“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   2   3   4   5   6   7   8   9   ...   20

12

 

ADY - 





1970-1985-ci  illərdə  yolun  daxilində  və 

qonşu dövlətlərin dəmir yolları sərhədlərində 

sərnişin  /  yük  qatarlarının  kütləvi  buraxılışı 

üçün böyük işlər görülüb.   

         



1975-1979-cu  illərdə  Bakı  elektrik  dairə-



sində  yoldəyişdirici  və  siqnalların  mərkəz-

ləşdirilməsi  sahəsində  böyük  işlər  görülüb, 

belə  ki,  7  stansiyada  33  yoldəyişdirici  mər-

kəzləşdirilmiş,  5  keçid  avtomatlaşdırılmış  və 

33 km uzunluğunda xəttin 8 stansiyasında ya-

rım-avtobloklama quraşdırılmışdır. 



1978-ci  ildə  Heydər  Əliyevin  köməyi 



sayəsində Gəncə şəhərində ən son texniki na-

iliyyətlərə  uyğun  olaraq  müasir  texnologiyalı 

yük  vaqonlarının  təmiri  və  istismarı  deposu 

tikilib istifadəyə verilmişdir. 



1979-cu ildə sutka ərzində 60 elektrovo-



zun texniki baxışına imkan verən Şirvan döv-

riyyə deposu tikilmişdir. 



Respublikanın  şimal-qərb  zonasının iq-



tisadi inkişafında böyük əhəmiyyətli işlərdən 

biri də 1980-ci ildən başlanan Yevlax-Balakən 

dəmiryol  xəttinin  tikintisi  olub.  Bütün  tikinti 

işləri 1985-ci ildə başa çatdırılmışdır. 



  1981-ci  ildə  Ələt  qəsəbəsində  müasir 



tələblərə  cavab  verən  refrijerator  (soyuducu) 

vaqon deposu tikilib istifadəyə verilmişdir. 



1996-cı ildə Şirvan, 1997-ci ildə isə Culfa 



və İmişli vaqon depoları yaradılmışdır.

        




28 dekabr 1996-cı il tarixində bütün ölkə 

ictimaiyyətinin  sevincinə  səbəb  olan  Azər-

baycan Dövlət Dəmir Yolunun ilk firma qatarı 

- Bakı-Ağstafa qatarı sərnişinlərin istifadəsinə 

verilmişdir. 

     

1997-ci  ildə  ilk  dəfə  olaraq  Bakı  vaqon 

deposunda vaqonların əsaslı təmiri işinə baş-

lanıldı. 




13

 

ADY - 





1998-ci il yanvar ayının 4-də Dübəndi ter-

minalı və neftdoldurma stansiyası açıl dı. Açı-

lış  mərasimində  Azərbaycan  Res pub  likasının 

Prezidenti Heydər Əliyev işti rak etmiş, bura-

da  görülən  işləri  yük sək  qiymətləndirmişdir. 

Azərbaycan  Respub lika sının  Prezidenti  Hey-

dər  Əliyev    tədbirdə  çıxış  edərkən  demişdir 

ki: “- Mən bu gün burada verilən məlumatları çox 

məmnuniyyət hissi ilə qəbul edirəm, belə ki, Azər-

baycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhv-

ləri artıq aradan qaldırır və gördüyü işin keyfiyyəti-

ni yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, 

çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan 

iqtisadiyyatının böyük bir hissəsidir. Biz Azərbay-

can dəmir yolunu on illərlə yaratmışıq, onun mad-

di-texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki, 

1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir 

Yolu da bir çox dağıntı və itkilərə məruz qalmışdır. 

Yaxşı ki, artıq bunların qarşısı alınır və mən indi 

Azərbaycan  Dövlət  Dəmir  Yolunda  inkişafın  baş 

verdiyini  görürəm”.  Bundan  əlavə,  1998-ci  ilin 

yanvar ayında Dübəndi stansiyasında vaqon-

lar üzrə texniki baxış məntəqəsi də fəaliyyətə 

başlamışdır. 



1998-ci  ildə  Azərbaycan  dəmir  yolunda 



ilk  dəfə  olaraq  Bakı  Lokomotiv  Deposunda 

elektrovoz və elektrik qatarlarının əsaslı təmiri 

təşkil olunmuşdur.  




Ulu öndər Heydər Əliyevin gərgin əmə-

yi və qonşu dövlətlərin rəhbərləri ilə apardığı 

intensiv danışıqlar sayəsində 1997-ci ilin may 

ayından  etibarən  Bakı-Moskva  qatarlarının 

hərəkəti  bərpa  edildi.  Ulu  öndər  hələ  o  vaxt 

demişdir  ki:  “-  Rusiya  Federasiyası  ilə  bütün 



sahələrdə əlaqələri inkişaf etdirmək çox əhəmiyyət-

lidir. Azərbaycan-Rusiya dəmiryol əlaqə lərinin bö-

yük tarixi əhəmiyyəti var və bu əlaqələr qısa müddət 

ərzində inkişaf etmişdir. Bu iki ölkə arasında nəq-

liyyat sahələrində əlaqələr daha da inkişaf etdirilmə-

lidir”.


14

 

ADY - 



4 dekabr 1997-ci ildə Bakı-Rostov istiqa-

mətində  yeni  sərnişin  qatarı  xəttə  buraxıldı. 

Yüksək standartlara cavab verən bu qatar də-

mir  yolunun  daxili  imkanları  hesabına  qısa 

müddət ərzində təmir olunaraq  istismara ve-

rildi. Kupe, plaskart vaqonlar və vaqon-resto-

randan ibarət olan qatarda sərnişinlərin rahat-

lığı üçün hər cür şərait yaradıldı.  

Daha  sonra  Kiyev,  Brest,  Xarkov,  Həş-

tərxan,  Sverdlovsk,  Sankt-Peterburq,  Novo-

sibirsk,  Voronej,  Lvov,  Brest,  Simferopol, 

Odessa,  Saratov,  Ufa  və  Çelyabinsk  marşrut-

ları üzrə sərnişin qatarları və qoşma vaqonlar 

hərəkətə buraxıldı. 

         




4 mart 1998-ci il tarixində Bakı-Xankəndi 

firma sərnişin qatarı istismara verildi.



1996-cı  ildən  başlayan  yeniləmə  prosesi 



sonrakı illərdə də davam etdirildi və 1999-cu 

ildə Bakı-Gəncə istiqamətində “Ekspress” tipli 

firma  sərnişin  qatarı  sərnişinlərin  istifadəsinə 

verildi.




1996-cı ildən etibarən Azərbaycan dəmir 

yolu tranzit marşrut kimi bir neçə beynəlxalq 

nəqliyyat  dəhlizində  iştirak  etməyə  başladı. 

Lakin əsas daşıma dəhlizi “TRASEKA” dəh lizi 

hesab edilir. Bu sahə Böyük İpək Yolu nun Ba-

kıdan Böyük-Kəsik stansiyasına (Gür cüstanın 

dövlət sərhədlərinə) qədər  məsafəni və daha 

sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. Son-

ralar  bu  nəqliyyat  dəhlizi  qədim  İpək  Yolun-

dan  “TRASEKA”-ya  kimi  yol    keçdi  sta tusu 

alır (əslində, nəqliyyat dəhlizlərinin fəaliyyəti-

nin bərpa olunması 1994-cü ildə “Əsrin müqa-

viləsi”nin imzalanması ilə baş lanmışdır). 

7-9 sentyabr 1998-ci il tarixində Ba kı şəhə-

rində Ümummilli lider Heydər Əliye vin təşəb-

büsü ilə Böyük İpək Yolunun dir çəldilməsinə 

həsr  olunmuş  beynəlxalq  konfrans  keçirildi. 

Bu  mötəbər  tədbirdə  13  dövlətin  və  32  bey-

nəlxalq  təşkilatın  nümayəndələri  iştirak  edir-

dilər. İki gün davam edən konfransda Bakı Bə-

yannaməsi qəbul edildi (qəbul edi lən sənədlər 

arasında Beynəlxalq tranzit daşı maları haqqın-

da Əsas çoxtərəfli saziş, həm çinin beş texniki 

Əsasnamə,  o  cümlədən  Də miryol  daşımaları 

sahəsində əməkdaşlıq ba rədə müqavilə də var 

idi).




Müxtəlif istiqamətlərə hərəkət edən sər-

nişin qatarlarının sayının artması ilə əlaqədar 

sərnişinlərə  bilet  satışının  sürətləndirilməsi, 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə