 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 27 

  ŞAHBUZLU  kəndi  –  Talaver  çayının  sahilində,  rayon 

mərkəzindən  20  km  gündoğarda.  Əhalisi:  1870'də  10  ailədə 

67 nəfər; 1926'da 46 ailədə 236 nəfər; 2002'də 25 ailədə 120 

nəfər.  Məktəbin  tarixi  1924-cü  ildəndir,  indi  ibtidai  məktəb 

fəaliyətdədir.  Məşhurlarından:  veteran  müəllim  Bayram 

Rəsulzadə vb. 



 

  TAMARİS  QƏSƏBƏSİ.  –  Rayon  mərkəzindən  19  km 

gündoğarda, 

Kolagir 

kəndinin 

ərazisindədir. 

Gürcülər, 

azərbaycanlılar  yaşayırlar.  Azərbaycanlı  əhalisi:  2002'də  130 

nəfər, 2006'da 22 ailədə 138 nəfər. 



 

 TANZİYA  kəndi  – Gədi çayı sahilində, rayon mərkəzindən 

20  km  günbatarda.  Məşhur  gürcü  yazıçısı  Sulxan-Saba 

Orbelianinin  (1658–1725)  vətəni.  Vaxtilə  azərbaycanlılar  da 

yaşayıblar  (1870-ci  ildə  8  ailədə  54  nəfər)  və  kəndin  adına 

Tağılı deyilib. İndi bütünlüklə gürcülər məskundurlar. 

 

  ZOLGÖYƏC  kəndi  –  Gədi  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  13  km  günbatarda,  dəniz  səviyəsindən  720  m 

yüksəklikdə.  Əhalisi:  1870'də  21  ailədə  141  nəfər;  1918'də 

505  nəfər;  1926'da  91  ailədə  474  nəfər;  2002'də  556  ailədə 

2183 nəfər (1118 kişi,  1065 qadın),  2006'da 403 ailədə  2012 

nəfər.  Məktəb  1923-cü  ildə  yaradılıb,  indi  orta  məktəb 

(2005'də  18  sinifdə  259  şagird)  var.  Məşhurları:  el  igidi 

Məmməd  Göyüşov,  qırıcı  təyarəçi  Eyvaz  Sarıyev,  ağsaqqallar 

Qədir Əmiroğlu, İsmayıl Qədiroğlu, veteran müəllimlər Əlyəsə 

Alşanov,  Ziyəddin  Həsənov,  İsaxan  Əlləzov,  din  xadimi  Hacı 

Rizvan,  ictimaiyətçilər  İlyas  Topuoğlu,  Vəli  Məmmədov,  Vəkil 

Məmmədov, İmaməli Məmmədov vb. 

 

 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 28 

 

 

  DMANİSİ  RAYONUNDA  – Ölkənin güney-gündoğarında, 

paytaxtdan  102  km  cənub-qərbdə. 

1917-ci  ilədək  Tiflis  quberniyasının 

Borçalı  qəzasina,  1917-1930-cu 

illərdə  Tiflis  qəzasına,  1930-1933-

cü illərdə Zalqa rayonuna aid olub, 

sonra 

ayrıca 


rayon 

statusu 


qazanıb.  Cavaxet  dağ  silsiləsinin 

doğu hissəsindədir. Ərazisi: 1198,8 

kv. km., bunun 800 kv. km.-i kənd 

təsərrüfatına 

yararlıdır. 

Təməl 


iqtisadi  sahəsi  kənd  təsərrüfatı, 

əsasən 


də 

kartofçuluq 

və 

heyvandarlıqdır.  Əhalisi:  1989-cu 



ildə  33.700  nəfər,  2002’də  28.034 

nəfər  (hər  kv.  km.-ə  23,4  nəfər; 

ölkə  əhalisinin  0,6%-i).  Ümumi 

ərazisi  120000  hektardır,  bunun  62000  hektarı  otaracaq, 

27000 hektarı meşə  zolağı, 15000 hektarı  əkin  sahəsi, 13000 

hektarı  biçənəkdir.  Əvvəllər  Başkeçid  adlanıb.  Bu  da  yəqin 

əsas,  baş  keçid  anlamlarına  uyğundur.  1917-ci  ilədək  Borçalı 

məzrəsinə  (qəzasına),  1929-cu  ilədək  Lüksemburq  rayonuna 

daxil olub, 1929-cu ildən Başkeçid rayonu kimi inzibati vahidə 

çevrilmişdi.  1947-ci  il  18  mart  tarixindən  Dmanisi  rayonu 

adlanır.  Hüdudları:  şərqdə  Bolnisi,  şimalda  Zalqa  rayonları, 

cənubda  Ermənistan,  qərbdə  Axalkalak  rayonu.  Ərazisində 

Maşaver,  Qarabulaq  çayları  axır.  Ərazisində  qədim  arxeoloji 

məskən  və  milyon  yarım  yaşı  olan  insan  çənəsi  aşkarlanıb. 

Həmin 

arxeoloji 



məskəndə 

şəhəryanı 

müsəlman 

qəbiristanlığından  ərəb  əlifbasıyla  yazılı  1204-cü  ilə  aid 

epitafya  abidəsi,  1340-cı  ilə  aid  olan,  üstündəki  yazıyla  onun 

 

 



============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 29 

Kərəm xana məxsusluğu ifadələnən daşdanyonma at heykəlc-

iyi üzə çıxarılıb. Rayon mərkəzi: Dmanisi şəhəri. Rayon qəzeti 

(əvvəllər  "Trialeti",  hazırda  "Dmanisi")  gürcü  və  Azərbaycan 

dillərində  çap olunur. Əhalisi:  2002’də  28034 nəfər. Rayonun 

kəndlərində  soydaşlarımız  yığcamlıq  təşkil  edirlər:  1979’da 

32164 nəfər (72,2%), 1989’da 33107 nəfər (63,9%), 2002’də 

18716  nəfər  (66,8%),  2006’da  qeydiyat  jurnalı  üzrə  5966 

ailədə  20.032  nəfər.  1  şəhər,  15  kənd  məclisi,  59  kənd  var, 

37  kənddə  tam  azərbaycanlılar  məskundurlar.  Rayon  kənd 

əhalisinin 74,4 faizi azərbaycanlılar, 24,2 faizi gürcülər, qalanı 

yunanlar,  ermənilər,  ruslardır.  Soydaşlarımız  Yırğançay, 

Hamamlı,  Qarabulaq,  Qəmərli,  Oruzman,  Qızılkilsə,  Lök-

Candar,  Bəzəkli,  Pantian  (Armudlu),  Baxçalar,  Dağ  Arıxlı,  Ki-

rovis,  Qamışlı,  Dağ  Qızılhacılı,  Gəyliyən,  Ormeşən,  Səfərli, 

Yaqublu,  Şahmarlı,  Gödəkdağ,  Məmişlər,  Məmişli,  Dəllər, 

Dunus,  Hüseynkənd,  Şindilər,  Saca,  Salamməlik,  Suqala, 

Əngirəvan,  Soğutlu  kəndlərində  elliklə  yaşayırlar.  Rayondakı 

30 azərbaycandilli məktəbdə 2284 şagird, 273 müəllim var.  

 

 



DMANİSİ 

(Başkeçid) 

ŞƏHƏRİNDƏ. 

– 

Dəniz 



səviyəsindən  1250  m  yüksəklikdə.  Tuman/Tumanis/Tu-

manin/Dumanis  formalarında  adı  erkən  orta  əsrlərdən 

mənbələrdə  çəkilir.  Tuman  tərəflərdən  gəlmiş  duman  türk 

tayfasının, hunların ilk xaqanı Duman xanın adını əks etdirdiyi 

vəya  türk  dilində  ərazi  vahidi  mənasındakı  tümən  sözü  ilə 

əlaqəli  olduğu,  "Dədə  Qorqud"dakı  Tumanin  qalasının  həmin 

Dmanis olduğu düşünülür. Xeyli əvvəl Başkeçid adlanıb. 1947-

ci  il  18  mart  tarixdən  Dmanisi  adıyla  əvəzlənib.  Azər-

baycanlılar:  2002’də  40  ailədə  150  nəfər,  2006’da  207  ailədə 

1000 nəfər. 



 

  BAĞÇALAR  kəndi  –  Gədi  çayının  mənsəbində,  rayon 

mərkəzindən  17  km  günbatar  səmtdə,  dəniz  səviyəsindən 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə