 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   2   3   4   5   6   7   8   9   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 18 

hündürlükdə.  Kəndin  adı  əzəl  məxəzlərdə  Mirasan-Durğaya 

anılır.  Bu  toponimin  oğuzların  Eymur/Əymir  tayfasının,  yaxud 

qıpçaqların tərkibində olmuş, noqaylarda indi də yaşayan İmir 

tayfasının adı  ilə  ilgili olduğu gümanlanır.  Əhalisi: 1870’də 50 

ailədə 315 nəfər; 1926’da 104 nəfər; 2002’də 437 ailədə 1717 

nəfər  (835  kişi,  882  qadın),  2006'da  395  ailədə  1720  nəfər. 

Dünyəvi  məktəbin  tarixi  1921-ci  ildəndir.  Orta  məktəb 

(2005’də  18  sinifdə  267  şagird)  fəaliyətdədir.  Məşhurları: 

əmək  qəhrəmanları  Qoca  Fətullayev,  Tamam  Bayramova, 

Abbas  İsmayılov,  profesorlar  Mahmud  Allahverdiyev,  İsfən-

diyar İsmayılov, veteran müəllim Fəzləddin Quliyev, aşıq Sədi 

Mərdanov  vb.  Nəsimi  Ənvərin  ‘Borçalıda  yurd  yeri  – 

İmirhəsən’  adlı  kitabı,  eləcə  də  yerli  şairlərin  şeirlərindən 

ibarət ‘Türk ocağı – sazlı, sözlü İmirhəsənim’ toplusu üzdədir. 

 

  İNCƏOĞLU  kəndi  –  Bolnisçayın  sol  sahilində,  rayon 

mərkəzindən  12 km cənub-şərqdə, dəniz  səviyəsindən 615 m 

hündürlükdə.  Oğuz-səlcuq-türkman  soylu  İncəoğlu  tayfasının 

vəya  Qıpçaların  Əncə  tayfasının  adındandır.  Əhalisi:  1918’də 

77  nəfər;  1926’da  23  ailədə  117  nəfər;  2002’də  161  ailədə 

618 nəfər,  2006'da  147 ailədə  620 nəfər. İlk məktəb  1927-ci 

ildə  yaradılıb.  Təməl  məktəb  (2005’də  9  sinifdə  71  şagird) 

var.  Məşhurları:  profesorlar  Tengizxan  Musayev,  İlham 

Musayev, ictimaiyətçi Cəlal Yaqubov vb. 

 

  KAZRET  QƏSƏBƏSİNDƏ.  –  Maşaver  vadisində,  rayon 

mərkəzindən  18  km  günbatarda,  dəniz  səviyəsindən  680  m 

hündürlükdə. 

Xəzər 


etnonimindən 

törədiyi 

düşünülür. 

Yaxınlıqda Xəzərli dərəsi var. Qəsəbə yaxınında erkən tunc və 

antik  dövrlərə,  6–7-ci  əsrlərə,  16–17-ci  əsrlərə  aid  arxeoloji 

materiallar  üzə  çıxarılıb.  Mis  saflaşdırma  müəssisəsi  məş-

hurdur.  Əhalisi:  başqa  millətlərlə  yanaşı,  2006'da  21  ailədə 

100  nəfər  azərbaycanlı.  Qəsəbədə  gürcü-rus-azərbaycan  orta 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 19 

məktəbinin  Azərbaycan  şöbəsi  (98  azərbaycanlı  şagird)  var. 

Məşhurlarından: şair İbrahimxəlil vb. 

 

  KƏPƏNƏKÇİ  (Kvemo-Bolnisi)  kəndi  –  Adı  Kəpənəkçi, 

yaxud 


Bolus-Kəpənəkçi 

olub, 


indi 

Kvemo-Bolnisidir. 

Bolnisçayın  sahilində,  rayon  mərkəzindən  6  km  güneydə, 

dəniz  səviyəsindən  600  m  hündürlükdə.  Bu  toponimin  Bolus 

hissəsinin  qədim  oğuz,  pəçənəq  (bacanaq)  ellərindən  Bolus 

tirəsi,  Kəpənək  hissəsinin  isə  qədim  türk  mənşəli  Pəçənəq 

tayfasının  Kapan/Kəpən  qolu  ilə  bağlılığı  fikri  ağlabatandır. 

Yaxında  yol  kənarında  5–6-cı  əsrlərə  aid  memarlıq  abidəsi 

var.  Ərazisi:  1.013  hektar.  Əhalisi:  1870’də  169  ailədə  1403 

nəfər;  1918’də  1917  nəfər;  1926’da  408  ailədə  2257  nəfər; 

2002-ci  ilin  statistik  nəticəsinə  görə,  2122  ailədə  6766  nəfər 

(3387 kişi, 3379 qadın), 2006'da 1849 ailədə 7.700 nəfər. İlk 

məktəb  1917-ci  ildə  yaradılıb.  Orta  məktəb  (2005’də  20  si-

nifdə  455  şagird),  təməl  məktəb  (2005’də  15  sinifdə  312 

şagird) və Talıblı ibtidai məktəbi (2005’də 4 sinifdə 23 şagird), 

Qəşməhlə  ibtidai  məktəbi  (2005’də  4  sinifdə  20  şagird)  fəali-

yətdədirlər.  Məşhurları:  1912-ci  ildə  Tiflisdə  çıxmış  ‘Bəsdi, 

oyan!’  kitabının  müəllifi,  1915-ci  ildə  Tulada  çıxmış  sənədli 

memuar-povestin  qəhrəmanı,  1918’də  Qars  İslam  Şurasının 

sədri  olmuş  Emin  ağa  Hacallı,  el  şairləri  Alxas  ağa  Hacallı, 

Rəşid  Hacallı,  ağsaqqallar  Allahverdi  Göyüşoğlu,  İsa  Mahmu-

dov,  Məhəmməd  Bayramov,  veteran  müəllimlər  Rəşid 

Yaqubov,  Hidayət  Göyüşov,  alimlər  Lətif  Güləhmədov,  Vidadi 

Acalov,  Arif  Acalov,  şair  Abbas  Abdulla,  Azərbaycan  Milli 

Məclisinin  üzvləri  olmuş  Xalq  Şairi  Zəlimxan  Yaqub,  İsmayıl 

Ömərov, Gürcüstan Parlamentinin üzvü olmuş Ramiz Bəkirov, 

dövlət  məmuru  Məhəbbət  Qarabağlı,  ictimaiyətçilər  İmran 

Sərdarov,  Rəşid  Bədəlov,  Zakir  Məmmədov,  Çingiz  Yaqubov, 

incəsənət  işçisi  Elxan  Ocaqov,  həkim  Ziya  Bayramov, 

xeyriyyəçilər  Xıdır  Məhəmməd  oğlu,  Rəşid  Bədəlov,  Nurəddin 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 20 

Mirzəliyev 

 

vb. 


Bakıda 

‘Kəpənəkçi’ 

xeyriyyə 

fondu 


fəaliyyətdədir. 

 

  KİPİRCİK  (Sarımmədli)  kəndi  –  Tapan  dağı  ətəyində, 

rayon  mərkəzindən  24  km  aralıda,  dəniz  səviyəsindən  900  m 

yüksəkdə.  Əhalisi:  1870’də  14  nəfər;  1918’də  98  nəfər; 

1926’da  102  nəfər;  2002’də  30  ailədə  140  nəfər,  2006'da  41 

ailədə 130 nəfər. Məktəb 1931-ci ildəndir. 

 

  KOLAYİR  (Kolagir)  kəndi  –  Borçalı  çökəyində,  Xram 

çayının  sol  sahilində,  dəniz  səviyəsindən  470  m  yüksəklikdə, 

rayon mərkəzindən 17 km gündoğar səmtdə, Marneuli–Bolnisi 

avtomobil  yolunun  7  kilometrliyindədir.  Toponim  qədim  türk 

mənşəli  Kola  etnoniminin,  yaxud  da  qıpcaq-qarapapaqlara 

bağlı  Kula  (mənbədə  Kulobiç  –  Kul  oba  içi)  tayfasının  adı  ilə 

türk  dillərindəki  «giren»  –  min  alaçıqdan  ibarət  düşərgə 

sözünün  qarışması  ilə  düzəlib  (orta  əsrlərdə  Anadolu 

yarımadasında  yaşamış  Türkmən  tayfasının  bir  qolu  Ko-

lagir/Kolagirən adlanıb və bu qolun da Xocalı, Abdallı, Əyublu, 

Darğalı,  Dur  Həsənli  tirələri 

də olub). Kəndin adına 1696-

cı  ilin  fərmanlarında  rast  gə-

lirik.  Kənddə  Kolagir  qalası 

qorunub  saxlanır.  Tarixi  mə-

xəzlərə  görə,  əvvəlcə  burada 

Ağqala  olub,  18-ci  əsrin  axır-

larında  gürcü  valisi  İkinci 

İraklinin xanımı Darəcan (Da-

riya)  onun  yerində  indiki 

qalanı inşa etdirib. Kəndin adına el arasında daha çox Kolayır 

deyilir.  Dğrdkünc  biçimə  malikdir.  Divarın  hündürlüyü  6  m.-

dir.  İki  girişi  var.  Əhalisi:  1803-cü  ildə  12  ailədə  38  nəfər; 

1870’də 28 ailədə 187 nəfər; 1886-cı ildə 25 ailədə 257 nəfər; 



 

Kolagir qalası 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə