“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   2   3   4   5   6   7   8   9   ...   20

10

 

ADY - 



“Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri 

və böyük ənənələri var. Keçmişdə belə bir ənənə var 

idi ki, insanlar həmişə öz saatlarını dəmir yolunun 

saatları ilə nizamlayardılar. Belə ki, dəmir yolunun 

saatı olduqca dəqiq işləyirdi. Dəmir yolu ciddi inti-

zamın olmasını tələb edir və dəmiryolçular həmişə 

çox nizam-intizamlı olublar.” 

(Ulu  öndər  Heydər  Əliyevin  Keşlə  stansiyasında 

dəmiryolçularla  görüşündəki  nitqindən.  6  dekabr 

1998-ci il) 

Bir  əsrdə  ikinci  dəfə  öz  müstəqilliyinə 

qovuşan Azərbaycan indi yeni inkişaf dövrü-

nü yaşayır.  Bütün sahələrdə olduğu kimi, nəq-

liy yat  sektorunda  da  irihəcmli  layihələr  real-

laşdı rılır,  beynəlxalq  aləmə  inteqrasiya  sürət-

ləndirilir.  Ölkə  nəqliyyat  sisteminin  əsas  qol-

larından bi ri olan Azərbaycan po lad magistralı 

özünün  sürətli  inkişaf  mərhə ləsindədir.  Heç 

şübhəsiz  ki,  görülən  bu  nəhəng  işlər  böyük 

siyasi xadim, Ümummilli lider Heydər Əliye-

vin şəxsi köməyi, dəmir yoluna daimi qayğısı 

sayəsində  həyata  vəsiqə  alıb.  Ölkəyə  rəhbər-

lik  etdiyi  bütün  zamanlarda  həyata  keçirilən 

məqsədyönlü iqtisadi isla hatlar, uğurlu daxili 

və xarici siyasət və de mok  ratikləşmə Azərbay-

canda  sosial-iqtisadi  in ki şafın  sürətlənməsini 

reallaşdırdı.

XX  əsrin  90-cı  illərində  Ümummilli  lide-

rimiz  Heydər  Əliyev  iqtisadiyyatın  əsas  qolla-

rından  biri  olan  polad  magistralda  yaran mış 

gərgin  vəziyyəti  çox  düzgün  qiymətləndir di. 

18-19 iyul 1996-cı il tarixində Heydər Əliye vin 

sədrliyi  ilə  Nazirlər  Kabinetinin  yığıncağı  ke-

çirildi  və  dəmiryol  sahəsindəki  neqativ  hallar 

ölkə başçısı tərəfindən kəskin tənqid olundu, bu 

məsələyə  prinsipial  qiymət  verildi.  Həmçinin, 

yaranmış gərgin vəziyyətin aradan qaldırılması 

üçün ciddi tədbirlərin həyata keçirilməsinə baş-

landı. 


Polad  magistralda  çalışan  insanlar  yaxşı 

bilirlər  ki,  bu  dahi  şəxsiyyət  istər  keçmiş  SSRİ 

dövründə, istərsə də müstəqillik illərində dəmir 

yoluna,  onun  inkişafına  daim  diqqət  və  qayğı 

göstərib. Heydər Əliyev hər sahəni mükəmməl 

bilən və yüksək intellektual səviyyəyə malik bir 

şəxsiyyət idi. O, hələ Sovet İmperiyası dövründə 

Azərbaycana rəhbərlik edərkən milli dəyərlərə 

böyük  önəm  verməklə  yanaşı,  milli  kadrların 

hazırlanması işini yüksək səviyyədə həll etmiş-

di. Məhz bu böyük insanın qayğı və təşəbbüsü  

ilə Azərbaycanlı gənclər keçmiş SSRİ-nin müxtə-

lif  ali  məktəblərində  oxumağa  göndərilmişdi. 

Təsa düfi deyil ki, həmin gənc lərin bir çoxu məhz 

dəmir  yolu  mühəndisi  ixtisasına  yiyələniblər 

və  onların  əksəriyyəti  bu  gün  də  nəqliyyatın 

müxtəlif  sahələrində mühüm vəzifələri  layi qin-

cə icra edirlər. Bütün bunlar gələcəyə hesablan-

mış mətin addımlar idi. İndi Azərbaycanın söz 

sahibi olan bütün dünya dövlətləri ilə bir sırada 

dayanması, beynəlxalq qurumlara tamhüquqlu 

üzv  olması  və  haqq  səsimizin  beynəlxalq  kür-

sülərdən  eşidilməsi  bu  dahi  siyasət  adamının 

müba rizəsinin nəticəsidir. Sevindirici haldır ki, 

Azərbaycan  Respublikasının  Prezidenti  Zati-a-

liləri İlham Əliyev Ulu öndərin siyasi kursunu 

uğurla davam etdirir. 

Bir faktı da qeyd etmək lazımdır ki, Azər-

baycan dəmir yolunda istifadə edilən mühüm 

obyektlərin  böyük  əksəriyyəti  məhz  onun 

təşəbbüsü və ciddi nəzarəti sayəsində istisma-

ra verilib. Ulu öndərin qayğısı ilə dəmir yolun-



HEYDƏR ƏLİYEVİN 

RƏHBƏRLİYİ DÖVRÜNDƏ 

AZƏRBAYCAN DƏMİR 

YOLUNUN İNKİŞAFI


11

 

ADY - 



da  həyata  vəsiqə  alan  yeniliklər  sadalamaqla 

bitmir. Aşağıda təqdim etdiyimiz qısa xrono-

logiya Ümummilli liderin qayğı və nəzarəti ilə 

reallaşdırılan  tədbirlərin  heç  də  tam  siyahısı 

deyil. 




1969-1999-cu illəri Azərbaycan dəmir yo-

lunun texniki tərəqqi və kompleks inkişaf döv-

rü  adlandırmaq  olar.  Məhz  bu  illərdə  isteh-

salatda  əsas  fəaliyyətlə  yanaşı,  14300  texniki 

yeniləmə  metodu tətbiq edilib (bunlar dəmir 

yolunun bütün sahələrini ehtiva edir). 



1969-cu ilə kimi vaqon təsərrüfatı cəmi 2 



vaqon deposu və bir yuyucu-buxarlayıcı  stan-

siyadan ibarət olduğu halda, indi 9 vaqon de-

posu və 1 yuyucu-buxarlayıcı stansiya fəaliy-

yət göstərir.

 

Sovetlər  Birliyində  rəhbər  vəzifədə 



olarkən? uzaq Sibir torpaqlarında inşa edilmiş 

Baykal-Amur Magistralı, eləcə də Azərbaycan 

“BAM”-ı  adlanan  Yevlax-Balakən  yolu  məhz 

Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilib. 



1970-ci  ildən  başlayaraq  şəhərətrafı  qa-



tarlar müasir tələblərə cavab verən (yeni seri-

yalı) “ER-2” elektrik qatarları ilə əvəz olunma-

ğa başlandı. 




1970-ci  illərdə  Sumqayıt,  Sabunçu,  Go-

ran,  Ağstafa,  Əli-Bayramlı,  Ucar,  Gəncə,  To-

vuz,  Qazax,  Kürdəmir,  Baş  Ələt  və  Poylu 

stansiyalarında  yeni  vağzal  binaları  məhz  bu 

böyük şəxsiyyətin şəxsi nəzarəti altında tikilib. 




Keçmiş    SSRİ  ölkələrinin  cəmi  bir  neçə-

sində konteynerlərin təmiri üzrə depo olduğu 

halda, 1975-ci ildə Bakıda konteynerlərin təmi-

ri üzrə ixtisaslaşmış müasir texnologiyalı depo 

tikilərək istifadəyə verilmişdir. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə