“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   2   3   4   5   6   7   8   9   ...   20

15

 

ADY - 



əl  əməyinin  yüngülləşdirilməsi  və  mövcud 

narazılıqların aradan qaldırılması məq sə di ilə 

1997-ci il sentyabr ayının 1-dən eti ba rən, Bakı 

vağzalında bilet satışı tam  ləşdirilmişdir. 1999-

cu ilin dekabr ayında bu sistem daha da tək-

milləşdirilmiş  və  Gəncə  vağzalında  da  tətbiq 

edilmişdir.

         



1998-ci ildən başlayaraq, Bakı Lokomotiv 



Deposunda  elektrovozlar  və  elektrik  qatarla-

rının əsaslı və II həcmli (qaldırma) təmiri tex-

nologiyası təcrübədə tətbiq edilmişdir. 




1998-ci  ildən  etibarən,  Biləcəri  və  İmişli 

lokomotiv  depolarında  manevr  teplovozları-

nın III həcmli cari təmirinə başlanılmış, 1998-

ci və 1999-cu illər ərzində 3 teplovoz əsaslı, 24 

teplovoz isə cari təmir edilərək, istismara ya-

rarlı hala salınmışdır.   

         




1998-1999-cu illərdə və 2000-ci ilin birinci 

rübündə 17804 vaqon depo təmiri, 1588 vaqon 

əsaslı təmir, 35695 yük vaqonu isə cari təmir-

dən buraxılmışdır.



Vaqonların  keyfiyyətli  təmirinə  görə, 



Bakı Vaqon Təmiri Zavodunda çalışan kollek-

tivin əməyi 1996-cı ildə Meksikanın təsis etdiyi 

Beynəlxalq Brilyant Keyfiyyət Ulduzu, 1998-ci 

ildə  isə  İspaniyanın  Madrid  şəhərində  “Nəq-

liyyat üzrə beynəlxalq priz” nişanı kimi yük-

sək mükafatlarla qiymətləndirilib.



1998-ci  ildə  “Azərdəmiryoltikintiservis” 



İstehsalat Birliyinin kollektivi Bakı Lokomotiv 

Deposunda  elektrik  maşınlarının  təmiri  sexi-

nin tikintisinə başlamış və bu təmir sexini qısa 

zamanda istifadəyə vermişdir. 



1996-1997-ci illər ərzində rabitə və işarə-



vermə  qurğularının  təftişi  keçirilmiş,  Bö yük 

Kəsik-Ağstafa  sahəsində  12  kanallı  rabitə 

sistemi  quraşdırılmış  və  Bakı-Aşqabad,  Ba-

kı-Kiyev  teleqraf  rabitə  sistemi  istifadəyə  ve-




16

 

ADY - 



rilmişdir.  Təhlükəsizliyin  təmin  olunmasını 

gücləndirmək    məqsədi  ilə  Qaradağ-Səngəçal 

və  Şəmkir-Dəllər  sahələri  avtomatlaşdırılmış 

qurğularla təchiz  olunmuşdur. Üç rabitə stan-

siyasında  rabitə  xətləri  tam  tənzimlən miş dir. 

Horadiz stansiyası bərpa edilərkən, qatar dis-

petçeri ilə əlaqə yaratmaq üçün birkanallı sis-

tem və 12 elektrik xətti, eləcə də  Hacılı-Hora-

diz arasında radio-qatar və stansiyalararası ra-

bitə sistemi yaradılmışdır. 



5 aprel 1999-cu il tarixində yolun qərb is-



tiqamətində  yerləşən  Baş-Mingəçevir  və  Min-

gəçevir-şəhər  stansiyaları  arasındakı  16  km  

uzunluğunda  əsas  dəmiryol  xətti  tam  təmir 

edilmişdir. 



11  fevral  1998-ci  il  tarixində  Keşlə  də-



miryol stansiyasında yerləşən ailəvi yataq xana 

(“Azərdəmiryoltikintiservis”  İstehsalat  Bir liyi 

tərəfindən  aparılan  təmir  işləri  başa  çatdırıl-

dıqdan  sonra)  yenidən  dəmiryolçu  ailə lərinin 

istifadəsinə verilmişdir. 




7  may  1998-ci  ildə  Ucar  rayonunun  Qa-

zıqumlaq kəndində Prezident Heydər Əli yevin 

75 illik yubileyi münasibəti ilə yeni məktəb bi-

nasının  tikintisi  başa  çatdırılmış  və  784  şagir-

din təhsil alacağı bu müasir məktəb binasının 

təntənəli açılış mərasimi keçirilmişdir. 



18 iyul 1999-cu ildə Şirvan stansiyasında 



Prezident  Heydər    Əliyevin  respublikanın  si-

yasi rəhbərliyinə gəlişinin 30 illiyi şərəfinə yeni 

məktəb binası inşa edilmişdir. 




27  oktyabr  1999-cu  il  tarixində  “Azər-

dəmiryoltikintiservis”  İstehsalat  Birliyində 

məcburi  köçkünlər  üçün  irihəcmli  kontey-

nerlərdən  hazırlanmış  yaşayış  evlərinin  da ha 

20  ədədi  Biləsuvar  rayonundakı  5  saylı  çadır 

şəhərciyinə gətirilmiş və burada yer li hakimiy-

yət nümayəndələrinə təhvil veril mişdir. 




1999-cu ildə Şirvan stansiyasında 645 yer-

lik yeni məktəb binası tikilərək istifadəyə  ve-

rilmişdir. 




1999-cu  ildə  Bakı  Dəmiryol  Xəstə xana -

sının cərrahiyyə və terapiya şöbələri əsas lı tə-

mir olunaraq müasir avadanlıqlarla təc hiz edil-

mişdir.  Culfa  stansiyasındakı  xəstə xana  üçün 

60  milyon  manat,    Naxçıvan  stan siyasındakı 

xəstəxana üçün isə 10 milyon manat vəsait ay-

rılmışdır.  Mövcud  çətinliklərə  baxmayaraq, 

Ağstafa  stansiyasında 30 çarpayılıq xəstəxana-

nın  inşası  başa  çatdırılmışdır.  Eyni  zamanda, 

Gəncə, Ağstafa və İmişli dəmiryol qovşaqların-

dakı xəstəxanalara ikinci ehtiyat elektrik xətləri 

çəkilmişdir.  3  noyabr  2000-ci  il  tarixində  Bakı 

Dəmiryol Xəstəxanasının baş korpusu əsaslı tə-

mirdən sonra istifadəyə verilmişdir.



16  may  2001-ci  il  tarixində  Azərbaycan 




17

 

ADY - 



Dəmir Yolunun Sərnişindaşıma İstehsalat Bir-

liyi sərnişinlərə göstərilən xidmət sahəsini ge-

nişləndirərək,  Naxçıvan-Şərur  istiqamətində 

yeni növ sərnişin qatarını xəttə buraxmışdır.



7 mart 2002-ci ildə Mingəçevir-Bakı mar-



şrutu üzrə “Ekspress” tipli firma sərnişin qata-

rı istismara verilmişdir.



7  aprel  2003-cü  ildə  Bakı-Dərbənd  (indi 



Bakı-Mahaçqala) “Ekspress” qatarı sərni şin lə-

rin istifadəsinə verilmişdir. 



7  mart  2003-cü  ildə  Avropa  Birliyinin 



qrantı  hesabına  alınan  102  çən  vaqonu Azər-

baycan  dəmiryolçularının  ixtiyarına  veril-

mişdir.




15  oktyabr  2001-ci  ildən  etibarən,  “TA-

SIS”  proqramı  üzrə  dəmir  yolunun  Bakı-Bö-

yük Kəsik istiqamətində 503 km uzunluğunda 

optik  lifli  kabelin  çəkilişinə  və  müasir  rabitə 

sisteminin qurulmasına başlanılmış və bu işlər 

qısa zamanda başa çatdırılmışdır.



Azərbaycan  Respublikasının  Preziden-



ti  Hey dər  Əliyev  6  dekabr  1998-ci  ildə  çadır 

şəhərciklərində məskunlaşmış qaçqın və məc-

buri köçkünlər üçün dəmiryolçular tərə findən 

hazırlanmış  konteynerlər-evlərə,  eləcə  də  sə-

hiyyə və məişət xidməti obyektlərinə, o cümlə-

dən sinif otaqlarına baxmaq üçün Keşlə stansi-

yasına gəlmişdir. O, dəmiryolçular qarşısında 

çıxış edərkən demişdir: 



“- Tərcümeyi-halımdan 

məlumdur  ki,  mənim  atam  da  dəmiryolçu  olub. 

Mən dəmiryolçu ailəsində böyümüşəm və hələ uşaq 

ikən  dəmir  yollarında,  atamın  yanında  xeyli  vaxt 

keçirmişəm.  Hesab  edirəm  ki,  mən  dəmir  yolunu 

həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin  

Azərbaycanda dərin kökləri və böyük ənənələri var. 

Keçmişdə belə bir ənənə var idi ki, insanlar öz saat-

larını  həmişə  dəmir  yolunun  saatları  ilə  nizamla-

yardılar. Çünki dəmir yolunun saatı olduqca dəqiq 

işləyirdi.  Dəmir  yolunun  özü  ciddi  intizam  tələb 

edir və dəmiryolçular həmişə çox nizam-intizamlı 

olublar”.




Ulu öndərin qayğısı ilə bu dövr ərzində 

fədakarlıq göstərən dəmiryolçu əməyinin qiy-

mətləndirilməsi istiqamətində də bir sıra işlər 

görülmüşdür. Belə ki, 1970-ci ildən 1988-ci ilə 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə