“ Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və



Yüklə 20,43 Kb.
Pdf görüntüsü
tarix02.12.2017
ölçüsü20,43 Kb.
#13603


 

“ Mehmanxana və mehmanxana tipli obyektlər üçün 



sanitariya pasportunun verilməsi üçün müraciətin və 

sənədlərin qəbulu” elektron xidmətinin təlimatı 

 

Bu  xidmət  vasitəsilə  mehmanxana  və  mehmanxana  tipli  obyektlər  üçün  sanitariya 

pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu mümkündür. 

Xidmətdən  istifadə  etmək  üçün  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin 



sehiyye.gov.az 

saytına,  Səhiyyənin  İnformasiyalaşdırılması  Mərkəzinin 



e-sehiyye.gov.az

  rəsmi 


saytına  və  yaxud  Elektron  hökümət  portalına 

e-gov.az 

daxil  ola  bilərsiz.  Daha  sonra  Səhiyyə 

Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “ Mehmanxana və mehmanxana tipli obyektlər 

üçün  sanitariya  pasportunun  verilməsi  üçün  müraciətin  və  sənədlərin  qəbulu”  elektron  xidməti 

seçmək lazımdır.  

Açılan səhifədə şəxsiyyət vəsiqənizin seriya nömrəsini və pin kodunu daxil etməlisiz. 

(Şəkil 1) 

 

Şəkil 1 

 

Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərənin “Ərizələrim” bölməsində  



sistem istifadəçinin göndərmiş olduğu  ərizələrin siyahasını verir.(Şəkil 2) 


 

 



Şəkil 2 

 

Müraciət edənin hüquqi və ya fiziki şəxs olduğunu qeyd etməlisiz. (Şəkil 3) 



 

Şəkil 3 

 

Əgər müraciət edən hüquqi şəxsdirsə o zaman aşağıda göstərilən xanaları daxil etməlisiz: 



(şəkil 4) 

 



Müəssisə rəhbərinin adı 

 



Müəssisə rəhbərinin soyadı 

 



Müəssisə rəhbərinin atasının adı 

 



Hüquqi şəxsin adı 

 



Təşkilatı hüquqi forması 


 



 

Hesablaşma-hesabının olduğu bank 

 

Hesablaşma-hesabının nömrəsi 



 

 

Şəkil 4 

 

Şəxsi məlumatlarda istifadəçi aşağıdakı məlumatları daxil etməlidir: (şəkil 5) 



 

Yaşayış ünvanı 



 

Fəaliyyət ünvanı 



 

Telefon nömrələri 



 

Digər əlaqə vasitələri 



 

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi 



 

Şəkil 5 

Qeyd: 

*

 işarəli xanaları daxil etmək mütləqdir. 


 

 

Ən sonda ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir  

1.

 



Ərizədə qeyd olunan obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, 

istifadə və s. əsasları) təsdiq edən sənədin elektron formada surəti 

2.

 

Mehmanxana  və  mehmanxana  tipli  obyektlərdə  həşəratlara  və  gəmiricilərə  qarşı 



dezinfeksiya və deratizasiya tədbirlərinin aparılması üçün müvafiq müəsissə və təşkilat ilə 

bağlanmış müqavilənin notarial qaydada təsdiq olunmaqla elektron formada surəti 

3.

 

Məişət  tullantılarının  daşınması  barədə  müvafiq  müəssisə  və  ya  təşkilatlarla  bağlanmış 



müqavilənin notarial qaydada təsdiq olunmaqla elektron formada surəti  

Lazimi sənədlərin elektron surətini əlavə etdikdən sonra “Yadda saxla və Təsdiq et” 

düyməsini vurmaqla ərizəni göndərə bilərsiz. (Şəkil 6) 

 

Şəkil 6 

 

 

Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən 



müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir. 

 

 



 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycan Respublikası, Bakı şəhəri, 

AZ 1022 akad. M.Mirqasımov küç. 1A 

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi 

Tel: (+99412) 596 80 44, (+99412) 431 38 2 



www.e-sehiyye.gov.az

 

Yüklə 20,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə