" Meqa Sığorta " asc səfər Sığortası



Yüklə 191,74 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix21.06.2018
ölçüsü191,74 Kb.
#50496
1   2   3   4   5   6   7

 

“ Meqa Sığorta “ ASC                                                                                                                                                                              Səfər Sığortası 

 

 



 

9.1.Tibbi yardımın kəskin ağrı və  ya Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olduğu 

hallar  istisna  olmaqla,  müalicəsi  həyata  keçirilib-keçirilməməsindən  asılı  olmayaraq  sığorta 

müqaviləsi bağlanan tarixə qədər məlum olan xəstəliklərin müalicəsi ilə bağlı xərclər; 

9.2.Sığortanın baĢlanmasından əvvəl Sığorta olunan tərəfindən alınan müalicə ilə bağlı, həmçinin 

Sığorta olunanın səhhətinə görə səfər etməyə  əks göstəriĢlər olduğu hallarda baĢ verən Sığorta 

olunanın səhhətinin pisləĢməsi və ya ölümü ilə baglı yaranan xərclər; 

9.3. Qıcolma vəziyyətlərinin, sinir və psixi xəstəliklərin aradan qaldırılması və müalicə xərcləri

9.4. Onkoloji xəstəliklərdən müalicə xərcləri

9.5. Sığorta  olunanın  həyatının  xilas  edilməsi  ilə  bağlı  olan  vəziyyətlərdə  həyata  keçirilən 

təxirəsalınmaz  tədbirlər  istisna  olmaqla,  xroniki  xəstəliklərdən  müalicə  xərcləri;  Həyatın  xilas 

edilməsi  ilə  bağlı  hallarda  keçirilən  təxirəsalınmaz  tədbirlərə  görə  xərclər  sığorta  məbləğinin 

20%-i  ilə  məhdudlaĢmalı,  lakin  6  000  ABġ  dollarından/Avrodan  (müqavilənin  valyutasından 

asılı olaraq) artıq olmamalıdır. 

9.6. Qəfil xəstəlik və ya bədbəxt hadisə ilə bağlı olmayan hallarda Sığorta olunanın aldığı tibbi 

xidmətlərə çəkilən xərclər; profilaktik tədbirlərə və ümumi tibbi baxıĢlara çəkilən xərclər; 

9.7. QĠÇS yoluxmasından və həmçinin onun nəticəsi olan xəstəliklərdən müalicə xərcləri; 

9.8. Tibbi  yardımın  həyati  amillərlə  bağlı  olduğu  hallar  istisna  olmaqla,  hamiləlik  müddətində 

məsləhətlər  və  müayinələr,  hamiləlik  dövründən  asılı  olmayaraq  hamiləliyin  kəskinləĢməsi  ilə 

əlaqədar  məsləhətlər,  müayinələr  və  müalicə  ilə  bağlı  xərclər  və  həmçinin  doğuĢ  və  uĢağa 

doğuĢdan sonrakı qayğı xərcləri; 

9.9. Əməliyyatın Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olduğu hallar istisna olmaqla, 

abortlara çəkilən xərclər; 

9.10. Əksər hallarda cinsi yolla yoluxan və həmçinin onların nəticəsi olan xəstəliklərdən müalicə 

xərcləri; 

9.11. Plastik  və  bərpaedici  cərrahiyə,  göz  və  diĢ  protezləri  də  daxil  olmaqla,  hər  növ  protez 

qoyma xərcləri; 

9.12. DiĢin  və  diĢətrafı  toxumaların  kəskin  iltihabı  və  həmçinin  bədbəxt  hadisə  nəticəsində  diĢ 

zədələndikdə  baxıĢ,  müalicə  və  tibbi  preparatlara  çəkilən  xərclər  istisna  olmaqla,  stomatoloji 

yardım göstərilməsinə çəkilən xərclər; 

9.13. Tibbi  nöqteyi-nəzərdən  zəruri  olmayan  xidmətlərin  göstərilməsi  və  ya  həkim  tərəfindən 

təyin edilməyən müalicə ilə əlaqədar xərclər

9.14. Sığorta  olunanın  sığorta  hadisəsi  ilə  əlaqədar  müraciətinə  əsasən  aldığı  həkim 

göstəriĢlərinin  yerinə  yetirilməsindən  könüllü  surətdə  imtina  edilməsi  nəticəsində  ortaya  çıxan 

xərclər; 

9.15. Qeyri-ənənəvi müalicə metodlarına çəkilən xərclər; 

9.16. Sığorta olunanın qohumları tərəfindən müalicə və qulluq olunmasına dair xərclər; 

9.17. Müvafiq lisenziyası olmayan tibb müəssisəsi və ya tibbi fəaliyyət həyata keçirmək hüququ 

olmayan Ģəxs tərəfindən göstərilən xidmətlərlə əlaqədar xərclər

9.18. Bərpaedici müalicə və fizioterapiya xərcləri; 

9.19. Ġstirahət mərkəzlərində, sanatoriyalarda, pansionatlarda, istirahət evlərində və digər bu kimi 

müəssisələrdə müalicə kursu almaqla əlaqədar xərclər; 

9.20. Bədbəxt hadisə və ya qəfil xəstəliklə bağlı olmayan dezinfeksiya, profilaktik vaksinasiya, 

həkim ekspertizası, laboratoriya və diaqnostika müayinələrinin keçirilməsi ilə əlaqədar xərclər; 




 

“ Meqa Sığorta “ ASC                                                                                                                                                                              Səfər Sığortası 

 

 



 

9.21. Əlavə  rahatlıq,  yəni: 



<<

lüks


>>

tipli  palata,  televizor,  telefon,  kondisioner,  nəmləndirici, 

bərbər, masajçı, kosmetoloq, tərcüməçi və sair xidmətlərin göstərilməsi ilə əlaqədar xərclər; 

9.22. Sığorta olunan daimi yaĢadığı ölkəyə qayıtdıqdan sonra çəkilən xərclər; 

9.23.Müəyyən edilmiĢ sığorta məbləğini aĢan xərclər; 

9.24.Servis  mərkəzi  tərəfindən  sanksiyası  verilməmiĢ  stasionar  müalicə,  tibbi  daĢınma, 

ölümündən sonrakı repatriasiya xərcləri; 

9.25. Əgər  sığorta  müqaviləsində  Ģərtsiz  azadolma  məbləği  nəzərdə  tutulubsa  o,  hər  sığorta 

hadisəsi üzrə xərclər ödənildikdə tətbiq olunur. 

 

Maddə 10. Sığorta məbləği, sığorta haqqı 

 

10.1. Sığorta müqaviləsində tərəflərin razılığı ilə Sığortaçı tərəfindən ödənilən xərclərin hər bir 



növü  (tibbi,  daĢınma,  tibbi  daĢınma,  ölümdən  sonrakı  repatriasiya  xərcləri)  üçün  təyin  edilən 

sığorta  məbləği  dedikdə  Sığortaçının  ödədiyi  tibbi  və  tibbi  daĢınma  xərclərinin  və  həmçinin 

daĢınma və ölümdən sonrakı repatriasiya xərclərinin son həddi olan pul məbləği baĢa düĢülür; 

10.2.  Sığorta  haqqı  sığorta  müqaviləsinə  müvafiq  olaraq  Sığortaçıya  (onun  brokerinə  və  ya 

agentinə) Sığortalı tərəfindən ödənilməli olan məbləğdir. 

10.3.  Sığorta  haqqı  Sığortaçının  tariflərinə  müvafiq  olaraq  müəyyən  edilir  və  onun  məbləği 

sığorta  müqaviləsində  göstərilir.  Əgər  Sığortaçı  yüksək  təhlükə  ilə  bağlı,  o  cümlədən  6.1.6-

6.1.12  bəndlərində  göstərilən  fəaliyyətlə  məĢğul  olan  və  həmçinin  60  yaĢı  ötmüĢ  Ģəxsləri 

sığortalamaq barədə qərar qəbul edərsə, sığorta haqqına artırıcı əmsallar tətbiq edilə bilər. 

10.4.  sığortalı  bütün  sığorta  müddəti  üçün  sığorta  haqqını  birdəfəlik  ödəyir.  Sığorta 

müqaviləsində sığorta haqqının nisyə ödənilməsi  nəzərdə tutula bilər. ÖdəniĢ  köçürmə  yolu  və 

ya nağd qaydada həyata keçirilə bilər. 

 

Maddə 11. Sığorta müqaviləsinin fəaliyyəti 

 

11.1. Əgər sığorta müqaviləsində digər hallar nəzərdə tutulmayıbsa, sığorta müqaviləsi  Sığorta 



olunanın  Azərbaycan  Respublikası  sərhədlərindən  kənarda  olduğu  bir  ildən  artıq  olmayan 

müddətdə bağlanır. Əgər sığorta müqaviləsində digər hal nəzərdə tutulmayıbsa, Sığorta olunanın 

çoxsaylı səfərləri nəzərdə tutulan, bir il  müddətinə bağlanan sığorta müqaviləsində təminat  hər 

səfərin birinci 90 gününü əhatə edir.  

11.2. Sığorta olunanın daimi yaĢayıĢ yeri və (və ya) vətəndaĢı olduğu ölkənin ərazisində sığorta 

müqaviləsi qüvvədə olmur. VətəndaĢın daimi və ya ən çox yaĢadığı yer onun  yaĢayıĢ yeri kimi 

tanınır. 

11.3.  Əgər  sığorta  müqaviləsində  digər  hallar  nəzərdə  tutulmayıbsa,  sığorta  təminatı  sığorta 

Ģəhadətnaməsində  (və  eyniləĢdirmə  kartında)  göstərilən  sığortanın  baĢlanma  gününün  24.00 

saatından,  lakin  yalnız  Sığorta  olunan  ərazisini  tərk  etdiyi  ölkənin  sərhəddini  keçdikdən 

(pasportda  sərhəd  xidməti  tərəfindən  edilən  qeyd)  və  sığortanın  bütün  müddətinə  görə  sığorta 

haqqının Sığortaçının hesabına daxil olduqdan sonra qüvvəyə minir. 

11.4. Əgər sığorta müqaviləsinin qüvvəsinin bitməsi anınadək Sığorta olunanın sığorta hadisəsi 

nəticəsindəqospitalizasiya edilməsi ilə əlaqədar olaraq onun xaricdən qayıtması mümkün deyilsə 

və bu müvafiq tibbi rəylə təsdiqlənirsə, Sığortaçı bu Qaydaların 8-ci bəndində nəzərdə tutulmuĢ  



Yüklə 191,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə