[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə118/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   114   115   116   117   118   119   120   121   ...   282

208 

 

Aprelin  6-da A zərbaycan Xalq  Cü mhuriyyəti Hö ku məti Dağlılar Respublikasına hərbi yard ım göstərməy i qərara  ald ı. 



Bu  məqsədlə  həm  könüllü  dəstələrin   yaradılmasına  və  Şima li  Qafqaza   göndərilməsinə  başlandı,  hə m  də  dağlı 

döyüşçülərinə  tibbi  yardım  üçün  sanitar  briqadaları  təşkil  ed ild i.  Aprelin  17-də  isə  Azərbaycan  Cümhuriyyəti 

Parlamenti  Dağlılar  Respublikası  hökumətinə  daha  30  milyon  rubl  faizsiz  kred it  vermək  haqqında  qanun  qəbul  etdi. 

Belə liklə,  1918 ilin  sonu- 1919 ilin  ilk aylarında Azərbaycan Xa lq  Cü mhuriyyəti  Höku məti, ö zünün çətin və ziyyətdə 

olmasına  ba xmayaraq,  Dağlılar  Respublikasına  50  milyon  rubl  həc mində  maliyyə  yardımı  göstərdi.  Denikin  1919  il 

may ın  sonunda bütün  Şimali  Qafqazı  ələ  keçird ikdən  sonra  isə  Dağlılar  Respublikası  höku mətin in  üzvlərinə  Bakıda 

sığınacaq verild i. Azərbaycan Xalq   Cü mhuriyyəti  Höku məti, bundan əlavə, Dağıstan qaçqınlarına yardım göstərilməsi 

üçün 1 milyon rubl vəsait ayırd ı. 

Be ləliklə,  A zərbaycan,  əvvəlki  tarixi  dövrlə rdə  olduğu  kimi,  1918-20  illərin   ağır  şərait ində  də  Dağıstan 

xalq larına arxa durdu. 



 

Əd:.  Nəsibzadə  N.,  A zərbaycanın  xarici  siyasəti  (1918-1920),  B.,  1996;  Göyüşov  A.,  1917-1920-ci  illərdə 

Şimali Qafqaz dağlıların ın azadlıq uğrunda mübarizəsi, B., 2000. 

 

 

 



 

 

 



AZƏRBAYCANLI      TƏLƏBƏLƏR      ĠTTĠFAQI-  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətin in  Qərb i 

Avropa  ölkələrinə  ali  təhsil  a lmaq  üçün  göndərdiyi  tələbələ rin  A lmaniyada  yaratdığı  könüllü  ict ima i  təşkilat. 

Almaniyada  qeydiyyatdan  keçmişdi.  İttifaqın,  ü zərində  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  əsas  rə mzlə rindən  olan  

səkkizguşəli  u lduzun  ətrafında  Azərbaycan  və  alman  d illə rində  "Azərbaycan  tələbələri  ko mitəsi.  Berlin"  sözləri 

yazılmış  möhürü  var  id i.  İttifaq ın  bütün  işlərini  xaricdə  ali  təhsil  alan  azərbaycanlı  tələbələrin  ü mu mi  yığ ıncağında 

seçilmiş idarə heyəti həyata keçirirdi.  İttifaq ın cari  işlərinə idarə heyəti tərəfindən seçilən sədr rəhbərlik edird i.  İttifaq  

adından  Azərbaycan  Hökumətinə  və  digər  təşkilatlara  göndərilən  rəs mi  sənədləri  idarə  heyətinin  sədri  və  katibi 

imzalayırd ı. 

1923  ildə ittifaqın tərt ib etdiyi siyahıda  xa ricdə ki a zərbaycanlı tələbələ rdən 54 nəfərin in Alman iyada, 13 nə-

fərinin Fransada, 3 nəfərinin  İstanbulda və 1 nəfərin in İtaliyada təhsil aldığ ı bildirilird i.  Bu siyahıda onların  ixt isasları 

və təhsil a ldıq ları a li mə ktəblərin adları, habelə təhsillə rini başa çatdırma larına nə qədər va xt qaldığ ı da göstərilird i. 

AZƏRĠTTĠFAQ  -  istehlak  kooperasiyasının rəhbər təşkilatı və təsərrüfat  mərkəzi  (bax Azərbaycan İstehlak 

Cəmiyyətləri İttifaqı). 

"AZƏRTAc" (A zərbaycan Teleqraf Acentası) - bax Azərbaycan Teleqraf Agentliyi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



209 

 

B

 

 

BAĞIRLI  Abdulla  Sadıq  oğlu  (?-?)-  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamentinin  xüsusi 

qərarına  (bax  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr  haqqında  qərar)  əsasən,  dövlət 

hesabına  ali  təhsil  almaq  üçün  xaricə  göndərilmiş  tələbələrdən  biri.  Kiyev  Ko mmersiya  İnstitutunda 

oxu muş, lakin Rusiyada Oktyabr çevrilişindən (1917) sonra təhsili yarımçıq buraxıb vətənə qayıtmışdır. 

Parla mentin  1919  il  1  sentyabr  tarixli  qərarına  əsasən,  təhsilin i  iqtisadiyyat  sahəsində davam  etdirmə k 

üçün Kiyev Kommeürsiya İnstitutuna göndərilmişdir. Sonrakı taley ı barədə  məlu mat aşkar olun mamışdı

 

Bakı - Azə rbaycan Xalq  Cü mhuriyyətinin payta xtı (1918, sentyabr - 1920 aprel). Azərbaycanın 

ən  qədim  şəhərlərindən  olan  Bakı,  həm  də,  Cənubi  Qafqazda  və  bütün  Rusiyada  çox  mühü m  iqtisadi, 

siyasi və  mədəniyyət mə rkə zlərindən biri id i. Tarix boyunca Azərbaycanın Avrasiya  məkan ı,  Ya xın  və 

Orta  Şərq  ölkələri  ilə  ticarət  və  mədəni  əlaqələrində  mühü m  rol  oynamış  Bakı  qüdrətli  Şirvanşahlar 

dövlətinin  paytaxtı  o lmuş,  18  əsrin  ortalarında  Azərbaycanda  xan lıq lar  yarandıqda,  eyniadlı  xan lığ ın 

mə rkə zinə çevrilmişdi. 1806 il oktyabrın  6-da Rusiyaya ilhaq edilmişdi. 1807 ildə  Bakıda 4,5 min, 1859 ildə  13,0 min, 

1886  ildə  45  min, 1890  ildə  105,0  min,  1897 ildə  111,9  min, 1909  ildə 222,7  min ,  1920 ildə  312,7  min əha li qeydə 

alın mışdı.  Şəhər  1806-40  illərdə  Bakı  əyalətin in,  sonra  isə  qəzanın  mərkəzi  o lmuşdu.  1859  il  Şamaxı  zəlzələsi 

nəticəsində quberniya mərkə zin in Ba kıya  köçürülməsi şəhərin həyatında mühüm ro l oynadı. Zəngin neft ehtiyatlarının  

istifadəyə verilməsi  19 yüzilliyin  sonlarına doğru şəhərin  iqtisadi həyatında böyük dəyişikliklər yaratdı. Ta rixən q ısa 

müddət  ərzində  neft  çıxarılması  3,9  milyon  puddan  (1873)  667,1  milyon  puda  (1901)  çatdı.  Bu,  düny ada  istehsal 

olunan neftin yarıdan ço xunu təşkil edird i.  Bakıda neft hasilat ı  ilə  birgə neft e ma lı sənayesi, digər sənaye sahələri və  

şəhər infrastrukturu, nəqliyyat və rabitə sistemi də sürətlə inkişaf edird i. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə