 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
  1   2   3   4   5   6   7   8   9   ...   29


 

 

 



 

                                         



  

                     ŞURƏDDİN  MƏMMƏDLİ 

               filologiya elmləri doktoru, professör, 

            Gürcüstan Milli Akademiyasının həqiqi üzvü 

 

                                       



 

         GÜRCÜSTAN 

   AZƏRBAYCANLILARI 

 

       Gürcüstan'da Azər Türkləri məskunlaşan 

             İNZİBATİ-ƏRAZİ  VAHİDLƏRİ 

 

                     STATİSTİK-ENSİKLOPEDİK 



                               BİLGİLƏR 

 

 



                     --------------------------------


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 2 

 

 



-------------------------------- 

 

    Məmmədli Ş. B. Gürcüstan Azərbaycanlıları 

    Gürcüstanda  Azər  Türkləri  məskunlaşan  inzibati-ərazi  vahidləri. 

Statistik-ensiklopedik bilgilər. 

 

     Topluda  Gürcüstanda  azərbaycanlıların  tarixi-coğrafi  durumuna 



nəzər salınır, çağdaş dövrə aid statistik-ensiklopedik içərikli bilgilər 

inzibati-ərazi  məntəqələri  (əsasən  kəndlər)  müstəvisində  diqqətə 

çatdırılır. 

 

--------------------------------




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 3 

 

 



  TBİLİSİ  ŞƏHƏRİNDƏ.  –  Gürcüstanın  paytaxt  şəhəri. 

Ərazisi:  121  kv.  km.  Əhalisi: 

1989’da 

1.095.500 

nəfər, 

2002’də  1.081.679  nəfər.  1936-



cı  ilə  qədər  Tiflis  adlanıb.  Or-

tacala,  Şeytanbazar,  Tatar  Mey-

danı,  Xarpux,  Bəzəkli  hamam, 

Cümə  Məscidi,  Təklə  karvansa-

rası,  Müsəlman  məzarlığı,  Koroğlu  qayası,  Saburtala, 

Cırtdahan,  Çaylaq,  Narınqala  (onun  İsfahan,  Təbriz  bürcləri), 

Gəncəqapısı,  Basqallar,  Şıxlı,  Şahtaxtı,  Seyidlər,  Müctəhid, 

Avcala,  Nəftuluq  toponimləri  babalarımızın  ruhunu  yaşadır. 

Burada 730-cu ildə məscid tikildiyi barədə bilgi var. Bir məscid 

XV  əsrdə  Ağqoyunlu  sərkərdəsi  Xəlil  bəy  Bəktaşi  tərəfindən 

(Bəktaşiyə  məscidi),  digər  məscid  1522-ci  ildə  Şah  İsmayıl 

tərəfindən  (Əliyə  məscidi),  daha  bir  məscid  18-ci  əsrin  20-ci 

illərində  osmanlılar  tərəfindən  inşa  edilmişdi.  Şah  Abbas 

məscidi  1949-cu  ildə  uçurulub.  Tiflis  Cümə  məscidi 

müsəlmanların  xidmətindədir.  Tiflisi  dahi  Nizami  «Cənnət 

bəzəkli  gözəl  torpaq»,  Vaqif  «dünya  yerinin  cənnəti»  vəsf 

edib,  Abdulla  Şaiq  doğma  şəhəri  «əlvan  qanadlarını  geniş 

açmış  tovuz  quşuna»  bənzədib.  A.  Bakıxanov,  M.  F.  Axund-

zadə, M. Ş. Vazeh, M. C. Məmmədquluzadə, Ö.F. Nemanzadə, 

H.  Cavid,  xanəndələr  Allahverdi,  Sadıq,  Səttar,  Bülbülcan  və 

başqaları burada yaşayıb-yaradıblar. Tiflisdə Azərbaycan teatrı 

fəaliyət  göstərib,  ‘Ziya’,  ‘Kəşkül’,  ‘Şərqi-Rus’,  ‘Molla  Nəsrəd-

din’, ‘Yeni fikir’, ‘Sovet Gürcüstanı’... qəzetlərimiz, dərgilərimiz 

yayınlanıb,  türk  pedaqoji  texnikumu  olub.  Dövlət  xadimi 

diplomat  Əlimərdan  bəy  Topçubaşov,  ictimai  xadim  Nəriman 

Nərimanov,  general  Axund  Yusif  Talıbzadə,  sevimli  ədib 

Abdulla Şaiq, xalq artistləri Mustafa Mərdanov, Əli  Qurbanov, 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 4 

Möhsün  Sənani,  İbrahim  İsfahanlı,  mayestro  Niyazi,  Rəşid 

Behbudov,  akademiklər  İsmayıl  Hüseynov,  Ələkbər  Quliyev, 

Məqsud Əliyev, akademiyanın müxbir üzvü İsa Kərimov, əmək 

qəhrəmanı  məşhur  neftçi  Akif  Cəfərov,  profesorlar  Teymuraz 

Cəfərli,  Zemfira  Verdiyeva,  Dilarə  Əliyeva,  Elçin  Məmmədov, 

ictimai  xadim  Həsən  Həsənov,  jurnalist-yazar,  Tiflisin  Türk 

kökənli  toponimlərinin  araşdırıcısı  Mirzə  Məmmədoğlu  və 

başqaları  Tiflis  doğumludurlar.  Nəbatat  bağındakı  xiyabanda  

M.  F.  Axundzadənin,  M.  Ş.  Vazehin  qəbrüstü  abidələri,  F. 

Xoyskinin,  H.Ağayevin  büstləri,  xalq  artisti  İ.  İsfahanlının  evi 

qənşərində barelyefi qoyulub. Bakı küçəsi, M. Ş. Vazeh, M. F. 

Axundov, İ. İsfahanlı küçələri var. Cümə Məscidi, Azərbaycan 

Mədəniyət  Mərkəzi,  Azərbaycan  Dram  Teatrı,  ‘Gürcüstan’ 

qəzeti,  İlya  Çavçavadze  Dövlət  Universitəsində  Azərbaycan 

şöbəsi,  M.  F.  Axundzadənin,  N.  Nərimanovun,  M.  C.  Məm-

mədquluzadənin  ev-muzeyləri,  73  sayılı  Azərbaycan  məktəbi 

və  64  sayılı  məktəbin  Azərbaycan  bölməsi  var.  Burada  dün-

yəvi  məktəbimizin  tarixi  1847–1849-cu  illərdəndir.  Tiflisdə 

azərbaycanlıların  sayı  1835-ci  ildə  723  nəfər,  1876’da  2310 

nəfər, 1897’də 5557 nəfər, 1902’də 6635 nəfər, 1922’də 3255 

nəfər,  1939’da  5874  nəfər  (1,1%),  1959’da  9560  (1,4%), 

1979’da  12852  (1,2%),  1989’da  17968  (1,5%),  2002’də 

33751 (1,3%) göstərilir. 

 

 

 



  RUSTAVİ  ŞƏHƏRİNDƏ. – Kvemo (aşağı) Kartli diyarının 

inzibati  mərkəzi,  respublika  tabeliyində  şəhər.  Ərazisi:  60,6 

kv.km.  Əhalisi:  1989’da  183.200  nəfər,  2002’də  116.384  nə-

fər,  2008’də  135.000  nəfər.  Kür  çayının  hər  iki  sahilində, 

Yağlıca  dağlarının  quzey  yamaclarında,  Tbilisidən  11  kilometr 

cənub-şərqdə,  Tbilisi–Bakı  dəmiryolunun,  Tbilisi–Sınıqkörpü 

avtomobil yolunun  kənarında. Əzəli tarixi məxəzlərdə şəhərin 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə