[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə105/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   101   102   103   104   105   106   107   108   ...   282

189 

 

Zaqafqaziya  seymi  dağıld ıqdan  sonra  Seymin  Müs əlman  fra ksiyasının  üzvləri  1918  il  mayın  27-də  Tiflisdə  toplanaraq 



yaranmış  ağır  tarixi  şəraitlə  bağlı  hərtərəfli  müzakirələr  apardıqdan  sonra  Azərbaycanın  idarəsini  öz  üzərlərinə  götürmək 

qərarına gə ldilər və özlərin i A zərbaycan Milli Şurası elan etdilər. Be ləliklə, Azərbaycanın ilk Parla menti fəa liyyətə başladı. 

Hə min  ic lasda  Milli  Şuran ın  rəyasət  heyəti  və  onun  sədri  seçild i.  Gizli  səsvermə  yolu  ilə  Milli  Şuranın  sədri  vəzifəsinə 

həmin  va xt  Batumda  Türkiyə  nümayəndə  heyəti  ilə  danışıq lar  aparan  Məhə mməd  Əmin  Rəsulzadə  seçildi.  Milli  Şuranın  

sədri  Milli  Şuran ın  və  onun  rəyasət  heyətinin  iclaslarına  s ədrlik  ed ir,  Şuranın  işlərinə  ü mu mi  rəhbərliyi  həyata  keç irird i. 

Milli Şu ranın  iclasları p rotokollar vasitəsilə  rəsmiləşdirilir, Milli Şuran ın sədri və katibi tərəfindən imzalanırd ı. Milli  Şura 

adından verilən bəyanatlar, mü raciətlər və b. sənədlər də Milli Şuranın sədri tərəfindən imzalan ırdı. 

Əd.: 

Aзepбaйджанская  Демократическая   Pecnублика  (1918-1920), Законодательные  акты  (сборник  документов),  Б.,  1998; 

Aдpec-календары Aзepбaйджанской  Pecnублики нa 1920 год, Б., 1920; 

AZƏRBAYCAN  MÜƏLLĠMLƏRĠNĠN  BĠRĠNCĠ  QURULTAYI  -  məktəb islahatı sahəsində əsaslı  məsələləri 

ətraflı  müzakirə  etmək,  lazımi  təkliflər  hazırlayaraq,  Höku mətə  təqdim  etmək  məqsədilə  çağırılmış  A zərbaycan 

müəllimlərinin ali məclisi. A zərbaycan Xalq Cü mhuriyyəti Höku mətin in qərarı ilə 1919 il avqustun 20-dən sentyabrın 1-dək 

Bakıda,  birinci  realnı  məktəbin  (indiki  A zərbaycan  Dövlət  İqtisad  Universitetinin)  binasında  keçirilmişdir.  Quru ltayın 

keçirilməsi  üçün  Hökumətin  1919  il  2  avqust  tarixli  qərarı  ilə  Xalq  Maarifi  Nazirliy inin  sərəncamına  35600  manat 

məb ləğində  vəsait  ayrılmışdı.  Qurultayda  Azə rbaycanın  bütün  bölgələrini  və  tədris  müəssisələrini  tə msil  edən 

nümayəndələr  iştirak  edird i.  Quru ltayı  Türk  Müəllimləri  İttifaq ının  sədri  Ağa  bəy  İsrafilbəyov  açaraq  qurultay  işti-

rakçıların ı onun məqsəd və vəzifələri ilə tanış etmişdi. 

Qurultayın Xalq Maarifi Nazirliyinə təqdim etdiyi təkliflər əsasında, bütövlükdə,  məktəb islahatı,  xüsusilə təhsilin  

mə zmunca  milliləşdirilməsini əsas tutan proqram və dərsliklərin nəşri üzrə  müvafiq lay ihə hazırla maq  məqsədilə Höku mət 

komissiyası yaradıldı. 1919  il noyabrın 7-də Maarif Na zirliyi yanında yaradılan islahat ko missiyasına xalq  maarifi nazirinin  

müavini Həmid bəy Şahtaxtlı  (sədr), Nurməmməd bəy Şahsuvarov, Azad bəy Əmirov, Fətulla bəy Rzabəyov, Sultanməcid  

Qənizadə,  Abdulla  bəy  Əfəndizadə,  Sara  xanım  Yaqubova,  Sara  xanım  Xuramoviç,  Əh məd  bəy  Pepinov,  Xədicə  xanım 

Ağayeva, Məhəmməd ağa Şahtaxtlı, Cabbar bəy Orucəliyev və Saleh bəy Vəkilov daxil idilər. Ko missiya qarşısında növbəti 

dərs ilinin əvvəlinə kimi mə ktəb islahatı, o cü mlədən təhsilin  mə zmunu ilə  bağlı məsələ lərin həlli ü zrə Höku mət  proqra mını 

hazırlamaq vəzifəsi qoyulmuşdu. Cü mhuriyyət Höku mətin in devrilməsi nəticəsində komissiya öz işini başa çatdıra bilməsə 

də, həmin məsələ lərin həlli üzrə müəyyən işlər də görülmüşdü. 

 

 



 

 

 



 

 

 



Əd

.:   Aзepбaйджанская Демократическая  Pecnублика  (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998; 

Aзepбaйджанская   Pecnублика (документы  и  материаль,  1918-  1920) . Б.,  1998;M ərdanov  M  .,  Quliyev  Ə., Azərbaycan  təhsili  Xalq 

Cümuhuriyyəti illərində (1918-1920), B., 2003. 

 

AZƏRBAYCAN MÜVƏQQƏTĠ ĠNQĠLAB KOMĠTƏS Ġ (AMİK), Azərbaycan H ə r b i- İ n q i la b  K o  mit ə s i,  

A z ə  r b a  y c a n   İ n q i l a b   K o  m  i t ə  s i  - Aprel işğalı (1920) nəticəsində Şimali Azərbaycanda yaradılmış a li dövlət 

hakimiyyəti orqanı. 1920 il apre lin 28-də A zərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Ko mitəsi tərə findən elan  

olunmuşdu.  AMİK-in  tərkib inə  Nəriman  Nərimanov  (sədr),  Əliheydər  Qarayev,  Həmid  Su ltanov,  Qəzən fər  Musabəyov, 

A.Alimov, M irzə  Davud Hüseynov, Dadaş Bünyadzadə daxil  idilər. Nə riman Nə rimanov AMİK-in tərkibinə qiyabi olaraq  

daxil  edilmişdi.  AMİK  Bakı  şəhəri  və  Azərbaycan  əhalisinə  1920  il  28  aprel  tarixli  mü raciətində  "Müsavat"  partiyası 

hökumətin in  devrild iyin i,  əvəzində  fəhlə-kəndli  hakimiyyətinin  qurulmasını  bəyan  etdi.  Müvəqqəti  İnqilab  Ko mitəsinin  

həmin tarixli qərarı  ilə A zərbaycan Sovet Sosialist Respublikası Xa lq Ko missarları  Sovetinin t ərkibi təsdiq olundu. AMİK-

in yerlə rdəki orqanları qə za, nahiyə,  kənd inqilab ko mitələ ri id i.  Bu orqan Azə rbaycan SSR Mə rkə zi  İcra iyyə Ko mitəsinin  

təşkilinə qədər (1921 il, 19 may) fəaliyyət göstərmişdir. 



 

Əd.: Декреты  Азревкома, Б.,1988. 

 

AZƏRBAYCAN  ORDUS U,  Azərbaycan  Xalq   Cü mhuriyyəti  Ordusu  -  Şimali  A zərbaycan  müstəqillik 

qazandıqdan  sonra  Azərbaycan  Xalq   Cü mhuriyyəti  Höku mətin in  yaratdığı  milli  ordu.  A zərbaycan  Xalq  Cü mhuriyyəti 

silahlı qüvvələrin in təşkilinə Cü mhuriyyətin elan edildiy i gündən başlanmışdı. 

Yeni yaradılacaq ordunun əsasını Müsəlman  korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik üçün ilk Höku mət 

kabinəsinin tərkibində Hərb i Na zirlik də nəzə rdə tutulmuş və Xosrov Paşa bəy Sultanov hərbi nazir təsdiq edilmişdi.  La kin  

bu  kabinənin  bura xılması  ilə   hərbi  na zir  və zifəsi  də  ləğv  edilmiş  və  Azə rbaycanda  ordu  quruculuğu  prosesinə  rəhbərlik 

Höku mətin  qərarı  ilə  Qa fqaz  İslam  Ordusunun  komandanı  Nuru  paşaya  həvalə  olunmuşdu.  Hökumət  strukturunda  isə 

Qafqaz  İslam  Ordusu  komandanlığı  ilə  əlaqələri  nizamlayacaq  hərbi  işlər  üzrə  baş  müvəkkil  vəzifəsi  təsis  olun muş  və 

İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi. 

1918  il iyunun 26-da Hö ku mətin qərarı  ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun 

ştat  cədvəlində  qismən   dəyişiklik  edildi.  General-leytenant  Əlağa  Şıxlinski  korpusun  komandiri  kimi  vəzifəsini  yenə  də 

davam etdird i. 

Ordu quruculuğu sahəsində irəliləyişə nail olmaq üçün Höku mət b ir sıra tədbirlər həyata keçirdi. İyun ayının  əv-

vəllərindən Gəncə Hərbi Mək təbi fəaliyyətə başladı. Hö ku mətin qərarı ilə çağırışçıla r üçün yaş senzi 19 yaşa endirildi.   

 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə