“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   2   3   4   5   6   7   8   9   10   ...   20

24

 

ADY - 



ması  məsələsinin  həllində  kadrlar  çox  böyük 

rol oynayırdı. Digər tərəfdən, müharibənin ilk 

günlərindən  cəbhəyə  səfərbər  olunanlar  ara-

sında dəmiryolçuların da olması arxa cəbhədə 

kadr  çatışmazlığı  yaradırdı  və  buna  görə  də, 

müvəqqəti  çətinliyi  aradan  qaldırmaq  üçün 

hətta qadın və gənclər də nəqliyyat sahəsində 

işə  qəbul  olunurdular.  Dəmir  yoluna  yenicə 

qəbul olunmuş işçilərin qısamüddətli kurslar-

da  və  fərdi  təlimlərdə  iştirak  etməsi  ixtisaslı 

kadr  çatışmazlığı  problemini  müəyyən  qədər 

aradan qaldırdı. Peşəkar dəmiryolçular öz is-

tehsalat təcrübələrini gənclərə öyrədərək onla-

rın tez bir zamanda öncüllər sırasına çıxmala-

rına şərait yaradırdılar. Belə dəmiryolçulardan 

biri - Azərbaycanda ilk dəfə “Sosialist Əməyi 

Qəhrəmanı” kimi yüksək ada layiq görülmüş 

təcrübəli  təlimatçı-maşinist  Firudin  Ağayev 

gənc  maşinistlərin  təlim-tərbiyəsinə  böyük 

əmək sərf edib.  




25

 

ADY - 



“VAXTINDA ÇATDIRILAN 

HƏR BİR QATAR DÜŞMƏNƏ 

ZƏRBƏDİR”

II  Dünya  müharibəsi  zamanı  Azərbaycan  dəmiryolçularının  göstərdikləri  fədakarlığı  əks  etdirən  bəzi 

statistik rəqəmlər:

*   1941-ci il iyun ayının 23-dən Zaqafqaziya dəmir yolunda kütləvi hərbi daşınmalara 

start verildi. İyun ayının 23-dən 30-na kimi 152 eşelon və 6849 vaqon yüklənərək yola salın-

dı.


*   1941-ci ilin iyul ayı ərzində 201 eşelon və 112 nəqliyyat vasitəsi yüklənərək (ümu-

milikdə, 16442 vaqon) ön cəbhəyə göndərildi.  

*    Sərnişindaşımanın həcmi məhdudlaşdırıldı və sərnişin vaqonları sanitar vaqonlar 

kimi istifadə edilmək üçün yenidən quraşdırıldı. Sərnişindaşımanın xarakter və şərtləri kəs-

kin surətdə dəyişdirildi. 

*   Dəmir yolunun həkim-sanitar xidməti yoluxucu xəstəliklərin profilaktikasını və sa-

nitariya nəzarətini gücləndirdi. 

*   1941-ci ilin oktyabr ayında Gəncə hissəsində yükvurma planı 304,6 faiz, Ələt stan-

siyasında isə 152 faiz yerinə yetirildi. 

*   Dəmiryol nəqliyyatında ciddi qayda yaratmaq məqsədi ilə SSRİ Ali Sovetinin Rə-

yasət Heyəti 15 aprel 1943-cü il tarixli fərmanı ilə dəmir yolunda hərbi vəziyyət elan etdi. 

*   1941-ci ilin iyul ayında 1560, avqust ayında isə 2325 sistern yanacaqla doldurularaq 

ön cəbhəyə göndərildi. Bütövlükdə, 1941-ci ildə 303716 sistern ön cəbhəyə göndərilmişdir. 

*   II Dünya müharibəsi illərində Bakı Vaqon Təmiri Zavodunda zirehlə örtülmüş hər-

bi qatar hazırlanmış və digər döyüş sursatları istehsal edilmişdir. 

Qəhrəman xalqımızın Böyük Vətən müharibəsi illərində göstərdiyi mətinlik, rəşadət, cə-

sarət və şücaət layiqincə dəyərləndirilməlidir. Çünki Azərbaycan xalqı üçün bunun əhəmiyyəti 

indi daha çoxdur, belə ki, biz elə indi də müharibə şəraitində yaşayırıq. Torpaqlarımızın bir his-

səsi düşmənin tapdağı altındadır. Qarabağ kimi dilbər guşəni düşmən əlindən qurtarmaq üçün 

birinci olaraq gənclərimizdə vətənə məhəbbət hissini artırmalıyıq. Hazırda 400-dən çox II Dünya 

müharibəsi veteranı - bir vaxtlar dəmir yolunun müxtəlif sahələrində çalışmış insanlar ömürləri-

nin ixtiyar çağını yaşamaqdadırlar. 

Hər il Qələbə günü ərəfəsində Azərbaycan Dəmir Yolu İdarəsinin rəhbərliyi müharibə ve-

teranları ilə görüşərək onların qayğıları ilə maraqlanır. Biz vətənpərvərlik dərsi aldığımıza görə 

onlara minnətdar olmalıyıq. 

22 iyun 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əli-

yev “1941-1945-ci illəri ehtiva edən Böyük Vətən müharibəsi zamanı faşizm üzərində qələbənin 

65 illik yubileyinə hazırlıq və bu yubileyin qeyd edilməsi üzrə Milli proqram”ın təsdiq edilməsi 

haqqında sərəncam imzalamışdır. 

Respublikanın aparıcı mətbuat orqanlarında dəmiryolçuların müharibə illərindəki şücaə-

tini əks etdirən materiallar dərc olunmuş, dəmiryolçuların II Dünya müharibəsi zamanı göstər-

dikləri fədakarlığı əks etdirən plakatlar hazırlanmışdır. Yerli televiziya kanallarında Azərbaycan 




26

 

ADY - 



dəmiryolçularının arxa cəbhədəki fəaliyyətini əks etdirən arxiv sənədləri yayımlanmış və dəmir-

yolçu müharibə vete ran larının xati rələrini  əks etdirən süjetlər göstərilmişdir.

Sovetlər  Birliyindəki  dövrdə  polad  magistralın  əməkçiləri  çoxminli  mitinqlərdə  böyük 

qəzəb və etirazlarla çıxış edir, qəbul olunan qətnamələrdə vətənimizin müstəqilliyi (Sovetlər Bir-

liyindəki dönəm nəzərdə tutulur) və azadlığı naminə son damla qanından belə keçməyə hazır 

olduqlarını  bildirirdilər.  Onlar  cəbhə  üçün  daşımaların  vaxtlı-vaxtında  çatdırılmasına,  qatar-

ların yüksək sürətlə idarə olunmasına və ağır müharibə dövrünün tələblərinə uyğun işləməyə 

and içmişdilər. Hamı kimi, bütün nəqliyyat  işçilərinin, xüsusən də dəmiryolçuların qəlbi dərin 

vətənpərvərlik hissi ilə döyünürdü.  

Beləliklə, II Dünya müharibəsində Azərbaycan dəmiryolçuları üzərilərinə düşən vəzifəni, 

neft və neft məhsullarının, hərbi silah və qurğuların, eləcə də geyim və ərzağın ön cəbhəyə daşın-

masını təmin edə bilmişdilər. Müharibə dövründə dəmiryolçular belə bir şüarı özlərinin fəaliyyət 

devizi kimi seçmişdilər: “Vaxtında çatdırılan hər bir qatar düşmənə zərbədir!” 



27

 

ADY - 



“ŞİMAL-CƏNUB” 

BEYNƏLXALQ NƏQLİYYAT 

DƏHLİZİ

Strateji baxımdan mühüm coğrafi mövqedə - şimal-

dan cənuba və qərbdən şərqə iki əsas beynəlxalq nəq-

liyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan 

əsrlər boyu özünəməxsus körpü rolunu oynamışdır.

Beynəlxalq  “Şimal-Cənub”  nəqliyyat 

dəhlizinin  reallaşdırılması  sahəsində  də  gər-

gin  işlər  gedir.  Azərbaycan  Respublikasının 

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə 

qoşulmasına Ümummilli lider Heydər Əliyev 

razılıq  vermişdir.  Məhz  onun  razılığından 

sonra  bu  istiqamətdə  bir  sıra  mühüm  işlərin 

həyata  keçirilməsinə  başlandı  və  o  vaxtdan 

etibarən,  Azərbaycan  Respublikası  Nəqliyyat 

Nazirliyinin İran İslam Respublikası və Rusi-

ya Federasiyasının nəqliyyat nazirlikləri, eləcə 

də aidiyyəti qurumların rəhbərləri ilə keçirdiyi 

çoxsaylı görüşlərdə bu məsələlər ətraflı şəkildə 

müzakirə edilmişdir.

12  sentyabr  2000-ci il tarixində Sankt-Pe-

terburq  şəhərində  Rusiya  Federasiyası,  İran 

İslam  Respublikası  və  Hindistan  arasında 

“Şimal-Cənub”  beynəlxalq  nəqliyyat  dəhlizi 

haqqında saziş imzalanmış və bu saziş 21 may 

2002-ci  il  tarixində  qüvvəyə  minmişdir.  Saziş 

bütün nəqliyyat növlərinə - dəmir yolu, dəniz, 

avtomobil, çay və hava nəqliyyatı ilə daşımala-

rı təmin edən nəqliyyat infrastrukturu və nəq-

liyyat vasitələrinə aiddir. Bu baxımdan yalnız 

Hindistan istisna təşkil edir, belə ki, onun yal-

nız  dəniz  marşrutları  ilə  daşımalarda  iştirakı 

nəzərdə tutulmuşdur. 

Proqnozlar göstərir ki, tam gücü ilə fəa-

liyyət  göstərəcəyi  təqdirdə,  “Şimal-Cənub” 

beynəlxalq  nəqliyyat  dəhlizi Avropa  ölkələri, 

Rusiya,  Orta  Asiya  və  Qafqaz  regionlarının 

Fars    körfəzi  və  Hindistana  çıxışına,  Xəzər-

yanı ölkələrin Qara dəniz limanları ilə ticarət 

əlaqələrinin intensivləşdirilməsinə şərait yara-

dacaq.  Bu  dəhliz Avropa-Cənubi Asiya-Yaxın 

Şərq arasında dəmiryol daşımalarını və dəmir 

yolunun istər yerli, istərsə də tranzit daşıma-

larından əldə etdiyi  gəlirləri artırmağa imkan 

yaradacaqdır.

19-21  may  2004-cü  il  tarixində  Moskva 

şəhərində Rusiya, Azərbaycan və İranın dəmir 

yolu rəhbərlərinin üçtərəfli müşavirəsi keçiril-

miş  və  burada  beynəlxalq  Konsorsiumun  ya-

radılması,  üç  ölkənin  dəmir  yollarına  tranzit 

yük axınının cəlb edilməsi, birgə layihə-axtarış 

işləri, ümumi məsələlər və birgə işlərin koordi-

nasiyası müzakirə edilmişdir.

24-27 iyul 2005-ci il tarixində İranın pay-

taxtı Tehran şəhərində keçirilmiş tədbirdə bir 

sıra  hazırlıq  işlərinin  görülməsi  planlaşdırıl-

mışdı.  Həmin  tədbirdə  “Şimal-Cənub”  bey-

nəlxalq  nəqliyyat  dəhlizinin  tikintisi,  gələcək 

istismarı,  beynəlxalq  konsorsiumun  yaradıl-

ması  və  maliyyələşdirilməsi  üsulları,  hər  bir 

tərəfin tikintidə payı, yatırılacaq kapital vəsa-

itlərin qaytarılması yolları və digər məsələlər 

müzakirə edilmişdir.

2005-ci  il  fevral  ayının  9-da  Bakıda  ke-

çirilən  üçtərəfli  görüş  zamanı,  əsasən  Rusiya, 

Azərbaycan və İranın dəmir yolları tərəfindən 

Qəzvin-Rəşt  dəmir  yolu  xəttinin  layihələndi-

rilməsi, tikintisi və gələcək istismarı, həmçinin 

Astara  (Azərbaycan)-Astara  (İran)  dəmiryol 

sahəsinin layihələndirilməsi ilə əlaqədar səhm-

dar cəmiyyətin (SC) yaradılması və həmin cə-

miyyətin  Nizamnamə  kapitalının  razılaşdı-

rılması  nəzərdə  tutulmuşdur.  Bu  istiqamətdə 

2001-ci ildən başlayaraq müəyyən işlər görül-

müş və bu işlər hazırda da davam etdirilir. Gö-

rülən işlərin məntiqi nəticəsi kimi, Milli Məc-

lis  “Azərbaycanın  “Şimal-Cənub”  beynəlxalq 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə