[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə115/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   111   112   113   114   115   116   117   118   ...   282

205 

 

Osmanlı  dövlətin in  Azərbaycan  Xalq  Cü mhuriyyətinə  10  il  müddətinə  2  milyon  türk  lirəsi  həcmində  borc  verməsi, 



Azərbaycana  xaric i  işlər,  ma liyyə  üzrə   məsələhətçilər  gön-dərməsi,  istənilən  qədər  dərslik  və  müə llim  göndərməyə  

razılıq  verməsi, başlıcası isə, Bakın ı düşməndən azad  etmək üçün zəruri hərbi qüvvə ayırması İstanbuldakı A zərbaycan 

nümayəndəliyin in gərgin və səmərəli fəaliyyətinin nəticəsi idi. 

Azərbaycan  Höku məti  Os manlı  impe riyası  ilə  ta m  həc mdə  d iplo matik  ə laqələ r  yaradılması  üçün  1918  il 

avqustun 20-də  Höku mət  üzvü  Əlimə rdan bəy Topçubaşovu fövqəladə səlahiyyətli nazir  kimi İstanbula eza m etdi və  

ona  bütün  məsələlər  üzrə  Azərbaycan  Cümhuriyyətinin  maraq larını  təmsil  etmək  tapşırığ ı  verdi.  Əlimərdan  bəy 

Topçubaşov, eyni zamanda,  İstanbulda beynəlxalq  konfrans başlanacağı halda Azərbaycan nümayəndə heyətinin tam-

hüquqlu üzvü kimi onun işində iştirak etmək səlahiyyətinə malik idi. Ə.Topçubaşov bu missiyanı yerinə yetirmək üçün 

avqustun  23-də  Gəncədən  yola  düşsə  də,  nəqliyyat  çətinliklə rinə   görə  yaln ız  sentyabrın  28-də  İstanbula  çata  bild i. 

Azərbaycanın fövqəladə səlahiyyətli nü mayəndəsi birinci o laraq oktyabrın  2-də Tə lət paşa ilə görüşdü və Berlin səfə-

rində Azərbaycanın  mənafeyin i  müdafiə etdiyinə, hə mç inin türk əsgərlərinin  Bakının a zad edilməsində iştira kına görə  

ona  Azərbaycan  Hökuməti  adından  təşəkkür  etdi.  Elə  hə min  gün  Ə.Topçubaşov  xarici  işlər  naziri  Əh məd  Nəsimi 

bəylə,  oktyabrın  3-də  isə  hərbi  nazir  Ənvər  paşa  ilə  görüşdü.  Oktyabr  ayı  ərzində  Ə.Topçubaşov  Türkiyənin  rəsmi 

dövlət nümayəndələri  ilə daha bir neçə görüş keçird i.  Lakin cəbhələrdə vəziyyətin sürətlə pisləş məsi,  Osman lı dövlə-

tində  hökumət  kabinələ rinin  tez-te z  istefa  verməsi  onunla  sabit  münasibətlər  qurulmasına  imkan  vermirdi.  Ə.Topçu-

başov 1918  il noyabrın  14-də Azərbaycan Höku məti başçısına göndərdiyi  məktubda bunu etiraf edirdi: "Mənim gəl-

diyim  müddətdə artıq üçüncü kabinə yaradılır. .. .Bir  kabinə  ilə hər hansı bir əlaqə yaratmağa  macal tap mamış, yeni 

kabinə yaranır". 

Oktyabrın  sonunda İstanbulda beynəlxalq  konfrans çağırılmasının  baş tutmayacağı tam aydınlaşdığı və Türki-

yədə  böhranlı  vəziyyət  yarandığı  üçün  Azərbaycan nümayəndə  heyəti  Bakıya  qayıtdı.  Ə.Topçubaşov  is ə  missiyasını 

davam etdird i.  Noyabrın 4-də o, Mudros barışığının (1918) Azərbaycana aid hissəsi ilə əlaqədar Os manlı höku mətinə 

etiraz  notası  təqdim  etdi,  noyabrın   5-də  isə  xarici  işlər  naziri  Nəbi  bəylə  görüşdü.  Bu  etiraz  notası  Azərbaycan 

Cü mhuriyyətinin  müstəqilliy ini qeyd etmək məqsədi daşıyırdı. Azərbaycanın d iplo matik nü mayəndəsi Türkiyənin yeni 

xarici  işlər naziri Mustafa Rəşid paşa ilə noyabrın 16-da və sonrakı görüşlərində Türkiyənin A zərbaycana diplo matik 

nümayəndə göndərməsi məsələsini qald ırd ı. 

Ə.Topçubaşov  Türkiyədə  d iplo matik  nümayəndə  kimi  1919  ilin  yazına  qədər  fəaliyyət  göstərdi  və  bu 

müddətdə  İstanbuldakı  azərbaycanlıların  mənafey ini  müdafiə  etmək,  v iza  məsələlərini  yoluna  qoymaq,  orada  təhsil 

alan azə rbaycanlı gənclərə  maddi yardım göstərmək, hərbi əsirlərlə bağlı  məsələlə ri həll et mək sahəsində faydalı  işlər 

gördü. O,  Paris sülh konfransına (1919-20) göndərilən A zərbaycan nümayəndə heyətinin başçısı kimi İstanbulu tərk 

etməyə  hazırlaşarkən,  orada  konsul  funksiyasını  müvəqqəti  icra   et mək  üçün  Səfvət  bəy  Məlikovu  hazırladığın ı 

Azərbaycan Höku mətinə b ild ird i. 

1919 il mayın  18-də Azərbaycanın Ukraynadakı dip lo matik nü mayəndəsi Mir Yusif Vəzirov (Ç ə m ə n z ə m 

i n 1 i) burada yaranmış vəziyyətlə bağlı  missiyasını başa vurub, vətənə qayıtmaq üçün Odessadan İstanbula getdi. O, 

buradakı  Britaniya  və  İtaliya  hərbi  nü mayəndələri  ilə  görüşlər  keçird i  və  vətənə  qayıtmaq  istəyən  Azərbaycan 

vətəndaşları  üçün  viza  almaq  məsələsini  onlarla  həll  etdi.  M.Y.Və zirov  iyu lun  12-də  İstanbuldan Azərbaycan  xa ric i 

işlər nazirinə göndərdiyi  məktubda məlu mat verirdi ki, şəhərdə bütün hakimiyyət  müttəfiqlərə  məxsusdur. Məktubda 

həmç inin  türk  naziri  Əh məd  Fərid  bəylə  görüşməsi  və  türk  tərəfinə  Əh məd  bəy  Ağayevin  qanunsuz  həbsi  ilə  bağlı 

qeyri-rəs mi etiraz et məsi bildirilird i. 

Azərbaycan Xalq  Cü mhuriyyəti Hö ku məti  1919 il avqustun 1-də özünün Ukraynadakı  keç miş diplo matik nü-

mayəndəsi Mir  Yusif  Vəzirovu İstanbula göndərilən dip lo matik  missiyanın başçısı təyin etdi. Diplo mat ik  missiyanın 

ma liyyə  işi  üzrə  məsləhətçisi  isə  xarici  işlər  na zirliy inin  dəftərxana  rə isi  Cahangir  bəy  Qayıbov  təyin  olundu.  Lakin  

Batu mdakı  ingilis  qüvvələrinin  rəhbərliyi  Azərbaycan  nümayəndəliyinin  İstanbula  getməsinə  icazə  vermədiy indən, 

nümayəndələr  ay  yarım  bu  şəhərdə  ləngiməli  o ldu,  rəs mi  icazə  alın ması  mü mkün  olmadığ ına  görə,  xüsusi  qaydada 

Türkiyəyə yola düşmək  məcburiyyətində qaldılar.  Ona görə də,  İstanbulda Azərbaycan diplo matik nümayəndəliy inin  

rəsmi  fəaliyyətini yenidən  1919 ilin o ktyabrında bərpa et mə k  mü mkün oldu. Noyabrda M Y.Vəzirovu Türkiyə  xa ric i 

işlər naziri qəbul etdi.  Noyabrın  15-də "Təsviri-Əfkar" adlı türk qəzetinə  müsahibəsində M.Y.  Vəzirov Azərbaycanın 

İstanbulda  səfirlik  təşkil  etməsi  haqqında  xəbərləri  təkzib  edərək,  digər  yeni  yaran mış  dövlətlər  kimi,  burada  yalnız 

diplo matik  nü mayəndəliyə  malik  olduğunu  bildird i.  A zərbaycan  Cü mhuriyyətinin  İstanbuldakı  dip lo matik 

nümayəndəliyi Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmağa məcbur oldu. 

 

Əd.: 

Aзepбaйджанская  Демократическая   Pecnублика  (1918-1920),  Внешняя  политика (документы  и  материалы),  Б., 

1998;  Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; Nəsibzadə N., Azərbaycanın xarici 

siyasəti (1918-1920), B., 1996. 



 

AZƏRBAYCANIN  UKRAYNADA  DĠPLOMATĠK  NÜMAYƏNDƏLĠYĠ  -  Azərbaycan  Xalq  

Cü mhuriyyətini Ukraynada təmsil edən elçilik. A zərbaycan Cü mhuriyyətinin Nazirlər Şurası  1918  il sentyabrın 12-də 

Ukraynaya işlər vəkilin in göndərilməsi haqqında qərar qəbul etdi. Qərara uyğun olaraq,    1918  il noyabrın   1-də Mir 

Yusif Və zirov (Yusif Və zir Çə mənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplo matik nü mayəndəsi təyin edildi.  

 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə