 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   2   3   4   5   6   7   8   9   10   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 21 

1918’də 412 nəfər; 1926’da 82 ailədə 430 nəfər; 2002’də 553 

ailədə 2319 nəfər (1180 kişi, 1139 qadın), 2006'da 517 ailədə 

2400  nəfər.  Məktəbin  tarixi  1921-ci  ildəndir.  Orta  məktəb 

(2005’də  19  sinifdə  347  şagird)  fəaliyətdədir.  Məşhurları:  din 

xadimi  Ağ  Molla,  ağsaqqallar  Əli  Rzazadə,  Abbasəli  Məm-

mədov,  İslam  İsayev,  hüquq-mühafizə  işçisi  İsa  Hüseynov, 

şair Məhəmməd Rzazadə Mühəqqər, şair Əmiraslan Əliyev, el 

şairləri Havaxanım, Müslüm Hüseynov, Hüseynəli Məmmədov, 

Yadigar  Əliyev,  el  musiqiçiləri  Hacıkərim  Bayramov,  Yaşa, 

Hüseyn Bayramov, İbrahim Bayramov, alim Qəzənfər Əlləzov, 

profesör,  Borçalışünas alim, şair,  ‘Paralanmış Borçalı’, ‘Borçalı 

ədəbi  mühiti’,  ‘Azərbaycan  ədəbiyatının  Borçalı  qolu’  kitab-

larının  müəllifi,  ‘Şərəf’  ordenli  Şurəddin  Məmmədli,  polis 

general-polkovniki  Yasin  Məmmədov,  veteran  müəllimlər  Rəfi 

İsayev, Halay Əliyev, Almaz Məmmədov, Mamoy Məmmədov, 

Mayor  Əmrahov,  Əsgər  Əsgərov,  Qaraxan  Əlləzov,  Adil  Bay-

ramov, Avtandil Məmmədov, xeyriyəçi Şahin Məmmədov, icti-

maiyətçilər 

Teymur 


Məmmədov, 

Muxrəddin 

Əlləzov, 

Muxrəddin Bayramov, Mühəqqər Əliyev, Firidun Əliyev, Çoban 

Əlləzov,  Əli  Qurbanov,  həkimlər  Xələddin  Mustafayev,  

Elimxan İsayev, jurnalist Əli Sərxanoğlu vb. 



 

  QARADAŞ  kəndi  –  El  içində  Qaraçöp  deyilir.  Rayon 

mərkəzindən 15 km günbatar səmtdə, dəniz səviyəsindən 750 

m  yüksəklikdə.  Əhalisi:  1886-cı  ildə  20  ailədə  162  nəfər; 

1918’də  70  nəfər;  1926’da  11  ailədə  68  nəfər;  2002’də  61 

ailədə 249 nəfər (131 kişi, 118 qadın), 2006'da 55 ailədə 245 

nəfər,  2006'da  20  ailədə  240  nəfər.  İlk  məktəb  1932-ci  ildə 

yaradılıb, 

indi 


ibtidai 

məktəb 


(2005’də 

18 


şagird) 

fəaliyətdədir. 



 

  QARATİKAN  kəndi  –  Maşaver  çayının  sağ  sahilində, 

rayon  mərkəzindən  10  km  günbatarda,  dəniz  səviyəsindən 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 22 

560  m  yüksəklikdə.  "Dədə  Qorqud"da  Qaratikan  adı  var, 

Qıpçaqlarda Tikan tayfası olub. Qəryə-Tikan (Tikan kəndi) ola 

bilər.  Əhalisi:  1918’də  34  nəfər;  1926’da  6  ailədə  33  nəfər; 

2002’də  240  nəfər.  Məşhurları:  ağsaqqal  Rüstəm  Kərimoğlu, 

aşıq İslam vb. 



 

  QOÇULU  kəndi  – Maşaver (Cavala) çayının sağ sahilində, 

rayon  mərkəzindən  11  km 

gündoğarda, 

dəniz 


səviyəsindən 

480 


yüksəklikdə.  Başı  üstündə 

Qoçulu  qalası  ucalır,  çay 

üstündə  orta  əsrlərə  aid 

Əyri  körpü  durur.  Bu  qala-

ya  el  arasında  Qız  qalası, 

Cavalaşam  qalası,  Koroğlu 

qalası  da  deyirlər.  Qalada 

10–11-ci  əsrlərə  aid  edilən  hamamları,  saxsı  qabları,  bəzək 

əşyalarını,  xüsusən  də  ərəb  əlifbasıyla  Quran  ayəsi  yazılı  gil 

qabları  gürcü  mütəxəssisləri  islam  nümunələri  hesab  edirlər. 

Əhalisi:  1870’də  30  ailədə  201  nəfər;  1926’da  76  ailədə  383 

nəfər;  2002’də  494  ailədə  1623  nəfər  (788  kişi,  835  qadın), 

2006'da  466  ailədə  1476  nəfər.  Məmməd  Çıraqov  adına  orta 

məktəb (2005’də 11 sinifdə 226 şagird) fəaliyətdədir. Məşhur-

ları: el şairi Xoca Məhəmməd, ağsaqqallar Ömər kişi, Mahmud 

Omaroğlu,  Kəsəmənli  Dünyamalı,  Hüseynqulu  Şirətoğlu, 

Hüseyn  Çıraqoğlu,  Namaz  Namazov,  Qəhrəman  Süleymanov, 

veteran  müəllimlər  Yolçu  Hüseynov,  Məhəmməd  Ömərov, 

Cahangir 

Qəhrəmanov, 

Loğman 


Çıraqov, 

Vənnahar 

Qəhrəmanova-Çıraqova,  əmək  qəhrəmanı  Zəhra  Çıraqova, 

İsmayıl Çıraqov, Cəfər Cəfərov, profesorlar Məmməd Çıraqov, 

Bakıdakı  "Ulu  Borçalı"  cəmiyətinin  sədri  Vəli  İsmayılov,  Famil 

Çıraqov,  dosent,  "Gürcüstanda  yaşayan  azərbaycanlıların 



 

Qoçulu qalası 


============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 23 

müasir  maddi  vəziyəti"  kitabının  müəllifi  Cəlal  Novruzov, 

əməkdar  memar,  alim,  şair  Ömər  Qoçulu,  şairlər  əməkdar 

jurnalist 

Dünyamalı 

Kərəm, 


Qəhrəman 

Süleymanov, 

Türkiyədə məskun Veyis Qoçulu, Ələddin Qoçulu vb. 

 

  QOŞAİSƏ  (Muluxsalı)  kəndi  – Borçalı çökəyində, Xram 

çayının  sağ  sahilində,  rayon  mərkəzindən  23  km  cənub-

şərqdə,  dəniz  səviyəsindən  400  m  yüksəklikdə.  "Tiflis 

əyalətinin  müfəssəl  dəftəri"ndə  Şahsuvar-Kolagir  və  Aşağı 

Kovxa  qışlaqlarına  malik  kənd  olaraq  anılır.  Kəndin  əzəlki  adı 

Muluxsalıdır.  Qoşakilsə  də  deyilir.  Kənd  iki  qismə  bölünür: 

Yuxarı  Qoşaisə  və  Aşağı  Qoşaisə.  Əhalisi:  1870’də  Böyük 

Qoşaisədə  46  ailədə  309  nəfər,  Bala  Qoşaisədə  12  ailədə  81 

nəfər;  1926’da  Yuxarı  Qoşaisədə  33  ailədə  168  nəfər,  Aşağı 

Qoşaisədə 68 ailədə 371 nəfər; 2002’də Aşağı Qoşaisədə 263 

ailədə  1053  nəfər,  Yuxarı  Qoşaisədə  142  ailədə  604  nəfər, 

2006'da  Aşağı'dı  142  ailədə  556  nəfər,  Yuxarı'dı  264  ailədə 

1002  nəfər.  Aşağı  Qoşaisədə  dünyəvi  məktəb  1924-cü  ildə, 

Yuxarı  Qoşaisədə  1932-ci  ildə  təşkil  edilib.  İndi  Aşağı 

Qoşaisədə  orta  məktəb  (2005’də  16  sinifdə  189  şagird), 

Yuxarı  Qoşaisədə  təməl  məktəb  (2005’də  10  sinifdə  124 

şagird) var. Məşhurları: mədəniyət xadimi, Tiflisdə “Yeni Fikir” 

qəzetinin  redaktoru  olmuş  Həsən  Abdullazadə  Səbri,  din 

xadimi Hacı Mahmud,  əmək qəhrəmanları Mövlud  Bəxtiyarov, 

Yaqub  Şirinov,  Məsim  Əliyev,  Ruqiyə  Məmmədova,  Asya 

İsmayılova,  veteran  müəllimlər  Əhməd  Məmmədov,  Ömər 

Əliyev,  Cahangir  Məmmədov,  Məhəmməd  Məmmədov,  Şah-

murad  Çıraqov,  Qurban  Əliyev,  Əşrəf  Mehdiyev,  Aydın 

Məmmədov,  Valeh  Orucov,  profesorlar  Loğman  Nəsibli,  Veys 

Mehdili,  Bayram  Əfəndiyev,  Dursun Aşırov,  Nəsib  Nəsibli,  Şə-

mistan Həsənli vb. 



 

 MIĞIRLI kəndi – Bolnisçay vadisində, rayon mərkəzindən 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə