“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

28

 

ADY - 



nəqliyyat  dəhlizi  haqqında  Sazişə  qoşulması 

barədə” qanun layihəsini təsdiq etmiş və ölkə 

başçısı İlham Əliyev 10 sentyabr 2005-ci il ta-

rixində həmin qanunu imzalamışdır.

Qeyd etmək lazımdır ki, dəhlizin keçəcəyi 

dövlətlərin dəmir yolu müdiriyyətləri bu pro-

sesin sürətləndirilməsinin tərəfdarı olduqları-

nı  bildirmişlər.  Yalama-Samur  məntəqəsində 

Azərbaycan-Şimali  Qafqaz  dəmir  yolları  rəh-

bərlərinin  görüşündə  də  “Şimal-Cənub”  bey-

nəlxalq  nəqliyyat  dəhlizinin  regionumuzun 

iqtisadi  inkişafındakı  əhəmiyyəti  və  onun  in-

kişafı istiqamətində həlli kimi vacib məsələlər 

müzakirə  edilmişdir.  Eyni  zamanda,  həmin 

görüşdə  keçid  məntəqəsində  “gecə-gündüz” 

keçid  rejiminin  bərpa  edilməsi,  sahənin  mü-

vafiq stansiyalarında yoxlama prosedurlarının 

aparılması və asanlaşdırılması üçün birgə ko-

missiyanın  yaradılması,  həmçinin  kommersi-

ya, texniki, gömrük və sərhəd yoxlaması pro-

sedurlarının  sürətləndirilməsi  üçün  müvafiq 

tədbirlərin  görülməsi  məsələləri  müzakirə 

olunmuşdur.

Azərbaycan  tərəfi  bu  dəhlizin açılması 

ilə əlaqədar 8,4 km dəmir yolu xəttinin çəkil-

məsini, hər biri 1050 metr olan 4 stansiya yo-

lunun tikintisini həyata keçirəcək (artıq tikinti 

üçün torpaq sahəsi ayrılmışdır). İlk mərhələdə 

4  yoldan  2-si  istifadə  olunacaq  və  gələcəkdə 

(daşıma  həcmi  artdıqca)  əlavə  tədbirlər  gö-

rüləcəkdir.

“Şimal-Cənub”  beynəlxalq  nəqliyyat 

dəhlizinin  reallaşdırılması  çərçivəsində Azər-

baycan  dəmir yolunun İran dəmiryol şəbəkəsi 

ilə  birləşdirilməsi  üçün  Astara  (Azərbaycan) 

və Astara (İran) dəmir yolu xəttinin çəkilməsi 




29

 

ADY - 



nəzərdə tutulub. Azərbaycan Respublikası ilə 

İran İslam Respublikası arasında “Sərhəd də-

mir yolu üzrə saziş” imzalanıb. İran tərəfi Asta-

raçay üzərində 101 metr uzunluğunda dəmir-

yol  körpüsünün  tikintisini  layihələşdirmiş  və 

Azərbaycan tərəfi ilə razılaşdırmışdır. Burada 

tərəflərin 50 faiz payla iştirakı nəzərdə tutulur. 

İran tərəfi göstərilən körpüdən İran Astarasına 

qədər dəmir yolunun tikintisini həyata keçir-

məlidir. Eyni zamanda, dəmiryol mütəxəssis-

ləri  müxtəlif  vaxtlarda Astara  (Azərbaycan)  - 

Astara (İran) sahələrində görüşlər keçirmiş, bu 

nəqliyyat dəhlizinin açılmasını sürətləndirmək 

üçün bir sıra məsələləri müzakirə etmiş, birgə 

müvafiq  layihə-axtarış  işləri  həyata  keçirmiş 

və qarşılıqlı memorandum imzalamışlar.

“Şimal-Cənub”  beynəlxalq  nəqliyyat 

dəhlizinin  reallaşdırılması  mütəmadi  olaraq 

keçirilən üçtərəfli görüşlərdə müzakirə obyek-

ti olmuşdur. 27 sentyabr 2005-ci ildə Moskva 

şəhərində Qəzvin - Rəşt - Astara (İran) - Astara 

(Azərbaycan)  yeni  dəmiryol  xəttinin  tikintisi 

layihəsi  üzrə  Azərbaycan,  İran  və  Rusiyanın 

dəmir  yolları  nümayəndələrinin  müşavirəsi 

keçirilib. Burada Qəzvin - Rəşt - Astara (İran) 

- Astara  (Azərbaycan)  yeni  dəmiryol  xəttinin 

tikintisi  və  istismarı  layihəsinin  hazırlanma-

sı  barədə  razılığın  icra  templəri  və  layihənin 

başa çatdırılması üçün nəzərdə tutulan planlar 

haqqında məsələlər müzakirə edilib.

Son  vaxtlar  “Şimal-Cənub”  beynəlxalq 

nəqliyyat dəhlizinin reallaşdırılması istiqamə-

tində mühüm addımlar atılmaqdadır. Bu dəh-

lizin bizim ölkə ərazisindən keçən hissəsində 

işlərin  sürətləndirilməsi  zamanın  tələbidir 

və  bu  məqsədlə  Azərbaycan  Respublikasının 




30

 

ADY - 



Prezidenti  Zati-aliləri  İlham  Əliyev  7  dekabr 

2015-ci il tarixində “Şimal-Cənub” beynəlxalq 

nəqliyyat dəhlizinin Azərbaycan Respublikası 

ərazisindən  keçən  hissəsində  işlərin  sürətlən-

dirilməsi  haqqında  sərəncam  imzalamışdır. 

Sərəncamdan irəli gələn vəzifələrin yerinə ye-

tirilməsi üçün bütün qüvvələr səfərbər olunub.

3-4  avqust  2015-ci  il  tarixində  Azərbay-

can  Respublikası  ilə  İran  İslam  Respublikası 

arasında iqtisadi, ticari və humanitar sahələr-

də  əməkdaşlıq  üzrə  Dövlət  Komissiyasının 

həmsədri  -    Azərbaycan  Respublikasının  iq-

tisadiyyat  və  sənaye  naziri  Şahin  Mustafa-

yevin  rəhbərlik  etdiyi  nümayəndə  heyətinin 

tərkibində “Azərbaycan Dəmir Yolları” Qapalı 

Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov 

İran İslam Respublikasında səfərdə olmuşdur. 

Səfər çərçivəsində nümayəndə heyəti İran İs-

lam Respublikasının Prezidenti Həsən Ruhani 

və müvafiq qurumların rəhbərləri ilə görüşlər 

keçirmişdir.

“Azərbaycan  Dəmir  Yolları”  Qapalı 

Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov 

İranın yol və şəhərsalma naziri Abbas Əhməd 

Axundi və nazir müavini - İİR Dəmiryol İdarə-

sinin  baş  direktoru  Mohsen  Purseyid  Ağayi 

ilə  ikitərəfli  görüşlər  keçirmiş,  İran  Dəmiryol 

İdarəsinin  dispetçer  mərkəzində  hərəkətin 

idarə  edilməsi  ilə  tanış  olmuşdur.  Keçirilən 

görüşlərdə bu layihənin hər iki ölkə üçün da-

şıdığı əhəmiyyət vurğulanmış, “Şimal-Cənub” 

beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə işçi 

qrupun yaradılması qərara alınmışdır.

9-10 oktyabr 2015-ci il tarixində Astarada 

Azərbaycan  Respublikası  ilə  İran  İslam  Res-

publikası arasında iqtisadi, ticari və humanitar 

sahələrdə  əməkdaşlıq  üzrə  Dövlət  Komissi-

yası üzvlərinin ikitərəfli görüşü keçirilmişdir. 

Görüşdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat 

dəhlizi ilə bağlı görülən işlərin gedişatı və ya-

radılacaq  infrastruktur  barədə  müzakirələr 

aparılmış, dəhlizin Astara (Azərbaycan) - Asta-

ra (İran) hissəsinə baxış keçirilmişdir. Görüşün 

sonunda Azərbaycan ilə İran arasında iqtisadi, 

ticari və humanitar sahələrdə əməkdaşlıq üzrə 

Dövlət  Komissiyası  çərçivəsində  “Şimal-Cə-

nub”  beynəlxalq  nəqliyyat  dəhlizi  üzrə  işçi 

qrup iclasının protokolu imzalanmışdır. Proto-

kolu Azərbaycan tərəfdən “Azərbaycan Dəmir 

Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran 

İslam Respublikası (İİR) tərəfindən isə İİR Də-

miryol İdarəsinin baş direktoru Mohsen Purse-

yid Ağayi imzalamışlar.

2 noyabr 2015-ci ildə “Azərbaycan Dəmir 

Yolları”  Qapalı  Səhmdar  Cəmiyyətinin  sədri 

Cavid Qurbanovla İİR Dəmir Yol İdarə Heyə-

tinin üzvü Abbas Haj Fathaliha arasında görüş 

keçirilmişdir.  Görüşdə  “Azərbaycan  Dəmir 

Yolları”  QSC-nin  sədri  Cavid  Qurbanov  giriş 

sözü ilə çıxış edərək Azərbaycan dəmir yolun-

da reallaşdırılan layihələr, qarşıda duran pers-

pektiv vəzifələr haqqında ətraflı məlumat ver-

mişdir.  Görüşdə  “Şimal-Cənub”  beynəlxalq 

nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparıl-

mışdır. Həmçinin qeyd edilmişdir ki, ilk mər-

hələdə Astaraçay üzərində uzunluğu 101 metr 

olan  körpünün  birgə  tikintisi,  Astara  (Azər-

baycan) - Astara (İran) dəmiryol xəttinin İran 

sahəsində uzunluğu 1,7  km olan yolun və yük 

terminalının tikintisini İran tərəfi, Azərbaycan 

sahəsində 8,3 km uzunluğunda dəmir yolunun 

tikintisini isə Azərbaycan tərəfi həyata keçirə-

cək.

21 dekabr 2015-ci ildə İran İslam Respub-



likasının paytaxtı Tehran şəhərində “Şimal-Cə-

nub” beynəlxalq nəqliyyat dəhlizi  çərçivəsin-

də  Astaraçay  üzərində  Astara  (Azərbaycan) 

- Astara (İran) dəmiryol körpüsünün tikinti la-

yihəsi üzrə Azərbaycan və İİR Dəmiryol İdarə-

sinin İşçi qrupunun iclası keçirilmişdir.

12  yanvar  2016-cı  ildə  “Şimal-Cənub” 

beynəlxalq nəqliyyat dəhlizi: yeni istiqamətlər, 

inkişaf  və  perspektivlər”  adlı  Beynəlxalq  fo-

rum-dialoq keçirilmişdir. Forumda “Azərbay-

can Dəmir Yolları” QSC-nin sədri Cavid Qur-

banov, “İran Dəmir Yolları” şirkətində Direk-

torlar şurasının sədri Möhsün Purseyid Ağayi, 

İran nəqliyyat və şəhərsalma nazirinin müavi-

ni Mohammad Seyidnejat, “Gürcüstan Dəmir 

Yolu” SC-nin sədri Mamuka Baxtadze və “Uk-

rayna Dəmir Yolu” SC-nin İdarə heyətinin sədr 

əvəzi Aleksandr Zavqorodniy iştirak etmişlər. 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə