[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə11/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   7   8   9   10   11   12   13   14   ...   282

36 

 

xalq lar  Parla mentdə  təmsil  olun malıd ır.  A zərbaycan 



Şurası ölkə əhalisinin (2 milyon 750 min nəfər) hər 24 nəfərinə 

1 nəfər nü mayəndə hesabı ilə 120 deputatdan ibarət olma lı  idi. 

Onlardan 80 nəfər türk-müsəlman əhalin i,  21 nəfər e rməniləri, 

10 nə fər rusları, 1 nəfə r a lmanla rı və  1nəfər   yəhudiləri tə msil 

etmə li  id i.  Hətta,  sayları  ço x  a z  o lduğu  üçün,  Parla ment 

seçkilərində  iştirak  edə  bilməyən  gürcülər  və  polyakların  da 

hərəsinin  Parla mentdə  bir  deputat  təmsil  olun ması  qəra ra 

alındı. 


Azərbaycan  Milli  Şurasının  1918  il  19  noyabr  tarixli 

iclasının  qanununa  əsasən,  hələ  1917  ilin  sonlarında 

Ümu mrusiya  Müəssislər  Məclisinə  seçilmiş  44  nəfər  türk-

müsəlman   deputat  birbaşa  yeni  yaradılacaq  Parlamentin 

tərkibinə  da xil  edilirdi.  Müsəlmanlar  üçün  nəzərdə  tutulmuş 

qalan  36  deputat  və  başqa  millət lərin  nümayəndələri  yenidən 

seçilməli  idi.  Yeni  Parlamentin  formalaşdırılması  1918  il 

dekabrın 3-də başa çatdırılma lı id i. 

Gö ründüyü  kimi,  1918  ilin  mart  soyqırımından  hələ  cəmi  yarım  il  keçməsinə  baxmayaraq,  A zərbaycan 

Parla mentində  21 nəfə r ermən i nümayəndəsinin iştirakına yol verildı.  O  za mankı  tarixi  şəraitdə  atılan  bu  addım  Azərbay-

xalq ının  de mokratik  təbiətinə,  insan  haqlarına  nə  qədər  dərin  hörmətlə   yanaşmasına  parlaq  sübutdur.  Parla ment 

demokratiyasının  bu  parlaq  faktı  M.Ə.Rəsulzadənin  yeni  Parlamentin  çağırılması  ilə  bağlı  olaraq  1918  il  noyabrın  29-da 

xalqa etdiyi müraciətdə də əks olunmuşdu: "... bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə 

qoyaq. Tarix hamımıza bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla 

çəkmək  üçiin  yaşayışımızı  aqil  və  insani  əsaslar  üzərində  quraq,  bir-biriminizi  sevək,  ehtiram  edək.  Milli  və  məzhəb 

fərqlərinə  baxmayaraq,  bütün  Azərbaycan  vətəndaşları  bir  vətənin  övladlarıdır.  Ümumi  vətəndə  müştərək  həyatlarını 

qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçiin onlar bir-birinə əl uzatmalı və yardım etməlidirlər".   

 

 

 Məhəmməd  Əmin  Rəsulzadə  Azərbaycan  əhalisinə  mürac iətində  bild irird i  ki,  azlıqda  qalan  millətlərin  və 

mə mlə kətin  bütün  vilayətlərin in  nümayəndələrinin  də  təmsil  olunacağı  yeni  Parlament  yurdumuzun  sahibi  olacaq,onun 



müqəddəratını həll, Hökumətini təşkil və mənafeyini müdafiə edəcək. 

1918  il  dekabrın  7-də  saat  13.00-da  H.Z.Tağıyevin  q ız-rməktəbinin  binasında  (hazırda  Füzu li  adına  Əlyazmalar 

insitutunun  yerləşdiyi  bina)  Azə rbaycan  Parla mentinin  təntənəli  aç ılışı  o ldu.  Bu,  bütün  müs əlman  Şərq ində  o  dövrün  ən 

demokratik  prinsipləri  əsasında  formalaşdırılmış  Parla ment  idi.  A zərbaycan  Milli  Şurasın ın  1918  il  19  noyabr  tarixli 

qanununa  əsasən,  Parla mentdə  ölkə  ə ra zisində  yaşayan  bütün  xalq lar,  hətta  sayca  çox  a z  olduqlarına  görə  Pa rla ment 

seçkilərində iştirak etmək hüququ olmayan  xalqlar da təmsil olundular.  Cü mhuriyyət Parlamentində yerlər aşağıdakı  kimi 

bölüşdürülmüşdü: türk-müsəlman əhali -  80, ermənilər -21, ruslar -  10, almanlar - 1, yəhudilər-1, gürcülər-  1, polyaklar- 1, 

Bakı həmkarlar ittifaqları - 3, Bakı Neft Senayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı - 2. 

Parlamentin  açılışında  Azərbaycan  Milli  Şurasının  sədri  M.Ə.Rəsulzadə  geniş  təbrik  nitqi  söylədi.  "Müsavat" 

fraksiyasının  təklifi  ilə  bu  zaman  səfərdə  olan  Əlimərdan  bəy  Topçubaşov,  qiyabi  olaraq,  Parlamentin  sədri,  Həsən  bəy 

Ağayev isə onun birinci  müavini seçild i. Rəh im bəy Əlağa oğlu  Vəkilov Parlamentin  katib i təsdiq olundu. Ə.Topçubaşov 

Azərbaycanda olmadığı üçün Pa rla mentin fəa liyyətinə H.Ağayev rəhbərlik etdi. Pa rla mentin ilk iclasında Fətə li xan Xoyski 

Höku mətin in istefası qəbul edildi və yeni  Höku mətin təşkil olun ması qərara alındı.  Yen i  Höku mətin təşkili yenidən Fətəli 

xan Xoyskiyə tapşırıldı. 

1918  il  dekabrın  26-da  F.x.Xoyski  Parlamentdə  öz  proqramı  ilə  çıxış  etdi  və  yeni  Hökumətin  tərkibin i  təsdiq 

olunmağa  təqdim  etdi.  Parlament  Hö ku mətin  proqramın ı  qəbul  etdi  və  F.x.Xoyskinin  təşkil  etdiyi  Hö ku mətə  etimad 

göstərilməsi barədə qərar çıxardı.  Elə həmin gün Fətəli  xan Xoyskin in başçılıq etdiy i yeni  Höku mətin tərkibi elan o lundu. 

Azərbaycan Xa lq  Cü mhuriyyətinin   xa lq tərə fındən  müdafiə o lunduğunu görən general To mson dekabrın  28-də  Fətəli  xan 

Xoyski Höku mətini Azərbaycanın yeganə qanuni yerli hakimiyyət orqanı kimi tanıdı. Beləliklə,  Cü mhuriyyət Höku məti  ilə 

ingilis  hərbi  ko mandanlığı  arasındakı  münasibətlərdə  yumşalma  başlandı.  Nəticədə  şəhərdəki  erməni  hə rbi  birləş mə ləri 

tərksilah o lundu və ləğv edildi. 

Azərbaycan  Parla mentinin  fəaliyyətə  başladığı  dövrdəki  tarixin  ço x  mühüm  ibrət  dərslərindən  biri  də  budur  ki, 

Cü mhuriyyət  xad imlərinin,  sülhsevər  Azərbaycan  xalqın ın  özünün  ilk  Parla mentində  ermən ilərə  21,  ruslara  isə  10  yer 

ayırmasına  baxmayaraq,  onlar  Parlamentin  açılışında  iştirak  etmədilər.  Bakıda  fəaliyyət  göstorən  Rus  Milli  Şurası  Azər-

baycanın  öz  müstəqilliyin i  elan  etməsilə  " Vahid  və  bölünməz  Rusiya"nın  parçalanmasına  yol  açdığı  üçün  "Azərbaycanın 

Rusiyadan  ayrılması  faktın ı  tanımadı"  və  Azərbaycan  Parlamentini  boykot  etmək  barədə  qərar  qəbul  etdi.  Lakin 

Azərbaycanda  yaşayan  rus -slavyan  əhalisinin   təzy iqi  ilə,  sonralar  Rus  Milli  Şurası  ö zünün  həmin  qəra rın ı  ləğv  et məyə 

məcbur o ldu. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə