 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   2   3   4   5   6   7   8   9   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 12 

yolunun  kənarında,  dəniz  səviyəsindən  410  m  hündürlükdə. 

Çoxsaylı  adaşları  kimi,  qədim  Midiyada  əsas  tayfalardan  biri 

olmuş Muğ, Muğan tayfalarının adıyla ilgilidir. Yaxınlıqdakı ar-

xeoloji  məskən  erkən  tunc  dövrünə  aid  edilir  və  daş  sərdaba 

içində  Kür-Araz  mədəniyətinə  şamil  olunan  daşdan,  gildən 

bəzəkli-naxışlı  qablar  tapılıb.  Əhalisi:  1803-cü  ildə  16  ailədə 

65 nəfər; 1870’də 25 ailədə 168 nəfər; 1926’da 65 ailədə 198 

nəfər;  2002’də  274  ailədə  1205  nəfər  (600  kişi,  605  qadın), 

2006'da 278 ailədə 1250 nəfər. Məktəb 1921-cu ildə yaradılıb. 

Təməl  məktəb  (2005’də  10  sinifdə  170  şagird)  var. 

Məşhurları:  müharibə  qəhrəmanı  Xan  Məmmədov,  sinədəftər 

el ağbirçəyi Məsmə Alı qızı, ağsaqqal Məhəmməd Məmmədov, 

aşıq  Əli  Qənbərov,  şair  Vilayət  Rüstəmzadə,  alim  İbadət 

Mövləli,  ictimaiyətçilər  Kamandar  Məmmədov,  Abbas  Ab-

basov,  Aydın  Məmmədov,  xeyriyəçi  Tofiq  Əliyev,  şairlər 

Bəxtiyar Rüstəmzadə, Esmira Məmmədova vb. 

 

  BALIC  kəndi  –  Ükəngər  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən 21 km güneydədir. Yaxında ortaəsrlərə  aid qoç, 

at  heykəlcikləri  aşkarlanıb.  Gürcülərlə  yanaşı,  təxminən  50 

nəfər azərbaycanlı yaşayır. 



 

  BƏYTƏKƏR  (Bərtəkər)  kəndi  – Dəniz səviyəsindən 810 

m  hündürlükdə.  Toponim  Sakların,  bulqarların  tirəsi  Təkə 

tayfasının,  qıpcaqlardakı  Tək  tayfasının  adını  əks  etdirə  bilər. 

Əhalisi:  1870’də  8  ailədə  54  nəfər;  1918’də  110  nəfər; 

1926’da  22  ailədə  123  nəfər;  1886-cı  ildə  9  ailədə  79  nəfər; 

2002’də 65 ailədə 289 nəfər (147 kişi, 142 qadın), 2006'da 59 

ailədə  300  nəfər.  Məktəbin  tarixi  1937-ci  ildəndir.  Təməl 

məktəb (2005’də 9 sinifdə 46 şagird) var. 



 

  CƏFƏRLİ  kəndi  –  Maşaver  çayının  sağ  sahilində,  rayon 

mərkəzindən  7  km  gündoğarda,  dəniz  səviyəsindən  430  m 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 13 

hündürlükdə.  Toponim  oğuz-türkman  soylu  vəya  qıpcaqların 

Qazax  tayfasına  mənsub  elin  adını  əks  etdirir.  Əhalisi: 

1870’də  7  ailədə  47  nəfər;  1918’də  109  nəfər;  1926’da  37 

ailədə 144 nəfər; 2002’də 144 ailədə 541 nəfər (262 kişi, 279 

qadın), 2006'da 126 ailədə 545 nəfər. Elementar məktəb fəa-

liyətdədir.  Məşhurları:  profesör  Səmayə  Əhmədova,  veteran 

müəllimlər Əmir Əhmədov, Ələddin Əhmədov. 



 

  DARBAZ  kəndi  –  Gədi  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  23  km  qərbdə,  dəniz  səviyəsindən  820  m 

hündürlükdə. 1536-cı ilin sənədlərində Darbasçala kənd adına 

rastlaşırıq.  Darvaz  deyilir.  Əhalisi:  1870’də  72  ailədə  483 

nəfər;  1918’də  2872  nəfər;  1926’da  208  ailədə  1144  nəfər; 

2002’də  847  ailədə  3743  nəfər,  2006'da  837  ailədə  3600 

nəfər.  Məktəbin  tarixi  1919-cu  ildən  başlanır.  Orta  məktəb 

(2005’də  13  sinifdə  267  şagird)  fəaliyətdədir.  Məşhurları: 

Osmanlıda paşalıq  rütbəsinə yüksəlmiş Mehralı  bəy,  ağsaqqal 

Alı  Əhmədoğlu,  Alı  Orduxanov,  şair  Mirzə,  sərkərdə  Ayvaz 

İsmayılov,  İsgəndər  Əlləzov,  alimlər  Məhəmmədəli  Məm-

mədov,  Mədəd  Çobanov,  Fərman  Gülməmmədov,  Valeh 

Hacıyev,  Murtuz  Məmmədov,  Fazil  Bəxtiyarov,  Fəxri  Hacıyev, 

şair  Rafiq  Hümmət,  ‘Gürcü–Azərbaycan  dilləri  paralelləri’ 

kitabının  müəllifi  Məhər  Qəhrəmansoy,  ‘Çağdaş  Borçalı  ədəbi 

məktəbi’,  ‘Borçalı  aşıqları’  kitablarının  yazarı  Müşfiq  Çobanlı, 

jurnalist  Musa  Çobanlı,  həkimlər  Güləhməd  Güləhmədzadə, 

Səməd  Çobanov,  hüquq-mühafizəçisi  Rəşid  Hacıyev,  icti-

maiyətçilər  Hacıməmməd  Hacıyev,  Əlləz  Məmmədov,  Novruz 

Məmmədov,  Nadir  Əhmədov,  Nadir  Abbasov,  müəllimlər 

Müseyib  Qəmbərov,  Süleyman  Hacıyev,  xeyriyyəçi  Ziya 

Abbasov vb. 



 

  DAŞDIOĞULLAR  kəndi  –  Maşaver  çayının  sol  sahilində, 

avtomobil  yolunun  kənarında,  rayon  mərkəzindən  12  km 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 14 

gündoğarda,  dəniz  səviyəsindən  430  m  hündürlükdə. 

Toponimin  Dəşti-Qullar,  Daşlı-Qullar,  Dəşti-oğullar  anlamları 

var.  Bulqarların  qıpcaq  tirəsi  kollar,  alban  tayfası  kellər,  qıp-

caq-qarapapaqlar içindəki Kul tayfası ilə ilgili ola bilər. Kəndin 

adı  19-cu  əsr  sənədlərində  Ağbabalı  kimi  də  gedir.  Əhalisi: 

1870’də  25  ailədə  168  nəfər;  1918’də  180  nəfər;  1926’da  40 

ailədə 184 nəfər; 2002’də 279 ailədə 893 nəfər (445 kişi, 448 

qadın),  2006'da  279  ailədə  900  nəfər.  Məktəb  1924-cü 

ildəndir.  Orta  məktəb  (2005’də  11  sinifdə  240  şagird) 

fəaliyətdədir. 

Məşhurlar: 

əmək 

qəhrəmanları 



Əmirxan 

Abbasov, Heyransa Mehdiyeva vəb. 



 

  DƏLLƏR  (Müşevan)  kəndi  –  Maşaver  çayının  sağ 

sahilində,  rayon  mərkəzindən  14  km  günbatarda,  dəniz 

səviyəsindən  750  m  hündürlükdə.  Dəllər  vəya  Aran-Dəlləri 

deyilir. Türkmənşəli Tele/Tələ tayfasının  adını  əks etdirir.  Bu 

tayfa  Kolayır  kəndindəki  Dəllər  nəsliylə  genetik  qohumdur. 

Yaxında  10–11-ci  əsrlərə  aid  kiçik  ölçülü  salon  formalı  kilsə 

aşkarlanıb.  Pir  deyilən  yerdəki  qəbirüstü  daşda  kaman,  saz 

çalıb-oxuyan  aşıq  təsviri  diqqəti  çəkir.    Əhalisi:  1870’də  7 

ailədə  47  nəfər;  1918’də  198  nəfər;  1926’da  53  ailədə  314 

nəfər;  2002’də  290  ailədə  1194  nəfər  (607  kişi,  587  qadın), 

2006'da  246  ailədə  1200  nəfər.  Məktəbin  tarixi  1931-ci  ildən 

götürülür.  Təməl  məktəb  (2006’da  9  sinifdə  142  şagird)  fəa-

liyətdədir.  Məşhurları:  ağsaqqallar  Hüseyn  İmanoğlu,  Alı 

Sarıoğlu,  Yəhya  Məmmədoğlu,  Səməd  Süleymanoğlu,  Vəkil 

Sarıyev,  Əlimədəd  Muxtarov,  zurnaçı  Söyün,  aşıqlar  Murad 

Kövrək, Əhəd, Əli, Bafəli, şair ‘Şərəf’ ordenli Əlixan Yəhyaoğ-

lu,  xeyriyəçi  Eldəniz  Yəhyaoğlu,  alimlər  Əlican  Sarıyev, 

İbrahimxəlil Tatıyev, Şamo İsrafilov vb. 



 

  DƏMİRLİ  kəndi  –  Gədi  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  21  km  qərbdə,  dəniz  səviyəsindən  800  m 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə