[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə104/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   100   101   102   103   104   105   106   107   ...   282

188 

 

Uzun və hərtərəfli  mü za kirə lərdən sonra Milli  Şura Azərbaycanın İstiqlal bəyannaməsini qəbul etdi. Bəyannamədə  Cənub-



Şərqi Qafqazda  müstəqil Azərbaycan dövlətinin yaradıld ığı,  müstəqil dövlətin idarə formasının  xalq cü mhuriyyəti olduğu, 

yeni  yaranmış  dövlətin  xarici  ölkələrlə,  xüsusilə  öz  qonşuları  ilə  yaxın  qonşuluq  əlaqələri  yaradacağı  milli,  din i,  sinfi 

mənsubiyyətindən,  cinsi  və  sosial  vəziyyətindən  asılı  o lmayaraq,  əra zisində  yaşayan  bütün  əhalinin  vətəndaşlıq 

hüquqların ın  təmin  olunacağı,  ölkədə  yaşayan  xalqların   müstəqil  inkişafı  üçün  şəraitin  yarad ılacağı,  Müəssislər  Məclisi 

çağırılana  qədər  ölkəyə  siyasi  rəhbərliyi  ü mu mi  səsvermə  yolu  ilə  seçilmiş  üzvlərdən  ibarət  Milli  Şuranın  və  Milli  Şura 

qarşısında məsul olan Müvəqqəti Höku mətin həyata keçirəcəyi bildirilird i. 

Milli Şura elə həmin  iclasında Fətəli  xan  Xoyski başda olmaqla A zərbaycan Xalq  Cü mhuriyyətinin ilk Müvəqqəti 

Höku mətin i - birinci Höku mət kabinetini də yaratdı. 

Azərbaycan Xalq Cü mhuriyyətinin (AXC) yaradılması və elan olunması ilə bağlı təşkilati işləri 1918 il mayın 28-dən 

Tiflisdə  yerinə  yetirən  Azərbaycan  Milli  Şurası  və  Hö ku məti  ö lkəyə  rea l  rəhbərliyi  həyata  keç irmə k  üçün  iyunun  16-da  

Gəncəyə köçdü. 

Azərbaycan Milli Şu rası və Hö ku məti  Gəncədə ciddi çət inliklərlə ü zləşdi.  Bakıdan qaç mış  milli burjuaziyanın və  

Gəncə quberniyasının müflisləşmiş mülkədarlarının nü mayəndələri burada "daha çox inqilabi ruhlu Azə rbaycan Milli Şurası 

və Höku mətinə" qarşı geniş təbliğat aparırdılar. On lar hələ  mayın a xırlarında  Gəncəyə gəlmiş və burada rea l hakimiyyətə 

ma lik olan  Qafqaz İslam Ordusunun komandanı  Nuru paşa ilə sıx ə laqə yarat mışdılar və ona A zərbaycan Milli  Şurası və  

Höku məti barədə yanlış məlu matlar vermişdilər. Həm bu səbəbdən, həm də digər mü lahizələrə görə Nuru paşa Milli Şuraya 

və Azərbaycan Höku mətinə et imadsızlıq göstərdi. 

Be lə b ir şəraitdə 1918 il iyunun 17-də Gəncədə Məhəmməd  Əmin  Rəsulzadənin sədrliyi ilə M illi Şuranın  iki ta rixi  

iclası keçirildi. Bu iclaslarda Milli Şura və Azərbaycan Hö ku məti ətrafında yaranmış mürəkkəb  şərait ço x gərgin vəziyyətdə 

ətraflı  mü zakirə olundu. Milli Şura, ço x çətinliklə əldə olun muş razılıqdan sonra, o  zaman  mü mkün o lan yeganə düzgün 

addım  atdı:  bütün  səlahiyyətləri  yeni  yarad ılacaq  Müvəqqəti  Höku mətə  verməklə,  daha  münasib  vaxta  qədər  özünü 

buraxmağı qərara aldı. 

Fətəli  xan  Xoyski  Tiflisdə  yaratdığı  birinci  Höku mət  kab inetinin  qısa  müddətdəki  fəaliyyəti  haqqında  hesabat 

verərək,  ö z  Höku mətin in  istefasını  qəbul  et məyi  M illi  Şuradan  xah iş  etdi.  M illi  Şura   Fətə li  xan  Xoyskin in  birinci 

Höku mətin in istefasını qəbul edərək, Hö ku mətin təşkilini yenidən ona tapşırdı. Milli Şura Fətəli xan Xoyskinin  təklif etdiyi 

yeni, ikinci Müvəqqəti Höku mətin tərkib ini təsdiqlədi və iclasın sonunda ikinci Müvəqqəti Hökumətin hüquq və vəzifələri 

barədə, həmç inin A zərbaycan Milli Şurasının bura xılması haqqında iki mühü m qərar qəbul etdi. 

1918  il  iyunun  17-də  Gəncədə  fəaliyyətini  dayandırmağa  məcbur  olmuş  Azərbaycan  Milli  Şurası beş  aydan sonra

həmin il noyabrın  16-da türk əsgərləri Azə rbaycandan gedəndən sonra və ingilis generalı To mson başda olmaqla   müttəfiq  

qoşunların  Bakıya gəlməsi ərəfəsində  fəaliyyətini yenidən bərpa etdi. İclasda Azərbaycan Hö ku mətinin  başçısı Fətəli  xan  

Xoyski  Milli  Şura  ü zvlərinə  mü raciətlə  çıxış  etdi  və  Höku mətin  Müəssislər  Məclisinin  çağınlmasının  təşkilinə  vaxtı 

çatmadığından bu vəzifəni Milli Şuranın öz üzərinə götürməsini xahiş etdi. Milli Şura bu təklifə razılıq verdi. 

Azərbaycan  Milli  Şurasın ın  1918  il  noyabrın  19-da   Məhə mməd  Əmin  Rəsulzadənin  sədrliyi  ilə   keçən   növbəti 

iclasında  120  nəfərdən  ibarət  Parlament  yaratmaq  haqqında  Azərbaycan  Höku mətinin  təqdim  etdiyi  qanun  layihəsi 

mü zakirə və qəbul olundu. 

Azərbaycan Parla mentinin təsisi ilə bağlı M illi Şuranın Məhə mməd  Əmin Rəsulzadə tərəfindən imza lan mış "Bütün 



Azərbaycan əhalisinə!" müraciətna məsi noyabrın 29-da hə m A zərbaycan, həm də rus dillə rində dərc edildi. Müraciətdə yeni 

yaradılacaq A zərbaycan Parlamentin in  ilk iclasının  1918 il dekabrın  3-də açılacağ ı elan olunurdu.  La kin  Bakıda  fəaliyyət 

göstərən  ermən i  və  rus  milli  şuraları  general  To msonun  bu  arada  Bakıya  g əlməsindən  istifadə  edərək,  A zərbaycan 

Parlamentinin açılışına hər vasitə  ilə  mane o lmağa cəhd göstərdilər. A zərbaycan Höku mətinin general To msonla apard ığı 

danışıqların  uzan ması nəticəsində Parlament ö zünün ilk  iclasını dekabrın  3-də deyil, 7-də  keçirməli oldu. Parlamentin   ilk 

iclasın ı  giriş  sözü  ilə  Milli  Şuranın  sədri  Məhəmməd  Əmin  Rəsulzadə  açaraq  geniş  nitq  söylədi.  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin  qanunverici  orqanı  olan  Parlamentin  işə  başlaması  ilə  A zərbaycan  Milli  Şurasın ın  fəaliyyətinə  xitam 

verild i. 



Əd.:  Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  Parlament  (stenoqrafik  hesabat),  c.  l,  B.,  1998;  Aзepбaйджанская 

Демократическая  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;  Paşayev A., Açılmamış səhifələrin 

izi ilə, B., 2001. 

AZƏRBAYCAN  MĠLLĠ  ġ URAS ININ  BURAXILMAS I  HAQQINDA  QƏRAR-  1918  il  iyunun  17-də  qəbul 

edilmişdir. Belə  ki,  iyunun 16-da  Gəncəyə köçən Azərbaycan Milli Şurasının və Hökumətinin tərkib inə etimadsızlıq siyasi 

böhrana  səbəb  olmuşdu  (bax  İyıın  böhranı  (1918)).  Azərbaycanın  Türkiyəyə  ilhaq  edilməsinin  tərəfdarı  olan lar  Milli 

Şuranın və Hö ku mətin  işini pozmağa cəhd etdilər.  Yaran mış  mürəkkəb  siyasi şəraitdə Azərbaycanın dövlət  müstəqilliy ini 

qoruyub saxla maq na minə Milli  Şuranın bura xılması qəra ra alındı. Qə rarda deyilirdi  ki, A zərbaycanın ağır da xili və  xa ric i 

vəziyyətini nə zərə  ala raq, bütün hakimiyyət Fətəli xan Xoyskinin  s ədrliyi ilə  təşkil olunan Höku mətə  verilir və bu Höku mət  

öz hakimiyyətini q ısa müddətə çağırılmalı olan Müəssislər Məclisindən başqa heç kəsə güzəştə getməməlidir. 

 

Əd.: 

Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;  



 

AZƏRBAYCAN  MĠLLĠ  ġ URAS ININ  SƏDRĠ  1918 il  mayın  28-də Tiflisdə Azərbaycan Xalq  Cü mhuriyyətini 

elan etmiş ko llegial quru mun - ilk A zərbaycan Parlamentin in sədri.  

 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə