[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə124/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   120   121   122   123   124   125   126   127   ...   282

217 

 

V.İ.Razu movski  xatırlayırdı:  "İşimiz  qurtarana  yaxın 



(Rusiyada  Oktyabr  çevrilişindən  sonra  -  red.)  Qafqaz 

Zaqafqaziya  Respublikası    kimi    Rusiyadan    ayrıld ı    və  

gürcülərdən, 

ermənilərdən 

və 

türklərdən 



(azərbaycanlılardan  -  red.)  ibarət  qarışıq  hökumət  təşkil 

edildi.  Xalq  maarifi na ziri bakılı Xan  Xoyski (Fətəli  xan 

Xoyski - red.) id i. Biz Tiflisdə "rus universiteti"nin təşkili 

üçün  apardığımız  işdən  istifadə  etməy i  həmin  höku mətə 

təklif  etdik.  Na zir  (Xan   Xoyski)  bizi  d inlədi,  Qa fqazda 

rus  universitetinin  təsis  edilməsinə  rəğbətini  bildirdi, 

lakin  ə lavə  edib  dedi:  "Bəs  niyə  Tiflisdə?  Tiflisdə 

Politexnikum  var,  indi  də  gürcii  universiteti...  Bəlkə 

universiteti  Bakıda  açmaq  daha  düzgün  olardı?".  O, 

bizim  mə lu mat  mə ktubumu zu  nəzə rdən  keç irmək  üçün 

götürdü  və  bizim  məqsədimiz  barədə  Nazirlər  Şurasına 

mə lu mat  verəcəy ini  vəd  etdi".  La kin   höku mət  bu  məsələyə  ba xmağa  imkan  tap madı.  Zaqafqa ziya   Respublikası  üç  

müstəqil respublikaya parçalandı. Buna baxmayaraq, 1918 ilin iyulunda Ali qadın kursları üç fakültədən - təbiət, tarix-

filologiya  və  tibb  fakültə lərindən  ibarət,  tədrisin  rus  dilində  aparıldığı  Zaqafqaziya  universitetinə  çevrild i. 

V.İ.Razu movski  universitetin  rektoru  seçildi.  Lakin  Zaqafqaziya  universiteti  yarandığı  ilk  günlərdən  böyük  maliyyə 

çətinlikləri  ilə  rastlaşdı  və  çox  keçmədən  məlu m  oldu  ki,  onun  Tiflisdə  fəaliyyət  göstərməsi  mü mkün  olmayacaqdır. 

Be ləliklə, yenicə aç ılmış universitetin  Ye katerinodar, İrəvan və ya Bakıya köçürülməsi  məsələsi  meydana çıxdı. Fətəli 

xan Xoyskin in başçılıq etdiyi Azərbaycan Xalq  Cü mhuriyyəti Höku məti Bakı şəhərində universitetin açılmasına böyük 

əhəmiyyət verird i.  Bu   xətti Nəsib bəy  Yusifbəyli  Höku məti də davam etdirdi.  V.İ.Razu movski yazmışdır: "1919 ilin 

əvvəlində Azərbaycan Respublikası xalq maarifi nazirinin müavini Həmid bəy Şahtaxtinski Tiflis şəhərinə gəldi. O, 

rus universitetini Bakıya köçürmək təklifl ilə gəlmişdi, ...yaxşı binalar,  maddi təminat və s. vəd  etdi". A zərbaycan 

Xalq  Cü mhuriyyəti  Höku mətin in  təklifi  ictimai  tələbatı  ifadə  edird i.  Azərbaycanın  bir  ço x  ictimai  xadimləri  və 

ziyalıları ö z  mütərəqqi  ideyaların ı ali  məktəblə bağlayırdılar. Azərbaycanın real  intellektual potensialı ö lkədə univer-

sitetin fəaliyyətə başlamasına imkan verird i. 

Zaqafqaziya universitetin in Tiflisdə fəa liyyət göstərə bilmə məsi professorlar şurasını qətiyyətli hərə kət et məyə  

vadar  etdi.  1919  ilin  martında  rektor  V.İ.Razu movski  universitet  şurasının  iclasında  Bakıya  köçmək  haqqında  təklif 

irə li  sürdü.  Çünki  Bakıdan  a lın mış  təkliflər  daha  rea l  və   sanballı  id i.  Un iversitet  şurasında  əksəriyyət  universitetin 

Bakıya köçürülməsi tərəfdarı idi. Lakin  bir qrup, xüsusən ermənilər, bunun əleyhinə çıxd ılar. Məsələnin qəti həlli üçün 

ko missiya yaradıldı və  NA.Dubrovski,  L.A.İşkov və İ.S.Sitoviçdən ibarət nümayəndə heyəti Cümhuriyyət Höku mətilə 

danışıqlar aparmaq, real vəziyyətlə yerində tanış olmaq üçün Bakıya göndərildi. Aydın oldu ki, Azərbaycan Höku məti 

öz  universitetin in  olmasında  o  dərəcədə  israrlıd ır  ki,  "hətta  Zaqafqaziya  rus  universiteti  köçməsə  də,  Bakıda 

universitet yaradılacaqdır, ultimativ müddət də göstərilmişdi -1 may" (V.İ.Razu movski).  Bu  zaman A zərbaycan  xalq  

maa rifi  na zirinin   müavini  Hə mid  bəy  Şahtaxt inski  V.İ.Razu movskiyə   teleqra m  göndərib  b ildird i  ki,  Bakıda  yeni 

universitet açılır və bu universitetin təşkilin i ö z ü zərinə götürsün.  V.İ.Razu movski ö z həmkarları  ilə  məsləhətləşmələr 

apardıqdan sonra,  təklifi  qəbul  etdi,  Zaqafqaziya  Un iversitetinin  rektoru  vəzifəsindən  imtina  etdi  və  razılıq  verdiyini 

teleqraf  vasitəsilə  Bakıya  bildirdi.  A z  sonra  Azərbaycan  Xalq  Maarifi  Na zirliy i  nəzdində  universitet  ko missiyası 

haqqında  əsasnamə  qəbul  ed ild i.  1919  il  mayın   19-da  Hö ku mət  Xalq  Maarifi  Nazirliyi  nəzd ində  universitet 

ko missiyasını təsdiq etdi. Ko missiyanın tərkibinə prof.  V.İ.Razu movski (sədr), prof. A.M.Lev in, prof.  N.A.Dubrovski, 

İ.A.Babuşkin (katib) ilə yanaşı Xalq Maarifi Nazirliyindən V.İrzayev, M.A.Şahtaxtinski, şəhər özünü-idarəsindən şəhər 

idarəsinin ü zvü Əlicabbar  Orucəliyev, " Neft sənayeçiləri qurultayı" şurasından A.N.Sarapov, M.Sultanov da xil  idilə r. 

Bundan başqa, Bakı  müalicəxanalarının  üç baş həkimi də  məşvərətçi səslə ko missiyanın fəaliyyətinə cəlb o lundular. 

Kimyaçı  L.Q.Qurviç,  zooloq  A.N.Derjavin,  əczaçılıq  mag istri  İ.K.Qolberq  də  universitet  komissiyasının  fəaliyyətinə 

cəlb  olunmuşdular.  Ko missiyanın  1919  il  may ın   21-də  keçirilən  birinc i  ic lasında  xa lq  maarifi  naziri  Rəşid  bəy 

Qaplanov çıxış edərək universitetin açılması barədə Azərbaycan Höku mətin in qəti qərarın ı bildirdi.  Ko missiyaya geniş 

hüquqlar verilmişdi.  Ko missiya üzvləri  Höku mət başçısınadək hər b ir yüksək vəzifə sahibinə birbaşa mü raciət etmək 

səlahiyyətinə  malik  idi.  Höku mət   iyunun  16-da   universitet  ko missiyasının  ştatlarını  təsdiq  edib,  maaşları 

müəyyənləşdirdi.  Ko missiya qısa müddətdə universitetin təsis edilməsi haqqında 1919  il  31  may tarixli bəyannamən i, 

qanun  layihəsini,  universitetin  niza mna mə  layihəsini,  hə mçin in,  1919-20-c i  tədris  ili  üçün  ştat  və  smeta  layihəsini 

Höku mətə təqdim etdi. Höku mət ko missiyanın təqdim etdiyi lay ihəni iyulun 7-də mü zakirə etdi. 

Ölkənin  iqtisadi  vəziyyətinin  mü rəkkəb  olduğu  bir  şəraitdə  universitet  üçün  tələb  olunan  maliyyə  vəsaiti 

nəinki a za ldılmadı, ə ksinə,  3,5  milyon  manatdan 5  milyon  manata qədər,  müə llimlərin ə mək haqqı  isə, ə lavə o laraq, 

nəzərdə  tutulduğunun  1/3—i  qədər  artırıldı.  1919  il  avqustun  21-də  Parla mentdə  universitetin  təsis  edilməsi  haqqında 

qanun layihəsinin ilkin  mü za kirəsi göstərdi ki, universitetin aç ılmasına əksəriyyətin tərəfdar olması ilə  yanaşı, bunun 

əleyhdarları da vardı.  

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə