[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə103/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   99   100   101   102   103   104   105   106   ...   282

187 

 

Sovet Azərbaycanında yeridilən ayrı-seçkilik siyasəti, a zərbaycanlılara  ina msızlıq, dövlət və  hakimiyyət orqanla -



rına  işə götürülən zaman qeyri-azərbaycanlılara,  xüsusən, ermənilərə üstünlük verilməsi narazılığa səbəb olan əsas amillər 

idi.  "AMM"in  əsas  siyasi  platforması  sovet  hakimiyyətini  devirmə k,  ya lnız  bundan  sonra  baxışlardakı  fikir  ayrılıqla rını 

çözmək idi. 

İstintaq materiallarından aydın olur ki, "AMM" Qərbi Avropa ölkələrinə,  xüsusilə İng iltərəyə daha ço x  meyl gös-

tərird i.  Bu  meyl  İstanbuldakı  və  Pa risdəki  Azə rbaycan  mühacir  mə rkə zlərinin   fəa liyyəti  ilə  və  göstərişləri  əsasında 

formalaşmışdı. "AMM"in Mərkəzi  Ko mitəsi vardı. MK-n ın əsas vəzifəsi  Parisdəki və İstanbuldakı  mühacir  mərkəzləri  ilə, 

Ermənistan  və  Gürcüstandakı  hə mfikirləri  ilə   fəa liyyətlərini  tənzimlə mə k  üçün  Zaqafqaziya  Birləşmiş  Ko mitəsi  ilə, 

"Müsavat"  və  "İttihad"  partiyaları  ilə,  Moskvadakı  "Sənaye"  və  "Kəndli"  partiyaları  ilə  əlaqə  saxlamaq,  üsyan  za manı 

fəaliyyətlərin i  tən zimlə mək  üçün  Dağ ıstandakı  antisovet  təşkilat larla  müntə zə m  əlaqə  sa xla maqdan  ibarət   id i.  Mərkə zin  

mü xtəlif  filialları vard ı. Mərkəzin rəhbərliyi altında sənaye, kənd təsərrüfatı, nəqliyyat, ideoloji, üsyançı dəstələr hazırlayan 

qəza ko mitə ləri, hərb i təşkilatla rda, xüsus ən Azərbaycan diviziyasında işləyən hərbi qrup fəaliyyət göstərirdi. 

"AMM" MK  rəhbərliyin in tərkibinə Mə mməd  Həsən Hac ınski (Zaqafqa ziya  Dövlət  Plan  Ko mitəsinin sədr  müa -

vini), Xudadat bəy Məlik-Aslanov (Dövlət Plan Ko mitəsinin sənaye bölməsin in müdiri), Firu z bəy Ordubadski (ASSR DPK 

sədrinin müavini), Əh məd bəy Pepinov (DPK-n ın məsul işçisi), Rza Şabanov (DPK-n ın kənd təsərrüfatı bölməsinin  müdiri), 

Çingiz  İldırım,  Məhəmməd  Xəlilov  (ZSFSR  XTNS  sədrinin  müavin i),  Məhəmməd  Mullayev  (ASSR  XTNS  rəyasət 

heyətinin  üzvü),  Zeynal  Tağ ıyev  (V.İ.Lenin  adına  fabrikin  keç miş  müdiri),  Ələsgər  bəy  Bəylərbəyov  (Bakı  Sovetinin  və  

"Azsutəsərrüfatı"nın  keç miş  mühəndisi)  və  M irzə  Lət if  M irzəyev  da xil  idilər.  On lar  bütün  sahələri  əhatə  edən  qruplarla  

əlaqə saxlayırdılar. 

1928  ilin əvvəllərində Pa risdəki siyasi  mühacir  mə rkə zlərinin göstərişi əsasında yaradılmış Qa fqazın Müstəqilliyi 

Komitəsinin  analoji  forması  kimi  Zaqafqaziya  Birləşmiş  Ko mitəsi  yaradıld ı.  Ko mitəyə  Azərbaycandan  -  Məmməd  Həsən 

Hacınski,  Məhəmməd  Xəlilov  və  Cəfər  bəy  Rüstəmbəyov,  Gürcüstandan  -  Çiçinadze  və  A lşibay,  Ermənistandan  -  Ter-

Qaza ryan və İ.Arutyunov daxil id ilə r. "AMM" İstanbuldakı və  Pa risdəki türk siyasi mühac irləri vasitəsi ilə maliyyə kö məyi 

alırdı. Maliyyə yardımı "AMM"-ə qeyri-leqal yo lla çatdırılırd ı. 

"AMM" azərbaycanlı gənclər və  ziyalıla r arasında  milli dirçə lişə nail olmağa çalışırd ı. "AMM"ın qarşıya qoyduğu 

əsas vəzifələrdən biri də partiya-sovet aparatında milli kadrların yerləşdirilməsi idi. 

"AMM" Parisdəki siyasi  mühacirət  mə rkə zi və  İstanbuldakı Azərbaycan Milli Mərkəzi ilə ə laqə saxlay ır, onla rdan 

müvafiq tapşırıq lar alırdı. Milli Mərkəzin xarici mühacirət mərkəzləri ilə əlaqəsi 1926 ildə keçmiş mühacirət Yaqub Vəzirov 

İstanbuldan qayıtdıqdan sonra yaradılmışdı.  Xaricdəki  mühacirət  mərkəzləri  ilə yanaşı, onların  Ərdəbil və Təbriz filialları 

ilə   də  ə laqə  sa xlanılırdı.  İstintaq  materia lla rına   görə  bu  filialla r  Paris  və  İstanbuldan  gələn  tapşırıqla rın   çatdırılmasında 

ötürücü məntəqə funksiyasını yerinə yetirirdilər. Ərdəbil qrupuna siyasi mühacirlər Qafar Qafarov və Cəfər Cəfərov, Təbriz 

qrupuna Azərbaycan Xalq Cü mhuriyyəti dövründə dəmir yol idarəsinin  rəisi o lmuş Teymur bəy Məlik-Aslanov və Kəlbalı 

xan Naxçıvanski daxil id ilər. 

"AMM"  yeni  iqtisadi  siyas ət  (NEP)  siyasətinin  təsiri  nəticəsində  sovet  hakimiyyətinin  məhv  olacağın ın  "qaçıl-

mazlığın"a  ümid  bağlayaraq,  ittifaq  maraq larına  qarşı  çıxır  və  gələcək  Azərbaycanın  maksimu m  iqtisadi  təminatına  nail 

olmaq  məqsədilə  milli  kapita lın  möhkə mləndirilməsi  üçün  tədbirlər  görürdü.  Təşkilat ın  planına  ele ktrikləşdirmə  ilə  bağlı 

Azərbaycanın müstəqil milli energetika  bazasın ı yarat maq və zifəsi da xil id i. "AMM" nəqliyyat sahəsində də fəal iş aparırd ı. 

Mərkə zin əsas məqsədi, ilk növbədə, Naxç ıvanla  iqtisadi əlaqə saxlanılmasında böyük əhəmiyyəti olan Ba kı -  Culfa də mir 

yolu  tikintisinin  başa  çatdırılması  id i.  Nu xa  -  Zaqatala,  Şuşa  -  Qaryagin,  Şuşa  -  Qubadlı  şoselərin in  salın ması  da  diqqət 

mə rkə zində id i. 

1931  il sentyabrın 30-da Azərbaycan SSR Dövlət Siyasi İdarəsi kollegiyasının  məh kəmə iclasında, 1932  il  fevralın  

2-də  isə  Tiflisdə  Zaqafqaziya  DSİ  ko lleg iyası  yanında  məh kə mədə  "Azərbaycan  Milli  Mərkə zin in  işi"nə  baxılmış,  onun 

fəaliyyətinə son qoyulmuş, üzvlə ri isə mü xtə lif müddətlərə həbs cəzasına məhku m o lunmuşlar. 



 

Əd.: Elşad Qoca, Sibir dərsi, B., 2000. 

 

AZƏRBAYCAN  MĠLLĠ ġ URAS I -  Rusiyada Fevral  inqilabından (1917) sonra Cənubi  Qafqazın türk-müsəlman  

əhalisi  tərəfindən  Ümu mrusiya  Məclisi-müəssisanına  (Parlamentinə)  seçilmiş  deputatlardan  ibarət  qanunvericilik 

səlahiyyətinə  malik  o lan  hakimiyyət  orqanı.  Zaqafqaziya  seyminin  Müsəlman  frak siyası  əsasında  forma laşmışdı. 

Zaqafqaziya  seymi  dağıld ıqdan  bir  gün  sonra  -  1918  il  may ın  27-də  Sey min  Müsəlman  fraksiyasının  bütün  üzvləri 

Azərbaycanın istiqla liyyətini e lan et mək və müstəqiı dövlət yarat maq məqsədilə  Tiflisdə toplaşaraq, hərtərəfli mü za-kirədən 

sonra,  yaranmış  tarixi  şəraitdə  Azərbaycanın  idarəsini  öz  ü zərlərinə  götürmək  qərarına  gəldilər  və  Azərbaycan  Milli 

Şurasının  yaradıldığını  elan  etdilər.  Milli  Şuran ın  rəyasət heyətinə "Müsavat" partiyasından Məhəmməd  Əmin   Rəsulzadə, 

Həsən bəy Ağayev, Məmməd  Həsən Hacınski,  Nəsib bəy  Yusifbəyli, Xə lil bəy Xas mə mmədov, Mə mməd   Yusif  Cəfərov, 

sosialistlər b lokundan Xudadat bəy Məlik-Aslanov, Ca mo bəy Hacınski,  Əkbər ağa Şey xülisla mov, "İttihad" partiyasından 

isə Xosrov Paşa bəy Sultanov daxil o ldular. Məhə mməd Əmin Rəsulzadə M illi Şu ranın sədri (bu za man o, Batumda türklə rlə  

danışıqlar aparırdı), doktor Həsən bəy Ağayev isə onun müavini seçildilər. 

Mayın  28-də  Tiflisdə,  keçmiş  Qafqaz  canişininin  iqa mətgahında  Həsən  bəy  Ağayevin  sədrliyi  ilə  Milli  Şuranın  

iclası keçirildi.  

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə