[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə122/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   118   119   120   121   122   123   124   125   ...   282

214 

 

Hə min  il boru kə mə ri  ilə 15,5  milyon pud xa m neft nəql edild i.  1918  ilin  mayında  Cənubi Qafqa zda  müstəqil 



dövlətlər  elan  olun ması  ilə  əlaqədar  Bakı-Batum  ağ  neft  kəmərin in  müntəzəm  və  normal  işləməsini  təmin  etmək 

zərurət i  yarandı.  Bu  məqsədlə  iyunun  4-də  Batu mda  Azərbaycan,  Gürcüstan və  Osmanlı  nü mayəndələri  ayrıca  saziş 

imzaladılar.  Sazişə  görə,  tərəflər  ö z  ərazilərində  ağ  neft  kəmərinin  normal  fəaliyyətin i  təmin  etməyi  öhdələrinə 

götürdülər.  Tərəflər,  həmçinin,  boru  kəmərinin  istismarından  əldə  edilən  gəliri  kəmərin  ö z  ərazilərindəki  uzunluğuna 

uyğun  olaraq  bölməyi  razılaşdırdılar  və  bu  sazişin  detallarını  müəyyənləşdirmək  üçün  Məmməd  Həsən  Hacınski, 

Məhəmməd Əmin  Rəsulzadə,  N.Ra mişvili,  Q.Qvazava,  Xəlil paşa və Vəhib paşadan ibarət komissiya yaradıldı.  Lakin  

Bakıda hakimiyyəti ələ  keçirmiş bolşeviklər və hərbi əməliyyatlar boru  kəmərinin normal  istismarına  imkan verməd i, 

1918  ilin  noyabrında  isə  Cənubi  Qafqaz  dəmir  yolları,  eləcə  də  Bakı-Batu m  boru  kəməri  ingilis  ko mandanlığ ının  

sərəncamına  keçdi  və  ingilislər  bunla rın  vasitəsilə  qısa  müddət  ərzində  21,1  milyon  pud  neft  daşıyıb  apardılar. 

Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət i isə yalnız 1919 ilin yazında Batu m limanı vasitəsilə xaric i bazara  neft və neft 

məhsulları ixrac etmə k imkanı əldə edə bildi. Bununla bağlı mayın 26-da Bakı-Batu m boru kə mə ri ilə  xa m neft nəqlindən 

kerosin  nəqlinə  keç mə k  haqqında  qərar  verildi.  Dünya  təcrübəsində  görünmə miş  sürətlə  boru  kəməri  tə mizlənib  

kerosin vurulması üçün yararlı hala salındı. 

1919  il o ktyabrın  26-da Azərbaycan Parlamentinin  iclasında bu barədə  məlu mat verən yollar naziri  Xudadat 

bəy Məlik-Aslanov bildird i ki, hazırda  Bakı-Batu m boru kə məri norma l  işləyir və  Höku mətə ayda 4  milyon rubl gəlir 

gətirir. Bo ru kə məri ilə 1919 ilin ikinci yarısında 8,8 milyon pud, 1920 ilin ilk ayları ərzində isə 9,4 milyon pud kerosin 

nəql edilmişdi. 

Aprel işğalı (1920) və Azərbaycan Xalq  Cü mhuriyyətinin süqutu ilə bağlı o laraq  Bakı-Batu m boru kəmərin -

dən istifadə olunması yenidən dayandırıldı və onun istismarı yaln ız 1923 ildə bərpa olundu. 



 

Əd.:  Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  Parlament  (stenoqrafik  hesabatlar),  c.2,  B.,  1998;  Əliyev  Q.Ə., 

Azərbaycan nəqliyyatı və iqtisadiyyatı (XIX əsr - XX əsrin ilk onillikləri), B., 2001.  



 

BAKI  BONLARI  - pul nişanları, a lıcılıq və ödə mə vasitəsi kimi  istifadə olunan qısamüddətli borc öhdəliyi. 

İlk dəfə 1918  il fevralın 5-də Zaqafqaziya  ko missarlığı tərəfindən, sonra isə müstəqil Cənubi Qafqaz respublikaları ara-

sında razılaş ma əsasında buraxılmışdır.  1918  ilin  yazında  Bakı şəhər özünüidarə orqanı və şəhər təsərrüfatı şurası da 

bonlar buraxmışdı. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət inin  yeni  bonlar  bura xılması  haqqında  Gürcüstan  və  Ermənistanla  

apardığı  danışıqlar,  irəli  sürülən  şərtlər  Azərbaycan  üçün  sərfəli  olmadığından,  uğursuzluqla  nəticələndi.  Bununla 

əlaqədar,  1918  il  iyulun  18-də  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətinin  sədri  Fətəli  xan  Xoyski  İstanbuldakı 

Azərbaycan nümayəndə heyətinə Türkiyədə Azərbaycan bonlarının hazırlan masını sifariş etməyi tapşırdı. Türkiyədəki 

danışıqlar nəticəsində kredit b iletləri buraxmaq qərara alındı. Türkiyə  Dəniz  Nazirliy inin  mətbəəsi bonların çapın ı ö z 

üzərinə götürdü.   

 

 

 



 

 

 



 

 

 



 

1918 il sentyabrın 22-də respublikada pul dövriyyəsi məsələsi  həll  olunana  qədər  10,  25  və  50  manatlıq  Bakı 

şəhər pul nişanlarının buraxılması qərara alınd ı. Həmin pulun nişanlarının  buraxılması  və  dövriyyədən  çıxarılması 

qaydaları  müəyyən  olunarkən,  Bakı  şəhər  özünüidarə  

orqanının  və  keçmiş  şəhər  təsərrüfatı  şurasının 

dövriyyədəki pul nişanları  ilə  əlaqədar  qəbul  etdiyi 

qaydalar əsas götürüldü. 

1918  il  oktyabrın  9-da  Höku mət  respublikada 

dövriyyədə  olan  pul  nişanları  üçün  vahid  məzənnə 

müəyyən etdi.  1919  il yanvarın  27-də  Gürcüstanla birgə 

Cənubi Qafqaz  nümunəli  40  milyon  bon  bura xılması  

qərara  alındı  (respublika ların  hərəsi  20  milyon  bon 

almalı id i). 

1919  il  martın  30-da  Cü mhuriyyət  Höku məti 

mövcud pul nişanlarından əlavə, 100 manatlıq  pul nişanı 

buraxmağı  qərara  ald ı.  İyunun  6-da  100  manatlıq   pul 

əsginaslarının  

Höku mətin in  1919  il  3  mart  tarixli 

qərarı ilə Ba kı bonların ın  Cənubi 

Qafqaz 


bonlarına 

sərbəst  dəyişdirilməsinə  icazə   verildi.  Mart ın  11-dən 

etibarən isə bonların bura xılması  bərpa 

olundu. 


Buraxılan pul n işanların ın Bakı xəzinədarlığ ında 

 

 



 

 



215 

 

saxlan ması və uçotunun aparılması qaydası Hökumətin  1919 il 2 aprel tarixli qərarı ilə müəyyən edildi. Aprelin  23-dən 



etibarən  isə  Bakı  bonlarının  Cənubi  Qafqa z  bonlarına  sərbəst  dəyişdirilməsi  ilə  yanaşı,  onların  A zərbaycan  bazarına  

buraxılmasına da icazə verilird i. 

1919  il  mayın  26-da  Höku mətin  qəbul  etdiyi  qərarda  köhnəlmiş  pul  nişanlarının  ödənişə  qəbul  olunması  və 

dəyişdirilməsinin  qaydaları,  habelə  belə  pu l  nişanlarını  qəbul  et məkdən  boyun  qaçıran  xə zinədarlıq  kassaları  işçiləri 

barədə görüləcək in zibati tədbirlə r ətraflı şəkildə gösərilmişdi.  1919  il noyabrın 8-dən etibarən bütün idarələrin dövlət 

kassalarına yalnız A zərbaycan Xalq  Cü mhuriyyətinin, habelə  Bakı şəhər özünüidarə orqanı, şəhər təsərrüfatı şurasının 

və Zaqafqaziya ko missarlığ ının pul nişanlarını qəbul et mə k ica zəsi verilmişdi. 1919 il dekabrın 1-də Parla mentin qəbul 

etdiyi  qanuna  əsasən,  Höku mətə  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  600  milyon  manat  məbləğində  pul  nişanların ı 

buraxmaq  barədə  icazə  verild i.  Bakı  bonlarının  bura xılması  müstəqil  dövlətin  ma liyyə-təsərrüfat  işlərin in  sahmana 

salın masında və müstəqil maliyyə siyasətinin yeridilməsində əhəmiyyətli ro l oynadı. 



BAKI DAĠRƏ  MƏ HKƏ MƏSĠ -  məhkə mə orqanı. 1868 il  fevralın  19-da fəa liyyətə başlamışdı. "1864 il  20 

noyabr tarixli  məh kə mə n iza mna mə lərinin Zaqafqa ziya diyarında tətbiqi haqqında" qanuna (1867  il 9 dekabr)  əsasən 

yaradılmışdı.  1918  ilin  mayında  Bakı  Xalq   Ko missarları  Sovetinin  dekreti  ilə  ləğv  o lunmuşdu.  Azərbaycan  Xalq  

Cü mhuriyyəti Hö ku mətinin  1918 il 1 oktyabr tarixli qərarı  ilə  Bakı Dairə Məhkəməsi və onun tabeliy indəki idarələr, 

habelə prokurorluğun fəaliyyəti bərpa ed ilmişdi. 

Dairə  məh kə məsi  Ba kı  quberniyasında  ali  məh kə mə  instansiyası  olub  Azərbaycan  Məhkə mə  Palatasına  və  

Ədliyyə  Nazirliyinə  tabe  idi.  Sədr  və  5  ü zvdən  ibarət  o lan  dairə  məh kəməsi  nəzdində  məh kəmə  pristavları,  böyük 

notarius və notariuslar, xüsusilə mühü m işlər üzrə iki məh kə mə müstəntiqi fəaliyyət göstərirdi. Məhkə mədə  iki c inayət 

şöbəsi  və  iki  mülki  şöbə  var  idi.  Mülki  şöbələrdə  mərz  məsələləri  ilə  bağlı  mübahisələrə  də  baxılırdı  və  bunu 

məh kə mənin  hakimlərindən biri aparırdı. Ba kı ş əhər barışıq şöbəsi, istintaq şöbəsi, Ba kı qə za  barışıq  şöbəsi, dairə  pro-

kuror  nə zarət i  Ba kı  dairə   məh kə məsinin  tabeliyində  idi.  1919  il  oktyabrın  22-də  A zərbaycan  Məhkə mə  Palatasının  

üzvü Fətəli bəy A xundov Bakı dairə məh kəməsinin sədri təyin o lun muşdu. 



BAKI  DAĠRƏ  MƏ HKƏ MƏSĠNĠN  BARIġIQ  ġÖBƏLƏRĠ  -  məhkə mə  instansiyası,  Ba kı  quberniyasında 

1868  ildə təşkil olun muşdu. Ba rışıq  şöbələrinə  Qafqa z canişinin in təqdimat ı  ilə  ədliyyə nazirinin  təyin etdiy i barışıq  

hakimləri başçılıq ed irdilər. Onla r, əsasən, yerli bəylə rdən ibarət idi. 

Barışıq şöbələri  xırda cinayət işlərinə və ço x da böyük olmayan mü lki  işlərə baxır,  300  rubldan çox olmayan  

cərimə  və 3 ayadək həbs cəzası kəsilməsi barədə hökm ç ıxa rırdılar. Bütün işlər, hə m də məhkə mə müstəntiqi və zifəsini 

yerinə yetirən barışıq hakimlə ri tərəfindən araşdırılırdı. Ba rışıq şöbələrinin fəaliyyətinə dairə  məhkə məsi nəza rət edird i. 

1918 ilin mayında Bakı Xalq Ko missarları Sovetinin dekreti ilə barışıq şöbələri ləğv olun muşdu. 

Cü mhuriyyət  Hö ku mətinin  qərarları  ilə  anarxiya  dövründə 

dağıdılmış  məhkəmə  aparatı,  o  cü mlədən  Bakı  dairə  məhkəməsin in 

və  onun  tabeliyindəki  bütün  idarələrin,  eləcə   də  barışıq  şöbələrin in 

fəaliyyəti  bərpa  olundu.  1918  il  sentyabrın  18-də  Cü mhuriyyət 

Höku məti  Azərbaycanda  barışıq  məhkəmələri  idarələrinin  bərpasına 

vəsait ayrılması haqqında qərar qəbul etdi. 

1919  il  avqustun  18-də  Pa rla ment  barışıq  hakimlərinin  

baxd ığı  cinayət  işlərinin   genişləndirilməsi,  onların  səlahiyyətin in 

artırılması  və  özgəsinin  mü lkiyyətinə  qarşı  bəzi  c inayətlərə  görə 

cəzala rın  dəyişdirilməsi  haqqında  qanun  qəbul  etdi.  Həmin  qanuna 

əsasən, barışıq hakimlərinin baxdıq ları işlər üzrə cərimələrin  məbləği 

300  rubldan  10000  rubla  qald ırıld ı.  Dairə  məhkəmələrinin  bəzi 

səlahiyyətləri də barışıq hakimlərinə verild i. 



BAKI 

DAĠRƏ 

MƏHKƏMƏSĠNĠN 

PROKUROR 

NƏZARƏTĠ  -  məhkəmə  işləri  ü zrə  nəzarət  orqanı.  1867  ilin 

dekabrında təsis edilmişdi.  1918  ilin  mayında Bakı Xalq Ko missarları 

Sovetinin dekret i ilə  ləğv olun muşdu. Azərbaycan Xalq Cü mhuriyyəti 

Höku mətin in  1918  il  1  oktyabr  tarixli  qərarı  ilə  Bakı  Dairə 

Məhkəməsin in  və  tabeliyindəki  təsisatların,  eləcə  də  prokurorluğun 

fəaliyyəti bər pa e dildi. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə