” mövzusunda magistr dissertasiyasi ixtisasın şifri və adı 060401 “Dünya İqtisadiyyatı”



Yüklə 0,67 Mb.
səhifə6/8
tarix04.02.2018
ölçüsü0,67 Mb.
#23646
1   2   3   4   5   6   7   8



SAC krediti-II

48.40

13.03.2002

01.01.2037



0.75

10

48.4

0.0




48.40

Cəmi: min. SDR

165.30










158.50

6.80




158.50

Cəmi: min ABŞ $

244.64










234.58

10.06




234.58


İqtisadiyyatın sahələri və digər sektorlar

Azərbaycan hökumətinə verilən və icraçıya ötürülən kreditlər

Neft sektoruna texniki yardım

7,10

23.05.1995

15.12.2030



0,75

10

7.10

0,0




7,10

Böyük Bankın su təchizatı layihəsi

38,80

06.07.1995

01.05.2030



0,75

10

38,80

0,0




38,80

Böyük Bankın su təchizatı layihəsi-II

10,3

30.06.2003

01.05.2037



0,75

10

0,30

10,0




0,30

Qaz sisteminin reabilitasiya layihəsi

13,90

02.10.1996

01.07.2031



0,75

10

12,80

1,10




12,80

Kt-nın özəlləşdirilməsi layihəsi

10,20

24.02.1997

01.10.2031



0,75

10

10,10

0,10




10,10

Kt-nın inkişafı və kreditləşdirilməsi

22,20

04.10.1999

15.04.2034



0,75

10

10,50

10,50




10,50

Bilavasitə Azərbaycan hökümətinə verilən kreditlər

Təxirə salınmaz

Ekoloji Tədbirlər

layihəsi


14.90

07.08.1998

15.03.2033



0,75

10

9.20

5.70




5.70

Ərazilərin bərpa

edilməsi üzrə pilot

layihəsi - I


14.90

07.08.1998

15.03.2033



0,75

10

9.20

5.70




5.70

Ərazilərin bərpa

edilməsi üzrə pilot

layihəsi - II


7.40

14.10.1999

15.03.2033



0,75

10

5.20

2.20




2.20

Mədəni irsin

qorunması layihəsi



5.60

31.05.1999

01.02.2034



0,75

10

3.20

2.40




2.40

Təhsil islahatları layihəsi - I

3.70

29.06.1999

15.01.2034



0,75

10

3.50

0.20




0.20

Suvarma – drenaj sisteminin bərpası

31.70

24.08.2000

15.01.2035



0,75

10

9.90

21.80




21.80

Səhiyyə islahatları layihəsi

4.0

26.07.2001

15.01.2035.



0,75

10

2.10

1.90




2.10

TRASECA

yolunun bərpasi layihəsi



31.50

25.07.2001

01.06.2036



0,75

10

2.0

29.50




2.0

Maliyyə sektoruna texniki yarım

4.30

06.01.2001

01.03.2036



0,75

10

1.50

2.80




1.50

Təhsil islahatları layihəsi - II

13.20

27.05.2003

15.05.2038



0,75

10

0.0

13.20




0.0



İrriqasya paylama sistemi və idarə etmənin təkmilləşdirilməsi layihəsi

25.70

24.09.2003

15.08.2038



0,75

10

0.0

25.70




0.0

Cəmi : min SDR

259.40










126.60

132.70




126.60

Cəmi : min ABŞ $

383.91










187.37

196.54




187.37

BMK İsveçrə Hökumətinin Trast Fondu ilə birlikdə 2003-cü ildə Bakıda Beynəlxalq İnvestisiya Konfransının keçirilməsini təşkil etmişdir. BMK həmçinin Hollandiya Hökumətinin Trast Fondu ilə birlikdə Bakı Fond Birjasının və Dövlət Qiymətli Kağızlar Komitəsinin institusional quruluşuna yardım, lizinqin inkişafı və korporativ idarəetmə maliyyə vəsaitlərinə çıxışın təkmilləşdiriməsi və yerli biznes inkişaf xidmətlərini göstərənlərin kreditləşdirilməsi vasitəsilə Azərbaycanın neft və qaz sənayesinin təchizat və xidmət sektorunun imkanlarının artırılmasına yönəldilmiş kiçik və orta müəssisələrinin əlaqələndirilməsi sahələrində texniki yardım layihələrini həyata keçirir.

Bankın yardımı, infrastruktur investisiyalar, sosial sektor və kənd yerlərinin inkişafına investisiyalarla birgə intensiv siyasət dialoqu vasitəsi ilə verilən struktur dəyişikliyi krediti və AMF-dən ibarət olmuşdur. Əsas neft və qaz daxilolmalarının əldə olunmasınadək imkanın olmasını nəzərə alaraq, Bankın ümumi strategiyası idarəetməni gücləndirmək, siyasət islahatlarını müəyyən etmək və prioritetləşdirmək üçün yardımın göstərilməsi, beynəlxalq inkişaf təcrübəsinin yayılması və dövlət investisiyası layihələrinin işlənib hazırlanması və icrası üçün yüksək keyfiyyətli texniki ekspertiza və nou-haunun təmin edilməsi olmuşdur.

1995 - ci ildən başlayaraq ümumi həcmi 3 milyard Amerika dollarını keçən qırxdan çox layihə həyata keçirilmişdir. 1 yanvar 2011-ci ilə qədər : Cəmi 50 layihə üçün təxminən 3 milyard 500 milyon Amerika dolları ayrılmışdır. 30 layihə hal- hazırda həyata keçirilmişdir. Bu layihələrin bir hissəsi də struktur islahatları məqsədi olmuşdur. Ümumiyyətlə, Azərbaycan Dünya Bankı əlaqələri yüksələn xəttlə inkişaf etməkdədir. Azərbaycanın paytaxtı 3,5 mln. əhalisi olan Bakı şəhərinin ən böyuk problemlərindən biri də su təchizatı sisteminin tələbatı ödəməməsidir. Bu problemin səbəbləri adı çəkilən sektorda həyata keçirdikləri siyasət və qiymətləndirmə sisteminin müvəffəqiyyətli olmaması, vəsaitlərin az olması, texniki avadanlıqların çatışmamazlığı, su boru xətlərinin və su nəqli üçün lazım olan avadanlığın yenidən qurulması işlərini yaxşı yerinə yetirə bilməməsidir. Uzun illər idi ki, su mənbələrinin paylanmasında kənd təsərrüfatı sektoru ön plana çəkilmirdi. Buna görə də suyun sektorlara paylanması işində bəzi problemlər olmuşdur.



Azərbaycanın bütün ərazisində yalnız Bakıda deyil, ikinci dərəcəli şəhərlərdə də su və sanitariya sistemlərini bərpa etmək və təkmilləşdirmək üçün çox böyük məbləğdə investisiyalar tələb olunur. Milli Su Təchizatı və Sanitariya silsilə Layihələri çərçivəsində seçilmiş ikinci dərəcəli şəhərlərdə su istehsalı və paylanması və axar sular qurğularının təmiri və bərpası maliyyələşdiriləcək. Sektor-miqyaslı yanaşma vasitəsilə onlar “Azərsu” ASC və onun törəmə şirktlərini ikinci dərəcəli şəhər səviyyəsində dəstəkləyəcək ki, onların potensialı, təşkilati və iş səmərəliliyi, kommersiya və maliyyə davamlılığı təkmilləşdirilsin. Təklif edilən silsilə layihələr sonrakı mərhələlərdə əhatə dairəsini su və sanitariya məsələlərindən şəhər bərpasının digər sahələrinə genişləndirə bilər.

Cədvəl 2.2.4
Dünya Bankının Azərbaycanda həyata keçirdiyi layihələr:1




Maliyyələş-

dirən təşkilat

Layihənin adı

Sektor

Status

Hüquqi qüvvəyə minmə tarixi

1

BYİB/BİA

İqtisadi İnkişafın Dəstəklənməsi layihəsi

Dövlət idarəçiliyi

Həyata keçirilir

15.02.05




2

BYİB/BİA

Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi

Maliyyə sektoru

Həyata keçirilir

06.01.05

3

BYİB/BİA

Pensiya və Sosial Yardım Layihəsi

Sosial sektor

Həyata keçirilir

10.06.04

4

BYİB/BİA

Kənd Təsərrüfatı İnvestisiya Layihəsi

Kənd təsərrüfatı

Həyata keçirilir

03.06.04

5

BYİB/BİA

İrriqasiya Paylama Sistemi və İdarəetmənin Gücləndirilməsi Layihəsi

Kənd təsərrüfatı

Həyata keçirilir

17.06.03

6

BYİB/BİA

Təhsil Sektorunun İnkişafı Layihəsi

Təhsil

Həyata keçirilir

27.05.03

7

BYİB/BİA

Böyük Bakı Su Təchizatının Yenidən Qurulması Layihəsi (əlavə vəsait)

Su təchizatı və sanitariya

Həyata keçirilir

10.12.02

8

BYİB/BİA

İnstitusional Quruluşa Texniki Yardım Layihəsi (ikinci)

Dövlət sektorunun idarəçiliyi

Həyata keçirilir

18.06.02

9

BYİB/BİA

Struktur Dəyişikliklərinə Kredit Layihəsi (ikinci)

Dövlət sektorunun idarəçiliyi

Yekunlaşıb

12.03.02

10

BYİB/BİA

Maliyyə Sektoruna Texniki Yardım Layihəsi

Maliyyə

Həyata keçirilir

12.06.01

11

BYİB/BİA

Sağlamlıq Layihəsi

Sağlamlıq və qidalanma

Həyata keçirilir

12.06.01

12

BYİB/BİA

Yol Layihəsi

Nəqliyyat

Həyata keçirilir

12.06.01

13

BYİB/BİA

İrriqasiya və Drenaj İnfrastrukturunun Yenidən Qurulması və Tamamlanması Layihəsi

Kənd təsərrüfatı

Həyata keçirilir

22.06.00

14

BYİB/BİA

Kənd təsərrüfatının İnkişafı və Kredit Layihəsi

Kənd təsərrüfatı

Həyata keçirilir

08.06.99

15

BYİB/BİA

Pilot Yenidənqurma Layihəsi

Sosial müdafiə

Həyata keçirilir

08.06.99

16

BYİB/BİA

Təhsil İslahatları Layihəsi

Təhsil

Yekunlaşıb

24.05.99

17

BYİB/BİA

Mədəni İrsin Qorunması Layihəsi


Mədəniyyət

Həyata keçirilir

13.05.99

18

BYİB/BİA

Struktur İslahatları Layihəsi – SAC I (Əlavə)

İqtisadi siyasət

Yekunlaşıb

31.03.99

19

BYİB/BİA

Pilot Yenidənqurma Layihəsi

Şəhərlərin inkişafı

Həyata keçirilir

02.07.98



20

BYİB/BİA

Ətraf mühitin Qorunmasına Təcili İnvestisiya Layihəsi

Ətraf mühitin mühafizəsi

Həyata keçirilir

30.06.98

21

BYİB/BİA

Struktur Dəyişiliklərinə Kredit Layihəsi

İqtisadi siyasət

Yekunlaşıb

24.07.97

22

BYİB/BİA

Fermer Təsərrüfatlarının Özəlləşdirilməsi Layihəsi

Kənd təsərrüfatı

Yekunlaşıb

16.01.97

23

BYİB/BİA

Qazpaylama Sisteminin Yenidən Qurulması Layihəsi

Neft və qaz

Yekunlaşıb

19.09.96

24

BYİB/BİA

Reabilitasiyaya Kredit Proqramı

Makro/qeyri-ticarət

Yekunlaşıb

22.08.95

25

BYİB/BİA

İnstitusional Quruluşa Texniki Yardım Layihəsi

Özəlləşdirmə

Yekunlaşıb

25.07.95

26

BYİB/BİA

Böyük Bakı su təchizatının yenidən qurulması layihəsi

Su təchizatı və sanitariya

Həyata keçirilir

28.06.95

27

BYİB/BİA

Neft sənayesinə Texniki Yardım Layihəsi

Neft və qaz

Yekunlaşıb

20.04.95






Son vaxtlar bu problem su təchizatı sisteminin daha da bərbad hala düşməsi səbəbindən daha da acınacaqlı hala çatmışdır. Sektorlara su paylama sisteminə bəzi məhdudiyyətlər qoyulmuşdu. Bəzi ailələr su boru xətlərindən gün ərzində ancaq 6 saat istifadə edə bilirdilər. Suyun keyfiyyətsiz olması şəhər sakinləri arasında yolxucu xəstəliklərin yayılmasına səbəb olmuşdur. Dünya Bankı Bakı şəhərinin su təchizatını inkişaf etdirmək üçün 61 mln. ABŞ dolları məbləğində kredit vermişdir. Bu kredit Bakı şəhərinin su təchizatı sisteminin yenidən qurulması və tez bir vaxtda səmərəliliyini artırmaq üçün istifadə olunacaqdır. Kreditin əsas məqsədi aşağıdakılardır: a)Bakının su təchizatı sisteminin yenidən qurulması; b)Hökumətə daha uzun dövr üçün istifadə olunacaq yeni su sistemlərinin quraşdırılmasında köməklik göstərmək.

Layihə hazırlanarkən layihənin Bakının əhalisinə hansı istiqamətdə təsir göstərəcəyinin ölçülməsi, Bakının su təminatı idarəsi və su istifadəçiləri arasındakı danışıq və əlaqələrin inkişafına yönəltmək məqsədilə layihənin sosial səbəbləri və nəticələri gözəl bir şəkildə analiz edilmişdir. Analiz vaxtı müəssisələrin və əhalinin su təminatının nə vəziyyətdə olduğu əsasında araşdırmalar aparılmış, deputatlarla rəsmi olmayan görüşlər keçirmişlər, media təmsilçiləri və beynəlxalq özəl qurumlarla əməkdaşlıq edilmişdir. Analiz naticəsində əhalinin böyük bir hissəsinin və əksər müəssisələrin su ilə təmin edilməməsi və suyun keyfiyyəti ilə əlaqədar olaraq bəzi, amma çox ciddi problemlərə rast gəlinmişdir. Bundan əlavə analizin nəticəsi olaraq su təminatındakı kəsintilərin əsas səbəbləri boru xətlərinin deşilməsi nəticəsində itirilən su, su xəttinə qanunsuz birləşmələr və suyun verilmə gücünün, təzyiqinin lazımi səviyyədə olmaması ortaya çıxmışdır. Analizə görə su pulunun 40-50 faizi ödənilməmiş olaraq qalır, ancaq ailələrin digər mənbələrdən aldıqları hazır, təmizlənmiş suların məsrəfləri dövlət su boru xəttinin aylıq istifadə olunan qiymətindən 17 dəfə çoxdur.

1995-ci ildə iyun ayında həyata keçirilən layihə 3 əsas məqsəddən ibarət idi:

a) Ehtiyacın istiqamətləndirilməsi (6,7 mln. dollar) - Sudan daha əlverişli istifadə etmək üçün lazımi yerlərdə 15.000-ə yaxın su sayğacları yerləşdiriləcəkdi, su xəttində istifadə haqqının ödənilməsi sistemi isə yenidən nizama salınacaqdı.

b) Maddi - texniki bazanın ehtiyaclarının qarşılanması (28,7 mln. dollar) - Su ilə təmin olunma sisteminin moderinizasiyası üçün lazımi işlərin görülməsidə istifadə olunacaq yük maşınları, qaldırıcı kranlar, avtobuslar və tikinti texnologiyası alınmalı, emalatxanalar isə yenidən bərpa olunacaqdı.

c)Su təminatının moderinizasiyası (39,5 mln. Dollar) - Ceyranbatan gölü və Kür çayındakı su təmizləmə təchizatlarını əsaslı təmir etdirmək, 13 əsas su pompalama məntəqələrini və 251 su pompalamanı gücləndirən məntəqələrini təzə elektrik transformatorları, nasos və su boruları ilə təchiz ediləcəkdi. Hər bir su mənbəyində su vuran məntəqələr, başlıca su ötürülən xətlərdə su sayğacları əsaslışəkildə dəyişdiriləcəkdi.

Hökumət etibarlı su və kanalizasiya xidmətlərinin təchiz olunmasını ölkə üçün prioritet olaraq müəyyən etmişdir. Dünya Bankı və Hökumət bu prioriteti dəstəkləyir. Dünya Bankının dəstəklədiyi layihələr üzrə məqsəd daha yaxşı su təchizatı və kanalizasiyadan istifadə edən insanların sayını 100,000-dən ÖTS müddətinin sonuna kimi 1,000,000 nəfərə çatdırmaqdır. İkinci hədəf xidmət göstərilən əhali üçün su təchizatının etibarlılığının yüksəldilməsidir. Bu nəticələrə nail olmaq üçün əsas vasitə Milli Su Təchizatı Layihələri 1 və 2 olacaq. Bu layihələrin icra vəziyyətindən asılı olaraq Bank növbəti yəni, Su Təchizatı 3 Layihəsini də nəzərdən keçirə bilər. Özəl sektorun iştirakı üçün potensial olduqda, BMK məsləhət xidmətlərinin və ya investisiya dəstəyininin genişləndirilməsini nəzərdən keçirə bilər, ancaq hal-hazırda bununla bağlı hər hansı razılaşma yoxdur. 1995-ci ilin oktyabr ayında BYİB Bakı şəhərində yaşayan 2,5 milyonluq sakinə su sisteminin bərpası istiqamətində 23 milyon ABŞ dolları həcmində kreditin ayrılmasına dair saziş imzaladı. Bu investisiya proqramının 3 məqsədi vardır: su tələbatının ödənilməsi; qurğuların qorunmasının gücləndirilməsi; su təchizatının və istehsalın gücləndirilməsi;

Bu layihənin əsas hissəsi Bakı şəhər dövlət su sisteminin korporatizasiyası nəticəsində bu qurumun birgə səhmdar cəmiyyəti adı altında Abşeron Regional Su Şirkətinə çevrilməsi idi. Bu şirkət qərb şirkətləri ilə birgə tərəfdaşlıq quraraq maliyyə və su istehlakçılarına daha yaxşı xidmət göstərilməsi sahəsində əməliyyatların inkişafı istiqamətində inkişafa nail olmuşdur. Bununla yanaşı tariflər isə imkanlara uyğun olaraq qalmışdır. Layihənin ümumi dəyəri 95 milyon ABŞ dolları həcmində olmuşdur və Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyə dəstəyi nəticəsində həyata keçirilmişdi.

“Böyük Bakının Su Təchizatının Reabilitasiyası” layihəsi 1996-2001-ci illər ərzində həyata keçirilmiş və layihə “Azərsu” ASC tərəfindən icra olunmuşdur. Layihənin icrasına cəlb olunmuş kreditin məbləği 65.99 mln. ABŞ dolları təşkil etmiş və əlavə vəsait İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi tərəfindən ayrılmışdır. Layihənin məqsədləri: qısa bir müddətdə su təchizatı sistemini yaxşılaşdırmaq və bununla su təchizatını Bakı şəhərinə, əsasən əhalinin kasıb təbəqəsini bərpa etmək; ümumilikdə, su təchizatı sistemini təkmilləşdirmək; uzunmüddətli planlaşdırmanın və bərpanın əsasını qoymaq.

2000-ci ildə Bakıda baş vermiş zəlzələ nəticəsində su təchizatı qurğularına dəyən ziyanı aradan qaldırmaq məqsədilə Bank tərəfindən 12.92 mln. ABŞ dolları həcmində əlavə vəsait ayrılmışdır.

Hal-hazırda Dünya Bankının su mütəxəssisləri tərəfindən “Böyük Bakının Baş Planı” hazırlanır. Qeyd olunan plan Bakı şəhərinin qeyri səmərəli su paylanması problemini aradan qaldıracaq, o cümlədən mövcud su xətlərinin təhlilini və yeni hidravlik modelin yaradılmasını əhatə edəcək.

Dünya Bankı 2011-ci il 27 apreldə Azərbaycanda su istifadəçiləri assosiasiyalarının inkişafı layihəsinin həyata keçirilməsi üçün 80 mln. ABŞ dolları həcmində kreditin ayırmasını təsdiqləyib. Kreditin 76.8 mln. dolları Beynəlxalq İnkişaf Assosiasiyası, 3.2 mln. dolları isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən ayrılacaq. Ümumilikdə layihənin dəyəri 114.3 mln. dollardır ki, qalan 34.3 mln. dolları Azərbaycan hökumətinin iştirak payıdır. Layihənin əsas məqsədi ölkədə irriqasiya sisteminin idarə edilməsinin təkmilləşdirilməsidir. Layihə Azərbaycanda 379 su istifadəçiləri assosiasiyası, 760 min kiçik fermer təsərrüfatları yerləşən təxminən 900 min hektar ərazini əhatə edəcək. Müxtəlif treninqdən başqa layihə çərçivəsində uzunluğu 3 min km olan drenaj və irriqasiya kanallarının yenidən qurulması nəzərdə tutulur. 1992-ci ildən indiyə kimi Dünya Bankı Azərbaycana 43 layihə üzrə təxminən 2.9 mlrd. dollar həcmində vəsait ayırıb.

Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində respublikanın 14 şəhər və rayon mərkəzində etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsini nəzərdə tutan layihənin icrası davam etdirilir. Bu layihənin həyata keçirilməsi ilə Biləsuvar, Qəbələ, Şamaxı, Saatlı, Hacıqabul, Qazax, Quba, Qax, Mingəçevir, Sabirabad, Samux, Şəmkir, Tərtər rayonları və Xırdalan şəhərində su təchizatı və kanalizasiya sistemləri qurulacaqdır.

Bununla yanaşı su təchizatı və kanalizasiya sisteminin ahəngdar fəaliyyətinin təmin olunması üçün mütəmadi olaraq müvafiq təmir-bərpa işləri aparılmış, su və kanalizasiya xətlərində baş verən qəza hadisələri operativ qaydada aradan qaldırılmış və digər tədbirlər həyata keçirilmişdir.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə