[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə117/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   113   114   115   116   117   118   119   120   ...   282

207 

 

Azərbaycan Höku məti  1919  il  24 iyul ta rixli qəra rı  ilə qaçqınlara yard ımı təşkil et mək üçün konsulluğa 75  min  manat 



vəsait və 50 pud un ayırmışdı.  Bu vəsait və ərzaq  Qızıl Arvadda yemə k  məntəqəsinin təşkili,  Krasnovodskda bundan 

əvvəl  açılmış  yeməkxana  və  gecələmə  evinin  fəaliyyətinin  davam  etdirilməsi  üçün  nəzərdə  tutulmuşdu.  Azər-baycan 

Xalq  Cü mhuriyyəti hə min dövrdə Mərkəzi Asiyanın digər bölgələrin in türk-müsəlman əhalisinə də yardım göstərird i. 

1919 il iyunun 20-də A zərbaycan Höku mət i Türküstan Xalq Şurasına 500 min manat məbləğində faizsiz borc  vermişdi. 

Türküstan  Xalq  Şurasının  ü zvü  Mircəlilovla  imzalan mış  müqaviləyə  görə,  Türküstan  tərəfi  bu  borcu  2  il  ərzində 

qaytarmalı idi. 

Zakaspi müvəqqəti hökuməti də Bakıda konsulluq açmışdı. Lakin 1919 il o ktyabrın əvvəlində Zakaspi müvəq-

qəti höku mətinin  bura xılması ilə  əlaqədar o laraq  bu konsulluq Denikin  ordusunun Bakıdakı nü mayəndəliy i ilə b irləşdi. 

Bununla bağlı, Azərbaycanın Zakaspidəki konsulluğu da fəaliyyətini dayandırdı. Azərbaycan Xarici  İşlər  Nazirliy inin  

əmri ilə 1919 il noyabrın 1-dən Azərbaycan Respublikasının Zakaspidəki konsulluğu ləğv edild i. 



 

Əd.:

  Aзepбaйджанская  Демократическая   Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы),  Б., 

1998;  Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998.

 

 



AZƏRBAYCANLA  DAĞLILAR  RESPUBLĠKAS I  ARASINDA  MÜQAVĠLƏLƏR  -  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin   Şimali  Qafqaz  Dağ lılar  Xalqları  İttifaqı  Res publikasına  (qısaca  -  Dağlılar  Respublikası)  maliyyə, 

iqtisadi  və  hərbi  yardım  göstərməsi  haqqında  sənədlər.  A zərbaycanın  qabaqcıl  ziyalıla rı,  ict ima i  xadimlə ri,  əvvəlki 

dövrlərdə olduğu kimi, 1917-18  illərdə də Şimali  Qafqazın dağlı  xalqlarının  milli azad lıq  mübarizəsini rəğbətlə izləyir 

və bütün vasitələrlə  onlara  yardım ed irdilər.  Zaqafqaziya seyminin Müsəlman  fra ksiyasına daxil olan deputatlar 1918 

ilin ma rt ayında dağlı nümayəndəliy inin Zaqafqaziya seyminə qatılmaq və bo lşevik təhlü kəsinə qarşı b irlikdə mübarizə  

aparmaq  haqqında  müraciətin i  dəstəklədilər.  Lakin  seymin  erməni  və  gürcü  nü mayəndələri  həmin   təklifin   əleyhinə 

çıxd ıqları üçün bu iş nəticəsiz qaldı.  Belə olduqda, Müsəlman  fraksiyası ü zvləri  Şimali Qafqazdan gəlmiş  nümayən-

dələrlə   ikitərəfli  münasibətlər  yarat maq  üçün  Fətəli  xan  Xoyski,  Nəsib  bəy  Yusifbəyli,  Aslan  bəy  Səfıkürdski, 

Məhəmməd  Qazi  Dibirov,  Ba mmat  Heydər,  Əbdülməcid  Çermoyevin  da xil  o lduqları  xüsusi  ko missiya  yaratdıla r. 

Məhz seymdəki a zə rbaycanlı  ictimai  xad imlərin səyi nəticəsində dağlı nü mayəndələrinin  Trab zon sülh danışıqlarında 

iştirakı  mü mkün  oldu.  Həmin  danışıqlar  uğursuzluqla  bitd ikdən  sonra  dağlı  nümayəndələri  İstanbula  gedib  Osmanlı 

dövləti ilə əlaqə yaratdılar və Şimali Qafqaz Dağlılar Xalq ları İttifaq ı Respublikasının yarad ılması haqqında bəyannamə 

qəbul etdilər (1918,11  may). Mayın 24-də isə  Gəncədə Əbdülməc id  Çermoyevin başçılığı ilə  Dağlılar höku mət i təşkil 

olundu.   

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycan 

Xalq   Cü mhuriyyəti  yarandığ ı  ilk  günlərdən  Dağlılar  Respublikası  ilə  əlaqələri 

möhkəmləndirməyə  başladı.  1918  ilin   sentyabr-oktyabr  aylarında  Osmanlı  və  Azərbaycan  Xalq   Cü mhuriyyəti 

Höku mətlərin in yardımı  ilə Dərbənd və Dağıstanın  xey li hissəsi azad edildi.  Vətənə qayıdan Dağlılar höku mətinə ilk 

ma liyyə  yardımını  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  göstərdi.  Oktyabrın  8-də  Azərbaycan  tərəfi  dağlılara  l 

milyon rubl həc mində  faizsiz  kredit  verdi.  1 ay sonra  Dağ lılar höku mət inin  maliyyə na ziri  Vassan Gəray   Cabagiyev 

Bakıya  gələrək,  bu  dəfə  500  min  rubl  həcmində  vəsait  aldı.  Həmin  vaxt  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Dağlılar 

Respublikasına təmənnasız olaraq yanacaq, silah-sursat və s. göndərirdi. Nəhayət, 1918 il noyabrın 28-də A zərbaycan 

Xalq  Cü mhuriyyəti  ilə  Dağlılar  Respublikası  arasında  birinci  müqavilə bağlandı.  Müqaviləni  Azərbaycan  tərəfindən 

ticarət  və  sənaye  naziri  Behbud  xan  Cavanşir  və  ma liyyə  naziri  Mə mməd  Həsən  Hacınski,  Dağlılar  höku mət inin  

səlahiyyətli nümayəndələri - sənaye və ticarət naziri  Bahadur bəy Malaçixan və yollar, poçt və teleqraf naziri İbrahim 

bəy  Heydərov  imza ladılar.  Müqaviləyə  əsasən,  Azərbaycan  tərəfi  Dağlılar  höku mətinə   10  milyon  rubl  məbləğ ində 

faizsiz kred it verdi. Dağ lılar hökuməti bu borcu 2 il müddətində buğda ilə qaytarmalı idi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  ilə  Dağlılar  Respublikası  arasında  1919  il  yanvarın  9-da  ikinci  müqavilə 

imza landı. Azə rbaycan tərəfindən Fətəli  xan Xoyskinin üçüncü Hökumət kab inəsində ərzaq naziri o lmuş K.N.Lizqarın  

və Dağlıla r  Respublikasının A zərbaycandakı nü mayəndəsi Əlixan  Qantə mirin  imza ladıq ları bu  müqaviləyə görə  Dağ-

lılar  Respublikası höku məti Azərbaycana 50 vaqon buğda göndərməli, A zərbaycan tərəfi  isə pudu 60 rubldan haqqını 

dərhal ödəmə li idi. Bütün taxılın müqavilənin imza lan masından sonrakı 4 ay ərzində göndərilməsi ra zılaşdırıld ı. 1919 il 

fevralın  23-də  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku məti  ilə  Dağlılar  Respublikası  arasında  üçüncü  müqavilə 

bağlandı.  Bu  müqaviləyə  əsasən, Azərbaycan  tərəfi  Dağlılar  höku mətinə  daha  10  milyon  rubl  faizsiz  kred it  verməyi 

öhdəsinə götürdü. Bu vəsaitin 5 milyonu dərhal verildi. 

Azərbaycan Xalq Cü mhuriyyəti 1919 ilin əvvəlində Şimali Qa fqazın Den ikin tərə findən işğalına qarşı Dağ lıla r 

hökumətinə həm də dip lo matik və hərbi yardım göstərdi.  Fevralın  25-də öz səlahiyyətli elçisi  Əbdürrəhim bəy  Haq-

verdiyevi  Te mirxan-Şuraya  göndərdi.  Martın  1-də  A zərbaycan  Höku məti  Denikinə  qəti  etira zını  b ild ird i.  Şima li 

Qafqazın   işğalını  beynəlxalq  ictimaiyyətin  diqqətinə  çatdırmaq   üçün  addımlar  atdı.  Martın   6-da  Nazirlər  Şurasının  

sədri Fətəli  xan Xoyski  Bakıdakı  müttəfiq qoşunlarının  ko mandanı general  U.To msona nota təqdim etdi.  Notada An-

tanta dövlətlərindən "...qan tökülməsinin  və bütün Qafqazı bürüyə biləcək böyük yanğının qarşısını almaq   məqsədilə 

general  Denikin in  Könüllü  o rdusunun  Şimali  Qafqaz  Dağlılar  Xalqları  İttifaqı  Respublikasına  qarşı  təcavüzkar 

hərəkətlərinə dərhal son qoyması üçün ən qəti tədbirlə r görülməsi" istənilirdi.  

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə