[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə109/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   105   106   107   108   109   110   111   112   ...   282

197 

 

 



1920  il  28  apre l  tarixli  qəzetlə rdə  verilmişdi.  Aprel  işğalından  (1920)  sonra  AZƏRTAc  Azə rbaycan  Mətbuat 

Mərkə zin in  tərkib ində  Rusiya  Teleqra f  Agentliy i  Qafqaz  Ölkə  Müvəkkilliy inin  şöbəsi  kimi  fəa liyyət  göstərmiş, 

Azərbaycan  SSR  Xalq   Ko missarları  Sovetinin  qəra rı  ilə   1921  ildən  Azə rbaycan  Teleqraf  Agentliy inə  (A zər.TA) 

çevrilmişdi.  1972  ildən  "Azərin form"  adlanırd ı.  Sovet  İttifaqı  Teleqraf  Agentliyinin  (SİTA)  tərkibinə  daxil  id i.  Azər-

baycan yenidən dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan Respublikası Pre zidentinin  1992 il 18 dekabr tarixli 

sərəncamı ilə  bu quru mun tarixi adı (AZƏRTAc) ö zünə qaytarılmışdır. Azə rbaycan Respublikası Pre zidentinin  1995 il 

3  ma rt  tarixli  fə rmanı  ilə  ənənəvi  adı  sa xlan ılmaqla,  A zərbaycan  Respublikasının  Na zirlər  Kab ineti  yanında  Dövlət  

Teleqraf  Agentliyinə,  2000  il  17  yanvar  tarixli  fə rmanla   isə  müstəqil  A zərbaycan  Dövlət  Te leqraf  Agentliyinə  

çevrilmişdir. 

"AZƏRTAc"  müasir  Azərbaycan  həqiqətlərini,  ölkədə  demokratik,  hüquqi,  dünyəvi  dövlət  quruculuğunu, 

iqtisadiyyatın  inkişafını,  sosial-mədəni  sahədə  qazanılmış  uğurları,  respublikan ın  beynəlxalq  aləmdə  nüfuzunun 

yüksəlməsini əks etdirən informasiya və fotoinformasiyaları yayır, dünyada cərəyan edən ən  mühüm hadisələr barədə 

operativ mə lu mat verir. 

 

Əd.:  Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  Parlament  (stenoqrafik  hesabatlar),  B.,1998;  Aзepбaйджанская 

Демократиская  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;  

 

 

 



AZƏRBAYCAN  TÜRK  DÖVLƏTĠ  -  1918-20  illərin  mətbuat  səhifələrində  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin  adlarından biri. Dövrün bir ço x ziyalıları öz yazılarında Azərbaycan Xalq Cü mhuriyyətini Azərbaycan 

Türk Dövləti adlandırırdılar. 

AZƏRBAYCAN  VƏTƏNDAġ LIĞI  HAQQINDA  ƏSASNAMƏ  -  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  

vətəndaşlıq  norma larının   müəyyən  edən  hüquqi  sənəd.  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hökumətinin  1918  il  23  avqust 

tarixli qərarı  ilə  təsdiq olunmuşdur.  Əsasnamənin birinci  maddəsinə görə, 1914  il  iyulun 19-na qədər A zərbaycan Xa lq 

Cü mhuriyyətinin  ərazisində yaşamış və hər hansı in zibati idarə və ya ictimai zü mrə tərəfindən qeydə alın mış hər bir şəxs, 

həmç inin  istər ölkə  da xilində və ya onun xa ric ində Azərbaycan vətəndaşından doğulmuş, ölkə əra zisində 5  ildən yuxa rı 

yaşamış və ölkədə məskunlaşmış, yəni evləri, iş yerləri olan  şəxslər Azərbaycan vətəndaşı hesab edilird i. Xarici vətəndaş 

Azərbaycan vətəndaşı ilə n ikaha g irdikdə o, Azə rbaycan Xalq   Cü mhuriyyətinin vətəndaşı hesab olu-nurdu. Azərbaycan 

vətəndaşı  eyni  vaxtda  başqa  ölkənin  vətəndaşı  ola  bilmə zdi.  Ya lnız  A zərbaycan  Xalq  Cü mhuriy-yətinin  vətəndaşları 

ölkədəki bütün siyasi hüquqlara (mərkəzi qanunvericilik və yerli özünüidarə orqanlarına seçki-lərdə fəal və passiv iştirak 

etmək hüququna və s. hüquqlara) ma lik idilər. Əsasnaməyə görə, Höku mətə xaric i ölkə və-təndaşların ın dövlət qulluğuna 

dəvət  etmək  səlahiyyəti  verilirdi.  Əsasnamədə  xaric i  vətəndaşın  Azərbaycan  vətəndaş-lığın ı  qəbul  et məsi  və  ya 

Azərbaycan  vətəndaşının  digər  ölkənin  vətəndaşlığına  keç məsi  qaydalarının  xüsusi  qanunla  müəyyən  ediləcəyi  qeyd 

olunmuşdu. 

1919  il  avqustun  11-də  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla mentində  Azərbaycan  Vətəndaşlığı  Haqqında 



Qanun qəbul edildikdən sonra Höku mətin Azə rbaycan Vətəndaşlığı Haqqında Əsasnaməsi qüvvədən düşdü. 

Əd.: 

Aзepбaйджанская Демократиская  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998; 

 

 

 



AZƏRBAYCAN  VƏTƏNDAġLIĞI  HAQQINDA QANUN - A zərbaycan Xalq Cü mhuriyyətinin vətəndaşlıq 

normalarını  müəyyən  edən  qanunvericilik  aktı.  1919  il  avqustun  11  –də  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamenti 

tərəfindən qəbul edilmişdir. Qanun 4 bölmədən ibarət idi: 1. Vətəndaşlığın müəyyən edilməsi; 2. Vətəndaşlığın verilməsi; 

3.  Vətəndaşlığın  itirilməsi;  4.  A zərbaycan  vətəndaşlığı  haqqında  1918  il  23  avqust  tarixli  Əsasnamənin  qüvvədən 

düşməsi. 

Qanunun  birinci  bölməsinin  1-ci  maddəsinə  əsasən,  milliyyətindən  və  dini  mənsubiyyətindən  asılı  o lmayaraq, 

özləri  və  ya  valideynləri  Azərbaycan  Xalq  Cü mhuriyyəti  ərazisində  doğulmuş  keç miş  Rusiya  imperiyası  vətəndaşları 

Azərbaycan Xalq Cü mhuriyyətinin vətəndaşları hesab olunurdu. 

Qanuna görə, Azərbaycan vətəndaşlarından doğulanlar, Azərbaycan vətəndaşlarına ərə getmiş xarici vətəndaşlar, 

17  yaşı  tamam  olmamış  və  Azərbaycan  vətəndaşı  tərəfindən  övladlığa  götürülmüş  xarici  vətəndaşlar  Azərbaycan  Xalq 

Cü mhuriyyəti vətəndaşı hüququ qazanırd ılar. Xarici vətəndaşa ərə getmiş Azərbaycan vətəndaşı boşandıqda, 17 yaşına 

çatmamış Azərbaycan vətəndaşının  xarici vətəndaşdan doğulmuş övladı, elmi və d igər  istedadı ilə Azərbaycana  xüsusi 

xid mət  göstərmiş və A zərbaycana köç müş xaric i vətəndaş, Azərbaycanda hərbi və mülki xid mətdə olan xa ric i vətəndaş da 

Azərbaycan  vətəndaşlığı  hüququ  əldə  edirdi.  A zərbaycan  vətəndaşlığını  qəbul  edən  hər  bir  şə xs  Azə rbaycan  dövlətinə 

sədaqət barədə Əsasnamədə olan xüsusi mətn əsasında and iç məli id i (ba x Vətəndaşlıq haqqında and). 

Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul etdikdə o, A zərbaycan vətəndaşlığı hüququnu itirird i. 

Azərbaycan  vətəndaşlığından  çıxmaq  istəyən  şəxslər  yerli  da irə   məhkə mə lə rin in  in zibati  bölməsinə  ərizə  ilə   mürac iət 

etmə li  və  öz  ərizələ rində  hansı  ölkənin  vətəndaşlığını  qəbul  etdiklərini  bildirmə li  idilər.  Azə rbaycan  vətəndaşlığından 

çıxmış  şəxs  yenidən  Azərbaycan  vətəndaşlığına  qayıtmaq  barədə  yalnız  5  ildən  sonra  ərizə  ilə  mü raciət  edə  bilərdi. 

İcazəsiz  olaraq   xarici  vətəndaşlığı  qəbul  etmiş  şəxslər  isə  yaln ız  Cü mhuriyyət  Höku məti  daxili  işlər  nazirinin  xüsusi 

icazəsi ilə yenidən Azə rbaycan vətəndaşlığını qəbul edə bilərd ilə r. 

 

Əd.: 

Aзepбaйджанская Демократиская  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998; 

 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə