NƏTİCƏ VƏ TƏKLİFLƏR
Təqdim olunmuş dissertasiya işində kompüter şəbəkələrinin iki növü - naqilli
şəbəkə texnologiyaları və simsiz şəbəkə texnologiyaları tədqiq edilmiş və aşağıdakı
nəticələr alınmışdır:
1.
XX əsrin ortalarından ARPANET-dən başlayaraq istifadə olunan naqilli
şəbəkə texnologiyalarına alternativ meydana gəlmiş daha müasir
texnologiyaların - simsiz şəbəkə texnologiyalarının əsas xarakteristikaları
tədqiq edilmişdir.
2.
Məlumdur ki, kompüter şəbəkələrinin qurulması müəyyən topologiyaya
əsaslanır. Tədqiqat işində kompüter şəbəkələrinin qurulmasında istifadə
olunan şin, halqavari, ulduz, ağacvari və qarışıq (Mesh) topologiyalara
uyğun texnologiyaların optimallığı tədqiq edilmişdir.
3.
Kompüter şəbəkələrinin qurulma həcminə görə təsnifatını əsas götürərək
bu texnologiyaların səmərəliliyi, onların həyatımızın müxtəlif sahələrinə
təsiri,
ümumi inkişaf istiqamətləri və gələcək perspektivləri
araşdırılmışdır.
4.
Daha sonra ümumi LAN şəbəkələrinin səmərəliliyi, onların qurulmasına
qoyulan texniki tələblər və simsiz texnologiyalar vasitəsilə LAN və
WLAN şəbəkələrinin konfiqurasiyası ətraflı şəkildə öyrənilmişdir.
5.
Simsiz lokal şəbəkənin planlaşdırılması və layihələndirilməsi, WLAN
şəbəkələrinin konfiqurasiyasının və parametrlərinin onların quraşdırılma
mühitindən, mövqeyindən asılı olaraq məxfiliyinin qorunması və onlara
daxil olan WEP, WPA, WPA, 802.1x şifrələnməsinin tətbiqi məsələləri
tədqiq olunmuş, buraya daxil olan RADİUS server texnologiyasının
əhəmiyyəti izah edilmiş və simsiz şəbəkə texnologiyalarında yaranan
problemlərin həlli yolları göstərilmişdir.
6.
Əlavə olaraq AD HOC şəbəkəsi və ona daxil olan MIMO texnologiyasının
da əsas perspektivləri və onu məhdudlşdıran amillər araşdırılmışdır.
75
Təklif:
ADHOC şəbəkəsi və ona daxil olan MIMO texnologiyasının
araşdırılmasının nəticəsi olaraq UNEC-də Kampus şəbəkəsi qurula bilər.
Burada əsasən WLAN şəbəkə texnologiyasının tədris binalarında tətbiqi,
şəbəkənin müraciət nöqtələri ilə əlaqələndirilməsi və idarəetmə
əlverişliliyinin təmini üçün 1 radius serverin qurulması və bunun vasitəsilə
mac ünvana uyğun olaraq 1 istifadəçi adı, mac ünvanla şəbəkə arasında
əlaqələnmənin təşkilidir. Bu da universitet nəzdində yerləşən tədris
binalarının lokal şəbələləri arasında təhlükəsizliyin yüksək səviyyədə
qorunmasını təmin edəcək.
|