“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   2   3   4   5   6   7   8   9   ...   20

18

 

ADY - 



kimi üç nəfər dəmiryolçu-maşinist - Qəzənfər 

Əliyev,  qazançı  Qənbər  Balayev  və  qatar  tər-

tibatçısı    Danil    Bondaryov  “Sosialist  Əməyi 

Qəhrəmanı”  kimi yüksək ada layiq görülmüş, 

21  nəfər  “Lenin”  ordeni,  241  nəfər  “Qırmızı 

Əmək Bayrağı”, 302 nəfər “Şərəf Nişanı”,  27 

nəfər  “Xalqlar  Dostluğu”,  24  nəfər  isə  “Ok-

tyabr    İnqilabı”  ordeni  ilə  təltif  olunmuşdur. 

Cəmi 843 dəmiryolçu ordenlərlə, 380 nəfər isə 

medallarla təltif edilmişdir. Respublika polad 

magistralının  yüzlərlə  işçisi  SSRİ  Yollar  Na-

zirliyinin ən ali mükafatı - “Fəxri dəmiryolçu” 

döş nişanı ilə mükafatlandırılmışdır.   




Azərbaycanda  Ümummilli  lider  Heydər 

Əliyevin  rəhbərliyi  ilə  yaradılmış  nəqliyyat 

infrastrukturunun  inkişaf  etdirilməsi  və  mo-

dernləşdirilməsi  prosesi  hazırkı  ölkə  başçısı 

İlham  Əliyevin  zamanında  yeni  mərhələyə 

qədəm  qoymuşdur.  Bu  gün  dövlət  başçısı  öz 

birbaşa qayğısı və nəzarəti ilə “Şimal-Cənub” 

və “Bakı-Tbilisi-Qars” beynəlxalq və regional 

layihələrin  reallaşdırılmasında  yaxından  iş-

tirak edir. 

Azərbaycan  Respublikasının  Prezidenti 

Zati-aliləri  İlham  Əliyev  6  iyul  2010-cu  il  ta-

rixində Azərbaycan Respublikasının sosial-iq-

tisadi  həyatında  mühüm  əhəmiyyətə  malik 

olan  dəmiryol  nəqliyyat  sisteminin  daha  da 

inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın 

dəmiryol nəqliyyatı xidmətlərinə olan tələ ba -

tının  ödənilməsini,  daşımaların  təhlü kə siz-

liyini, onun infrastrukturunun yeni lən məsini, 

ölkəmizin ərazisindən keçən nəq liyyat dəhliz-

lərinin rəqabət qabiliyyətinin yük  səldilməsini, 

tranzit  daşımaların  həc minin  artırılmasını  və 

dəmiryol  sahəsi  üçün  kadrların  hazırlanma-

sını  təmin  etmək  məq sədi  ilə  “Azərbaycan 

Respublikasında  dəmiryol  nəqliyyat  sistemi-

nin  2010-2014-cü  illərdə  inkişafına  dair  Döv-

lət  proqramı”nın  təsdiq  edilməsi  haqqında 

sərəncam  imzalayıb.  Bu  tarixi  bir  sənəddir. 

Belə ki, bu sənəddə Azərbaycan dəmiryol nəq-

liyyatının  sürətli  inkişafını  təmin  edən  bütün 

məqamlar  qeyd  olunub.  Vaqon  və  lokomotiv 

parkının  yenilənməsi,  yol,  elektrik  təchizatı, 

işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı 

təmiri, sabit cərəyandan dəyişən cərəyana ke-

çid,  texniki  vasitələrin  modernləşdirilməsi  və 

digər  mühüm  vəzifələr  Dövlət  Proqramının 

icrası üzrə Tədbirlər planında öz əksini tapıb. 

Artıq bu istiqamətdə bir sıra layihələr həyata 

keçirilməkdədir.  Ulu  öndər  Heydər  Əliyevin 

müəyyən etdiyi inkişaf strategiyası nəticəsində 

“Azərbaycan Dəmir Yolları” QSC inkişaf etmiş 

dünya ölkələrinin dəmir yolları arasında öz la-

yiqli yerini tutacaq.   



19

 

ADY - 



ELEKTRİK 

QATAR

Ölkəmizdə şəhər elektrik nəqliyyatının yaradılması XX əsrin əvvəllərinə təsadüf edir. 

1922-ci ildə Bakı Şəhər Deputatları Şurası paytaxtda rahat və yüksəksürətli şəhər elektrik 

nəqliyyatının yaradılması məsələsinin həlli ilə məşğul olmağa başlayır. 1923-cü ildə Sovet Haki-

miyyəti zamanı ölkədə ilk elektrik tramvayının tikintisi üzrə işlərə başlanılır və 8 fevral 1924-cü 

il tarixində Bakıda ilk tramvay istifadəyə verilir.

  Tramvayın istifadəyə verilməsindən sonra Bakı proletariatı, eləcə də respublikanın parti-

ya və sovet təşkilatları Bakı-Sabunçu dəmiryol xəttinin elektrikləşdirilməsi istiqamətində yeni-

dənqurma işlərinə başlayır.

 Tramvayın istifadəyə verilməsindən cəmi 21 gün sonra, yəni 1924-cü il fevral ayının    29-da 

Bakı Soveti qərara alır: “Şəhərin rayonları və bağ yerləri ilə əlaqələri təmin etmək üçün BAKI-SA-

BUNÇU-MƏRDƏKAN-BUZOVNA  elektrik  qatarının  (Abşeron  şəhərətrafı  elektrik  sahəsinin) 

tikintisinə başlamaq zəruri hesab edilsin”. 

Artıq 1925-ci ilin mart ayında Bakı-Sabunçu dəmiryol xəttinin yenidən qurulması və elek-

trikləşdirilməsi işlərinə start verilir. 1926-cı il iyul ayının 26-da isə Abşeronun məşhur neft rayon-

ları sayılan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başlayır. 



20

 

ADY - 




21

 

ADY - 



QAYNAR XƏTT

Azərbaycan Dəmir Yolları QSC/Azerbaijan Railways CJSC

www.ady.az

+994 12 499 48 95



Ümummilli lider Heydər Əliyev:

“Əgər Bakı nefti olmasaydı, 

Sovet İttifaqının qələbəsi 

bəlkə də mümkün olmazdı”.


23

 

ADY - 



II DÜNYA 

MÜHARİBƏSİNDƏ FAŞİZM 

ÜZƏRİNDƏ QƏLƏBƏNİN 

TƏMİN OLUNMASINDA 

AZƏRBAYCAN 

DƏMİRYOLÇULARININ 

ROLU

Müharibənin ilk günlərindən etibarən, Azərbaycan dəmiryolçuları öz fəaliyyət istiqamətlərini dəyişərək ön 

cəbhə tələblərinin yerinə yetirilməsinə və qələbənin tezləşdirilməsinə yönəltdilər. Bu məqamda tarixə qısa 

ekskursiya etmək yerinə düşər...  

Tarixi həqiqətdir ki, II Dünya müharibəsi 

zamanı ön cəbhəni yanacaqla təmin edən əsas 

mərkəzlərdən  biri  də  məhz  Bakı  şəhəri  olub. 

Azərbaycanda arxa cəbhəni təmsil edənlər bu 

işdə xüsusi fədakarlıq göstərirdilər. Polad ma-

gistralın əməkçiləri cəbhəyə daşımaların vaxt-

lı-vaxtında  çatdırılması, qatarların təhlükəsiz 

şəraitdə və yüksək sürətlə idarə olunması üçün 

bütün qüvvələrini səfərbər edirdilər.  

Ön  cəbhədə  qələbəni  təmin  etmək  üçün  arxa 

cəbhədə  güclü  təminat  lazım  idi.  1941-1945-

ci  illərdə  Bakıdan  cəbhəyə  75  milyon  ton 

neft  yanacağı  göndərilib,  benzin  və  sürtgü 

yağlarına  olan  tələbatın  75-90  faizi  Bakı  nefti 

sayəsində  ödənilib.  Ümummilli  lider  Heydər 

Əliyev  haqlı  olaraq  deyib  ki: 

“-  Əgər  Bakı 

nefti olmasaydı, Sovet İttifaqının qələbəsi bəlkə də 

mümkün olmazdı”.

Bu,  həqiqətdir  -  ağır,  zirehli  texnikanı 

düşmən üzərinə aparmaq üçün birinci növbə-

də yanacaq lazım idi və Bakı neftçiləri, eləcə də 

ölkə  dəmiryolçuları  bu  problemi  uğurla  həll 

edirdilər. Həmin dövrdə Bakı şəhərinə “Qəh-

rəman şəhər” adının verilməməsi keçmiş SSRİ 

rəhbərliyinin ən ədalətsiz qərarı idi... 

Müharibənin ilk günlərində, hər şeyin cə-

bhə üçün səfərbər olunduğu bir vaxtda, 1941-ci 

il iyun ayının 23-də qatarların xüsusi hərbi qra-

fik üzrə hərəkətə keçirilməsi barədə əmr veril-

di. Hazırlıq işləri bir sutka ərzində başa çatmalı 

idi. Çünki belə məqamda ləngimək uduzmağa 

bərabər  idi.  Bu  işin  həyata  keçirilməsinə  yar-

dım  etmək  məqsədi  ilə Azərbaycanın  partiya 

orqanları, siyasi şöbələri və dəmiryol idarəsi-

nin mütəxəssisləri iri stansiyalara toplaşırdılar. 

Birinci növbədə, hərbçilər və hərbi texnika ilə 

yüklü vaqonların hərəkət qrafiki müəyyənləş-

dirildi.  Elə  müharibənin  ilk  günlərindən  eti-

barən,  sərnişindaşıma  işi  məhdudlaşdırıldı. 

Sərnişin qatarı vaqonlarının profilləri dəyişdi-

rilərək sanitar qurğular quraşdırıldı. Dəmiryol-

çuların bu işə fəal cəlb olunması ilk gündən öz 

bəhrəsini verməyə başladı. Bir faktı da demək 

lazımdır  ki,  Azərbaycandan  Zaqafqaziya  hü-

dudlarından kənara göndərilən qatarların sayı 

təkcə iyun ayında 10 faiz artmışdı.  

Sözsüz ki, ilk günlərdə bir sıra çətinliklər 

vardı. Bu da qismən dəmiryolçu kadrların azlı-

ğı ilə bağlı idi. O da həqiqətdir ki, müharibə şə-

raitində dəmir yolunun işinin yenidən qurul-



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə