[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə107/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   103   104   105   106   107   108   109   110   ...   282

192 

 

 



Milli hərb i kadrların ha zırlan ması üçün tədbirlə r həyata keç irildi. Gəncədə fəaliyyətə başlamış milli hərbiyyə (pod-

praporşiklər)  məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırılaraq praporşiklər  məktəbinə çevrildi.  Bu statusun 

mah iyyəti ondan ibarət id i  ki, əgər əvvəlcə bu  mə ktəbi b itirənlər ilkin  zab it rütbəsini yaln ız h issələrdə bir neçə ay  xid mət 

etdikdən  və  zabitliyə  layiq   olduqlarını  sübuta  yetirdikdən  sonra  alırdıla rsa,  praporşiklər  mə ktəbini  bit irənlərə   ilkin  zabit 

rütbəsi  olan  praporşik  rütbəsi  dərhal  verilirdi.  1919  ilin  sonunda  isə  praporşiklər  məktəbin in  bazasında  Hərbiyyə  məktəbi 

açıld ı.  Bundan  başqa,  milli  hərb i  kadrlar  hazırlayan  İstehkamçılar,  Hərbi  dəmiryolçular  və  Hərbi  feldşer  məktəbləri  də 

açılmışdı. 

1918


 

il dekabrın 25-də S.Meh mandarov hərbi  xid mətə çağırışı yaxşılaşdırmaq  məqsədilə  xalqa  müraciət etdi. Mü-

raciətdə  əvvəllər  çağırış  işində  yol  verilən  nöqsanlara,  his sələrdə  əsgərlərə  qarşı  fiziki  güc  tətbiq  edilməsinə,  ağır  məişət 

şəraitinə to xunulmaqla bərabər, bu halların aradan qald ırılması üçün qətiyyətli tədbirlərin həyata keçirilməsinə başlandığı da 

bəyan edilird i. 

1919


 

il  yanvarın  10-da  Hərbi  Nazirlikdə  müvəqqəti  hərbi  şura  yaradıldı  (bax  Hərbi  Şura).  Əsasnaməsi  və  daimi 

tərkib i  təsdiq  edilənə  qədər  Şura  hərbi  qanunvericilik  və  hərbi  idarəet mə  sahəsində  mühüm  məsələlə rin  müza kirəsi  və 

müvafiq  qərar  qəbul  edilməsi  ilə  məşğul  olurdu.  Onun  tərkib inə  p iyada  və  süvari  div iziyalarının   ko mandirləri,  Ümu mi 

qərargahın  rəisi,  topçu,  istehka mat  və  yeni  yaradılmış  ləva zimat  idarələ rin in  rə isləri,  General-k vartirmeyster,  növbətçi 

general  və  tapşırıq  generalı  da xil  idi.1919  ilin  mart ında  Azərbaycan  ordusunun  idarəetme  orqanlarında  mühüm  keyfiyyət 

dəyişikliyi  meydana gəldi. Hə rbi na zirin ə mri  ilə  mart ayın ın 26-da  Baş ərkani-hərb (Baş qərargah) təsis edildi və general-

leytenant  Məmməd  bəy  Sulk eviç  bu  orqanın  rəisi  təyin  edildi.  Bundan  sonra  ordu  hiss ələrinin  formalaşdırılması  daha 

ahəngdar  xara kter a ldı.  2-c i  Ba kı piyada alayın ın formalaşdırılması sürətləndirild i,  3-cü Şə ki süvari alayının təşkili tezliklə  

başa çatdırıldı. 

Azərbaycandakı  ingilis  qüvvələrinin  ko mandanlığı  1919  il  apre lin  əvvəllərində  milli  qoşun  hiss ələrinin  a zsaylı 

kontingentinin  Bakıda  da  yerləşdirilməsinə  icazə  verdi.  Hərb i  nazirin  əmri  ilə  Bakıda  yerləşəcək  hissə  və  bölmələr 

dəqiqləşdirildi.  Bu  qüvvələrə bir piyada taboru,  400 nəfərlik süvari və b ir topçu batareyası daxil id i. Aprelin  5-də hə min 

qüvvələr  Bakıya  daxil  o ldu  və  Salyan  kazarmalarında  yerləşdirildi.  Azərbaycan  qoşun  hissələrinin   Bakıya  daxil  olması 

münasibətilə  hərbi  nazir  S.Meh mandarov  da  paytaxta  gəldi.  Şəhər  əhalisi  A zərbaycan  ordusunun  qoşun  hissələrini  ço x 

böyük ruh yüksəkliyi və təntənə ilə qarşıladı. 

1919  ilin  yayında  və  payızında  Azərbaycan  ordu  hissələrinin  formalaşdırılması  böyük  sürətlə  davam  etdirild i. 

İngilis  qoşunlarının  A zərbaycan  ərazisin i  tərk  etməyə  başlaması  ilə  1919  il  iyunun  sonu  -  iyulun  əvvəllərində  Hərbi 

Nazirliyin rəhbər orqanları yenidən Bakıya köçürüldü. 

1919  ilin  iyun  -  iyul aylarında Zaqatala və   Bakı piyada alay larının  forma laşdırılması başa çatdıqdan sonra  İk inci 



piyada diviziyasının təşkil edilməsi zərurəti yarandı. Hərb i nazirin 1919 il 14 iyul tarixli müvafiq əmri ilə 1-ci Cavanşir, 2-ci 

Zaqatala və 3-cü Gəncə alay ları Birinci 




193 

 

piyada diviziyasında, 4-cü Quba və 5-ci Bakı piyada alayları isə 2-ci piyada div iziyasında birləşdirild ilər. 

Milli  ordunun  qoşun  hissələri  1919  il  avqustun  12-dən  sentyabr  ayının  3-dək  Lənkəran  əməliyyatında  iştirak 

edərək, ölkənin cənub bölgəsində respublikanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı döyüş tapşırığ ını uğurla yerinə 

yetirdilər. 

1919  ilin payızında təşkil edilən ən  əhə miyyətli hərb i strukturlardan biri Bak ı istehkamçılar hissəsi idi.  Bu struk-

turun yaradılmasından başlıca  məqsəd şimaldan,  xüsusən dənizdən ehtimal olunan Denikin təhlü kəsinin qarşısını almaq və 

bütünlüklə, Bakı şəhərinin etibarlı müdafiəsin i təşkil etmək idi. 

Sentyabr  ayında  Bakı  hərbi  limanın ın,  təyyarə  dəstəsinin,  zireh li  avto mobillər  taqımının,  mövqe  batareyasının 

ştatlarının formalaşdırılmasına başlandı. Sentyabrın 14-dən təyyarə dəstəsinin və zirehli avto mobillər dəstəsinin, sentyabrın 

24-dən mövqe batareyasının, oktyabrın 1-dən isə "Astarabad" hərbi gəmisinin ştatların ın formalaşdırılması başa çatdırıldı. 

6-c ı  Göyçay  piyäda  alay ının  forma laşdırılmas ı  böyük  sürətlə  aparılırdı.  Qışla ların  çat ışma masına,  geyim,  ərzaq  

çətinliklərinin o lmasına baxmayaraq, 1919 il o ktyabrın sonuna qədər alayın təşkili, demək olar ki, başa çatdırıldı. 

Milli ordu hissələri 1919 il noyabrın 3-dən 7-əsasən, 1-c i p iyada diviziyasının hissələrindən təşkil edilmiş Zəngəzur 



ekspedisiyasının  tərkib ində  ermən   qüvvələrinə  qarşı  döyüş  tapşırığını  yerinə  yetird ilər.  1919  ilin  sonuna  kimi  Lənkəran 

kö məkçi  (ehtiyat)  taboru  alaya  çevrilərək,  7-ci  Şirvan  alay ı  adlandırıld ı.  Həmin  il  8  -ci  Ağdaş  piyada  alayının  və 

Zəngəzurda yerli əhalidə ibarət  xüsusi hərbi h issələrin forrnalaşdırılması başa çatdırıldı. 

Hərbi nazirlik bütün bu təşkilat i işləri həyata keçirmə klə   1919 ilin sonunadək Azərbaycan ordusun heyətinin sayını 

20 min nə fərə, ordudakı atla rın  sayını isə 5 min  başa, 1920 ildə isə ordunun sayını 40 min nəfərə , at ların  sayını 10 min başa 

çatdırmağı nəzərdə tuturdu. Buna nail olmaq üçün 1920 ilin ilk günlərindən etibarən çox geniş quruculuq işlərinin aparılması 

planlaşdırıldı.  Tərtib  edilmiş  fəaliyyət  planına  görə  il  ərzində  9-cu 

piyada  alayı,  4-cü  süvari  alay ı,  iki  qaubitsa  batareyası,  qaubitsa 

divizionunun  qərargahı,  bir  dağ-süvari  batareyası,  dağ-süvari 

divizionun  qərargahı,  üç  batareyadan  ibarət  yüngül  səhra  divizionu 

və  onun  qərargahı,  hər  biri  bir  bölükdən  ibarət  olan  məhə lli 

ko manda və hər b iri yarım bölükdən ibarət olan  üç məhəlli ko manda 

yaradılmalı idi. 

1919  ilin  yayından  əvvəlcə  Qarabağda,  sonra  Lənkəranda, 

daha  sonra  isə  Zəngəzurda   hərbi  şəraitin   kəskinləş məsinə 

baxmayaraq,  hərb i  nazirliyin  rəhbərliyi  on  quruculuğu  işindəki 

ahəngdarlığ ı  sa xla mağa  ça lışırdı.  1920  ilin  e lə  ilk  günündən  3-cü 

zirehli  qatarın  ko mplektləşdirilməsinə  başlandı.  1920  ilin  

əvvəllərində növbəti çağırış 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə