür?

A) konstruksiya elementinin dağılmadan müəyyən yükə davam gətirməsinin təmin olunması

B) konstruksiya elementinin dayanıqlığını itirmədən müəyyən yükə davam gətirməsinin təmin olunması

C) konstruksiya elementinin dağılaraq müəyyən yükə müqavimət göstərməsi

D) müəyyən yüklərə qarşı konstruksiya elementinin sərtliyinin təmin olunması

E) müəyyən yüklərə qarşı konstruksiya elementinin dözümlüyünün təmin olunması



21. kəsici qüvvələricismin baxilan kəsiyində hansı ifadələrlə təyin olunur ?

A) =, =

B) =, =

C) =, =

D) =, =

E) =, =



22. Sərtliyə hesablama dedikdə nə başa düşülür?

A) konstruksiya elementinin en kəsiklərində yaranan deformasiyaların ən böyük qiymətlərinin nəzərdə tutulan deformasiyalardan kənara çıxmamasının təmin olunması

B) konstruksiya elementinin en kəsiklərində yaranan deformasiyaların ən böyük qiymətlərinin nəzərdə tutulan deformasiyalardan böyük olmasının təmin olunması

C) konstruksiya elementinin en kəsiklərində yaranan deformasiyaların çox böyük olmamasının

təmin olunması

D) konstruksiya elementinin sətrliyinin təmin olunması

E) konstruksiya elementinin sətrliyinin təmin olunmaması

23. Dayanıqlığa hesablama dedikdə nə başa düşülür?

A) konstruksiya elementinin istismarı zamanı onun ilkin elastiki müvazinət formasının saxlanılmasının təmin olunması

B) konstruksiya elementinin istismarı zamanı onun ilkin elastiki müvazinət formasının saxlanılmamasının təmin olunması

C) konstruksiya elementinin istismarı zamanı düz xətli müvazinət formasının itirilməsi

D) konstruksiya elementinin istismarı zamanı düz xətli müvazinət formasının əyrixətli müvazinət forması ilə əvəz olunması

E) konstruksiya elementinin dağılmadan müəyyən yükə davam gətirməsinin təmin olunması



24. Hesablama sxemi nəyə deyilir?

A) II dərəcəli amillərin təsirini nəzərdən atmaqla əldə olunan hesablama obyektinin sadələşdirilmiş sxeminə

B) II dərəcəli amillərin təsirini də nəzərə almaqla hesablama obyektinə

C) hesablama obyektinə

D) qurğunun qəbul olunmuş sxeminə

E) qurğunun deformasiya olunmuş sxeminə



25. Materiallar müqavimətində öyrənilən cisimlər hansı qruplara ayrılır?

A) brus, lövhə və massiv

B) ferma, çərçivə və tağ

C) brus, ferma, çərçivə və tağ

D) brus, lövhə, üç oynaqlı tağlar və fermalar

E) lövhə, üç oynaqlı tağlar



26. ... qüvvələr səth qüvvələri adlanır?

A) təsiri cismə səth vasitəsilə verilən

B) təsiri cismə həcm vasitəsilə verilən

C) təsiri cismə səth və həcm vasitəsilə verilən

D) təsiri cismə ani toxunma ilə verilən

E) təsiri cismə nöqtə vasitəsilə verilən



27. ... qüvvələr həcmi qüvvələr adlanır?

A) cismin həcmi üzrə bütün hissəciklərinə təsir edən

B) təsiri cismə səth vasitəsilə verilən

C) təsiri cismə səth və həcm vasitəsilə verilən

D) təsiri cismə ani toxunma ilə verilən

E) təsiri cismə nöqtə vasitəsilə verilən



28. Həcmi qüvvələrə misal göstərin?

A) ağırlıq, ətalət və maqnit qüvvələri

B) uzun müddətli yüklər, ətalət və maqnit qüvvələri

C) qısa müddətli yüklər, ağırlıq, ətalət və maqnit qüvvələri

D) zərbə yükləri, ətalət və maqnit qüvvələri

E) intensivliyi dəyişkən, ətalət və maqnit qüvvələri



29. Hansı yüklərə daimi yüklər deyilir?

A) konstruksiyanın bütün istismar müddətində təsir edən yüklərə

B) konstruksiyanın müəyyən istismar müddətində təsir edən yüklərə

C) konstruksiyanın bütün istismar müddətində təsir edən periodik dəyişən yüklərə

D) konstruksiyanın istismar müddətində təsir edən dinamiki yüklərə

E) konstruksiyanın istismar müddətində təsir edən yüklərə



30. Hansı yüklərə müvvəqəti yüklər deyilir?

A) qısa bir müddət ərzində konstruksiyaya təsir edən yüklərə

B) konstruksiyaya istismar müddətinin başında təsir edən yüklərə

C) konstruksiyanın bütün istismar müddətində təsir edən periodik dəyişən yüklərə

D) konstruksiyanın istismar müddətində təsir edən dinamiki yüklərə

E) konstruksiyanın istismar müddətində təsir edən yüklərə



31. Yüklərin qiymət və istiqaməti zamandan asılı dəyişdikdə onlara ... , ... yüklər deyilir.

A) dəyişən, əks halda sabit

B) sabit, əks halda dəyişən

C) statiki, əks halda dinamiki

D) hərəkətli, əks halda sərbəst

E) sabit, əks halda periodik dəyişən



32. Təsir xarakterindən, tətbiqi və ya dəyişmə sürətindən asılı olaraq qüvvələri ... qüvvələrə ayırmaq olar.

A) statiki və dinamikki

B) sabit və tərpənməz

C) statiki və tərpənən

D) hərəkətli və hərəkətsiz

E) sabit və periodik dəyişən



33. Başlanğıc qiymətini sıfırdan başlayaraq, son qiymətini tədricən alan yüklərə ... deyilir.

A) statiki yüklər

B) tərpənməz yüklər

C) dinamiki yüklər

D) hərəkətli yüklər

E) sabit və periodik dəyişən yüklər



34. Tətbiq nöqtəsini, qiymət və istiqamətini ani vaxt ərzində dəyişən yüklərə ... deyilir.

A) dinamiki yüklər

B) tərpənməz yüklər

C) statiki yüklər

D) təsadüfü yüklər

E) sabit və periodik dəyişən yüklər



35. Dinamiki yüklərə misal göstərin?

A) göstərilən bütün bəndlər daxil olmaqla

B) tərpənməz dövrü yüklər

C) zərbə yükləri

D) təsadüfü yüklər

E) hərəkət edən yüklər



36. Topa qüvvə nəyə deyilir?

A) təsiri cismə sonsuz kiçik sahə vasitəsilə verilən qüvvəyə

B) təsiri cismə sahə vasitəsilə verilən qüvvəyə

C) təsiri cismə müəyyən sahə vasitəsilə verilən qüvvəyə

D) təsiri cismə sonsuz böyük sahə vasitəsilə verilən qüvvəyə

E) təsiri cismə səth sahə vasitəsilə verilən qüvvəyə



37. Bircinslilik fərziyyəsi nəyi ifadə edir?

A) cismin bütün nöqtələrində eyni istiqamətlərdə xassələrinin eyni olmasını

B) cismin bütün nöqtələrində eyni istiqamətlərdə xassələrinin eyni olmamasını

C) cismin bütün nöqtələrində müxtəlif istiqamətlərdə xassələrinin müxtəlif olmasını

D) cismin müəyyən nöqtələrində eyni istiqamətlərdə xassələrinin eyni olmasını

E) cismin bütün nöqtələrində eyni istiqamətlərdə müəyyən xassələrinin eyni olmasını



38. İzotropluq fərziyyəsi nəyi ifadə edir?

A) cismin bütün nöqtələrində bütün istiqamətlərdə xassələrinin eyni olmasını

B) cismin bütün nöqtələrində eyni istiqamətlərdə xassələrinin eyni olmamasını

C) cismin bütün nöqtələrində müxtəlif istiqamətlərdə xassələrinin müxtəlif olmasını

D) cismin müəyyən nöqtələrində eyni istiqamətlərdə xassələrinin eyni olmasını

E) cismin bütün nöqtələrində eyni istiqamətlərdə müəyyən xassələrinin eyni olmasını



39. İzotrop bircinsli materiallara misal göstərin?

A) polad, mis, alümüniyum, çuqun

B) polad, mis, alümüniyum, ağac

C) ağac, mis, alümüniyum, çuqun

D) ağac, mis, alümüniyum, beton

E) polad, mis, ağac, daş, dəmir-beton



40. Bircinsli anizotrop materiala misal göstərin?

A) ağac

B) polad, mis,

C) ağac, mis, çuqun

D) ağac, mis, alümüniyum, beton

E) polad, mis, ağac, daş, dəmir-beton



41. Bütövlülük və kəsilməzlik fərziyyəsi nəyi ifadə edir?

A) cismi təşkil edən hissəciklər arasında boşluqlar yoxdur, başqa sözlə cisim öz həcmini boşluqsuz doldurur

B) cismi təşkil edən hissəciklər arasında kiçik boşluqların olmasını

C) cismi təşkil edən hissəciklər arasında çox kiçik boşluqların olmasını

D) cismi təşkil edən hissəciklər arasında böyük boşluqların olmasını

E) cismi təşkil edən hissəciklər arasında kiçik boşluqların olmasını, başqa sözlə cisim öz həcmini

diskret şəkildə müəyyən boşluqlarla doldurur


Yüklə 170,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə