 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 42 

Muğanlı, Ağtəhlə,  Qaratəhlə, Qaracalar,  Birlik,  Botanika,  Kali-

nin,  Təzəkənd,  Candar,  Vaxtangis,  Aşağı  Kəpənəkçi,  Ambar-

təpə  kəndlərində  tamamilə,  Qardabani  şəhərində  qarışıq  şə-

kildə  yaşayırlar.    2006’da  rayonda  14  Azərbaycan  məktəbi, 

bunun  11-i  orta,  3-ü  baza  (doqquzillik)  məktəbi,  5283  nəfər 

azərbaycanlı şagird, 436 nəfər azərbaycanlı müəllim olub.  

 

 



  QARDABANİ  ŞƏHƏRİNDƏ.  –  Qarayazı  düzündə, 

Qarayazı  meşəsinin,  Kür  çayının  sol  sahilində,  Tbilisidən  42 

km  gündoğarda,  Tbilisi–Bakı  dəmir-

yolunun, 

Rustavi–Böyükkəsik 

avtomobil  yolunun  kənarında,  dəniz 

səviyəsindən  310  m  yüksəklikdə. 

Qardaban 

toponimi 

Girdman 


hakimliyinin  və  eyniadlı  tayfanın 

adıyla  əlaqələndirilir.  Əvvəlki  adı 

Qarayazı  olub.  Əzəlki  Qaratəpə 

kəndinin  ərazisindədir,  1932-ci  il  22 

dekabr  tarixdə  Qaratəpə  kəndi 

Qarayazı qəsəbəsinə birləşdirilmişdi. 

1947-ci il 18 mart tarixdən Qarayazı 

adı  Qardabani  adıyla  əvəzlənmişdi.  1969-cu  ildən  şəhərdir. 

İndi  soydaşlarımız  yaşayan  Qaratəpə,  Aşağı  Kəpənəkçi 

kəndlərini,  Vağzal  (Tbiliscğaro) qəsəbəsini də  içinə  alır. Azər-

baycanlı  əhalisi:  2002’də  7176  nəfər.  İki  məscid  olub:  19-cu 

əsrə  aid  Xoylu  və  Marağa  məscidləri;  sonra  Xoylu  məscidi 

bərpa  edilərək,  Qarayazı  Cümə  məscidi  adlandırılıb.  Bakı, 

Nizami,  Vaqif,  Axundov,  Səməd  Vurğun,  Əzizbəyov,  Abdulla 

Mustafayev  küçələri  də  var.  Qaratəpə  məktəbi  1919-cu  ildə 

açılıb;  Müqəddəs  Nemətov  adına  3  saylı  Azərbaycan  orta 

məktəbi (2006’da 659 şagird, 61 müəllim) və İsa İsmayılzadə 

adına  6  saylı  Azərbaycan  təməl  məktəb  (2006’da  114  şagird, 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 43 

16 müəllim) fəaliyətdədirlər. Məktəbin keçdiyi yol barədə "Elin 

sönməz  ziyası"  adlı  kitab  (Bakı,  2001)  buraxılıb.  Məşhurları: 

ağsaqqallar Abdulla Mustafayev, Əli Şıxıyev, Hacı Daşdəmirov, 

Abdulla  Daşdəmirov,  əmək  qəhrəmanı  Gülsənəm  Əliyeva, 

şairlər  İsa  İsmayılzadə,  Vəli  Tomayev,  Arif  Mustafazadə, 

Gürcüstan  Parlamentinin  deputatı  olmuş  alim  Müqəddəs  Ne-

mətov,  veteran  müəllimlər  Rüstəm  Məmmədov,  Cəlil 

Məmmədov,  Zülfü  Tomayev,  Tanrıverdi  Sadıqov,  Məhəmməd 

Nemətov, Həmid Musayev, Zabit Hüseynov,  "Şərəf" ordenlilər 

Rza  İsgəndərov,  Hidayət  Yusifov,  Kazım  Bədəlov,  Firdovsi 

İsgəndərov,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir 

üzvü  Şahvələd  Xəlilov,  alimlər  Kamil  Şərifov,  Cabbar  Məm-

mədov,  Sabir  Daşdəmirov,  Qorxmaz  Baxışov,  Sabir  Əliyev, 

Ziyəddin  Sadıxov,  Ələddin  Mahmudov,  Əlixan  Musayev, 

Ələddin  Bədəlov,  Ələddin  Hüseynov,  Xəmməd  Gözəlov, 

Əhməd  Musayev,  Yaqut  Nemətov,  ictimaiyətçilər  Gürcüstan 

Parlamentinin üzvü olmuş Ramin Bayramov, Telman Həsənov, 

İlyas  Məmmədov,  Akif  İsmayılov,  rəssam  Tarıyel  Əliyev, 

heykəltəraş  Fərhad  Heydərli,  polkovnik  Hamlet  Daşdəmirov, 

din xadimi Ramin İgidov vb.

  

 

  AXALŞEN  kəndi  –  Qarayazı  düzündə,  şose  yolu 

kənarında,  rayon  mərkəzindən  3  km  günbatardadır.  Alman 

koloniyası  olub.  İlk  adları  Telman,  Qofrunstal  olub.  Almanlar 

sürgün  olunandan  sonra  buraya  Təhlə,  Kosalı,  Candar 

camaatlarından  azərbaycanlılar  gəlib  yerləşiblər.  Əhalisi: 

2002’də 1184 nəfər (87% – 1030 nəfər azərbaycanlı). 



 

  AMBARTƏPƏ  kəndi  –  Qarayazı  düzündə,  Tbilisi–

Qardabani  şosesinin  kənarında,  rayon  mərkəzindən  4  km 

günbatarda,  dəniz  səviyəsindən  305  m  yüksəkdə.  Tarixi 

məxəzlərdə adı Ambartəpə (Ambartayfa) şəklində 19-cu əsrdə 

də  çəkilir.  Alman  koloniyası  olub,  Traunbenstal  adlanıb,  Roza 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 44 

da  deyilib,  1943-cü  ildən  sonra  Təhlə  camaatının  bir  qismi 

buraya  köçüb,  adı  Ambartəpə  olub.  Əhalisi:  2002’də  131 

nəfər (81% – 106 azərbaycanlı, 13% – 75 gürcü). 



 

  AŞAĞI  KƏPƏNƏKÇİ  kəndi  –  Qarayazı  düzündə, 

Qarayazı  meşəsinin,  Kür  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  3  km  qərbdə,  dəniz  səviyəsindən  300  m 

yüksəklikdə.  Başqa  Kəpənəkçi  elləri  kimi,  bu  kəndin  adı  da 

qədim  türk  mənşəli  Pəçənek  tayfasının  Kapan/Kəpən  qolu  ilə 

bağlı  ola bilər. Kəndə Cəfərli, Ulukişili, Zərgər də deyilib. İndi 

Qardabani  şəhərinin  idarəsi  nəzdindədir.  Sahəsi:  42  ha  əkin 

yeri.  Əhalisi:  1918’də  87  ailədə  65  nəfər;  1926’da  Yuxarı 

Kəpənəkçidə 338 nəfər, Aşağı Kəpənəkçidə 86 nəfər; 2002’də 

təxminən  125  ailədə  1020  nəfər.  İlk  məktəb  1938-ci  ildə 

yaradılıb,  təməl  məktəb  (2006’da  79  şagird,  12  müəllim) 

fəaliyətdədir. Məşhurları: Qori seminariyasının müdavimi Paşa 

Məhəmmədəlioğlu,  el  şairi  Məhəmməd  Qasımoğlu,  ağsaqqal 

Bayram  kişi,  veteran  müəllimlər  İsmayıl  Xudayev,  Əbdüləziz 

Məhəmmədoğlu, Elşad Həsənov, təsərrüfatçı Xəlil Nəbiyev vb. 

 

  BİRLİK  kəndi  –  Qarayazı  düzündə,  Tbilisi–Qardabani 

şosesinin  kənarında,  rayon  mərkəzindən  3  km  günbatarda, 

dəniz 

səviyəsindən 



310 

yüksəklikdə. 



1928'də 

Ağtəhləlilərdən  ibarət  «Birlik»  kənd  təsərrüfatı  arteli 

yaradılmaqla  salınıb.  Əhalisi:  1926’da  158  nəfər;  2002’də 

87%  azərbaycanlı  olmaqla  298  ailədə  1184  nəfər,  2006'da 

396  ailədə  2100  nəfər.  Məşhurları:  ağsaqqallar  Bəki  Söyün 

oğlu,  Əjdər  İbrahimov,  Bayram  Gözəlov,  veteran  müəllimlər 

Yunus  Osmanov,  Pirməmməd  İbrahimov,  Məhəd  Vəliyev, 

Hacalı 


Mustafayev, 

Səfər 


Sadıqov, 

Musa 


Əhmədov, 

təsərrüfatçı  "Şərəf"  ordenli  Məhərrəm  Həsənov,  profesör 

Xəmməd  Gözəlov,  din  xadimi  Məşədi  Namiq,  şair-jurnalist 

Əbdüləli İbrahimsoy, aşıq Ağacan vb. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə