[]


AZƏRBAYCANIN BATUM BAġ  KONS ULLUĞU -



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə110/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   106   107   108   109   110   111   112   113   ...   282

198 

 

AZƏRBAYCANIN BATUM BAġ  KONS ULLUĞU -  Türkiyə və Avropa ölkələri ilə normal iqtisadi və ticarət 

əlaqələri  saxlamaq,  beynəlxalq  aləmdə  baş  verən  hadisələrdən  müntəzəm  və  operativ  xəbər  tutmaq  üçün  Azər-baycan 

Xalq  Cü mhuriyyətinin təsis etdiyi nü mayəndəlik. Qara dəniz hövzəsində ən mühüm liman şəhəri, Azərbaycan dəmir yolu 

və ağ neft kə mərin in Avropaya çıxış məntəqəsi olan Batumda nü mayəndəlik yaradılmasının zəruriliyini Məhəmməd Əmin 

Rəsulzadə 1918 ilin yayında İstanbulda Azərbaycan nümayəndə heyətinin başçısı kimi fəa liyyət göstərərkən bildirmişdi. 

Azərbaycan Höku məti Batu mun ölkə üçün iqtisadi, ticarət və Avropa dövlətləri  ilə ə laqələr qurmaq ba xımından 

mühü m əhəmiyyətini nəzərə alaraq, 1918 il noyabrın  10-da orada konsulluq yaratmağı qərara aldı. Doktor Mah mud bəy 

Əfəndiyev  Azərbaycanın  Batumda  konsulu  təyin  edildi.  Konsulluğun  katibi  doktor  Əziz  bəy  Qədimbəyov,  kargüzarı 

Safuət əfəndi Ağayev idi. 

Azərbaycanın  Batumdakı  konsulluğu  ölkəyə  aid  yüklə rin   Batu m  liman ında  qəbul  edilməsi  və  yola  salın ması, 

nəqliyyat vasitələri, xüsusən yük vaqonları və vaqon-sisternlərlə bağlı mübahisələrin tənzimlən məsi, d iplo mat ik kuryer və 

poçtla əlaqədar məsələlərin n izama salın ması sahəsində mühüm rol oynamışdı. 

Konsulluq bölgədə türk və müsəlman əhalinin p roblemlərinin həllində də fəal iştirak edirdi. Məsələn, konsul-luq 

1919 ilin mart ay ında bölgədəki A zərbaycan təbəələrinə 10 min rubl, 1919 ilin may ında normal fəaliyyət göstər-məsi üçün 

Batu mdakı türk məktəbinə 10 min rubl yard ım etmişdi. 

1919  il sentyabrın 27-də  konsulluq nəzdində ticarət şöbəsi yaradıldı.  Şöbənin tərkibinə yollar, ticarət və sənaye, 

həmç inin  ərzaq  na zirliklərinin  nü mayəndələri  da xil  ed ild i.  Hə min  ilin  oktyabr  ayında  Batumda kı  konsulluq  baş 

konsulluğa çevrild i. Oktyabrın 18-də Batum baş konsulluğuna Azərbaycan Dövlət bankının  mü xb iri vəzifəsi həvalə ed ildi 

və  Batumda  A zərbaycan  Höku mətinin  hesabına  daxil  olan  vəsaitin  Dövlət  bankına  köçürülməsini  tə min  et mə k  ona 

tapşırıldı.  Oktyabrın  22-də  isə  Batu m  baş  konsulluğunun  ticarət  şöbəsi  yanında  Azərbaycan  Maliyyə  Nazirliyi 

nümayəndəliyin in təsis edilməsi qərara alındı. 

Azərbaycanın Batu m baş konsulluğu fəaliyyət göstərdiyi dövr ərzində Azərbaycan dövlətinin və vətəndaşlarının  

mənafey inin qorun masında mühü m ro l oynamışdı.  



 

Əd.: 

Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920),Внешняя политика (документы и материалы), Б., 1998; 

Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998. 

 

 



 

AZƏRB AYCANIN DAĞLILAR RESPUB LĠKAS INDA DĠPLOMATĠK NÜMAYƏ NDƏ LĠYĠ  A zər-baycan 

Xalq  Cü mhuriyyətinin  xarici ölkələrdə yaratdığı diplo matik nümayəndəliklərdən biri.  1919  ilin fevral-sentyabr aylarında 

fəaliyyət göstərmişdir.  Cü mhuriyyət Höku mət i  Dağlıla r  Respublikası   ilə  müntə zə m ə laqələr yarat maq,  Şimali  Qafqa zda 

baş  verən  siyasi  və  hərb i  prosesləri  yaxından  izləmək  üçün  1919  ilin   əvvəlində  Dağlılar  Respublikasında  diplo matik 

nümayəndəlik  yaratmağı  qərara  ald ı.  Fevralın  ilk  günlərində  Dağlılar  Respublikası  höku məti  Əbdürrəhim  bəy 

Haqverdiyevin  diplomat ik  nü mayəndə  təyin  olunmasına  razılıq  verdi.  Fevra lın  25-də  Azərbaycan  Höku məti 

Ə.Haqverdiyevi bu vəzifəyə təyin etdi və Temirxan-Şuraya göndərdi. Azərbaycan diplo matik nü mayəndəliyi  martın 28-

də Temirxan-Şu rada fəaliyyətə başladı və elə həmin gün Azərbaycan Xaric i İşlər  Na zir-liyinə  Denikin ordusunun və rus 

kazaklarının  Terek v ilayətinə, həmçin in Çeçenistana hücum etmələri haqqında məlu mat göndərdi. Ə.Haqverdiyev 1919 il 

martın  30-da  öz  etimadnaməsini  Dağlılar  Respublikası  hökumətin in  sədrinə  təqdim  etdi,  31-də  isə  bütün  nazirlərlə 

görüşdü və Dağlılar parlamentin in iclasının iştirakçısı o ldu.

 

Dağlılar  Respublikası  üçün  son  dərəcə  ağır  olan  həmin  günlərdə  A zərbaycan  diplo matik  nümayəndəliyinin  



Temirxan-Şurada fəa liyyətə başlaması  Dağlılar  Respublikası və bütün Şimali  Qafqa z  xa lqlarına böyük  mənəvi və siyasi 

yardım  idi. Ona görə də A zərbaycan Xalq  Cü mhuriyyəti Hö ku mətinin bu addımı  Şimali  Qafqazda sevinclə qarşılan mış, 

ruh  yüksəkliyi  doğurmuşdu.  Diplo matik  nü mayəndəlik  Dağlılar  Respublikasındakı  Azərbaycan  vətəndaşları  ilə  əlaqə 

yaratmış, onların hüquqlarının qorun ması, ehtiyacı olanlara yardım göstərilməsi işin i təşkil etmişdi. 

Ə.Haqverdiyev  aprel-may  ay larında  Azərbaycan  Xarici  İşlər  Nazirliy inə  göndərdiyi  məlu matlarda  Denikin  

ordusunun  Dağlıla r  Respublikasına  qarşı  hərb i  ə məliyyatları,  Dağlıla r  parla mentində  və   ict ima i  dairə lərdə   Dağ ıstanın 

Azərbaycanla  birləşməsi  məsələsinin  qald ırılması  və  bununla  bağlı  mü zakirələ rin  gedişi,  may ın  31-də  Dağ lılar 

Respublikasında  general  M.Xəlilovun  hakimiyyət  başına gəlməsi  haqqında  dəqiq  və  təfsilatlı  informasiya  vermişdi.  O, 

iyunun  7-də  göndərdiyi  mə lu matda  Den ikin  o rdusunun  bütün  Dağıstanı  tutması,  Port -Petrovsk  və  Dərbənddəki  hərbi 

qüvvələrin  sayı  və  tərkib i  haqqında  bilg i  vermiş,  yerli  əhalinin  əhvali-ruhiyyəsini  nəzərə  alaraq,  Cənubi  Dağ ıstanın 

Dərbəndlə birlikdə Azə rbaycana birləşdirilməsi üçün təcili addımla r atılmasın ı məsləhət görmüşdü. 

Azərbaycan diplo mat ik nü mayəndəliyin in bu fəaliyyəti Denikin ordusunun komandanlığ ını qəzəb ləndirmiş, Tere k 

və Dağıstan vilayətlə rin in hərbi rə isi genera l Erdelinin tə ləbi ilə Ə.Haqverdiyev 1919 il iyulun 3-də Te mirxan-Şuranı tərk 

edərək  Azə rbaycana  qayıtmalı  olmuşdu.  Azərbaycanın  konsulluq  nümayəndəsi  yalnız  Port -Petrovskdan  Azərbaycana 

gəlmək  istəyənlərə  bura xılış  vərəqələri  verilməsini  teşkil  et mə k  üçün  saxlan ılmışdı.  La kin   general  Erdeli  Azə rbaycan 

konsulluq  nümayəndəsinin  də  fəaliyyətini  qadağan  etdi.  Bununla  əlaqədar  A zərbaycan  xarici  işlər  nazirliyi  1919  il 

oktyabrın 1-dən Azərbaycanın Dağlılar Respublikasındakı diplo matik nümayəndəliyini ləğv etdi. 

 

Əd.: 



Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б., 1998;

 

 

 

 

 

 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə